Qaynar xəbər portalı

Kitab dünyası


1On nəfərdən biri

Tezliklə gələcəklər…
- Siqaretin var?
- Mən qorxuram … mən ölmək istəmirəm.
- Sakit ol, heç bir şey olmaz.
- Evdə, gizlində bir şüşə viski saxlamışam. Ələ keçirməyiblərsə, müharibə qurtarandan sonra içərəm.
- Mən soruşuram ki, siqaretin var?
- Şəhərdə bir tanışım var, pinəçidir. Müharibədən sonra gedib onun yanında şagird olacağam.
- Saat neçədir?
- Kimdə saat var ki…
***

Onlar az danışan və dərdli əsgərlər idi. Danışanda da çox mənasız şeylərdən danışırdılar. Ancaq hamı bir-birini diqqətlə dinləyir və anlayırdılar ki, elə belə də olmalıdır. Bir sözü neçə dəfə təkrar edirdilər. Heç kim də demirdi ki, bu sözü artıq neçənci dəfədir ki, eşidir…
Eyni söhbətdən bezəndə də dözüb dinləyirdilər. Hərdən biri o birinin sözünü kəsirdi.
- Əşi, bəsdir, qurtar görək, eyni şeyi nə qədər danışmaq olar?
Bir müddət araya sükut çökürdü…
Mənalı-mənalı bir-birlərini süzürdülər: bəlkə o haqlıdır, hə? Bəlkə o sözü onların hər biri deyə bilərdi. Hər kəs öz macəralarından danışmaq istəyirdi. Ancaq tək bir nəfər danışmalı idi. Hamı birdən danışa bilməzdi ki…
Bu dəstə artıq bir neçə gün idi ki, ön cəbhədə vuruşmaqdan imtina etmişdi. İndi isə həyəcanla nəyisə gözləyirdilər…
- Gəlirlər, - əsgərlərdən hansısa qorxunc, vahiməli səslə dilləndi. Bu səs onlardan birinin səsi olsa da təəccübləndilər; sanki bu səs qeybdən gəlmişdi və onlara tanış idi.
Cəza dəstəsi yaxınlaşdı.
- Qalx! - əmr verildi. - Sıraya düzül!
Heç kim heç nə düşünmürdü, hamının nəzəri uzaqda boğuşan iki itə yönəlmişdi. Bilmək olmurdu itlər boğuşur, yoxsa oynaşırlar…
Zabitlərdən biri nəsə dedi. Uzun-uzadı danışıqlardan əsgərlərin yadında yalnız bu qaldı - onlar satqındırlar və hərbi əmri yerinə yetirmədikləri üçün hər on nəfərdən biri güllələnməlidir.
Əsəbi bir səs eşidildi:
- Mən ölmək istəmirəm… Məni məcbur elədilər.
Artıq hamıya aydın oldu ki, hər on nəfərdən biri güllələnməlidir; onuncu, iyirminci… otuzuncu… Cəmi yetmiş nəfər idilər. Demək, yeddi nəfər ölməlidir. Onuncu… iyirminci, otuzuncu…
Sıradakı birinci əsgər qeyri-ixtiyarı gülümsədi və xoşbəxtcəsinə zabitlərə baxdı. Çünki birinci idi və buna görə elə bil ki, onlara borcluydu…
Zabitlərdən biri kinoaktyora oxşayırdı. Birinci əsgər əlini cibinə qoyub özündən razıymış kimi lovğalandı: bunlar haranın itidirlər ki, komandanlığın əmrini yerinə yetirməsinlər?! Heç nədilər! Sadəcə, əsgərdilər. Buna görə də cəzalanmalıdırlar. Sonra tez yadına düşdü ki, işin təşkilatçılarından biri də elə özüdür… Qorxa-qorxa əllərini cibindən çıxartdı, başını yerə dikdi.
Sıradakı ikinci və üçüncü əsgərlər nədənsə birinci əsgərə qibtə ilə baxırdılar. Fərqi nəydi ki? İkinci əsgər də güllələnməyəcəkdi, üçüncü də, ancaq birinciyə həsəd çəkirdilər. Çünki o, hamıdan birinci idi!
Qalan əsgərlər isə gözləyirdilər. Heç biri bilmirdi ki, hansı nömrədir… Öz nömrələrini çağırmağa başladılar. Səsləri eşidilmirdi… Birinci özü öz səsindən diksindi:
- Birinci…
Doqquzuncu əsgərin rəngi sapsarı oldu, çünki çiyni onuncunun çiyninə toxunurdu! Ona görə, ona elə gəldi ki, onuncudan ona da nəsə «pay» düşəcək.
Yox, necə olsa, bir rəqəmin fərqi az deyil: fərq olmasaydı heç doqquz rəqəminə ehtiyac olmazdı. Özü öz tapıntısına sevindi.
Əsgərlərin sakit səsləri eşidilirdi:
- On altı…
- On yeddi…
- On səkkiz…
On doqquzuncu utanırdı, çünki iyirminciyə ürəyi yanırdı, onun ailəsinə məktub yazacaqdı… Müharibə bitdikdən sonra onlara gedəcəkdi, ailəsinə toxtaqlıq verəcəkdi…
Sevinirdi ki, iyirminci deyil, deməli, ölməyəcək… Anladı ki, insanlar nə qədər qorxaqdırlar… İndi ömründə ilk dəfə özünü tanıdı…
- Mən ölmək istəmirəm… - Yenə yalvarışlı səs eşidildi.
Əsgərlər ehtiyatla saymağa davam etdilər:
- İyirmi altı.
- İyirmi yeddi…
- İyirmi səkkiz…
- İyirmi doqquz…
İyirmi doqquzuncu xəfifcə gülümsədi.
O, özünü allah adamı sayırdı, ibadət etmişdi, uşaqlarına İncili öyrətmişdi. Arvadı ilə isə ilk dəfə İsanın şəklinin altında baxışmış, sevişmişdilər. İndi o, otuzuncu deyil, iyirmi doqquzuncu olmağını öz möminliyi ilə əlaqələndirirdi. Az qala çığırmaq istəyirdi:
- Qardaşlar, inanın, o, sizi də xilas eləyə bilər…
Ancaq çığırmadı. Çünki daha Allaha inanan yox idi.
Qoy bir müharibədən sağ-salamat qayıdım… yaxşı bir iş tapım… varlanım… qocalıb əldən düşənəcən yaşayıb ölüm… Əvəzində, ilahi, təkcə sənə tapınacağam. İndi isə xaç çəkirəm… Allah eşqinə, peyğəmbər övladları eşqinə…
- Otuz altı…
- Otuz yeddi…
- Otuz səkkiz…
Otuz doqquzuncu xəcalət çəkirdi; qırxıncı onun ən yaxın dostu idi, o bu dostluqdan utandı, bir yerdə oxumuş, bir yerdə döyüşmüşdülər. Əgər onlar yoldaş olmasaydılar, indi çırada yan-yana durmayacaqdılar. Sakitcə nəfəs aldı. Onu heç kim günahlandıra bilməzdi, yadına düşdü ki, bir dəfə dostuna pislik edib. Bunu xatırlayıb utandı.
Bundan əsgərlər xəbər tutsaydılar, onu əclaf, satqın adlandırardılar… Dəhşətli əzablar içində bu fikirlər onun ən böyük bəraəti idi.
- Qırx altı…
- Qırx yeddi…
- Qırx səkkiz…
- Qırx doqquz…
Qırx doqquzuncu deyəsən ölümdən qurtulduğuna sevinmədi. Sanki əvvəlcədən bilirdi ki, ölməyəcək. Hesab edirdi ki, namuslu adamdır və ona görə də yaşamalıdır.
Amma… qəflətən zabit bağırdı:
- Saxlayın… qatışıqlıq oldu… Təzədən sayın…
Və aydın oldu ki, doğrudan da qatışıqlıq olub, qırx doqquzuncu əlli imiş, əllinci isə - əlli bir…
Belə də olmalıydı. O, bunu əvvəlcədən hiss etmişdi. Çünki sədaqətli insan olmuşdu, bunun üçün də ölməliydi…
Əvvəlki əllinci indiki əllincini tanımasa da, xəcalətdən qızardı və ona elə gildi ki, günahkar məhz odur. Mızıldandı.
- Mən… mən… məndə günah yoxdur…
Bu sözlərin heç bir mənası yox idi. Bu anda düzlük də günah sayılırdı… Yenə nəsə dedi, axırıncı sözü təmiz, aydın tələffüz etdi.
- Bəlkə … mən də öldüm… müharibədən çoxu sağ çıxmır…
- Əlli altı…
- Əlli yeddi…
- Əlli səkkiz…
- Əlli doqquz…
- Mən ölmək istəmirəm… məni məcbur elədilər… - altmışıncının tanış və yalvarıcı səsi eşidilirdi. Ona heç kimin yazığı gəlmədi.
Amma… yetmişinciyə hamının yazığı gəldi. Onuncunun da, iyirmincinin də, otuzuncunun da … hamısının… Hamısının say başlayanda ümidləri var idi ki, ölməyəcəklər, hər onuncudan biri olmayacaqlar… Ancaq o sonuncu əsgər yetmişinci olduğunu çoxdan bilirdi…

Çevirəni: Kənan HACI






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 3 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, İyul 31st, 2008 tarixində 20:46 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

13 şərh var


  1. Novarg adlı istifadəçi, İyul 31, 2008 tarixində, saat 21:50 yazıb:

    Koppeyoglu, yaman yazib - deyecem, xalq diplomatiyasinin eleyhine olanlara xeyanet etmish olacam…


  2. Turxan adlı istifadəçi, İyul 31, 2008 tarixində, saat 22:53 yazıb:

    Maraqlı hekayədir. “AĞDAM”la gedər…


  3. cinara adlı istifadəçi, Avqust 1, 2008 tarixində, saat 12:20 yazıb:

    tesirli hekayedir. olum her yerde ve hemishe neytraldir.


