

KultAz: Azad Yazarlar Ocağının (AYO) yeni ədəbiyyat saytı fəaliyyətə başlayıb. İndiyə qədər AYO internet məkanında daha çox alatoran.org saytı ilə təmsil olunurdu. Amma, bildiyimiz kimi bu, eyniadlı ədəbiyyat dərgisinin saytı idi. Hər nə qədər bu dərgi AYO-nun orqanı olsa da, qurumun daha çevik və operativ sayta ehtiyacı var idi. Yeni sayt “AdYazar” adlanır və www.adyazar.az ünvanında yerləşir. Sayt hələ yenidir, amma artıq sayta bir sıra maraqlı materiallar yerləşdirilib.
Sizi də “AdYazar”la tanış olmağa dəvət edirik.
« ƏLİXAN SƏMƏDOV BALABAN HAQQINDA 3 DİLDƏ KİTAB YAZDI | Əsas səhifə | Perç Zeytunsyan. Hekayə. (Ermənistan) »




Bölmə: 








