İlə görə arxiv: Temmuz 2008
Səhifələr: 2 -dən 4 qədər«1234»
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Temmuz, 2008
KultAz: Azərbaycan rəngkarlığının görkəmli nümayəndəsi, xalq rəssamı, Dövlət mükafatı laureatı, Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sabiq sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanov 2008-ci il iyul ayının 26-da ömrünün 83-cü ilində vəfat edib.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 429 oxunma | Şərh yoxdur »
Açar sözlər: Nadir Əbdürrəhmanov
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Temmuz, 2008
KultAz: Mədəniyyət və Turizm Nazirliyindən bildirirlər ki, 2 avqust – Kino gününə həsr olunmuş tədbirlərə hazırlıq tam sürətlə gedir.
Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva deyib ki, avqustun 2-də “Azərbaycan” kinoteatrında “Qala” tammetrajlı bədii filminin ilk nümayişi olacaq.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 264 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 26 Temmuz, 2008
BAX BELƏ
İkisindən biri idi…
Sən
ya söndürülmüşdün,
ya da
əhatə dairəmin
xaricindəydin…
Yazını dostuna göndər
|
Yazını Çap et
| 659 oxunma | 10 Şərh var
Açar sözlər: Cavidan
Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 25 Temmuz, 2008
Seymur Baycan
“Azərbaycanda nökər olmayan adama ya agent, ya dəli, ya da “mavi” deyirlər”
Elmir Mirzoyev
Yaxşısın Mətanət Əliyeva edir. May ayının sonunda “İmpuls” qəzetin bağlayıb, bir də sentyabrın əvvəlində açır. Nə özün yorur, nə də azsaylı oxucuları. Kimdir bu isti, havadan palçıq yağan günlərdə qəzet oxuyan? Hər kəs öz işində, öz istirahətində. Özümüz yazıb, [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 757 oxunma | Şərh yoxdur »
Açar sözlər: Seymur Baycan
Yazar: Admin | Bölmə: Araşdırma | Tarix: 25 Temmuz, 2008
Nadir Qocabəyli
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan “Paris Notr-Dam kilsəsi” romanının müəllifi Viktor Hüqo bir yazıçı və şəxsiyyət kimi XIX yüzil tarixinin və hər şeydən öncə fransız ədəbiyyatının ayrıca, parlaq bir səhifəsidir. Fransız mədəniyyəti tarixində o öncə şair, daha sonra isə romanlar və dram əsərlərinin müəllifi kimi, dünyada isə ilk növbədə romançı kimi tanınır. Bütün [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.324 oxunma | 4 Şərh var
Açar sözlər: Nadir Qocabəyli, Viktor Hüqo
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Temmuz, 2008
UŞAQ EVLƏRİ
Uşaq evləri…
Burda
Hər kəs
ümidsizlik içində,
Talelər
uçuq divarlar kimi,
Yuxulara
soyuq qucaqlar gəlir
hər gecə.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 756 oxunma | 14 Şərh var
Açar sözlər: Xalid Mahmud
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Temmuz, 2008
Rejissoru Asif Rüstəmov olan «Ev» Azərbaycan filmi İspaniyada və Fransada keçirilən kinofestivala dəvət alıb. «Mənə Madriddən müraciət ediblər. Oktyabr ayında orada beynəlxalq kinofestival keçiriləcək. Bu, ümumi kinofestival olacaq». Bu sözləri filmin rejissoru A. Rüstəmov söyləyib.
Bundan əlavə «Ev» filmini Tuluzda keçirilən qısametrajlı filmlər festivalına dəvət ediblər.
Xatırladaq ki, «Ev» filminin ssenari müəllifi Asif Rüstəmov və Ramiz Fətəliyevdir. [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 223 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Temmuz, 2008
“Fikir Antologiyası” seriyasından növbəti kitab
KultAz: “Zəkioğlu” nəşriyyatı “Fikir antologiyası” seriyasından Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxıb. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilib.
