ERİH FRİD. Şeirlər.
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 12 Ağustos, 2008
(almancadan tərcümə etdi Ağalar Məmmədov)
Hakimiyyət azadlığı
“Burada azadlıq hakimdir” demək
həmişə ya yanlışdır
ya da yalan:
Azadlıq(dan) hakim olmaz
Qorxu və şübhə
Sənə
o, qorxur
deyəndən
şübhələnmə
amma sənə
o, şübhələnmir
deyəndən
qorx
Bəlkə də
Xatırlamaq –
bəlkə də
ən əzablı formasıdır
unutmağın
və unutmaq –
bəlkə də
ən dostyana formasıdır
bu əzabı azaltmağın
Balaca suallar
Sən inanırsan ki
böyük sualları
soruşmaq üçün
hələ çox balacasan?
Onda
böyüklər səni
ələ keçirəcəklər
sən hələ yetərincə böyüməmiş
Nədirsə
Bu, mənasızdır
deyir ağıl
Bu, nədirsə odur
deyir sevgi
Bu, bədbəxtlikdir
deyir saf-çürük / mizan-tərəzi / ölçü-biçi
Bu, əzabdan başqa nədir
deyir qorxu
Bu, ümidsizlikdir
deyir uzaqgörənlik
Bu, nədirsə odur
deyir sevgi
Bu, gülüncdür
deyir qürur / təkəbbür / lovğalıq
Bu, düşüncəsizlikdir / diqqətszlikdir
deyir ehtiyat.
Bu, qeyri-mümkündür
deyir təcrübə
Bu, nədirsə odur
deyir sevgi
Müəlliflik hüququ
Allahın
ölümündən
neçə
il
sonra
onun
xarici
və
Almaniyadaxili
müəlliflik
hüquqları
qüvvədən
düşəcək
Qeyri-mümkün
Yasdığımı öpməliyəm
sənin başını qoyduğun
barmaqlarımı öpməliyəm
sənin sığalladığın
dilimi öpməliyəm
amma bunu edə bilmirəm
Mənim olanlardan heç biri mənim deyil
Heç nə mənə aid deyil
nə mənə yüklənmiş kitablar
nə pəncərələrdəki
pilləkənlərdəki / rəflərdəki kağız-kuğuz
nə kədərli xatirələr
nə evimi dolduran mənasız xırda-xuruş
nə ona aid olduğuma inanan ana
bu mənasız xırda-xuruş üstündə
qadının səs-küyü də
qadın da
uşaqlar da
ev də
[mənə aid deyil]
Heç mən də onlara aid deyiləm
nə uşaqlarıma
nə evimə
nə qadının üstündə
ananın səs-küyünə
nə də evi dolduran
bu mənasız xırda-xuruş üstündə
qadının səs-küyünə
amma deyəsən elə mən
mənə yüklənmiş bu kitablara
pəncərələrdəki
pilləkənlərdəki / rəflərdəki kağız-kuğuza
kədərli xatirələrə
elə bu mənasız xırda-xuruşa
[aidəm]
Qısa ayaqlı yalan
Daha
böyük
yalanların
ayaqları
heç də
elə
qısa
olmur
Daha
qısadır
adətən / çox vaxt
onlara
inananların
həyatları
Son söz əvəzinə
Hətta
həyata qarşı
yazdıqlarım da
həyat üçün yazılıb
Hətta
ölüm üçün
yazdıqlarım da
ölümə qarşı yazılıb



(2 səs, hardasa: 4,00 ilə 5 arası)

Yüklənir...
Agalar muellim, tercumeler rahat oxunur… Ozunuz nece sheir yazirsizmi? ve ya ne vaxtsa yazmisizmi? Xahish etsek, kultaza yerlsehdirersizmi onlari?
trakdat yazmağa davam etsəniz daha məqsədəuyğun olar məncə.
Hörmətli Ağalar bəy. Arada mənim də müraciət etdiyim şeirə rast gəldim. Ancaq sizin tərcümənizlə mənim tərcüməm arasında xeyli fərq gördüyüm üçün bu barədə heç nə deməyəcəm. Çünki mən Azad Yaşar kimi deyiləm. Tərcümənizi incələdim, mümkün variantdır. Ancaq hər halda mənim tərcüməmi də gözdən keçirin. Söhbət “Nədirsə” şeirindən gedir. Mən bu şeirin adını “Nə Olduğu” şəklində tərcümə eləmişəm. blogumda oxuya bilərsiniz
http://celilyurdseven.azersayt.com/member.php?page=comments&member=celilyurdseven&newsid=2124
Salam Agalar müellim,
senin Erich Friedden tercümelerivi oxudum, mence linguistik cehetden en yüksek tercüme formudur.Menaca da ki tebii ki, su axarcasina insanin beynine axir…
respekt
respekt
respekt
Ich wünsche dir alles gute, viel Erfolg und Gesundheit.
bis bald
Ramin