Türkiyənin Nobel mükafatlı yazıçısı Orxan Pamuk altı ilə yazdığı ‘Məsumiyyət Muzeyi” romanını tamamlayıb. Eşq hekayəsindən bəhs edən roman avqustun 29-dan etibarən satışda olacaq.
Roman 1975-ci ildən başlayıb, günümüzə qədər davam edən bir eşqdən bəhs edir. Romanın baş qəhrəmanları İstanbulun zənginlərindən biri kimi təsvir edilən Kamalla onun uzaq və yoxsul qohumu Füsundur. //Lent.az

Avq
25
Orxan Pamukdan 6 illik eşq romanı
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Avq
25
“QAZAN XANIN YIXDIĞI ÖKÜZ SƏRXOŞ İDİ”
Bölmə: Kino | ≅ Şərh yazın
Vaxtilə kino işıqçısı işləmiş Malik: “Olimpiadaya aparılan o bahalı atın puluna 3 dənə yaxşı film çəkmək olardı”
Onunla təsadüfən tanış olmuşdum. Demək, mənim sevimli itim Fu məhləyə gələn işıq, qazpulu yığanlara qənim kəsilmişdi. Yad ünsürlər olduğundan onları “qoruduğu əraziyə” - məhləyə buraxmadığından, onlar da yerli “JEK”-ə şikayət etmişdilər. “JEK”-in ağıllı rəhbərləri də belə qərara gəlmişdilər ki, ovçu çağırıb Funu öldürsünlər. Hələ üstəlik şərt də qoymuşdular; sabaha qədər bu iti başqa yerə aparmasan, güllələyəcəyik. Funu yaxın bir yerə apara bilərdim, amma ağıllı it idi, yenidən qayıdıb gələcəkdi. Qərara aldım ki, gözümün qabağında olsun deyə, redaksiyamızın həndəvərinə gətirim. Davamı…
Avq
25
Əli Əlioğlu. Eleniyə məktub
Bölmə: Ədəbiyyat | ≅ 9 şərh var
Eleni, sən məni anlamırsan… Bilmirsən ki, insanlar bu nifrəti özləri qazanıblar…
İnsanlara nifrət elədiyim vaxtlar var idi. Bəzən isə günlərlə onlardan uzaqda qalmaq istəyirdim. Məni hər şey bezdirirdi, Eleni… Bütün səslər adam səslərinə bənzəyirdi. Köməyimə səsli-küylü disko-barlar yetişirdi. Səhərə qədər mənasız hərəkətlərlə tullanıb düşən qızlara tamaşa edirdim. Bəzən isə durub mən də rəqs eləyir və anlayırdım ki, daxilimdə bir şeytan bəsləyirəm. O şeytanı ki, mən onu öz qəlbimdən qova bilmirəm, o şeytanı ki, o öz çirkli sevdasını iynə kimi beynimə batırır, o şeytanı ki, biz onunla rəqs eləyirik… Davamı…
Avq
25
Kultaz: Gənc Azərbaycan bəstəkarı Firudin Allahverdi İsveçrədə keçirilən 4-cü beynəlxalq Pre-Art müsabiqəsinin qalibi olub. F.Allahverdinin “Paradoxes” əsəri dünyanın müxtəlif ölkələrindən müsabiqəyə göndərilən 500 əsər arasından qalib gəlib.
Professor Roland Moserin rəhbərlik etdiyi münsiflərə Matthias Arter, Boris Previsic və Stefan Wirth daxil idi.
Müsabiqədə sonrakı yerləri Anita Mieze (Latviya) və Dafina Zeqiri (Kosovo) tutub. Davamı…








