İsgəndəriyyə kino-festivalı niyə “Lola”sız başladı?
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Avqust, 2008KultAz: Misirin dəniz kənarı İsgəndəriyyə şəhərində dünən məşhur Aleksandriya beynəlxalq kino-festivalı başlayıb.
4 gün ərzində festival çərçivəsində dünyanın müxtəlif ölkələrində istehsal edilmiş 80 qədər film nümayiş etdiriləcək.
Lakin festivalın açılışı üçün nəzərdə tutulan mübahisəli film son məqamda proqramdan çıxarılıb.Söhbət, Mərakəşli rejissor Nəbil Ayoçun çəkdiyi və bir sıra mükafatlar qazanan “Lola Nə İstəyirsə” adlı filmindən gedir.
Film, tədbir təşkilatçılarının fikrincə, festivalı açmaq üçün kifayət qədər güclü deyil.
Lakin əsas səbəbin bu olmadığı haqqında söz-söhbətlər gəzir. Belə ki, filmdə əsas obrazlardan biri misirli homoseksual olduğundan bu lent Misir mediası tərəfindən kəskin tənqid edilib. Tənqidçilərin dediyinə görə, əsər Misir haqda mənfi imic yaradır.






Yüklənir...