Qaynar xəbər portalı

1Elnur Astanbəyli: “Yazıçılar Birliyinin binasının yox, orada oturanların beyninin, vicdanının təmirə ehtiyacı var”

- Özünü oxuculara necə tanıdardın?
- 1981-ci il doğumluyam. Qazağın Aslanbəyli kəndində anadan olmuşam. İxtisasca filoloqam, amma jurnalist kimi çalışıram. Vəssalam.
- Bəri başdan soruşum: bir çox dostların səni «qazaxşina» hesab edir.
- Mən doğulduğum yerə görə çox məmnunam. Bir yazı adamı üçün vacib olan elə şeylər var ki, onları hətta ən güclü mütaliə ilə də qazanmaq mümkün deyil. Davamı…


İranın tanınmış xalça ustası Zaminad Baxşəli Bakıya gəlib. Xalça ustasının ölkəmizə səfəri Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi İncəsənət Muzeyində keçiriləcək “Yun məmulatlarının təbii rənglənmə üsulları” mövzusunda dəyirmi masada iştirak etməkdir. Davamı…


1***
mənim incik dostlarım çılğıncasına
savaşır bu günahkar hakimiyyətlə
mən isə hindlilər kimi
həmişə fikirləşirəm- mənim nəyimə lazımdır
bəlkə mane olur mənə uşaq doğuzdurmağa
gölə ördək buraxmağa
və ya özümçün filosofluq etməyə? Davamı…


NATİQ.VAXTI KEÇMİŞ SİTATLAR

2006-cı ilin avqustu yaman isti keçirdi. Yayın son bürküsü o qədər nəfəs kəsən idi ki, televiziyada, radioda tez-tez açıq havada çox qalmamaq, istidən, günvurmadan qorunma məsləhət görülürdü. Qələndərli də uşaqlarına evdən bayıra çıxarmamağı tapşırsa da, sonradan məcbur olub çardağın altında oynamalarına icazə vermişdi. Ona görə məcbur olmuşdu ki, dəcəllər evdə rahat durmur, hər şeyi alt-üst edirdilər. Hərçənd ki, o, bunlara elə də əhəmiyyət verən deyildi. Amma elə ki, uşaqların «maraq dairəsi»nin növbəti hədəfi onun iş otağı, oradakı kitablar, dərsliklər, müxtəlif yazı-pozular, xəritələr oldu, vəziyyət tamam dəyişdi. Davamı…