Nəzəri-fəlsəfi əsər olan “Hakimiyyət əzmi”ndə filosof qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabardır. Burada nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 578 oxunma | 3 Şərh var
Açar sözlər: Fridrix Nitsşe
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Temmuz, 2008
Bizim gənclər Ukrayna dilində “Dəniz” mahnısı oxuyacaq
Azərbaycanın tanınmış «Unformal» rok-qrupu sentyabr ayında Ukraynada keçirilən «Rock siege» festivalında iştirak etməyə hazırlaşırlar. Ənənəvi festivalda bütün ukraynalı və xaricdən olan rokkerlər toplanacaq. Bundan əlavə qonaqsevər təşkilatçılar festivalın bütün xərclərini öz üzərlərinə götürüblər.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 346 oxunma | Şərh yoxdur »
Açar sözlər: "Unformal"
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Temmuz, 2008
Bir qrup tanınmış kino xadimi- başda gənc rejissor Samir Kərimov olmaqla «Ziyarət» filminin çəklişlərinə hazırlaşırlar. Film dövlət sifarişi ilə çəkiləcək. «Film iki əks xasiyyətli insanlardan bəhs edir. Onlardan biri çox dindar, digəri isə içən, çəkən, qumar oynayan insandır. Lakin filmin sonunda onlar dost olur»,- bu sözləri Samir Kərimov söyləyib. Ümumi layihənin bədii rəhbəri Rüstəm İbrahimbəyov, [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 272 oxunma | Şərh yoxdur »
Açar sözlər: Samir Kərimov
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 22 Temmuz, 2008
ƏJDƏR OL – 50
Əjdər Ol mənə, kənardan təəccüblü görünəcək tərzdə, yaxın insandır. Xarakterimiz yerlə göy qədər fərqli; yəqin elə bizi birləşdirən də vəhdətdə olan bu dialektoloji əksliklərdir. Təsadüfi coğrafilik-zad yox, onu mənə “Alın yazıma düzəliş” (1991) kitabı doğma etmişdir. Şeirlərini oxuyub, sanki dostluğa gecikərəm deyə, tez-tələsik özüm onu tapdım.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 634 oxunma | 7 Şərh var
Açar sözlər: Rafiq Tağı, Əjdər Ol
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Temmuz, 2008
Azərbaycanın xalq artisti Arif Quliyev Özbəkistanda filmə çəkiləcək. Bu barədə məlumat verən aktyor, filmdə dörd qardaşdan birini canlandıracağını deyib: “Bu, olduqca maraqlı bir filmdir. Hələlik filmin çəkilişi üçün maliyyə vəsaiti axtarılır. Əgər hər şey müsbət həll olunsa, sentyabrda Özbəkistana gedəcəyəm və filmin çəkilişlərinə başlanılacaq. Artıq filmin ssenarisi ilə tanış olmuşam”. A. Quliyev deyib ki, filmdəki [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 358 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 21 Temmuz, 2008
Günel Mövlud
Əvvəla mən bütün ədəbi mühiti “Alatoran” dərgisinin yeni sayının işıq üzü görməsi münasibətilə təbrik edirəm. Doğma dərgini vərəqləyəndən sonra usdufca bir ah çəkərək, bir şeyin fərqinə varıram – bu yüz altmış səhifəlik nəşrdə adamın gözünü sevindirən yeganə mətn “Böyükfırat lahmacun”unun reklam mətnidir. Amma nə yazıq ki, başqası, sadəcə olaraq, yoxdur.
Mən jurnaldakı əsərləri bir-bir saf-çürük [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 830 oxunma | 3 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Temmuz, 2008
Bir gözlük…
Kişi ovuclarının
İçi isti
Üstü soyuq
Eybi yox – al əllərimi ovuclarına
Bir az səndən danışım…
Bir də, bir də… yumma gözlərini
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.289 oxunma | 15 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 21 Temmuz, 2008
Ölüm kimin üçün gəlir?
