Firudin Allahverdi beynəlxalq müsabiqənin qalibi oldu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 25 Ağustos, 2008

1Kultaz: Gənc Azərbaycan bəstəkarı Firudin Allahverdi İsveçrədə keçirilən 4-cü beynəlxalq Pre-Art müsabiqəsinin qalibi olub. F.Allahverdinin “Paradoxes” əsəri dünyanın müxtəlif ölkələrindən müsabiqəyə göndərilən 500 əsər arasından qalib gəlib.
Professor Roland Moserin rəhbərlik etdiyi münsiflərə Matthias Arter, Boris Previsic və Stefan Wirth daxil idi.
Müsabiqədə sonrakı yerləri  Anita Mieze (Latviya) və  Dafina Zeqiri (Kosovo) tutub.F.Allahverdinin bizə verdiyi açıqlamaya görə, bununla əlaqədar Pre-Art tərəfindən 12-29 oktyabr tarixləri arasında İsveçrəyə dəvət olunmuşdur. Bəstəkarın birincilik qazanmış əsəri isə 2008-ci ilin oktyabr ayında “Boswil” ansamblının ifasında İsveçrənin, həmçinin turne şəklində Çexiya, Sloveniya, Polşa və Rusiyanın şəhərlərində ifa olunacaq.
Xatırladaq ki, bu, gənc bəstəkarın beynəlxalq arenada ilk uğuru deyil. Buna qədər də dəfələrlə xaraci müsabiqələr və festivallarda iştirak etmiş və fərqlənməyi bacarmışdır.

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

10 Şərh var
Şərh yazın »

  1. Här Azärbaycanli uguru mänim ugurumdur, här Azärbaycanli rusvaychiligi da mänimdir rusvaychiligimdir!
    BOL UGURLAR, AZÄRBAYCAN!

  2. Doğrudan da, sevindirici hadisədir. Firudin bəyi ürəkdən təbrik edir, yeni uğurlar arzulayıram.

  3. Tebrik edirem Firudin
    ancaq xahish edirem bir daha Ermenistana sefer etme

  4. tebrikler

  5. Təbriklər!
    Hərdən sevindirici hadisələr olur bizim küçədə də…

  6. Urekden sevindim.Tebrik edirem.Arzu edirem ki,eserleri Bakida da ifa olunsun.Koshe yazilarini oxuyuram,amma xecalet hissi ile yaziram:musiqisini dinlememishem.Herchend ki,filarmoniya konsertlerinin daimi izleyicilerindenem.Eserleri Bakinin bashqa mekanlarinda ifa olunursa,Kultazdan informasiya desteyi umuram.Bundan da boyuk ugurlar dileyirem.

  7. Təbrik edirəm, Firudin..Davamlı olsun…

  8. Hamınıza təşəkkür edirəm, dostlar.

  9. Seninle fexr edirem,FİRUDİN.
    2009 da daha bol-bol müveffeqiyetler dileyi ile HÜSEYN

  10. …SEN ‘AZERBAYCAN’ adına laiq bir addım da atmış oldun…
    TEŞEKKÜRLER FİRUDİN!!!

Şərh yazın