İlə görə arxiv: Temmuz 2008
Səhifələr: 3 -dən 4 qədər«1234»
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Temmuz, 2008
KultAz: Yeni nəsil Azərbaycan ədəbiyyatçılarının dərgisi “Alatiran”ın yeni sayı işıq üzü görüb. Dərginin bu sayında da çoxlu maraqlı bədii materiallar və tərcümələr yer alıb. “Jurnal içində jurnal” layihəsinin davamı kimi isə bu dəfə Almaniyanın “Lettre” dərgisi təqdim olunub. Bu layihə çərçivəsində alman yazarlarından bir sıra maraqlı tərcümələr diqqət çəkir.
Bundan əlavə “Alatoran” ənənəsinə sadiq qalaraq, bu [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 393 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Teatr | Tarix: 17 Temmuz, 2008
Musiqili Komediya Teatrında «O olmasın, bu olsun» komediyasının premyerası oldu
Aliyə
Elə bir komediyamız varmı ki, Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» komediyası kimi bu qədər məşhur olsun? Elə komediya qəhrəmanları arasında da Məşədi İbad qədər məşhur olanı yoxdur. Yüz ilin qoca kişisinin bu qədər sevimliliyidir ki, ona dəfələrlə baxmağa həvəsimiz var? Yoxsa evlənmək həvəsli bu qocanın [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 768 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Proza | Tarix: 16 Temmuz, 2008
Emin uşaqlıqdan ruhi xəstədir. Onu tanıyanlar ağıllı olmadığını deyirlər. Yəni Emin anadan dəli doğulub. Təxminən 30-33 yaşlarında olan Emin çox zaman qoca anasının yanında gəzər, nadir hallarda uşaqlarla futbol, hərdən isə gecələr qoca, işsiz kişilərə qoşulub domino, nərd oynayardı. Soruşa bilərsiniz ki, anasının yanında gəzən, balaca uşaqlarla futbol oynayan, qocalarla nərd “vuran” insan nə vaxtdan [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 899 oxunma | 7 Şərh var
Açar sözlər: Turxan
Yazar: Admin | Bölmə: Proza | Tarix: 16 Temmuz, 2008
Onlar bəlkə bütün dünyanı sevə bilərdilər, ancaq onları heç kim başa düşmədi və onlar hamıya nifrət etməyi öyrəndilər
Divar yazısı
Sənin üzündə insan əzabının son həddini görürəm
“Nəsimi” filmindən
Gecə hamilədir. Hər kəs yataraq səhərin doğmasını gözləyir. Dünən olduğu kimi bu gün də onlar xoruzdan qabaq oyanıblar. Bəlkə də, heç yatmayıblar.
Mən onu və onun kimilərini lap uşaqlıqdan tanıyıram.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 449 oxunma | 1 Şərh var »
Açar sözlər: Ayaz
Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 16 Temmuz, 2008
Səid Muğanlı: “Güney Azərbaycanda da gənclərlə qocalar bir-birini sevmir, amma sizdəki kimi, bir-birlərinə nifrət etmirlər”
Güney Azərbaycanda nəşr olunan “Yaşmaq” dərgisinin baş redaktoru Səid Muğanlı ilə söhbət
– Səid bəy, öncə özünüzü Qüzey oxucularına tanıdardınız.
- Güney Azərbaycanın Muğan bölgəsində anadan olmuşam. Hazırda Tehranda yaşayır və çalışıram. İlahiyyat təhsili almışam. Hazırda “Yaşmaq” jurnalının baş yazarıyam. [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.013 oxunma | 20 Şərh var
Açar sözlər: Səid Muğanlı
Yazar: Admin | Bölmə: Persona | Tarix: 16 Temmuz, 2008
Şair Vaqif Bayatlı Odərlə müsahibə
- Yeni kitabınızla sözü Yerin köləliyindən azad etdiyinizi bildirirsiniz. Bu hansı köləlik və azadlıqdır belə?
