Kabir Edmund Helminski. SUFİ –KAMİLLİK PARADİQMASI

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 28 Avqust, 2008

lNə üçün sufizm postmodern qiymtləndirmə üçün ənənəvi müdrikliyin ruhani tələblərini özündə saxlamaqla individual azadlıq və unikallığa inteqrasiyaya qadirdir?

Bu gün biz mədəniyyətlərin deyil, paradiqmaların toqquşması ilə qarşılaşırıq. Üstünlüyü ələ almış postmodern paradiqması individuallıq və fərdi azadlıq üzərində qurulmuşdur. O, bütün perspektivləri nisbi, müqayisəli, subyektiv və sosial qüvvələr tərəfindən şərtiləşdirilmiş şəkildə dəyərləndirir. Postmodern paradiqma dünyəvi və dolayı materialist xarakter daşıyır. Postmodernizm özünü təntənəli şəkildə müstəqil və azad bəyan etməsinə baxmayaraq, həqiqətdə o, kommersializmin, konsumerizmin və relyativizmin təsiri altında formalaşıb.
Meydana çıxmış bir başqa paradiqma da var ki, biz onu qlobal müdriklik paradiqması adlandıra bilərik. Bu paradiqma ən yaxşı ənənəyə malik ruhani müdrikliyi mədəniyyət törəmələrindən, dini doqmalardan və sektaçı inanclardan xilas etməyə çalışır. Buraya daxil olan insanlar “mədəniyyət yaradıcıları” adlanır. Onlar orada enviromentalizm, təşkilatçılıq, cinslərarası anlaşma, irq və multikulturalizm bilgilərinə yiyələnirlər. Bu insanlar fundamentalist prizmadan ruhani dəyərlərə yanaşırlar.

Fundamentalizm perspektiv gələcəyi dar şəkildə təqdim edir. Fundamentalist dünyagörüşü özündən əmin qavrayış (dərk etmə) üzərində qurulur və belə aşılanır ki, həqiqət yalnız xüsusi bir inam sisteminə məxsusdur. Fərqi yoxdur, istər xristian yevangelist, islam ortodoks, kommunist və yaxud dünyəvi fundamentlizm olsun, biz yüksək funamentalist dünyəviliyin Fransa və Türkiyədə şahidi oluruq. Bütün bu təmayüllər dini fundamentalist xarakterli olduqda əsarətə və prutanizmə qarşı yönəlir.

Həqiqət öz essensial prinsipləri ilə qalanda sufizm, xüsusilə Rumi sufizmi özünü tərbiyəyə və özünü ideala qovuşdurmağa qadir ruhaniyyat sistemi şəklini alır. Sufizm qlobal kamillik ənənəsinin ən yüksək ifadə nüansıdır. Müqəddəs Quranın İlahi Şəhadət köklərini və Məhəmməd Peyğəmbərin (ə.s.) sünnəsini qəbul edərkən o (sufizm) ümumbəşəri kamillik ənənəsini təcəssüm etdirir və İlahi Həqiqəti özü üçün aşkarlayır. Sufizm postmodern qiymtləndirmə üçün ənənəvi müdrikliyin ruhani tələblərini özündə saxlamaqla individual azadlıq və unikallığa inteqrasiyaya qadirdir.
Sufizm fərdi transformasiyaya, dəyişilməyə itsiqamətləndirir. “Məni” sapqınlıqdan, etibarsızlıqdan, şübhə və xırdaçılıqdan azad edib nəticədə təvəzökarlıq, əliaçıqlıq, xidmət və sevgiyə aparır. O effektiv təsir gücünə malikdir. Ona görə ki, onun eqoya qul olmağı ixtisar etməyin və ruhani ölçülərə qoşulmağın yollarını özündə cəmləşdirən iki metadologiyası vardır.

Sosial fenomen kimi sufizm özünü müxtəlif formalarda təqdim edə bilər. O gah Mövləviliyin konservativ ortodoks və yaxud mütərəqqi ordenləri formalarında, gah yolçuları özlərini bütün rituallardan və zahiri ruhaniyyatdan kənarlaşdırıb, mümkün qədər xəlvət qalmağa üstünlük verən Melaminin təxminən xəlvəti ruhaniyyat formasında, gah da ən primitiv formalarda təzahür edir. Melaminin yanaşması “mən”in zahiri ruhaniyyatdan razı qalaraq qəflətə varmaqdan məhrum etmək məqsədini güdür. Bu yanaşma Mövləvilikdə gizli, toxunulmaz, fərdin özünəməxsus haqqı kimi qorunur.

Bu gün sufizmin fərqli üstünlüyü vardır. Ona görə ki, o ümumbəşəri kamillik ənənəsinin ifadəçisidir. Hələ də sufizm əsrlərin təcrübəsindən çıxmış yaşam tərzi, sofizmə əsaslanan metadologiya, əngin ədəbiyyat, mədəniyyət və İlahi Qaynaqla metafizik əlaqəni təklif edir.

İnsanlar dini inistitutlara şübhəli yanaşdıqca, onlar ilə maraqlanmadıqca ruhani dəyərlər əsasında yaşanan həyat tərzi çox-çox nadir hallarda formalaşır. Bəşəriyyətin kamillik ənənəsini qorumaq görəvini insanların əksəriyyəti müəyyən bir əsərin və yaxud cərəyanın yaşam dərəcəsini qoruyub yaşatmaq kimi başa düşür. Bu tendensiya hardasa düz olsa da, bir tərəfli olduğundan yanlışdır. Sufizm kompüter proqramı kimidir. Belə ki, o yalnız İslam əməliyyat sistemi daxilində fəaliyətə gəlir. Hələ də bu əməliyyat sisteminin müstəqil fəaliyyət göstərə bilməsi məsələsi bir qədər mübahisə obyekti olaraq qalmasına baxmayaraq, bu gün dünyada sufilərin böyük əksəriyyəti praktik baxımdan İslam əməliyyat sistemi daxilində fəaliyyət göstərirlər. İstisna hallara Qərbdə rast gəlinir. Orada müəyyən sufilər İslam hüdudlarını aşıb ya özlərini cəmiyyətdən təcrid edirlər, ya da birlikdə yoxa çıxırlar.

Kimsə səhv etməyə bilər, lakin İslam sufi qavraması həm bizim Qərb dini inistitutların təsəvvür və anlayışlarının, həm də ciddi, qanuna uyğun şəkildə tez-tez təqdim olunan İslam ortodoksunun ekvivalentidir. Sufilərə görə, İslam paradiqmaların dəyişməsinə icazə verən aktual sisetmdir.

Bizim düşüncəmiz, layaqət və xarakterimiz birbaşa ruhani qavramaya əsaslanır. Seyri suluk təcrübəmiz və sufi icması daxilində qurduğumuz əlaqələrimiz, bir sözlə İlahi təcrübəmiz vasitəsi ilə özümüzü islah edirik.

Bu praktik və tətbiqi ruhaniyyat prosesidir. Bizi Həqiqətin dərinliyinə istiqamətləndirən bu proses mümkün təcrübəmizi artırmaq məqsədi ilə metafizik və gündəlik həyat konteksi daxilində reallaşır. Nəticədə biz həyatımızın bütün səviyyəsində həyat təcrübəsi içərisində yetişirik. Həssaslıqla müşayiət olunan bu ruhani təcrübə təkmilləşdirilməlidir, lakin biz ona çox da kölə olmuruq. İntellektual şəffaflığın kəskinliyinə baxmayaraq, ruhani proses boyu düşünən ağlımızdan aslılığa az fikir veririk. Son olaraq ürək həssaslaşır, vəcdə gəlir, ilahi ruha doğru açılır; biz daxili güc və dözümlük qazanırıq. Əvvəlki halımızdan, tələblərimizdən, dünyəvi istəklərimizdən, ümidlərimizdən əl çəkib daha çox şükr etməli olduğumuzu dərk edirik.

Eqo - zərifdir, tədricən dəyişməyə, İlahi qaynağa doğru yol almağa meyillidir, getdikcə durulan, təvəzökar olan və sevəndir. Biz həyatı böyük dərinlik, dolğunluq, zəriflik və sirlər ilə təcrübədən keçiririk. Bu gecə və yaxın bir neçə gecə ərzində burada, İstambulda biz tradisiyamızın coşğu, şövq verən himnlərini oxumuşuq, aşiqlər arasında ibadət etmişik və Amerika, İrlandiya, Avstriya, Türkiyə, İran və Suriyalı qardaş və bacılarımızın əllərindən öpmüşük. Qoy bizim cismimiz düşüncəmizlə təsir edə bilsin! Biz buraya KİMİN ƏLLƏRİNDƏ olduğumuzu bilmək üçün gəlmişdik. İndi isə gəlin öz əllərimizdə nəyi tutduğumuza nəzər salaq.

1İngiliscədən Elmar Əliyev (Vüqarlı) çevirib

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5.00 ilə 5 arası)
Loading ... Loading ...

4 Şərh var
Şərh yazın »

  1. Elmar Əliyev (Vüq arlı), ZƏHMƏT ÇƏKİB YAZINI ÇEVİRDİYİNƏ GÖRƏ ÇOX SAĞOL! GÖRÜNÜR, BU İŞDƏ TƏCRÜBƏN HƏLƏ ÇOX AZDIR, QÜSURLAR DA BU SƏBƏBDƏNDİR.
    ƏMİNƏM Kİ, RUHSAL EHTİYACLARIN İNSAN ÖMRÜNDƏ ÖNƏMİNİ BELƏ DƏRK EDƏN, QLOBAL MÜDRİKLİK PARADİQMASI AXTARIŞINA ÇIXAN K.E.HELMİNSKİ ASİF ATANI TANISAYDI, ÖZÜNƏ DOĞMA İNSAN TAPMIŞ OLARDI, ONUN ƏLİNDƏN ÖPƏRDİ…

  2. Bu tipli yazıların tərcüməsi yaxşıdı. Tərcüməçinin eyni müəlliddən “sufizim nədir?” məqaləsini də oxumuşam. Ancaq bu zaman sistemliliyin qorunub saxlanmasl daha yaxşı olardı. Yəni, daha ciddi mənbələrdən başlamaq şərti ilə. Tərcümənin bəzi parçaları yaxşı, sılis təsir bağışlamır. Məsələn: ”
    Həqiqət öz essensial prinsipləri ilə qalanda sufizm, xüsusilə Rumi sufizmi özünü tərbiyəyə və özünü ideala qovuşdurmağa qadir ruhaniyyat sistemi şəklini alır. Sufizm qlobal kamillik ənənəsinin ən yüksək ifadə nüansıdır.” Tərcümə mətnində “düşüncə tərzi” yoxdu.
    Uğurlar!

  3. Cavanşir Yusifli müəllim, axı Rumi sufi olmayıb…

  4. Zahir Ezemete derin teshekkurumu bildirirem. Kabir Edmund Helminski Qerbde ilk Movlavi Sheyxi adini almishdir. O Thereshold Sufi Camiyyatinin rahbaridir.Bu yuxadidaki tercuma 2007-ci ilin oktyabirinda onun Konyadaki chixishidir
    Tercumada maqsad dunyada gedan ruhani prosesleri izlamakdir. Allah Haminizi qorusun!

Şərh yazın