Üçbaşlı yalan

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 28 Ağustos, 2008

Ədəbiyyatın «işgəncələr kralı»

Elnur Astanbəyli

Bir neçə ay əvvəl «Reytinq»də Ramiz Rövşənin Azərbaycan polisinin şücaəti haqqında filmə məsləhətçi təyin edildiyini yazmışdım. Filmin başqa bir məsləhətçisi isə daxili işlər nazirinin müavini, etirazçı xalq kütləsinə qarşı amansızlığı ilə ad çıxarmış, «Viloş» ləqəbli Vilayət Eyvazovdur. Qısası, allah ömür versə, tezliklə Ramiz Rövşənlə Vilayət Eyvazovun adını titrdə yanaşı görəcəyik. Nə isə. Yazı çıxandan sonra hətta ən aqressiv dostlardan belə, «şər, şər, day bu qədər də yox» janrında mesajlar, e-maillər aldım. Heç kim buna inanmaq istəmirdi. Halbuki 2003-cü ilin şərəfli seçki etirazlarından sonra işgəncələrə qarşı komitəyə rəhbərlik edən, insanları polis zülmündən qorumaq missiyasını üzərinə götürən Ramiz bəyin həmin vaxt işgəncələrin başında dayanan Vilayət Eyvazovla eyni filmə məsləhətçilik etməsində təəccüblü heç nə yoxdur. Çünki Ramiz Rövşən bundan əvvəl 2003 seçkisinin daha bir anti-qəhrəmanı – həmin vaxt Az.TV-dən müxalif ruhlu insanların ünvanına hər cür təhqir, böhtan yağdıran İsmayıl Ömərov haqqında tərifli sözlər söyləmişdi. İnanmayanlar gedib İTV-nin saytına baxa bilərlər. Qısası, Ramiz Rövşən müxalifətçiliyində də şairliyi qədər qurama, saxtadır.
Bu heç. Ramiz bəyin «Viloş»la işbirliyi haqqında yazandan sonra eşitdim ki, bu məlumatın qəzet səhifəsinə çıxması ona pis təsir edib, hətta dostlardan birinə məni harda tutsa döyəcəyini deyib. Bu yaxınlarda, Elçibəyin 70 illiyi ilə bağlı tədbirdə isə filmə məsləhətçi olduğunu özü də etiraf etmişdi. Amma iki həftə əvvəl bu etirafını unudub, qəzetlərə heç bir filmə məsləhətçi olmadığı barədə açıqlamalar verdi. Adam nə qədər yalan danışar, İlahi!!
Bəli, Ramiz Rövşən həqiqətən də Azərbaycan polisinin şücaəti haqqında filmin Vilayət Eyvazovla bərabər məsləhətçisidir. Digər üç məsləhətçi isə aşağıdakılardır: polkovnik Sadiq Gözəlov, polkovnik-leytenant Çəmən Əhmədov və kinorejissor Cəmil Quliyev. Film «Qardaşlar» adlanır, rejissoru və ssenari müəllifi Samir İbadovdur. Sifarişçi Daxili İşlər Nazirliyidir. Dedektiv melodrama janrında çəkilən filmin istehsalçısı «İS prodakşn» adlı kino şirkətidir. Baş rollardan birinə Türkiyənin tanınmış aktyorlarından biri dəvət edilib, çəkilişlər əsasən Azərbaycanda, qismən də Rusiyada aparılacaq. Film barədə rəsmi məlumat kinozal.az saytına yerləşdirilib və kiminsə hələ də azacıq şübhəsi qalırsa, zəhmət çəkib həmin sayta baş vursunlar.
Dostlar, düzünü qalsa, şücaəti, igidliyi cibə nəşə atmaqdan, adam döyməkdən o yana keçməyən Azərbaycan polisi haqda filmə Ramiz bəyin «Viloş»la bərabər məsləhətçilik etməsini anlayışla qarşılamaq lazımdır, «ehtiyac qul eylər qəhrəmanı da». Hərçənd Ramiz Rövşənə heç vaxt qəhrəman kimi baxmamışam, çünki onun ölümdən, qəbirdən, başdaşından bol şeirləri mübarizə əhval-ruhiyyəsindən çox uzaqdır, xalqa pessimizm, təslimçilik aşılayır. Bir sözlə, onun poeziyası öz qaramatı ilə ədəbiyyatın «bandotdel»idir. Sadəcə, adamı yandıran Ramiz Rövşənin göz-görəti bir həqiqəti malalamaq, sudan quru çıxmaq cəhdidir. Bundansa Ramiz Rövşən heç olmasa, ömründə bir dəfə səmimiyyət göstərərdi, dostu və qardaşı Vaqif Səmədoğlu kimi açıq deyərdi ki, «əcəb eləmişəm, mənim də zəngin yaşamağa haqqım var», biz də işimizi bilərdik, onu rahat buraxardıq.
60 yaş Azərbaycan şair-yazıçılarının sınaq yaşıdır, onlar adətən bu yaşdan sonra 180 dərəcə dəyişir, dönüb özləri olurlar, yəni bu yaşa qədər qazandıqları az-çox xətir-hörməti ömürlərinin sonunu rahat, komfort həyat yaşamağa xərcləyirlər. Nə etməli, Ramiz Rövşənin də qisməti bura qədərmiş.

Kamil yalançı

Növbəti qonağımız Ramiz Rövşənin qudası Kamil Vəli Nərimanoğludur. Əslində elə bir ədəbi və ictimai funksionallığtı olmayan Kamil Vəlinin üstündən sükutla keçmək daha yaxşıdır, çünki belələrinə qələm bulaşdıranda özlərini ciddi adam hesab edirlər. Amma keçən həftə o, elə bir yalan danışıb ki, hakimiyyətin 600 min iş yeri barədə sabotajı bunun yanında toya getməlidir. Möhkəm durun, getdik.
Avqustun 14-də Bəxtiyar Vahabzadənin 84 yaşı tamam oldu. Bu münasibətlə Kamil Vəli «Dərd şairi» adlı yazısını iki-üç qəzetdə çap etdirdi. Dişimi dişimə sıxıb oxudum. Hamı bilir ki, Kamil Vəli nə yaza bilər. Hələ üstəlik, yazı bütün birinci katiblərin sevimlisi Bəxtiyar Vahabzadə haqqındadırsa, deməli, hər şey aydındır. Nə isə. Kamil müəllim yazısında qocaman xalq şairindən «qəhrəman», «dissident» düzəltməyə uğursuz cəhd edib. Guya 74 yaşlı Vahabzadə bütün ömrünü millətin dərdini çəkməklə, ədalətsizliklə mübarizə içərisində keçirib. Bunun belə olmadığını, allaha şükür, Azərbaycanda artıq 7-dən 77-yə hamı bilir. Kamil Vəli də bilir, billə-bilə də yalan yazır. Səbrinizi basın, artıq mətləbə gəlib çatmışıq. «Olaylar» qəzetinin 1-2 sentyabr, 1998-ci il tarixli sayında Kamil müəllim Bəxtiyar Vahabzadə haqqında deyir: «Xalq şairi Bəxtiyar Vahabzadə hər üç-dörd aydan bir fikrini dəyişir, bu, insanın inkişafı deyil, biqələmunluğudur». Dəhşət! Görəsən, bu on ildə nə baş verdi ki, hörmətli Nərimanoğlu birdən-birə Vahabzadə haqqında tamam tərsini danışmağa başladı? Bəlkə xalq şairi irticaya qarşı etiraz səsini ucaltdı, xəbərimiz olmadı? Bəxtiyar müəllimin iki misrası var:

Kaş elə bir cihaz kəşf ediləydi,
Qandakı qeyrəti ölçə biləydi.

Demək artıqdır ki, belə cihazın kəşf edilməsini istəyən ən sonuncu adam elə xalq şairinin özüdür.
Mətləbdən uzaqlaşmayaq. Kamil Vəli də ən azı Bəxtiyar Vahabzadə qədər sürüşkən biridir. AXCP-nin parçalandığı ilk vaxtlarda «klassiklər»in tərəfindəydi, Əli Kərimli başda olmaqla, «yurdçular»a Elçibəyə xəyanətdən tutmuş hakimiyyətə işləməyədək ən ağır ittihamlarda bulunurdu. Amma indi o, Əli Kərimlinin yanındadır, «yurdçular»a müşavirlik edir. Üstəlik, camaata əqidə, ləyaqət dərsi keçir. Ayıb, vallah, ayıb! Heç kim alnınıza tapança dirəyib, sizi yazmağa, danışmağa zorlamır. Yetər artıq, gedin nəvələrinizlə oynayın, yazıb özünüzü daha da biabır, bizi də təhqirə məcbur eləməyin.
Bu da sizə Çingiz Abdullayev!

