65-ci Venesiya Film Festivalı başladı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Ağustos, 2008

Festivalda iştirak edən 21 filmdən 4-ü İtaliya istehsalıdır

7KultAz: 65-ci Venesiya Film Festivalı bu gün işinə başlayıb. Festival Bred Pit və Corc Kluneyin çəkildiyi “Burn after reading” filmiylə açılıb. Film Mərkəzi Kəşfiyyat İdarəsindən bəhs edir və komediya janrındadır. Bu film festivalda müsabiqədənkənar göstərilir.
7 nəfərlik münsiflər heyətinə almaniyalı rejissor Vim Venders başçılıq edir.Onlar 21 filmdən ən yaxşılarını seçməli olacaqlar. Bu filmlərdən dördü İtaliyada istehsal edilib. Amma festivalda Efiopiya, Əlcəzair və Yaponiya ilə Braziliyanın birgə istehsal etdikləri filmlər də nümayiş etdiriləcək.
Amerika filmlərindən biri rejissor Əmir Nadiri tərəfindən çəkilib. O film karyerasına vətəni İranda başlayıb.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın