Avq
30
Orhan Pamuk: “Yeni romanda ənənələrin gücünü, insanın bunlardan fərd olaraq istəsə belə, xilas ola bilməyəcəyini; azadlıq həsrətinin, fərdi üsyanın, cəmiyyətin qənaətləri qarşısında məğlub olacağını izah etməyə çalışıram”
Nobel mükafatçısı Orxan Pamuk yeni romanını anladır
Xəbər verdiyimiz kimi, məşhur türk yazaıçısı, Nobel mükafatçısı Orhan Pamukun yeni romanı- “Məsumiyyət Muzeyi” bir neçə gündür ki Türkiyədə satışıa çıxarılıb. Roman Türkiyə timsalında bütün qapalı Şərq toplumlarına xarakterik cəmiyyətlərdə baş verən kədərli və gizli bir eşq macərasından bəhs edir. Əsas hadisənin fonunda qadın azadlığı, qapalı toplumlarda hər bir qadının təcavüzə məruz qalması, saxta modernlik və sair əhəmiyyətli mövzulara da toxunulur. Yazıçının yeni romanıyla bağlı Türkiyənin NTV kanalına verdiyi müsahibəni ixtisarla dərc edirik. Davamı…
Avq
30
info@ilhamqahraman.com
ULDUZLU GECƏ
Ulduzlu gecədə
bıçaq altda xoruz qanıtək
ürəyə təpən sevgiylə
Səni düşünmək
necə də gözəldi. Davamı…
Avq
29
Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiyanın xalq artisti Sergey Bezrukov “Yaradıcılıq görüşü” adlı proqramla çıxış edəcək. Dünən gecə Bakıya gələn aktyor bu gün jurnalistlərlə görüşüb. Sergey Bezrukov Bakıdakı çıxışında həm Sergey Yesenindən şeirlər oxuyacağını, həm də bu şairin sözlərinə yazdığı mahnıları ifa edəcəyini bildirib: “Çox sevinirəm ki, bu gün Bakıda Sergey Yeseninin muzeyi var. Düzdür, muzeyin vəziyyəti çox da qənatəbəxş deyil. Bu muzeyin saxlanılmasına çalışmalıyıq, çünki bu, ölkələr arasındakı bağların qırılmasına imkan verməməliyik”. Davamı…
Avq
29
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Azərbaycan Aşıqlarının V Qurultayı keçirilib. Qurultaydan əvvəl Azərbaycan aşıqları Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.
Qurultayda giriş sözü ilə çıxış edən akademik Bəkir Nəbiyev Aşıqlar Birliyinin ilk qurultayının 1928-ci ildə keçirildiyini bildirib və birliyə ilk olaraq Hüseyn Arifin rəhbərlik etdiyini qeyd edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qurultay iştirakçılarına dövlət başçısı İlham Əliyevin təbriklərini çatdırıb və prezidentin bu qurultayla bilavasitə maraqlandığını qeyd edib: Davamı…
Avq
28
KultAz: Çağdaş Türkiyə poeziyasının öndə gedən ismlərindən biri İlhan Berk bu gün Bodrumda müalicə aldığı xəstəxanada ürək və tənəffüs çatışmazlığı səbəbindən 92 yaşında vəfat edib. Davamı…
Avq
28
Festivalda iştirak edən 21 filmdən 4-ü İtaliya istehsalıdır
KultAz: 65-ci Venesiya Film Festivalı bu gün işinə başlayıb. Festival Bred Pit və Corc Kluneyin çəkildiyi “Burn after reading” filmiylə açılıb. Film Mərkəzi Kəşfiyyat İdarəsindən bəhs edir və komediya janrındadır. Bu film festivalda müsabiqədənkənar göstərilir.
7 nəfərlik münsiflər heyətinə almaniyalı rejissor Vim Venders başçılıq edir. Davamı…
Avq
28
KultAz: Şair Qəşəm Nəcəfzadənin Amerikanın “Nahant Harbor Review” qəzetində “Qul saatları” (Slave Horus) şeiri ingilis dilində dərc edilib. Şeiri ingilis dilinə tanınmış Alban şairəsi Rozi Theohari tərcümə edib.
Xatırladırıq ki, Rozi Theohari bir neçə ay bundan öncə Qəşəm Nəcəfzadənin şeirlərini Alban dilinə də çevirmişdi.