- Mən sözləri kitabdan çıxartdım, onları kitabdan və Yer üzündən xilas elədim. Sözlər bu dünyanın bəzi həqiqətlərinə əsir düşmüşdü, onları Yerin mənasız həqiqətlərindən ilk dəfə mən xilas etdim. Yenicə işıq üzü görən “Yupyumru bir eşq ilə” kitabımın [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 674 oxunma | 4 Şərh var
Açar sözlər: Vaqif Bayatlı Odər
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 16 Temmuz, 2008
Mən sənin əsirindim
Sən çox şeyi bilmirsən.
Mən sənə
Tanrıya yaxın olduğum qədər
yaxın oldum.
Fərq etməz,
qadınlar
uzaqdan daha gözəl görünür.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 719 oxunma | 9 Şərh var
Açar sözlər: Narıngül
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 14 Temmuz, 2008
Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakultəsi təqdim edir
Bakı Slavyan Universitetində Yaradıcılıq Fakultəsi yarananda sevindik. Sevindik ki, istedadların formalaşması üçün daha sanballı bir sitem formalaşacaq. Gənclərin təcrübəli, savadlı peşəkarların arasında öz istedadlarını daha tez cilalaya biləcəkləri ilə bağlı bir ümid yarandı içimizdə.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 548 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 14 Temmuz, 2008
Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakultəsi
Həyat
Bütün acı xəbərlər gecə saatlarında gəlir,
məsələn, bir körpənin doğuluşu xəbəri.
Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə-
həm də əgər bu, oğlan uşağıysa.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 785 oxunma | 15 Şərh var
Açar sözlər: Fərhad Mete
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 14 Temmuz, 2008
Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakultəsi
***
Qaldır başını, qaldır.
Ömür elə budu-
bu şəhərdi, bu küçədi, bu yoldu
və bu yola paralel küçələrdə
daş hasarlı daş adamlardı.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 946 oxunma | 15 Şərh var
Açar sözlər: İlham Çərkəzoğlu
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 14 Temmuz, 2008
Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakultəsi
Qarabağı erməniyə uduzan sayaq
uduzdun məni.
adamlar didərgin düşəndə itirdiklərini,
sən məni uduzanda itirdin.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 831 oxunma | 14 Şərh var
Açar sözlər: Feyziyyə
Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 13 Temmuz, 2008
Həmid Herisçi, İlhamiyyə Rzayeva
marakaqol@rambler.ru
MEFİSTOFEL
«Başında ağ rəngli keçə papağı olan bir kəndli iki təkərli arabası ilə qarşıma çıxdı. Təkərlərin səsi südəmər körpələrin çığırtısını andırırdı. Həmin səsi lap uzaqlardan da eşitmək olardı.
-Qardaş,-dedim,- Bakıdakı dostlarımdan birinə məktub yazacam ki, təkərlərinin oxlarını yağlamaqdan ötrü sənə bir azacıq yağ göndərsin.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.595 oxunma | 10 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 13 Temmuz, 2008
Birinci hekayə
Qulağımız avtomat səsinə, gözümüz silahlı adamları görməyə alışmışdı. Buna baxmayaraq, raket zərbələrinə çox az adam hazır idi. Qardaşım darvazanın sağ küncündə, qaz durbasının üstündə oturmuşdu. Bacım musiqi məktəbinə fortepiano dərsinə getmişdi. Anam xəstəxanadaydı. Yatmırdı, işləyirdi. Atam iki il əvvəl araqdan zəhərlənib ölmüşdü. Ya cənnətdə idi, ya da cəhənnəmdə. İkisindən birində. Mən bazarın yaxınlığından keçirdim. [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 802 oxunma | Şərh yoxdur »
Açar sözlər: Seymur Baycan
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Temmuz, 2008
