YAÇEK POSYADLO. XX əsr polyak şeri.

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 01 Ağustos, 2008

1NAHAR

Birgə həyatımız
açıq-aşkar alınmır.
Bu nahar
olsun ki, sonuncu açılan
vida süfrəsidir.
İş belədir ki, mən
siçan tələsi almışam,
və biz pendir yeyirik:
mən – boşqabdan,
o isə – məftilin ucundan,
hiyləsiz,
amma gözəl nəticəli qurğudan.
Nəfəsimi dərməməyə çalışıram,
titrəyən barmaqlarımla
qaldırıram
apelsin şirəsiylə dolu stəkanı.
Dünya hər an dağıla bilər.

Vanitas; et omnia vanitas

Ayağımla Devidin nənnisini
yellədərək
ölümü qeydə almaq üçün
diyirlədirəm mürəkkəbli qələmi:
birinci Murka idi,
onu ki, maşın vurmuşdu;
sonra Mini -
belə qəfil itkin düşən
zavallı Mini,
heç şübhəsiz
bir neçə gün əvvəl
onu ərəb terrorçuları
girov götürmüşdü -
şikayətli miyoltuları
axıracan kəsmədən
qarınişləmədən
öldü Kosma,
nə damcıların,
nə də öpüşlərin
köməyi oldu ona.
Və budur xəbər gəldi,
bir az öncə
küləyin arxasınca şütüyən Meril
qəzaya uğradı
öz motosikletində,
onun kəsilmiş, cəzalanmış saçları
qarşıma çıxdı vannada.
İndi saçları
Fransa torpaqlarında
İtib batarkən
çürüyür cavan bədəni.
Mənim üçaylıq oğlum
dəyişərək sifətini
bic-bic gülür.
Görünür o nəsə bilir.
Bəlkə elə odur terrorçu?

HÖKUMƏT ƏLEYHİNƏ YAZILAN
DOQQUZUNCU ŞEİR

Bütün iplərin düyününü açmağın,
uşaq jurnallarındakı
labirintləri adlamağın
mənim «problemlərimi»
həll etməyin vaxtı çatıb.
«Ata, qalx!»
«Yaxın gəl!»
«Mənə avaracığazdan danış!»

Sənin əmrlərinin aydın səmasında
Şübhələrə yer yoxdur -
üfüq xəttinəcən təmizdir hava.

Deməli belə,
Bir Dəfə Avaracığaz
öz meşə yuvasında deyil,
günəşin yayıldığı düzənlikdə
haşiyəli nənnisində oyandı.
Sinəsini qabartdı,
gərnəşib əsnədi.
Bu nə əhvalatdı!
Heç kim heç kimi girov götürmür,
heç kim heç kimi bombalamır.
Burda nə Şvarsneyqerə,
nə də Vandama aid bir iş yox.

Süd, bal, ağartı,
zərif sarı ləkələr,
xırdaca cırmaq izlərində
çarpayı qanı.
Kəpənək və mələkciklər.
Gecələr isə yarasalar
kiçik gəmilərdə
səssiz kapitan köməkçilərindən,
yatmış «fillərin sayı»lışından
yüz dəfə gözəl.

«Quzuların sükutu»

Tül pərdələrdən
süzülür otağına ay işığı.
Mən gedərkən unutma -
vaxtında yır-yığışı.
Haqqındı
həyatını öz otağın kimi qurmaq.
Ancaq yadda saxla,
zəhəri çox vaxt
şirin şeydə gizlədirlər.

Rus dilindən çevirəni: Tərlan

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. Cox maraqli sherlerdi yaxshi da tercume olunub. Tercumeciye ugurlar.

  2. XX esrde polyaklarin yazdigi sheire bax… Amma tercumeni beyendim…

Şərh yazın