Alternativ ədəbiyyat dərgisi “Alatoran”ın 5 yaşı tamam oldu
Rasim Qaraca
2003-cü ilin 17 avqustunda, tam 5 il bundan öncə “Alatoran” adlı həftəlik ədəbiyyat qəzeti yayınlanmağa başladı. “Ədalət” qəzetinin əlavəsi kimi işıq üzü görən “Alatoran”ın 31 sayı işıq üzü gördü. Daha sonra, 2004-cü ildə mətbuat orqanlarının qeydiyyatının sadələşdirilməsiylə “Alatoran” artıq müstəqil jurnal olaraq yayınlanmağa başladı, bu günə qədər 13 nömrəsi dərc olundu. Davamı…
SÖYLƏ, URƏYİNCƏMİ?
Yadındamı
ötən ilin
soyuq Valentin günü?
biz
sadəcə
Seymur Baycandan danışırdıq… Davamı…
Dalğa Xatınoğlu
dalgaxatinoglu@gmail.com
Bu gün səhər, alt mərtəbəmizdəki qonşu qapını döyüb əcayib bir ləhcə ilə xalanı hədələdi. Azəri dilində hirsli-hirsli gövşədiyi kəlmələrdən savayı, ardıcıl işlətdiyi rus sözlərini başa düşmədim, amma sözlərindən belə alınırdı ki, kirayə qaldığım bu mənasız beş otaqlı mənzilə hansısa təmir lazımdır, onların canı rahat olsun. Beş dəqiqəlik dava-dalaşdan sonra, qoyub getdi. «Nə edəcəksən ki? Oğlumunkunu kəsib qısaldacaqsan?»- deyə, xala deyinə-deyinə dəli kimi otaqda öz başına fırlanırdı. Ağ və böyük bir böcək kimi həmişə ərinən qadın, belə anlarda inanılmaz sürətlə əcayib hərəkətlər edir. Davamı…