Keçən ay dedektiv yazıçısı, AYB-nin katibi Çingiz Abdullayev «Exo» qəzetinə müsahibə verib Azərbaycan təhsilini yıxıb-sürümüşdü. Universitetlərdəki, orta məktəblərdəki rüşvətxorluqdan, korrupsiyadan dəhşətə gəldiyini demişdi. Onların gənclərə yaxşı savad verdiyinə inanmadığını bildirmişdi. Azərbaycan təhsilinin ağıllı və ləyaqətli insanlar yetişdirə biləcəyinə əmin olmadığını söyləmişdi. Əslində Çingiz müəllimin müsahibəsində qeyri-adi heç nə yox idi, onsuz da təhsilin it günündə olduğunu səhər-axşam yazırıq, Misir Mərdanov da bu qulağından alıb o qulağından ötürür. Amma Azərbaycan elə bir ölkədir ki, burada insanları ən adi həqiqətlərə inandırmaq üçün mütləq cəmiyyətdə xüsusi imtiyaz sahibi olmalısan. Ona görə də Çingiz Abdullayevə həmin müsahibəsinə görə yekə bir sağ ol düşürdü. «Düşürdü» deyirəm, çünki artıq düşmür. Niyəsini indi yazacam. Beş-altı gün əvvəl bir oxucu e-mailimə Çingiz Abdullayevin «Exo» qəzetindəki üzrxahlıq məktubunu göndərib. Dedektiv yazıçısı həmin üzrxahlıq məktubunda haqqında bəhs etdiyimiz müsahibəsində fikirlərinin təhrif olunduğunu deyir, ona görə də, çoxminlik müəllim ordusundan üzr istəyir, yəni bir növ söylədiklərinin arxasından qaçır. Açıqca görünür ki, müsahibəyə görə ona yaxşıca qulaqburması veriblər, gözünü əməllicə qorxudublar.
Buyurun, bu da sizə Çingiz Abdullayev! Adam, sənin nəyin çatmır, kitablarının tirajını yığıb-yığışdırmaq olmur, özünə qismət, adın-sanın, pulun-paran. Bəs bu nə cəsarətsizlikdir? Üzrxahlıq əvəzinə, «həqiqəti demişəm, əcəb eləmişəm» söyləsəydin, nə itirəcəkdin?   Bu qorxaq xislətlə o boyda dedektiv kitabları necə yazmısan, mat qalmışam. Əslində səni qınamalı da deyil. AYB-nin havasından, suyundandı, ora cəsur girən qorxaq, qalib girən məğlub, dürüst girən yalançı çıxır.

1 səs2 səs3 səs4 səs5 səs (7 səs, hardasa: 4,43 ilə 5 arası)
Loading ... Loading ...

16 Şərh var
Şərh yazın »

  1. Sen axirda bunlarin ureyini partladacasan,ondan sonra kimden yazacaqsan?

  2. növbəti dəfə əmin oldum ki, şair (yazıçı) olmaq asandır, amma şəxsiyyət olmaq – çətin. Elnur,sağ ol ki, türklər demiş, xalı altından tozu çıxartdın…

  3. “Kaş elə bir cihaz kəşf ediləydi,
    Qandakı qeyrəti ölçə biləydi.

    Demək artıqdır ki, belə cihazın kəşf edilməsini istəyən ən sonuncu adam elə xalq şairinin özüdür.”

    …-))

  4. Ay adam, axı sənə nə lazımdır, nə qədər ipiqırıq adamlar kimi onun bunun arxasınca qara yaxassan. Sənin işin-gücün yoxdurmu, məşğuliyyət tapa bilmirsənmi? Özünü cəzasızlıq mühitinə düşmüş sanıb bu virtual dünyada şərdən-böhtandan doymursan, hər oyundan çıxırsan. Neçə yaşın var, bu yaşda bu qədər şeytanlığı canına necə çəkə bilibsən? Sən axı kimsən, nəçisən, nə istəyirsən? Bu suallar sənin özünə aydındırmı? Bizə isə aydındır, ay bütün incəlilər kimi boynuna zorən şair olmaq düşmüş birisi. Ramiz Rövşənin yanından yel olub ötə bilməyənlər, şeytan muzdurları, bu rejimin kisəsindən gerçəkdə yallananlar – sizlər ey Sorosun yetirmələri, Kamal Abdullanın yarımçıq yapıtları, havanı kirlətməyin, qoyun nəfəs alaq.

