Şərif AĞ. Şeirlər.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Ağustos, 2008
QORXU
bu ağacların
bu otların
bu yarpaqların
nəfəs aldığını düşünəndə
vahimələnir adam
indi gəl inandır məni
nəfəs alanın yaşamadığına
yaşayanın duymadığına
duyanın sevmədiyinə
günəşin əleyhinə düşünməyin
gecənin qaranlığında
ulduzlar xəbərçidir
TƏSƏLLİ
mən bir çiçək olammadım mənə əlvida
səsim solar buludların ağ yaxasında
qərib düşdüm çaylar qədər küləklər qədər
çırpınaram bir ayrılıq təmənnasında
səhər-səhər üzü göyə uçan əllərin
nəğmələri bir aldanış sükutu bəlli
son bahar da ətəyini yığdı əlimdən
son ümiddən keçənlərə ölüm təsəlli
əlim dəyər… bu qaranlıq oyanar indi
qaranlıq da kimsəsizdir düzünü bilsən
dinmə aman! dinmə dinmə danışma aman!
danışma ki qaranlığı diksindirərsən
axşam olar yerə çökər göylər elə bil
axşam olar pıçıltılar sənə dinşəyər
bu nə nurdu misqal-misqal dolar könlümə
bu nə nurdu bir ilahim yoxsansa əgər
FƏVVARƏ
ağ-ağ qovzaqlar şəklində
iflasa uğrayar
ənginliklərə uçmaq həvəsi
gərilmiş nöqtədən
sıyrılmanın təntənəsi
necə gözəl
necə yalan
…tıxanar nasosların nəfəsi
sular gülləylə vurulmuş kimi
çırpılar öz müstəvisinə
HƏYAT DAVAM EDİR
yağış sonrası
kənd aralığı
günəşli hava
islanmış torpaq qoxusu
xoruz səsi
həyatın hələ də davam etdiyini
ehtiyatla anladır təbiət
GECƏ
ulduzlar sonsuzluğa dartınmağında
ay dünəndən kəsilmiş qovun dilimi
uzaq ləpədöyəndə işıqlar göz-göz
köpək yaltaqlığıyla yalmanar dəniz
sükutdanmı ürpənir mavi qaranlıq
ah bozumtul təpələr udub rəngini
yenə də həyat dadır süd aydınlığı
ey!
ehey!
yol ötən dost… yubanma yeri
yubanma ki açılmasın gecənin sirri
QƏRİBƏ TALEYİ HƏR ALTERNATİV
(tam ciddi)
həsrət sinəm üstə şaşqın ümidlə
şərh edər könlümdə iztirab qoxu
sonradan həzinlik alternativi
şüurda nə eylər düzüdür çoxu
bəlkə də bəlkə sondur şəfəqsiz
insan taleyində mühüm sətirdən
inan ki, qəlbimdə sol ritmləri
bir anlıq dayandı hər cürə tirdən
bəs həyat mülkündə sual nə bildi
yoxsa qarayaxa bir vüsal səsdir
bil ki səadəti atılan siqar
doğma duyğlarsa fərdi əbəsdir
ey mənim şeirimin solmaz gün hələ
nə zaman inciməz bir könül dəydi
mən sənin qəlb evi söyləməzdimi
səhər şəfəq dolu söyləməsəydi
indi dayanmışam sükut dalbadal
sonra əl vuranda demə ki pusmaq
bəlkə də bəlkə də qəlbimdə sərxoş
bəlkə də dinimiz, bəlkə də susmaq!







Yüklənir...
günəşin əleyhinə düşünməyin
gecənin qaranlığında
ulduzlar xəbərçidir
Sherif tebrik edirem seni gezeldir ve oxunaqlidir
xususile bu cumleni qeyd etmek isterdim.
Sukani bele saxla-ugurlar
birinci sheirde bu gunun debine uyqun suni quramaciliq derhal hiss olunur. sonuncu sheir muellifin ozune aid olan hansisa ekspriment isteyinden doqulub, demezdim ki uqurludur.O biri sheirler eladir, mene lezzet etdi.
Eziz dostum Sherif, shirlerin hemishe olduqu kimi boyuk zovq verdi. Bundan evvel Proloqda cixan hekayen de ela idi. Sene yeni uqurlar!
Sherif bunlar son donemde oxuduqum en gozel sherlerden idi. uqur ola!
Serif, axi bunlar senin nefesin, senin uslubun, senin seirin deyil, niye oqurluq edirsen?
tural bəy, maraqlıdır müəllif kimdən oğurluq edib və bu şeirlər kimindir?
Hormetli Amaravati Tural Necefzade hesab edir ki, butun yaxsi seirler ancaq bir sairden ogurlana biler.
O da ki esrimizin en boyuk soz ustadi…
Ozun bilirsen de…
Şərif, vaxt keçir, bir az ciddi olmaq lazımdı. Necə yəni, “…bu ağacların
bu otların
bu yarpaqların
nəfəs aldığını düşünəndə
vahimələnir adam”? səndə texniki baxımdan hər şey yaxşıdı, müəyyən parçalarını sevmək də olar, axı sən Fikrət Qoca deyilsən, sözü bu şəkildə xərcləyəsən.
Uğurlar!
Şərif Ağayarın şeirin birinci dəfə oxuyuram. Bir də səhv eləmirimsə NAMAZ adlı bir maraqlı şeirini oxumuşdum. Hər halda həmin şeirdə mövzu namaz strukturunda idi. O, daha təsirli və energetik ruhdaydı…
“Alternativ”…
yox, bu məzələnmək mənlik deyil
Şeir alzmində sizin də öz yolunuz, dəsti-xəttiniz var.Sərbəst vəznə meyillisiniz. Deyimlzriniz fərqlidi.
İnanıram ki, sizə uğur gətirəcək.Bloqunuzda saytma yer ayısaniz çox xoş olar
UĞURLAR
Serif salam. Men Elxan Naxcivandan. Vallah evvelki seirlerin bundan yaxsi idi. Amma evvelki deyende evvelki heca seirlerini yox serbestleri nezerde vtuturam. Buna baxmayaraq xosuma gelen hisseler de oldu. Meselen: …
tıxanar nasosların nəfəsi
sular gülləylə vurulmuş kimi
çırpılar öz müstəvisinə
Neyse ugurlar. Men Namaz,Svilizasiya, 1992-nin yayi kimi seirler gozleyirem senden.