Qaynar xəbər portalı

1Rejissorun “Bəxt üzüyü” filmi isə yeni kino tariximizdə ən gəlirli film olub

Bu yaxınlarda tanınmış aktyor və kinorejissor Ramiz Əzizbəylinin 60 yaşı tamam olub. Bu münasibətlə dövlət başçısı ona Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə xalq artisti fəxri adını verib. İlk dəfə bu xəbəri lent.az-dan eşitdiyini deyən R.Əzizbəyli xəbər bortuna müsahibəsində fəxri adlara önəm vermədiyini vurğulayıb, lakin maddi çətinlik çəkdiyini də etiraf edib. Davamı…


“Yaşlı və gənc nəslə bir illik təqaüdlərin verilməsi ilə bağlı prezidentin sərəncamına əsasən 20 gənc və 50 yaşlı yazıçıdan ibarət siyahını Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişdik. Yaş senzi əsas götürülərək bizim siyahımızdakı 8 gənc yazıçı bu təqaüdə layiq görülmüşdü. Hazırda boş qalan 12 yer üçün əlavə siyahı hazırlanıb”. Davamı…


1Avqustun 2-də yayımlanan “Yazar” qəzetində dərc olunan köşə yazısında yer alan bəzi fikirlərə görə Dalğa Xatınoğlu Azad Yazarlar Ocağının (AYO) üzvlərindən və  müstəqil yazarlardan üzr istəyib. Bu barədə D.Xatınoğlunun “Kultaz”-a ünvanladığı məktubda deyilir. Davamı…


1Biabırçı təşkilatçılığı Şamil Nəcəfzadənin gözəl filmi xilas etdi

Azərbaycan Milli Kinosu 110 yaşına da qədəm qoydu. 2 avqust tarixində. Beləcə bu günü də yola verdik. Bəli, məhz «yola verdik». Neçə illərdir şahidi olduğumuz şablon tədbirlər belə deməyə əsas verir. Bu dəfə də «Milli Kino – 110» sərlövhəsi altında rəsmi nümayəndələr və bir qrup sənət xadimlərinin iştirakı ilə “Azərbaycan” kinotetarında mədəni tariximizə nəzər saldıq. Amma hansı səviyyədə? Davamı…


1Məşhur Rusiya yazıçısı və dissidenti Aleksandr Soljenitsın vəfat edib.
A. Soljenitsın bazar günü Moskva vaxtı ilə saat 23.45-də öz evində dünyasını dəyişib. Ölümə kəskin ürək çatışmazlığı səbəb olub.
A. Soljenitsın 1918-ci ildə Kislovodsk şəhərində anadan olub. Rostov Universitetinin fizika-riyaziyyat, Moskva Fəlsəfə İnstitutunun tarix və ədəbiyyat fakültələrini bitirib. Böyük Vətən Müharibəsində iştirak edib. Davamı…