Mən Rüstəm Behrudini demək olar ki, oxumamışdım. Tələbə olanda onun “Salam, dar ağacı” kitabını almış bir az vərəqləyib dostuma bağışladım. Bu yaxınlarda “Azadlıq” qəzetində Rüstəm Behrudinin şeirlərini gördüm, şeirlər haqda “Reytinq” qəzetində bir yazı da yazdım. Əlbəttə ki, Rüstəm Behrudini tərifləməmişdim. Amma keçdiyimiz aylarda Rüstəm Behrudidən müsahibə aldım. Filosof-şair mənə öz kitabını [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.012 oxunma | 20 Şərh var
Açar sözlər: Qan Turalı
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Temmuz, 2008
«Mənim «Mosfilm»lə müqaviləm var. Ssenarimə əsasən tanınmış rejissor Georqiy Danelinin 80 illik yubileyi ilə əlaqədar film çəkiləcək», -bu sözləri əməkdar incəsənət xadimi, rejissor Cahangir Mehdiyev söyləyib. Onun sözlərinə görə, Daneli vaxtıkən yerli rejissorun müəllimi olub, bu işə də özü razılıq verib. «Danelinin üç əsəri var: «Biletsiz passajir», «Xidmətçi sona qədər içir», «Çito-Qrito». Bu əsərlərə mən [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 477 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Araşdırma | Tarix: 19 Temmuz, 2008
Akif ƏLİ,
filologiya elmləri namizədi, yazıçı-publisist
…“Əkinçi” qəzetindən gül ətri gəlir.
Bu bir həqiqətdir. Böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin Azərbaycana gətirdiyi jurnalistika peşəsi sahəsində müəyyən uğurlar qazanmış həssas bir həmkarımızın amma çox kobud bənzətməsinə rəğmən, “Əkinçi” qəzetindən “tövlə” iyi yox, əsil Mədəniyyət Gülüstanının xoş rayihəsi yayılır. Sadəcə bu qəzeti başdansovdu oxumayasan və oxuyanda 133 il (yüz otuz [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 855 oxunma | 5 Şərh var
Açar sözlər: "Əkinçi", Akif Əli, Həsən bəy Zərdabi
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Temmuz, 2008
Güntay Gəncalp
Ərdəbildə muğam yarışması keçirilib və böyük rəğbətlə qarşılanıb. Dəstgahlarda oxunan şeirlər Azərbaycan şairlərindən və ifa tərzləri isə Üzeyir Hacıbəyli məktəbinə aid olub. Ərdəbildəki bu yarışmaya Güney Azərbaycanın müxtəlif bölgələrindən muğam ifaçıları qatılıb. Ərdəbil Mərkəzli bu mədəni fenomen toplumsal zövqün hansı istiqamətdə gəlişməsi ilə bağlı ipucları verməkdədir. Ulusal kimliyimizin hər şeydən daha çox musiqimizdə barınmış [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 331 oxunma | Şərh yoxdur »
Açar sözlər: Muğam
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 18 Temmuz, 2008
Üstünə konyak dağılmış məktub
Sən özündən qəhrəman düzəltdin…
mən səndən yaxşı bir oyuncaq…
sən mənim sevimli qəhrəmanım…
mən sənə həyatın özü boyda…
ya da həyat kimi bir şey…
mən sənə özündən bir qarış yaxın…
mən sənin ən gözəl oyuncağın…
kimi yəni…
Yazını dostuna göndər
|
Yazını Çap et
| 880 oxunma | 16 Şərh var
Açar sözlər: Sevin Çılğın
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 18 Temmuz, 2008
Qoca şərqin
pəncərəsi
açılmır sonsuz sabahlara…
döyünür yad küləklərin
qəm notlarıyla…
Yazını dostuna göndər
|
Yazını Çap et
| 487 oxunma | 4 Şərh var
Açar sözlər: Şəmşad
Səhifələr: 2 -dən 4 qədər«1234»