KultAz: Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi, şair Abbas Səhhətin ölümündən 90 il keçir. 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gələn şair şerlərində vənətəpərvərlik milli oyanış tərəqqi idyelarını tərənnüm edib. Abbas Səhətin «Şair, şer pərisi və şəhərli», «Əhmədin sücaəti» poemaları var. Poemalarında Abbas Səhhət cəmiyyətdə gedən ictimai prossesləri romantik üslubda mənalandırıb.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 623 oxunma | 1 Şərh var »
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 13 Temmuz, 2008
Sevgili oxucu! Zaman-zaman ekranda gördüyün, qəzetlərdən oxuduğun qalmaqallara fikir vermə: su bulanmasa, durulmaz
Vaqif İbrahimoğlu
Son dövrlərdə postsovet məkanında baş verən bir sıra hadisələrə fikir verəndə vahid “hadisə xətti”ni aşkarlamaq o qədər də naqolay məşqulat olmur. Necə deyərlər, “kor-kor, gör-gör”. Sözügedən hadisələrin görüntülərini nizamlayıb da sistemləşdirəndə vahid qanunauyğunluqları da aşkarlamaq asan olur. Bəzən deyirlər ki, mədəniyyət sahəsində [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 497 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Temmuz, 2008
KultAz: İyul ayının ilk günlərində Şimali Kipr Türk Cümhuriyyətində böyük şeir festivalı var idi. “Kultaz.com”un məlumatına görə, artıq 2-cisi düzənlənən bu festivala dünyanın 8 ölkəsindən şairlər dəvət edilmişdi.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 525 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Temmuz, 2008
Pianoçu-bəstəkar, cazmen Şahin Növrəsli Azərbaycanda konsert vermək istəmir. Bu barədə Şahinin özü məlumat verib: «Ötən il xalq artisti Alim Qasımovla birgə verdyimiz konsertin əsk-sədası hələ də böyük rezonans doğurmaqda davam edir. Amma növbəti konsert proqramı çıxış etməyi düşünmürəm. Çünki, yeni layihəni ərsəyə gətirməkdən ötrü, mütləqdir ki, hansısa sponsor şirkətlərinin qapısını döyəsən. Bu da mənim təbiətimə [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 290 oxunma | Şərh yoxdur »
Açar sözlər: Şahin Növrəsli
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Temmuz, 2008
Litva Yazıçılar Birliyinin “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Rəşad Məcidin “10 sentyabr” hekayəsini nəşr edib. Hekayəni Litva dilinə Edita Ratkuviene və Mahir Həmzəyev çeviriblər.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 468 oxunma | 1 Şərh var »
Açar sözlər: Rəşad Məcid
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 12 Temmuz, 2008
Qurban Yaquboğlu
Məmməd Nazimoğlunun öləcəyini o, Türkiyəyə getməzdən qabaq bəlkə də dostlarının hamısı bilirdi. Daha bundan sonra gizlətməyə heç ehtiyac yoxdu. Onun yaxın dostu, hər gün, günaşırı, həftədə, ayda bir dəfə çevrəsinə yığışan insanlar sırasında olmaya-olmaya bu xəbəri mənim qulağım almışdısa, deməli, bundan çoxları xəbərdarıdı. Üzr diləyirəm, bizdə qəribə bir “ölüm riyakarlığı” var. Guya bəzi səthi, [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 599 oxunma | 10 Şərh var
Yazar: Admin | Bölmə: Araşdırma | Tarix: 12 Temmuz, 2008
Tarixi missiyanı həyata keçirənlər təfərrüatları danışır
Repressiya illərində həbs olunan, 1939-cu ildə Maqadana sürgün edilən, Uzaq Sibirdə, İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində torpağa tapşırılan Hüseyn Cavidin cənazəsinin qalıqları Azərbaycana necə gətirilib? SSRİ tarixində ilk dəfə baş verən bu qeyri-adi evakuasiyanı həyata keçirənlər və bu səfərdən imtina edənlər kimdir?
Yazını dostuna göndər
|
Yazını Çap et
| 925 oxunma | 1 Şərh var »
Açar sözlər: Hüseyn Cavid
Səhifələr: 3 -dən 4 qədər«1234»