  4. Natiq Memmedli adlı istifadəçi, Avqust 1, 2008 tarixində, saat 14:07 yazıb:

    Kultaz-a teshekkur edirem ki, bele bir edebiyyat numunesini derc edib. Xahish edirem meni duzgun basha dushun sohbet milli mensybiyyetden yox edebiyyatdan gedir. Perç Zeytunsyan 90-ci illerde Ermenistanin medeniyyet naziri idi. Bizim edebiyyatimizin unlu isimleri hesab olunan 60-cilar zumresine aiddir. Amma bizim 60-cilardan ferqli olaraq onun yaradiciliqi 1960-ci illerde qalmayib, eksine indi de aktualdi ve maraq doqurur. Ve bizimkilerden ferqli olaraq ne Perç Zeytunsyan, ne Qrant Motivasyan konyukturanin yedeyinde getmediler. Yeri gelmishken onlarin bir vaxtlar dostluq etdiyi, tut araqi icdiyi shexsler indi Azerbaycanin xalq yazicilaridilar. Goresen bizimkilerinde eserlerini Ermenistanda derc edirlermi. Saq olun!


  5. Murad adlı istifadəçi, Avqust 1, 2008 tarixində, saat 15:24 yazıb:

    Qəribədi, bu hekayədəki əhvalatı mən uşaq vaxtı orta məktəb müəllimimdən eşitmişdim. O, mütəliləli adam idi.
    Hər 10-dan 1-ni güllələmək əmri verilir, sonra səhv olur və təkrarlanır - hadisə budu.
    Sonra mən oxşar əhvalatı “Azərbaycan” jurnalının 80-ci illərdəki sayında oxudum. Səhv eləmirimsə cex, ya da bir polyak yazıçısının (səhv ehtimalı var) qələmindən çıxmışdı.
    Bu müəllif isə ermənidi deyəsən. Tərcüməçi isə Kənan Hacıdı.
    Bəlkə hekayələr də reinkarnasiya olunur?
    P.S. Mənim 40-dan artıq yaşım var


  6. guler_miryahya adlı istifadəçi, Avqust 1, 2008 tarixində, saat 22:39 yazıb:

    Dogurdan beyendim. Qeribe axici hekayedi. Medeniyyetin, eserlerin mensub oldugu dovletler olmur. Ve ya hec belke de insanlar da olmur. kim bilir.


  7. Chilgin adlı istifadəçi, Avqust 2, 2008 tarixində, saat 12:05 yazıb:

    Pul olsaydı, men buna super bir bedii film cekerdim… Amma teessuf… Boyuk ve sanballi eserdir. Dogrudan da edebiyyatin kimliyi olmur, dininden, dilinden, mensubiyyetinden asili olmayaraq gozel eser hezm olunur ve alqiwlanir. Alqiwlar! Men wexsen cox wey oyrendim bu eserden.


  8. amaravati adlı istifadəçi, Avqust 7, 2008 tarixində, saat 10:47 yazıb:

    hekayəni bəyəndim. ama sevinc çılğın tərifləyibsə, şübhələndim, odur ki təzədən oxuyacam.


  9. amaravati adlı istifadəçi, Avqust 7, 2008 tarixində, saat 10:59 yazıb:

    sevinc xanım vallah sənin yanlış qənaətlərin və bu qədər cəhdlər içində heç olmasa bircə dəfə karıxaraq da düz nəticə çıxarmamağın bu hekayədən heç də maraqzız deyil. sən yaxşı qızsan, ama şəxsən mənə əzab verirsən. burada məhz kinematoqrafik elementlər yoxdur. burada söhbət insanların psixologiyasından gedir.


  10. scorpion adlı istifadəçi, Avqust 7, 2008 tarixində, saat 11:25 yazıb:

    amaravati, sən dediklərində ümumiyyətlə məntiq görürsənmi? Belə çıxır ki, söhbət insanların psixologiyasından gedirsə bunu kinoda ifadə eləmək mümkün deyil? Bir də ki, bu hekayənin mövzusu dəfələrlə ədəbiyyatda da , kinematoqrafda da işlənib…


  11. amaravati adlı istifadəçi, Avqust 8, 2008 tarixində, saat 11:08 yazıb:

    scorpion, psixoloji filmler en qədərdir, bilirəm, ancaq psixoloji hekayə oxuyub “bunu nə filmə çəkərdim” söyləmək üçün xeyli istedadsız olmaq gərəkdir. hərgah səni bu cərgəyə aid etmək olmaz. səmimi ol.


  12. Rebiqe adlı istifadəçi, Avqust 9, 2008 tarixində, saat 21:43 yazıb:

    Ela hekayedir


  13. Novarg adlı istifadəçi, Avqust 10, 2008 tarixində, saat 22:13 yazıb:

    Hekayesini ermeni yazib, filmini de gurcu chekecek deyesen…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: