Yeni art-qrup yarandı
Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 19 Ağustos, 2008
Orxan Eyp: “Biz bu dəfə beynimizdəki çadranı tulladıq. Sistemin bizə təklif etdiyi oyun qaydalarına, qəfəslərə və zəncirlərə etiraz edərək, Azadlığı bütün dəyərlərin üzərinə qoyuruq”
Yazar və konseptualist-rejissor Orxan Eyp və Sarija Kurban yeni art-qrupun əsasını qoyub. “Qırmızı iz” adlanan art-qrup özünün ilk performansını “Alatoran” jurnalının 13-cü sayının şəhərin mərkəzində yerləşən ünlü “Akadem” kitab mağazasında təqdimatı zamanı nümayiş etdirib. “Qırmızı iz”in ifasında “Azad qadın” oyunu cəmi 1 dəqiqə çəkib. İzləyicilərin qarşısına qara çadrada çıxan S.Kurban və qara geyimli O.Eyp ilk öncə üstündə ət maşını quraşdırılmış kiçik taxta masanın ətrafında yerdə oturublar. Uzun-uzadı oturduqdan sonra masanın üstünə çıxan S.Kurban çadranı izləyicilərdən birinin üstünə tullayır və O.Eypin uzun-uzadı davam edən heyvani çığlıqlarıyla performans başa çatır.
“Mən bu tamaşada sadəcə məişətlə azadlıq arasında qalmış Şərq qadınının çadranı tullayan vaxt içindən keçən çığlığı ifa etdim. İlk performansı olmasına baxayaraq, sevgilimin mükəmməl çıxışına görə və mənim sənət axtarışlarımda daim yanımda olduğu üçün onunla fəxr edirəm. Azərbaycan qadını çadranı, unutmamısınızsa, bir əsr öncə tullamışdı. Bizi yenidən bu məşhur kodlara qaytaran, onları dəyişilmiş formada ifa etməyə gətirən səbəb isə toplumda xurafat meyllərinin gündən-günə güclənməsi, insanların modern dəyərlərdən biryolluq imtina etmək təhlükəsidir. Təəssüf ki, bir əsr sonra biz növbəti dəfə çadranı tullamalı olduq, amma bu çadra daha qorxulu, daha təklükəlidir, gizlidir. Biz bu dəfə beynimizdəki çadranı tulladıq. Sistemin bizə təklif etdiyi oyun qaydalarına, qəfəslərə və zəncirlərə etiraz edərək, Azadlığı bütün dəyərlərin üzərinə qoyuruq”, – Orxan Eyp performansları barədə “Kultaz”a bunları dedi.
Qeyd edək ki, art-qrup hal-hazırda “Məişət qurbanlarının xatirəsinə rekviyem” layihəsinə daxil olan daha bir neçə konseptual performans üzərində işləməkdədir.
Aynur




(3 səs, hardasa: 3,67 ilə 5 arası)

Yüklənir...
Əziz dostum, qardaşım, Süle.. Orxan Eypullah, mən səninlə həmişə fəxr etmişəm, bu gün fəxr edirəm.
Sən yenə başını balkondan çıxartdın.
cox biabirci bir ad secmisiniz. bundansa QIRMIZI LEKE qoysaydiniz daha yaxshi olardi.
“Qan ve Can” qrupu
Helaldu qardash…
Bosh-bosh ishlerle meshgul olursuz…
Vacib olan insanların gördükləri işlərdir. Azərbaycanda bu günə qədər art-qrupun varlığı haqda xəbərim yoxdur. hər halda bu insanlar ilklərdən birini həyata keçiriblər. İstərdim ki, performanslarına tamaşa edim
Allah evvelce adamin aqlini elinden alir, sonra o biri hengameler bashlayir.
Məncə ət maşınını atmaq daha orijinal və daha səmimi olardı bizim cəmiyyətimizçin…ya da, gələn dəfə kişini ət maşınından keçirmək kimi bəzi şeylər edin…ya da bir səhnə dekorasiyası düşünün ki, orda evin bütün məişət əşyaları çadraya bükülmüşdür və qadın öncə onu əhatə edən həyatı bu simvolik çadradan qurtarır, sonrasa özünü…
Yaxşı, bəs çadranı atdıqdan sonra onunla neyləməli? Muzeyə və tarixi qoruyan digər künc-bucaqlarımızda gizləyib gələcək nəsillərəmi saxlamalı? Onları damı indidən buna məhkum etməli7 Ya nə? Bəlkə o imtina edilmiş çadraları parçalayıb nəfsinə sahib olmayan bütün kişilərin gözlərini bağlamaq üçün “gözqapağı” düzəldək? Axı çadranın ümdə vəzifəsi qadını naməhrəm gözdən qorumaqdı…nolar, bir dəfə də o gözləri bağlamağa müvəffəq olaq…
Çəkilin, çəkilin, mən danışmaq istəyirəm.