Avq
28
Ədəbiyyatın «işgəncələr kralı»
Elnur Astanbəyli
Bir neçə ay əvvəl «Reytinq»də Ramiz Rövşənin Azərbaycan polisinin şücaəti haqqında filmə məsləhətçi təyin edildiyini yazmışdım. Filmin başqa bir məsləhətçisi isə daxili işlər nazirinin müavini, etirazçı xalq kütləsinə qarşı amansızlığı ilə ad çıxarmış, «Viloş» ləqəbli Vilayət Eyvazovdur. Qısası, allah ömür versə, tezliklə Ramiz Rövşənlə Vilayət Eyvazovun adını titrdə yanaşı görəcəyik. Nə isə. Yazı çıxandan sonra hətta ən aqressiv dostlardan belə, «şər, şər, day bu qədər də yox» janrında mesajlar, e-maillər aldım. Heç kim buna inanmaq istəmirdi. Halbuki 2003-cü ilin şərəfli seçki etirazlarından sonra işgəncələrə qarşı komitəyə rəhbərlik edən, insanları polis zülmündən qorumaq missiyasını üzərinə götürən Ramiz bəyin həmin vaxt işgəncələrin başında dayanan Vilayət Eyvazovla eyni filmə məsləhətçilik etməsində təəccüblü heç nə yoxdur. Davamı…
Avq
28
Nə üçün sufizm postmodern qiymtləndirmə üçün ənənəvi müdrikliyin ruhani tələblərini özündə saxlamaqla individual azadlıq və unikallığa inteqrasiyaya qadirdir?
Bu gün biz mədəniyyətlərin deyil, paradiqmaların toqquşması ilə qarşılaşırıq. Üstünlüyü ələ almış postmodern paradiqması individuallıq və fərdi azadlıq üzərində qurulmuşdur. O, bütün perspektivləri nisbi, müqayisəli, subyektiv və sosial qüvvələr tərəfindən şərtiləşdirilmiş şəkildə dəyərləndirir. Postmodern paradiqma dünyəvi və dolayı materialist xarakter daşıyır. Postmodernizm özünü təntənəli şəkildə müstəqil və azad bəyan etməsinə baxmayaraq, həqiqətdə o, kommersializmin, konsumerizmin və relyativizmin təsiri altında formalaşıb. Davamı…
Avq
27
KultAz: Misirin dəniz kənarı İsgəndəriyyə şəhərində dünən məşhur Aleksandriya beynəlxalq kino-festivalı başlayıb.
4 gün ərzində festival çərçivəsində dünyanın müxtəlif ölkələrində istehsal edilmiş 80 qədər film nümayiş etdiriləcək.
Lakin festivalın açılışı üçün nəzərdə tutulan mübahisəli film son məqamda proqramdan çıxarılıb. Davamı…
Avq
27
Zakir Sadatlı: “Ədəbiyyat - həqiqətin yozulmayan tərəfidir…”
UNESCO-nun “Mahmud Kaşğari ili” proqramı çərçivəsində Türk Dünyası Ədəbiyyatı Dərgiləri Konqresi, Avrasiya Yazarlar Birliyi və “Ulduz” jurnalının (Azərbaycan) birgə keçirdiyi Beynəlxalq Hekayə Müsabiqəsinin birinci mərhələsi başa çatıb. Yazıçı Zakir Sadatlı bu müsabiqənin Azərbaycan üzrə qalibi elan edilib. O, 24 türkdilli dövlətin qatıldığı bu mötəbər yarışmanın Türkiyədə keçiriləcək yekun mərhələsində Azərbaycanı təmsil edəcək. Davamı…
Avq
26
Söhbət “Şəkərli Kreml” (Сахарный Кремль) kitabından gedir
KultAz: Bir neçə gün öncə Rusiyanın məhşur postmodern yazarlarından biri Vladimir Sorokinin yeni kitabının təqdimat mərasimi olub. Təqdimat zamanı yazıçı və onun yaxın dostları kitabdan parçalar oxuyublar.
Təqdim olunan yeni kitabda oxuculara “Den opriçnika” kitabından tanış olan qəhrəmanların sonrakı talelərindən bəhs olunur.





Avq
25
Türkiyənin Nobel mükafatlı yazıçısı Orxan Pamuk altı ilə yazdığı ‘Məsumiyyət Muzeyi” romanını tamamlayıb. Eşq hekayəsindən bəhs edən roman avqustun 29-dan etibarən satışda olacaq.
