Avq
1
Serblər onu müsəlman olduğuna, bosniyalılar isə yetərincə müsəlman olmadığına görə sevmirlər
“Kino Həftəsi”
Uşaq, dəli, Fransada yaşayan serb, müsəlman, siyasətçiləri duelə çağıran və ya onların arvadlarıyla saçyoldusuna çıxan- bütün bunlar rejissor Əmir Kusturitsa deməkdir.
Əmir Kusturitsa çox tez-tez və məmnuniyyətlə deyir ki, o heç kimdir və heçlikdən gəlir. Ümumiyyətlə, onun həyatında həmişə “yox” sözü “hə” sözündən vacib yer tutur. Bəlkə elə buna görə, onun filmləri həddindən artıq şəndir. Davamı…
Avq
1
NAHAR
Birgə həyatımız
açıq-aşkar alınmır.
Bu nahar
olsun ki, sonuncu açılan
vida süfrəsidir. Davamı…
Avq
1
KultAz: Avqustun 25-də Berlinin “Konzerthaus” salonunda “Young-Evro-Classic-Festival” beynəlxalq festivalı çərçivəsində bəstəkar Elmir Mirzəyevin “İllumination” yeni simfonik əsəri də ifa olunacaq. Qeyd edək ki, əsər festival təşkilatçılarının sifarişi ilə yazılıb. Davamı…
Avq
1
Kamal Abdulla: «Azərbaycan dilini heç kim yaxşı bilmir»
Azərbacan dilinin hazırkı durumu necədir? Kim bu dili yaxşı bilir? “Azadlıq” Radiosunun qonaqları professorlar Vaqif İbrahimoğlu, Qulu Məhərrəmli və Kamal Abdulla ilə bu məsələni müzakirə edib.
Vaqif İbrahimoğlu dedi ki, dilin ölməsi heç zaman baş vermir. Sadəcə ondakı bəzi sözlər əhəmiyyətini itirir: «Vaxtilə dilimizdə olan «raykom», «partkom» sözləri getdi, əvəzində «davay», «voobşe», «uje» sözləri gəldi. Bu, dağdan axan sel kimi bir prosesdir, sel də özüylə çox şey aparar. Təki durğunluq olmasın». Davamı…
Avq
1
Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Ramiz Əzizbəyli və Tofiq İsmayılova “Azərbaycan Respublikasının xalq artisti”, Davamı…