Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avstriyanın Vyana Şəhər Kitabxanasında “Azərbaycan ədəbiyyatı” guşəsi yaradılacaq. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, sözügedən guşə üçün zəngin kitab kolleksiyası artıq sözügedən kitabxanaya göndərilib. Davamı…

Avq
19
Vyana Şəhər Kitabxanasında “Azərbaycan ədəbiyyatı” guşəsi yaradılacaq
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Avq
19
Özbəkistanın tanınmış “Yalla” qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək. Yaşıl Teatr Bakı Konsert Kompleksində baş tutacaq konsertin sentyabrın sonlarında keçirilməsi nəzərdə tutulur. Davamı…
Avq
19
Avqustun 30-da Tatarıstanın paytaxtı Kazanda dünyanın müxtəlif yerlərindən gəlmiş musiqiçilərin iştirakı ilə sülh və barışıq naminə böyük musiqi festivalı keçiriləcək. Festivalın keçirilməsi təşəbbüsü tanınmış Rusiya musiqiçisi Andrey Makareviçə məxsusdur. Festivalın əsas məqsədi müxtəlif millətlərə və dinlərə aid xalqlar arasında davam edən düşmənçiliyə son qoymaqdır. Davamı…
Avq
19
Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyinin yeni binası istifadəyə verilib. 2 mərtəbədən ibarət yeni muzey binası müasir memarlıq üslubunda inşa edilib. Burada muzey əməkdaşlarının fəaliyyəti üçün müvafiq iş şəraiti yaradılıb, muzey fondunun yaradılması və kitabxananın fəaliyyəti təmin edilib. Davamı…
Avq
19
Yeni art-qrup yarandı
Bölmə: Mədəni İnqilab | ≅ 16 şərh var
Orxan Eyp: “Biz bu dəfə beynimizdəki çadranı tulladıq. Sistemin bizə təklif etdiyi oyun qaydalarına, qəfəslərə və zəncirlərə etiraz edərək, Azadlığı bütün dəyərlərin üzərinə qoyuruq”
Yazar və konseptualist-rejissor Orxan Eyp və Sarija Kurban yeni art-qrupun əsasını qoyub. “Qırmızı iz” adlanan art-qrup özünün ilk performansını “Alatoran” jurnalının 13-cü sayının şəhərin mərkəzində yerləşən ünlü “Akadem” kitab mağazasında təqdimatı zamanı nümayiş etdirib. “Qırmızı iz”in ifasında “Azad qadın” oyunu cəmi 1 dəqiqə çəkib. İzləyicilərin qarşısına qara çadrada çıxan S.Kurban və qara geyimli O.Eyp ilk öncə üstündə ət maşını quraşdırılmış kiçik taxta masanın ətrafında yerdə oturublar. Davamı…








