Əli Şirin Şükürlü. Şeirlər.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 11 Temmuz, 2008dar ağacında
yaşayan görmüsənmi
yarpaq misalı…
dar ağacında
yaşayan görmüsənmi
yarpaq misalı…
Yazıçının özünü sığortalamasına baxmayaraq, həqiqəti bu əsərdə tam əminliklə axtara bilərsiniz
Nərgiz CABBARLI
Müharibə ona kənardan baxanlar üçün maraqlı, içində olanlar üçün faciədir. Və bu, (kənardan baxmaq, yoxsa içində olmaq!!!) sənin müharibəyə məruz qalan ölkənin Vətəndaşı olub-olmamağından asılı deyil. Məsələn, nə qədər Azərbaycan vətəndaşı var ki, müharibə onun üçün ən yaxşı halda ekranda gördüyü, efirdə eşitdiyi «… [...]
KultAz: Dünyanın ən nüfuzlu ədəbi mükafatlarından biri olan “Buker”in 40 illiyi münasibətilə təsis edilən “Ən yaxşı Buker” mükafatına oxucular tanınmış yazıçı Salman Rüşdinin “Gecəyarısının uşaqları” romanını layiq bilib.
Mükafatın tarixində ilk dəfə münsif kimi oxucular çıxış edib. Qeyd edək ki, namizədlər siyahısında Rüşdidən əlavə daha 5 yazıçı var idi.
“Absurdistan” filminin rejissoru Fayt Helmerin “Kultaz”a müsahibəsi
- Fayt, sizin Azərbaycanda film çəkmək ideyanız Almaniyada necə qarşılandı?
- Maraqlıdır, mən bu fikrimi orada deyən kimi, məni qorxutdular. Bilmirəm, orada belə bir rəy hardandır, amma Almaniyada mənə dedilər ki, bura az qala vəhşi bir yerdir. Dedilər ki, məni burada öldürə bilərlər, soya bilərlər. Amma bura gələndən sonra gördüm [...]
«Absurdistan» Azərbaycanda
Artıq iki ilə yaxındır ki, alman rejissoru Fayt Helmerin Azərbaycanın bir neçə bölgəsində lentə aldığı «Absurdistan» filmindən xəbər-ətər yox idi. Xatırladım ki, bu film rejisorun ölkəmizdəki birinci işi deyildi. İndiyə qədər 11-12 dəfə vətənimizdə olan rejissor burada artıq «Xəzər gəlini» adlı qısametrajlı bir flm çəkib. Bu onun ölkəmizdəki ikinci işidir və bu film layihəsinə [...]
SSRİ xalq artisti, məşhur kinoaktrisa Nonna Mordyukova 83 yaşında vəfat edib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən aktrisa bu səhər Moskva xəstəxanalarından birində dünyasını dəyişib. Qeyd edək ki, Nonna Mordyukova “Gənc qvardiya”, “Balzaminovun evliliyi”, “Ana”, “Brilyant əl”, “İki nəfər üçün vağzal” və başqa filmlərində unudulmaz obrazlar yaradıb. Böyük Britaniyada nəşr olunan “Kim kimdir” ensiklopediyasının Redaksiya Şurasının [...]
İdman və Gənclər Nazirliyinin dəstəyi ilə Bakıda ikinci gündür ki, IV müəllif mahnı festivalı keçirilir. Əlbəttəki, festivalın açılışı böyük güc tələb edib. Festivalın ilk günü saat 21:30-da başlayıb, səhər 7:00-a qədər Atəşgahda davam edib. Bu gün isə məhz Yuriy Loresinin adı Rəşid Behbudov adına Mahnı Teatrına çoxlu sayda tamaşaçı auditoriyası toplayıb.
Bakıda Ukrayna mədəniyyəti günləri keçirildi, məşhür şair Taras Şevçenkonun heykəlinin açılışı oldu, dost ölkənin incəsənət xadimləri konsertlər verdilər. Düşündüm ki, tanınmış şair Vasil Stus barədə yazını azərbaycanlı oxuculara təqdim etmək yerinə düşər.
Oğuldan ataya
GUAM yazarlarının Bakı görüşləri olmasaydı və bu görüşlərdə məşhur Ukrayna şairi Vasil Stusun oğlu, “Kiyevskaya Rus” jurnalının baş redaktoru Dimitro Stusla görüşməsəydim, bu [...]
KultAz: İyulun 11-də məşhur alman rejissoru Fayt Helmerin quruluşunda lentə alınmış “Absurdistan” filminin Bakıda premyerası keçiriləcək.
Filmin süjet xəttini Asiya və Avropa arasında, naməlum bir yerdə sehrli Absurdistan kəndində baş verən hadisələr təşkil edir. Kəndin ən böyük dərdi su problemidir. Kəndin qadınları üçün isə ən böyük problem vəziyyəti dəyişmək üçün barmaqlarını belə tərpətməyən tənbəl kişilərdir.