Roman 1975-ci ildən başlayıb, günümüzə qədər davam edən bir eşqdən bəhs edir. Romanın baş qəhrəmanları İstanbulun zənginlərindən biri kimi təsvir edilən Kamalla onun uzaq və yoxsul qohumu Füsundur. //Lent.az
Avq
25
Vaxtilə kino işıqçısı işləmiş Malik: “Olimpiadaya aparılan o bahalı atın puluna 3 dənə yaxşı film çəkmək olardı”
Onunla təsadüfən tanış olmuşdum. Demək, mənim sevimli itim Fu məhləyə gələn işıq, qazpulu yığanlara qənim kəsilmişdi. Yad ünsürlər olduğundan onları “qoruduğu əraziyə” - məhləyə buraxmadığından, onlar da yerli “JEK”-ə şikayət etmişdilər. “JEK”-in ağıllı rəhbərləri də belə qərara gəlmişdilər ki, ovçu çağırıb Funu öldürsünlər. Hələ üstəlik şərt də qoymuşdular; sabaha qədər bu iti başqa yerə aparmasan, güllələyəcəyik. Funu yaxın bir yerə apara bilərdim, amma ağıllı it idi, yenidən qayıdıb gələcəkdi. Qərara aldım ki, gözümün qabağında olsun deyə, redaksiyamızın həndəvərinə gətirim. Davamı…
Avq
25
Eleni, sən məni anlamırsan… Bilmirsən ki, insanlar bu nifrəti özləri qazanıblar…
İnsanlara nifrət elədiyim vaxtlar var idi. Bəzən isə günlərlə onlardan uzaqda qalmaq istəyirdim. Məni hər şey bezdirirdi, Eleni… Bütün səslər adam səslərinə bənzəyirdi. Köməyimə səsli-küylü disko-barlar yetişirdi. Səhərə qədər mənasız hərəkətlərlə tullanıb düşən qızlara tamaşa edirdim. Bəzən isə durub mən də rəqs eləyir və anlayırdım ki, daxilimdə bir şeytan bəsləyirəm. O şeytanı ki, mən onu öz qəlbimdən qova bilmirəm, o şeytanı ki, o öz çirkli sevdasını iynə kimi beynimə batırır, o şeytanı ki, biz onunla rəqs eləyirik… Davamı…
Avq
25
Kultaz: Gənc Azərbaycan bəstəkarı Firudin Allahverdi İsveçrədə keçirilən 4-cü beynəlxalq Pre-Art müsabiqəsinin qalibi olub. F.Allahverdinin “Paradoxes” əsəri dünyanın müxtəlif ölkələrindən müsabiqəyə göndərilən 500 əsər arasından qalib gəlib.
Professor Roland Moserin rəhbərlik etdiyi münsiflərə Matthias Arter, Boris Previsic və Stefan Wirth daxil idi.
Müsabiqədə sonrakı yerləri Anita Mieze (Latviya) və Dafina Zeqiri (Kosovo) tutub. Davamı…
Avq
23
Azərbaycan yazıçısı Vahid Məmmədlinin “Tunc Mələk” əsəri ana dilimizdə çapdan çıxıb.
İlk qansız roman olan “Tunc Mələk” 2007-ci ilin noyabrında Moskvanın “Qrifon” nəşriyyatında ilk dəfə rus dilində çap olunub.
Qısa müddət ərzində dünyanın rusdilli oxucularının ən çox oxunan kitablarından birinə çevrilmiş “Tunc mələk” romanı azərbaycanlı oxucuların çoxsaylı müraciətlərinə cavab olaraq müəllif tərəfindən ana dilimizə tərcümə olunub. Davamı…
Avq
22
Elnur Astanbəyli: “Yazıçılar Birliyinin binasının yox, orada oturanların beyninin, vicdanının təmirə ehtiyacı var”
- Özünü oxuculara necə tanıdardın?
- 1981-ci il doğumluyam. Qazağın Aslanbəyli kəndində anadan olmuşam. İxtisasca filoloqam, amma jurnalist kimi çalışıram. Vəssalam.
- Bəri başdan soruşum: bir çox dostların səni «qazaxşina» hesab edir.
- Mən doğulduğum yerə görə çox məmnunam. Bir yazı adamı üçün vacib olan elə şeylər var ki, onları hətta ən güclü mütaliə ilə də qazanmaq mümkün deyil. Davamı…
Avq
22
İranın tanınmış xalça ustası Zaminad Baxşəli Bakıya gəlib. Xalça ustasının ölkəmizə səfəri Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi İncəsənət Muzeyində keçiriləcək “Yun məmulatlarının təbii rənglənmə üsulları” mövzusunda dəyirmi masada iştirak etməkdir. Davamı…
Avq
22
***
mənim incik dostlarım çılğıncasına
savaşır bu günahkar hakimiyyətlə
mən isə hindlilər kimi
həmişə fikirləşirəm- mənim nəyimə lazımdır
bəlkə mane olur mənə uşaq doğuzdurmağa
gölə ördək buraxmağa
və ya özümçün filosofluq etməyə? Davamı…
sonrakı səhifə »