Qaynar xəbər portalı

Kitab dünyası


1Azərbaycan yazıçısı Vahid Məmmədlinin “Tunc Mələk” əsəri ana dilimizdə çapdan çıxıb.
İlk qansız roman olan “Tunc Mələk” 2007-ci ilin noyabrında Moskvanın “Qrifon” nəşriyyatında ilk dəfə rus dilində çap olunub.
Qısa müddət ərzində dünyanın rusdilli oxucularının ən çox oxunan kitablarından birinə çevrilmiş “Tunc mələk” romanı azərbaycanlı oxucuların çoxsaylı müraciətlərinə cavab olaraq müəllif tərəfindən ana dilimizə tərcümə olunub.Dünya ədəbiyyatında yeni bir janrda-qansız döyüş romanı janrında yazılmış bu əsərdə mələk-insan, qorxmaz və məğrur detektiv-analitikin maraqlı macəraları haqqında söhbət açılır.
İtaliyanın “RAİ- 1” teleşirkətinin jurnalisti müharibə gedən İraqda yaraqlılar tərəfindən girov götürülür. Onun azad edilməsində hətta xüsusi xidmət orqanları da müsbət nəticə əldə edə bilmirlər. Lakin bütün mərhumiyyətlərə və edam olunmaq təhlükəsinə baxmayaraq əsərin qəhrəmanı İtaliyalı təlerepartyoru girovluqdan azad etmək fikrindən geri çəkilmir.
Həmin mələk-insan özünün ən güclü silahı- təmənnasız xeyirxahlığı ilə hətta, düşmənlərini də düşünməyə məcbur edir. Çoxları onun haqqında eşitdiklərinə inanmır. Ancaq onu yaxından tanıyandan sonra barəsində deyilənlərin əfsanə deyil, həqiqət olduğuna əmin olurlar. // Trend






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: