Qaynar xəbər portalı

1Hazırda Moskvada yaşayan Rüstəm Məmmədov qrupdan ayrılmasına aydınlıq gətirdi

“Bərkdən qışqırmaq istəyirdim ki, insanlar oyansın. İnsanlar oyananda isə fikirləşdim ki, kaş heç oyanmayaydılar”Azərbaycanda son illərdə ən parlaq rok qruplardan biri sözsüz ki, “Unformal” qrupudur. Onun yaradıcılarından biri, qrupun solisti Rüstəm Məmmədov bir neçə ay əvvəl ölkəni tərk edib. İndi o, Moskvada yaşayır, orada öz ikinci peşəsi ilə məşğul olur. “Unformal” qrupundan ayrılması, ölkəni tərk etməsi, Azərbaycanda rokun durumu və indiki fəaliyyəti haqqında Rüstəmin “qaynar.info”-ya eksklüziv müsahibəsini diqqətinizə çatdırırıq. Davamı…


1KultAz: Azərbaycan internet məkanında özünə məxsus yeri olan Lit.az ədəbiyyat portalının 1 yaşı tamam olub. Ötən il avqustun 1-də fəaliyyətə başyan portalda bu müddət ərzində yüzlərcə müəllifin əsəri, müsahibəsi, tənqidi-publisistik yazısı, dünya ədəbiyyatından tərcümələr dərc olunub. Bir çox uğurlu layihələrə də imza atan Lit.az bir ilərzində qarşıya qoyulan əsas məqsədlərə çatdığını hesab edir. Davamı…


Eldar QuliyevÖtən gün “Azərbaycan əlifbası və dili günü” kimi qeyd olunub. İlk dəfə 1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduqdan sonra latın əlifbasından istifadə edilib. Lakin sovet hakimiyyəti illərində əlifba bir neçə dəfə dəyişib və uzun illər kiril əlifbasından istifadə olunub. 2001-ci il iyunun 18-də prezident Heydər Əliyev avqustun 1-dən etibarən tamamilə latın əlifbasına keçidlə bağlı fərman imzalayıb. Həmin gündən etibarən 1 avqust ölkədə “Azərbaycan əlifbası və dili günü” kimi qeyd olunur. Davamı…


1

Kultaz: Dünən “Diplomat” otelin konfrans zalında Dalğa Gənclər Hərəkatı ABŞ Dövlət Departamentinin kiçik qrantlar proqramı çərçivəsində həyata keçirdikləri “Biz korrupsiyadan nə əldə edirik?” layihəsini təqdim etdilər.
Sonra bu layihə çərçivəsində çəkilmiş “Dönüş” filmi nümayiş etdirildi. Təhsildə korrupsiya və tələbələrin həyatından bəhs edən qısametrajlı bədii filmin rejissoru Elcan Məmmədovdur. Davamı…


1“Kino Həftəsi”

Bu gün Azərbaycanda Milli Kino Günü qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bayram münasibətilə müxtəlif tədbirlər təşkil edilib. “Azərbaycan” kinoteatrının qarşısında milli kinonun 110 illiyinə həsr olunmuş “110 ilin salnaməsi” adlı səyyar sərgi nümayiş olunur. Davamı…


1 “Azərbaycantelefilm”in gənc rejissoru Elşən Zeynallı ilə müsahibə

“Kino Həftəsi”

- “Azərbaycantelefilm” İstehsalat Birliyinin fəaliyyətə başlamasının bu il 50 ili tamam olur. “Azərbaycantelefilm”də bu gün hansı işlər görülür?
- “Azərbaycantelefilm” Az.TV-nin nəzdində 50 il ərzində minlərlə sənədli, bədii-sənədli, bədii-televiziya filmləri istehsal edib. Yəni, yarıməsrlik ənənəyə malik bir kino fabrikidir. Bu idarədə Arif Babayev, Kamil Rüstəmbəyov, Rüfət Şabanov, Vaqif Behbudov, Arif Qazıyev, Nazim Rzayev kimi böyük rejissorlar çalışıb. Davamı…