“Güney Azərbaycan Ədəbiyyatı” həftəsi
Özümü öldürəcəm!
Sabah günəş doğmamışdan
Hamı yuxuda olarkən
Özümü öldürəcəm!
Ağlayanım olmayacaq
Kəfənə bükülməyəcəm
Tabuta girməyəcəm
Qəbrə soxulmayacam
Onun fikirləri
Bilmirəm nə səbəbdən son vaxtlar yaman hekayə yazmaq həvəsinə düşmüşəm. Hər şeyin səbəbi var, ancaq mənim hekayə yazmağıma tutarlı bir səbəb tapa bilmirəm. Amma yaxşı anlayıram ki, indi kitab oxumaq dəbdə deyil: bunun da səbəbi odur ki, ya yaxşı kitab yazmırlar, ya da oxumaq dünyagörüşünü artırmaq, bədii zövqü gözəlləşdirmək vasitəsi kimi artıq sıradan çıxıb. [...]
Cavanşir YUSİFLİ
“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
Hümmət Şahbazini uzaqdan tanıyıram. Şeirlərini oxumuşam. Müxtəlif saytlarda (ilk dəfə Məsiağa Məhəmmədinin irfan.azeribloq.com bloqunda) və onun şəxsi bloqunda. Müşahidələrimə görə, Hümmət Güney Azərbaycan şeirində gedən proseslərin simvolik deyil, qabarıq bəlirtisidir, məlum səbəblərə görə Güney Azərbaycan poeziyasında müşahidələr aparıb dəqiq bir proqnoz qoymaq, aparılan təhlillərin sonucunda dəqiq ayrıntıları olan nəticəyə gəlmək mümkün [...]
“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
qarşımı kəsdi qız gəlin
yolarkən saçlarını
evimiz yıxıldı
dedilər: anamız öldü
soluma baxdım gülümsəyərək
- bu da unudular
unudular hərşey dedim-
dedim
Xəzərin dostları
Yaradan «ol» deyəndən bəri yer üzünün dəniz məxluqları bir yerə toplaşmağa heç cür macal tapmırdı. Həsrətdən cana gələn Xəzər daha dözə bilməyib özünə yaxın dənizləri başına yığıb onlarla hal-əhval tutmaq, dərdləşmək istədi. Söz yox ki, Xəzərə tökülən çaylar ona dostlarından ara-sıra xəbərlər gətirərdi. Xəzər də təbriklərini, başsağlıqlarını balıqların köməyi ilə tez bir zamanda dost [...]
“Güney Azərbaycan Ədəbiyyatı” həftəsi
Hey bə ziyalılar, hey
Məni bir otaqca da dözəmmədiniz
Kölgəm
azadlığı yapdı duvarlara!
qaşlarım qartallandılar özgürlük havasında
kipriklərim durnalandılar qurtuluşa
dodaqlarımdan öyrəndiniz dalğalanmağı
gözlərimə sataşıb aydınlaşdınız
aydın oldunuz!
Bu il Azərbaycanda kinosevərlərin ilk festivalı təşkil olunacaq. Bu haqda Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev xəbər verib. «Bu təkliflə bizə Sumqayıtın Mədəniyyət üzrə İctimai Təşkilatı müraciət edib. Hazırda festivalın qayda və şərtləri üzərində işləyirik. Düşünürəm ki, layihə dəstəklənəcək. Çünki Azərbaycanda həqiqətən də kinosevərlər çoxdur».
Festivalın keçirilməsi payız aylarına planlaşdırılır. //Trend
“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
Gəl tanrını yarı bölək
İsti bir əl çörəyi tək
Bir parçası səndə qalsın
parçasın da öksüz uşaqlara verək
“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
1
Duyğularım körpə kəpənək,
Qanad çalır
Həyatımın xəzan vurmuş bağçasında
Payızım küləyində
Al-əlvanlı qanadları
Naxış salır
Qızarılmış yarpaqların üzərində.
Qanadsız duyğular
Körpə kəpənək
Basdırır xəzana
Amansız külək.
1.Duet
Yağış yağır. Pəncərədən baxıram. Mənə maraqlıdı yağış damlaları. Düşünürəm, görəsən hər yağış damlası bir insan olsaydı, necə olardı? Təsəvvür edin ki, küçələr göydən yerə zərblə çırpılıb parçalanmış miloyonlarca insan meyidi ilə doludur. Təsəvvür etdiz? Görəsən onları necə təmizləyərdilər. Və ya hər yağış damlasının yerinə milyonlarca pul tökülsəydi, insanlar yenə də pula acgöz olardılarmı? Pəncərəni bağlayıb [...]