Orxan, bilirsən ki, Qərbdə dilənçilər də artistik dilənirlər. Küçənin küncündə oturub əl açmış, saçlarını yaşıl rəngə boyamış üzünə rəngli fiqurlar çəkmiş çoxlu dilənçiyə rast gəlmək olar. Yaxud dilənir, amma bir özünün çəkib yaratdığı açıqca təklif edir aldığı pulun əvəzinə… İnsanlar o qədər artistikdirlər ki, balkonlarını, darvazalarını müxtəlif cür bəzəməklə hansısa bir ideyanı konseptual şəkildə çatdırmaq istəyirlər və bu onların həyat tərzidir, sadəcə başqa cür mövcud ola bilmirlər. Art-qruplar, küçə teatrları isə çox-çoxdur.
etmək necə, fikrindən keçir? I hope, bütün bunları edərkən mən oxuduğum, başqalarının da oxumasını istədiyim “Çıxılmazlıq nəzəriyyəsi” romanı ənənəsini davam etdirməyi gözardı etməyəcəksən. Sənin uzun dalğalı roman cümlələrin Azərbaycan dilində son illər oxuduğum ən ürəyimcə nəsrdir.
Orxanın bu kiçik aksiyası sürpriz deyil, belə göstərilərə o, həmişə meylli olub.
Onun çoxlu bu sayaq maraqlı ideyaları, konseptualist ürəyi və artistik kimliyi var. Mən bu tədbirdə olmamışam, bu göstərini görməmişəm, amma irəlidə çox görəcəyimə inanıram.
Orxan, bir insanın təhtəlşüurunu canlandırıb inşəara
Seriye, mən sənin ifanda “heyvan çığlıqları” (bu nə sözdü, Orxan, sənə demişəm, milli ol) eşitmişəm bir dəfə, əla təqlid edirdin balaca it səslərini.
Sizdən yaxşı art-qrup olar. Orxan, mənə nə verəcəksən?
Mence bunlar acindan bele eleyirler. Icindeki cadrani ele icinde tullasan yaxshidir Orxan gardash, Sarija baji.
Butun bunlar bilirsiz neye benzeyir. Lolita nikinin arxasindan aciq-askar boylanan muselman kishisinin gozlerindeki ifadeye!…
boş-boş işlərdir. ama kim deyir ki, boş-boş işlər görmək lazım deyil. illah da bu işlər adamda ötəri də olsa maraq yaradırsa…
məsələn necə ki biri yaxşı mayallaq aşa bilir…
hər halda sənətin birinci vəzifəsi fikir yaratmaqdır. əgər 1 deqiqelik performans bu qədər müzakirə olunursa, deməli nəyəsə nail olunub
teo, reksanenin dogmagi ve baloglanin ciyerini deyishmeyi de boyuk ses-kuy yaratmishdi ve boyuk muzakirelere yol achmishdi…
Məsələ ondadır ki, baxır performansı kimlər müzakirə edir və Rəqsanəni kimlər müzakirə edir.
Orxan EYP, gəlin ilk başdan belə danışaq, əgər ədalətli tənqid ediriksə, tamam, onda bütün dünya dinlərini tənqid edək. Məqsədli şəkildə İslam dinini kor-koranə tənqid bəribaşdan sizə heç nə verməyəcək (belə baxanda ən mütərəqqi din elə yenə İslam dinidir). Bir halda ki, sizin ideoloqunuz Həmid Herisçi (Kəndli) son zaman İslam dininə üz tutubsa bəs sizin bu düşüncələrinizi necə anlayaq?
Həm də bir şeyi tənqid etməkçün onu əvvəlcə dərindən öyrənmək lazım. Sizin isə İslam dinindən anlayışınız belə yox.
Sizin göstəriniz bir neçə aspektdən yanaşıldıqda düzgün bir şey deyil; Əvvəla əgər bunu bir əsr öncə C.Cabbarlı edibsə. Sonra, sizin bu bir göz qırpımında olan göstəriniz Azərbaycanda heç nəyi dəyişməyəcək. Necə ki, sizi öldürsəniz belə heç kim əqidənizdən döndərə bilməz, eləcə də başqalarını da…
Ona görə də altun dəyərli vaxtınızı boş şeylərə xərcləməyin…
Həmin perfomansı mən tədbirdə gördüm. Tədbir bilavasitə ədəbiyyatla bağlı olduğundan kətilə birləşdirilmiş ət maşınını görəndə, elə bildim ki, uşaqlar yazıçıların xəmirdən düzəldilmiş fiqurlarını ət maşınından çəkəcəklər, onlar isə bizi 19-cu əsrə qaytardılar – “Qadının çadra atmasına”. İndi bu aktual mövzu deyil. 21-ci əsr qadınlarımızın nədən cadraya büründüklərini göstərmək lazım idi əslində
Çadra, Simacan, ümumiyyətlə götürdükdə, şüuraltı bir qorunma vasitəsidir kişilərçin…Baxın bir, statistik məlumatlara belə üz tutsanız, aydın olacaq ki, açıq-saçıqlıq çox olan məkanlarda, yəni qadının əks cinsdə şəhvət oyada bilən yerləri örtülməyən məkanlıarda kişilər arasında cinsi zəiflik halları, potensial impotensiya( təzə ifadə)) , “maviləşmə” kimi dəhşətli şeylər baş verir…
Qadınların örtülü olduğu yerlərdə isə belə problemlər bir o qədər də kütləvi hal almır…
Ginekoloji-uroloji araşdırmalar aparmayacam sözlərimi isbat etməkçin, amma siz istərsəniz, özünüz də bir düşünün və ya araşdırın…Odur ki, bu, 21-ci əsrdə daha aktualdır …