Xaricdə istehsal olunmuş cizgi filmləri uşaqlarda aqressivlik, güc işlətməyə meyl aşılayır. Azərbaycan Uşaqlar Birliyi telekanallara cizgi filmi seçərkən bunun nəzərə alınması ilə bağlı müraciət edib. Birlikdən verilən məlumata görə, terror hadisələri, kriminal görüntülərin əks etdirildiyi cizgi filmlərinin istehsalı artıb. Məlumatda deyilir: “Hətta uşaqların tərbiyəsinə təsir edə biləcək əxlaqsız görüntülər, ailə münasibətləri, xəyanət səhnələri çəkilir. Bunlar uşaqlarda mənfi hisslərin oyanmasına təsir edir. Davamı…

Avq
7
Avq
7
Londonda arxeoloqlar Uliyam Şekspirin gənclik illərində rol oynadığı və pyeslər yazdığı teatrın qalıqlarını tapdıqlarını deyiblər.
Həmin bina sadəcə “Teatr” adı ilə tanınırdı və 1576-cı ildə açılmış, 22 il sonra dağıdılmışdı. Tapılmış qalıqlar iki metrlik kərpic hörgüsündən ibarətdir. Davamı…
Avq
7
Britaniya şahzadələri Uilyam və Harri növbəti Ceyms Bond filminin dünya premyerasını izləyəcəklər.
007-nin aktyoru Daniel Kreyq və digər rolların ifaçıları Deym Cudi Denç və Cemma Arterton Londonda keçiriləcək təntənəli təqdimat mərasiminin əsas iştirakçıları olacaqlar. Davamı…
Avq
7
Mahmud Kaşğarlının 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin qalibləri açıqlanıb
Bölmə: Xəbərlər | ≅ 1 şərh var
Bu gün Azərbaycanda Atatürk Mərkəzində Mahmud Kaşğarlının 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.
“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli müsabiqənin münsiflərini və şərtlərini açıqlayıb: “Müsabiqədə iştirak üçün 36 yazar müraciət edib. Onların 3-ü müsabiqənin şərtlərini pozduğuna görə kənarda qalıb. Davamı…
Avq
7
Zahir Əzəmət. Hekayə.
Bölmə: Ədəbiyyat | ≅ 11 şərh var
Xilasedici (Çingiz Sultansoya ithaf olunur)
- Bunu niyə yazdın?
- Nəyi?
- İkimizə aid olanları.
- Hekayəni deyirsən?
- … Davamı…