  5. Mence senin kimi “istedad”larin ve “yazici”larin Ramiz Rovshenin adini bele cekmesi o SHAIRE tehqirdir…

    …Allah adamin canini almazdan evvel onun aglini alir…

  6. Qadjiyev gozlerinden opurem!!!

  7. Təşəkkürlər, Elnur bəy! Bütlərdən və onların tozunu silənlərdən çəkinməyib hər şeyi olduğu kimi yazdığınız üçün. O ki qaldı ünvanınıza yağdırılan təhqirlərə, boş verin, bu ölkənin adamları pisliklər və qanunsuzluqlar haqqında faktlara göz yummağı bacarır və hətta xoşlayırlar. Çünki özləri də əyrilik, satqınlıq və vicdansızlıq eləməyə hər an hazır və həvəslidilər. Yetər ki, əllərinə fürsət düşsün…

  8. ne vaxtdandir bele yazini oumurdum. malades…

  9. heqiqet gormek istemeyende onu tehqir adlandırırlar. Başqa ne deye bilerler ki, sizin yazdıqlarınız heqiqetdi.Daha doqusu Azərbaycan reallğı.

  10. Alya xanim yazirsiz:

    - bu ölkənin adamları pisliklər və qanunsuzluqlar haqqında faktlara göz yummağı bacarır və hətta xoşlayırlar. Çünki özləri də əyrilik, satqınlıq və vicdansızlıq eləməyə hər an hazır və həvəslidilər.

    Bes Siz hormetli xanim efendi bu olkenin adami deyilsiz, goyden zenbille dushmusuz?

    Yazdiqlarinizi sonra bir daha oxuyun ve ozunuzu de hokm verdiyiniz admlarin icinde gorun!

  11. Sevimli Elnur,
    Ramiz Rövşənin şeirlərinin nəyi aşıladığı və onun yardıcılığı üzerinə yazdıqlarında səninlə səsləşirəm.
    Ancaq sizə bir söz deyim dost, Ramiz Rövşənin adını çəkdiyiniz filimdə Vilayət Eyvazovla işbirliyində bulunmasının özü özlüyündə bir yanlış kimi dəyərləndirilməməlidir. Birincisi Ramiz bəy bu filimə məsləhtçi kimi çağırılıb(dəvət olub) buna yox demək inqlaçlıq deyil, inqlaba zidd olan bir hərəkət də deyil.Önəmli olan Ramiz bəyin verdiyi ya verəcəyi məsləhətlərdir. Görəsən Ramiz bəy hansı məsləhətləri verib ya verəcək, önəmli olan budur. ikincisi isə Vilayət Eyvazovla eyni filimə məsləhtçi olmağı Ramiz bəy seçmir, bu onun öz seçgisi olsaydı siz haqlyıdınız. Son söz olaraq bunu da artırım, sənin yazının bu bölümdə haqsızlıq gördüyüm üçün bu iki sətirlik yazını yazdım, Ramizi yox “düzlüyü” savınmaq istədim, yoxsa bu pirdən kəramət ummuram, Ramizin verdiyi verəcəyi məsləhət bizim yaramızı sağaldanmaz.

    Chandirikanın Alya xanıma yazdığına qoşuluram,bu qınından çıxıb qınını bəyənməyənlər bu fil burnundan düşmüşlər nə deyib yaşıyırlar deyə düşünürəm.

  12. Goresen, hech olmasa “doymeye” cesareti chatacaqmi?

    ——————
    “Bu heç. Ramiz bəyin «Viloş»la işbirliyi haqqında yazandan sonra eşitdim ki, bu məlumatın qəzet səhifəsinə çıxması ona pis təsir edib, hətta dostlardan birinə məni harda tutsa döyəcəyini deyib.”

  13. Çatanda da çatar da. Adamdöyən polislə əlbir işləmir? Uzağı Viloşa deyəcək, o da 1-2 molodçikini göndərib işi xətm eləyəcək. Так что вот Эльнур, доигрался. Тебе хана.
    P.S.
    Ну береги себя! Ты нам еще нужен.

  14. Here ozune gore oz problemleri ve shexsi ishleri var.Ondan sene ne,sen kimsenki,elekcinin qilverenisenki camaatda “oshibka” tapirsan?!

  15. Ay Halaypozan muellim, vekilliy tehsilini bizim dovlet universitetinde alibsan 100 faiz!!!

  16. Qiymetli sairimiz Ramiz Rovsen diyesen senin dar yerini gen edib…

Şərh yazın