Qaynar xəbər portalı

Kitab dünyası


1Niyə Elçin Hüseynbəyli əvvəl narazı, indi razıdır?

Mahmud Kaşğarinin 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsi başa çatıb. Azərbaycanda təşkilatçısı «Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəylinin APA-ya verdiyi məlumata görə, müsabiqədə iştirak üçün 36 yazar müraciət edib. Onların 3-ü müsabiqənin şərtlərini pozduğuna görə kənarda qalıb. Müsabiqəyə 33 yazarın 43 hekayəsi buraxılıb. İntiqam Qasımzadə, Bəsti Əlibəyli, Rəşad Məcid, Qulu Ağsəs və Elçin Hüseynbəylinin təmsil olunduğu münsiflər heyəti şərti adla təmsil olunmuş yazarların hekayələrini 10 ballıq cədvəl əsasında qiymətləndirib.
Münsiflərin son iclasında aşağıdakı şərti adlar ilk dörd yeri tutublar:

Ədnan - 40 bal («Salam baça»)
Toğrul Oğuzxan - 35 bal («Dirilmə»)
Qoca - 34 bal («Mənim tanımadığım Moskva»)
Nərgiz - 33 bal («Polinez»)

E. Hüseynbəyli bildirib ki, ilk yeri tutan «Ədnan» şərti adlı yazarın hekayəsi Türkiyə türkcəsinə çevrilərək, yarışmanın ikinci mərhələsinə qatılacaq. O, azərbaycanlı yazarın əsərinin İstanbulda da uğur qazanacağına ümidvar olduğunu söyləyib: “Azərbaycanda demokratik və obyektiv bir müsabiqə keçirməyə nail olduq. Yarışmanın nəticələri kimlərəsə qeyri-obyektiv görünə bilər. Amma yarışma prosedurunun obyektivliyinə heç kim şübhə edə bilməz. Çünki həm münsiflər heyətinin, həm yazarların adları, həm də onlara verilən qiymətlər sona kimi gizli saxlanılıb”.

E. Hüseynbəyli əlavə edib ki, şərti adların kimliyi mətbuat konfransında açıqlanacaq və bu barədə KİV-ə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Mahmud Kaşğarinin 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsi mayın 1-dən start götürüb, iyulun 30-da başa çatıb.

“Kultaz” olaraq, diqqətinizi başqa maraqlı məqama yönəltmək istəyirik. Belə ki, münsif üzvü kimi dünənə qədər nəticələri şübhə altına alan, hətta onun ləğvinə çalışacağını deyən E.Hüseynbəylinin indi birdən-birə müsabiqənin obyektivliyindən danışması xeyli maraqlı suallar doğurur. Görünür hər halda E.Hüseynbəylinin münsiflərə təzyiqləri nəticəsiz qalmayıb. Sözümüz havada qalmasın deyə “Ulduz”un baş redaktoru E.Hüseynbəylinin “Mediaforum” saytına verdiyi açıqlamanı olduğu kimi yazının sonuna əlavə edirik:

MAHMUD QAŞĞARİ ADINA BEYNƏLXALQ HEKAYƏ MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ LƏĞV EDİLƏ BİLƏR

«Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəyli «Media forum» saytına açıqlamasında Mahmud Qaşğari adına beynəlxalq hekayə müsabiqəsinin hələ elan olunmamış nəticələrinin ləğv edilə biləcəyini deyib: «Münsiflər Heyətində olan bəzi şəxslər məsuliyyətsizlik edərək kənara informasiya çıxarıblar. Qoy bu beynəlxalq müsabiqədə Azərbaycan iştirak etməsin. Bəzi adamların hərəkətlərinə görə Azərbaycan türk dünyası miqyasında keçirilən yarışda iştirakdan məhrum olsun».
E.Hüseynbəyli fikrini bir qədər də konkretləşdirərək bəzi münsiflərin bilərəkdən iştirakçılara lobbiçilik etdiyini deyib: «Nəticələrin ləğvi məsuliyyəti bu adamların boynunda qalacaq. O da açıqlanacaq ki, lobbiçilik edənlər kimlərdir və kimlər bu məsələdə maraqlıdır. Qoy biz biabır olaq».
Azərbaycanda «Ulduz» jurnalının keçirdiyi beynəlxalq hekayə müsabiqəsini Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi, Avrasiya Yazarlar Birliyi düzənləyir. Yarışma Azərbaycan, Balkanlar (Qərbi Trakya, Bolqarıstan, Kosovo, Makedoniya, Ruminiya), Başqırdıstan, qaqauz, İraq, İran, Qazaxıstan, Krım, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə, Türkmənistan, Uyğurlar, Çuvaşıstan, Hakasya, Yakutstan, Altay, Tuva, Şimali Kipr Cümhuriyyəti daxil olmaqla 24 ölkə və diyarda keçirilir.
Müsabiqə 2 turdan ibarətdir. Birinci tur ayrı-ayrı ölkələrdə (yerlərdə) keçirilir. Ölkələr üzrə mükafatlandırma 3 əsas və bir həvəsləndirmə yerlərdən ibarətdir. Ölkələrdə birinci yeri tutanların yazıları Türkiyə türkcəsinə çevrilərək ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim edilməlidir.
Ölkələrdə əsərlər 30 iyun 2008-ci il tarixinə kimi təqdim edilib və qaliblərin adları iyulun 30-da açıqlanmalıdır. Ölkələr üzrə mükafatlar belədir: birinci yer - 500 avro, ikinci yer - 300 avro, üçüncü yer - 200 avro, həvəsləndirici mükafat -100 avro.
Beynəlxalq mükafatların məbləği isə belədir: birinci yer - 6 000 Avro, ikinci yer - 4 000 avro, üçüncü yer 2 000 avro, həvəsləndirici mükafat -1 000 avro.
Beynəlxalq mükafatlar Ankarada veriləcək.
Mənbə:
http://mediaforum.az/articles.php?article_id=20080722073627696&lang=az&page=12






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, İyul 31st, 2008 tarixində 14:19 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

3 şərh var


  1. Eldar Bedelov adlı istifadəçi, İyul 31, 2008 tarixində, saat 15:13 yazıb:

    Xahish edirem munsifler heyetinin terkebine diqqet yetirin– İntiqam Qasımzadə, Bəsti Əlibəyli, Rəşad Məcid, Qulu Ağsəs və Elçin Hüseynbəyli— bu adamlari taniyirsinizmi? Allah sene rehmet elesin Mahmud kishi. Kashqarini nezerde tuturam


  2. guler_miryahya adlı istifadəçi, Avqust 1, 2008 tarixində, saat 22:42 yazıb:

    Sadece etceken mashin ishe dushub.


  3. ARİF adlı istifadəçi, Avqust 20, 2008 tarixində, saat 04:52 yazıb:

    COX XAHİSH EDİREM YERDE QALAN BUTUN İSHTİRAKCİLARİN TOPLADİĞİ BALLARİ YAZİLMASİNİ TESHKİL EDESİNİZ (KOD adlari ile)

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: