İlham Qəhrəman. Yeni Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Ağustos, 2008

1info@ilhamqahraman.com

ULDUZLU GECƏ

Ulduzlu gecədə
bıçaq altda xoruz qanıtək
ürəyə təpən sevgiylə
Səni düşünmək
necə də gözəldi.
Ondan da gözəli
Səni görmədən -
Tanınmaza-bilinməzə
düşünmək…
30.06.08


SEVGİ

Yenə sevgidi gələn,
Qoy gəlsin xətri xoşdu.
Üstümə qanad salar,
Qanadı, çətri xoşdu.

Tanrı xoş saatında
Məni yadına saldı.
Bundan gözəl yol varmı
Sevgi ürəyə yoldu.

Təzələndim – elə bil
Dağlara qar ələndi.
Sevgisiz olan bəndə
Mürəkkəbsiz qələmdi.

13.01.2008

TƏBRİZƏ CEDƏ BİLMƏDİM

Ay yarım Tehranda qaldım,
Təbrizə gedə bilmədim.
Uzaqdan havasın aldım,
Təbrizə gedə bilmədim.

O yandan bir durna gəldi,
Qübarım tarıma gəldi.
Bakıdan arıma gəldi
Təbrizə gedə bilmədim.

Sözüm sarılıq gətirdi,
Dözüm sarılıq gətirdi,
Gözüm sarılıq gətirdi,
Təbrizə gedə bilmədim.

Kim yol alar, kim yoluxar,
Həsrətin çəkən doluxar.
Mənim gözümlə kim baxar
Təbrizə gedə bilmədim.

Mən istəyimə türməyəm,
Könülsüz  könül çirməyəm.
Ya qismət – görəm, görməyəm,
Təbrizə gedə bilmədim.

28.03.08

GÖRÜŞ

Ay səni!
Səni gördüm
çaşdım -
Elə bildim sənsən.
28.06.08

MARİNA

Cü-cü – deyəndə
dənə yüyürən quşlar kimi
Sahilə qaçır -
ləpələr pıçı-pıçı.

Ay Xəzərə sancılmış xəncər,
Gecə köynəyində
çimən qadın
mələyə bənzər.
03.07.08

SƏNSƏN

Ayrılığı ömrümə
it kimi zəncirlənən,
həsrəti can yağılım,
Xatirəsi bir sandıq
alma qoxulum
Sənsən.

Bu dünyada gerçək, yalan,
Həmişə bir paltarda
şəkli gözümdə qalan
Sənsən.

Qorxudan bir şəklini də
saxlamadığım,
gözümdəki kədərim,
sinəmdəki çapığım,
Sənsən.

Dar ağacı kəndirini
özünə hörük tutan,
Məni bir sevdanın
qətlinə şərik tutan
Sənsən.

Canım ağrısı,
şirinim, acım, qadam,
Həm görmək istədiyim,
həm istəmədiyim adam -
Sənsən.
06.07.08

DÜŞÜRƏM

Söz bəzən qəhətə çəkilir,
Bəzən də vərinə düşürəm.
Bir belə çəkilməz dərdlərə
Mən sözün xətrinə düşürəm.

Ya Rəbbim, mən sənin balanam,
Çıraqda od tutan lalanam,
Yollanam-  xeyirə calanam,
Şeytanın şərinə düşürəm.

İş gördüm bezimi çıxardam,
Ocaqdan közümü çıxardam,
Qazıram özümü çıxardam,
Qazıram dərinə düşürəm.

10.07.08

İLHAM QƏHRƏMANA

Həə, İlham Qəhrəman,
Çoxdan gözaltı etmişəm
Boyuna şeir yaraşdırım,
Boyun məndən inciməsin.
Səni də belə bay olasan,
Bayın məndən inciməsin.

Sağ olsun – o vaxt dədəm
«ondan göz ol!» demişdi,
Mən olmasam çoxdan səni
çöldə qurd-quş yemişdi.

Qanın niyə qaradı,
Bir çırtma bəs edər
qanını çıxarmağa.
Sən ah çəkmirsən,
sinəyenişə yol çəkirsən
canını çıxarmağa.

Həmişə yoxuş qalxdın,
düzə çıxa bilmədin.
Ay mağmın,
daldalarda şeir dedin
üzə çıxa bilmədin.

Mənimlə yola getmirdin,
Hər gün dava qururdun,
«Hər şeydən vaz keç!» – deyə,
Sərbəstliyi, azadlığı sevirdin.
Əlacın olsa məni öldürərdin -
səni arvad-uşaq ayağına verdim.

Mən deyirdim
mən də adi adamam,
Mənim də telim
qaşın üstündədi.
Sən deyirdin söz at deyil
başına cilov salasan,
Adını şair qoyub
əlli yaşa çatmısan
hələ başın üstündədi.

Səndən hər söz yedim,
Sənə göyərmədim.
Uşaqların boğazından kəsib
Sənə dörd kitab çıxardım
Manatını da görmədim.

Darıxma tarixdə
çox insafsız gorba-gor oldu.
Düzmə Düzənlərbaşı
hamını gördü
sənə çatanda kor oldu.

Bu da belə zamanadı -
Söz alan, söz satan var,
bazar gördüm deyən yoxdu.
Ədəbiyyata gəlib
nə gördün -
Bütün ölçülər yerindədi,
meyar gördüm deyən yoxdu.

Kim deyə bilər
Yazdığın səmimi deyil.
Qəm yemə kölgədəsən -
Sən yazanı yaza bilmək
Hər şairin yemi deyil.
07.07.08

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

22 Şərh var
Şərh yazın »

  1. (Sevgisiz olan bəndə
    Mürəkkəbsiz qələmdi.)- yaman erotikdi, ancaq men olum bu ne demekdi;(Ulduzlu gecədə
    bıçaq altda xoruz qanıtək
    ürəyə təpən sevgiylə
    Səni düşünmək
    necə də gözəldi.)- xoruzun qanı nəbilim nə, çox aqressiv deyilmi?

  2. (Cü-cü – deyəndə
    dənə yüyürən quşlar kimi
    Sahilə qaçır -
    ləpələr pıçı-pıçı.)
    Bizim şairlər bu toyuq-cücədən niyə əl çəkə bilmirlər? Kim bu suala cavab versə ona 5 düşür.

  3. Ilham Qehreman Klassik eneneler uzerinde yazdigi seirlerde daha gucludur,semimidir,oxunaqlidir.
    Ilhamin yaradiciligina beled adam kimi deyirem ki, bu seirleri beyenmedim.

    Ay səni!
    Səni gördüm
    çaşdım -
    Elə bildim sənsən.

    Ne demekdi bu gardash. Her adam (sair demedim ha)gunde bu tip dirnaqarasi seirlerden 3-4-nu gurasdira biler.

    TƏBRİZƏ CEDƏ BİLMƏDİM seiri rehmetlik Akif Semedin Shusaya gede bilmirem seirinin havasi ustundedir.

    Bashqa havaya oynama, Ilham Gehreman!

  4. İlham Qəhrəman cox maraqli şairdi – leksikonu, ritmi, özünəməxsusluğu, istedadı ilə…
    Doğrusu, məndən əvvəl yazılmış şərhlərdə tutulan iradlarla razılaşmamaq mümkün deyil. Mənə də bu fikirdəyəm ki, dostumuz bəzən gəlməməiş şeiri yazır; ilahmadan süzüləni yox, ağlına gələni köçürür; şeir düzəldir. İ.Q. bir şair və insan olaraq o qədər şəffadı ki, onun niyyətini çox asanca sezib-görmək mümkündü.
    Amma bu da hamısı deyil.
    İ.Q. obrazı yavaş-yavaş ovxardan düşür, bəzən dalı-duzlu yox, gülməli görünür.
    Zənnimcə, İlhamın ürəyi istəsə bu qeydləri nəzərə alıb gözə girən qüsurları asanlıqla aradan qaldırar.
    Uğurlar!

  5. Qurban, “obrazin yavas-yavas ovxardan dusmesi” ne demekdir? ay qardas bu cur yaygin tefekkurle hara gedib cixmaq olar? iradlarini konkret yazsana. I.Q.-nin “sair ve insan kimi seffaf olmasi” da o qeder basa dusulmur. Su bulandirmaq lazim deyil.

  6. “SEVGININ UREYE TEPMESI” NECE DE POETIK DEYIL, USTELIK “XORUZ QANI KIMI” – BIABIRCILIQDIR.

  7. Uzr istəyirəm, mən sizin üçün “əlifba”dan başlaya bilməyəcəm…
    Bir də dogrusu, adını “Matador” qoyan bir kəslə söhbetdə bir o qeder həvəsli deyilem indilərdə.
    Sizə uğurlu inkişaf arzulayıram!

  8. (Kim deyə bilər
    Yazdığın səmimi deyil.
    Qəm yemə kölgədəsən -
    Sən yazanı yaza bilmək
    Hər şairin yemi deyil.)

    - Şair hara YEM hara, /burda deyəsən obraz ovxardan düşüb/bəsdirin artıq, kənd təsərrüfatı terminləriylə danışmayın.

  9. Matador, dogrudanmi, sene omrunde bir defe de olsun, demeyibler ki, bu senin yemin deyil. Yeni dogurdan sen bu frazeloji birlesmeni hec esitmemisen.

    galdi Gurban efendinin dediyi obrazin ovxardan dusmesine, bu ele seir kimi poetik bir ifadedir.

    Men Gurban Efendinin bu ifadesini seir kimi oxudum.

    Burda serh yazmak ezizim, matador, senin yemin deyil! Get oz senetinle, okuzlerle mesgul ol!

    Yoxsa seni gondererem, bilirsen hara, 18-ci esr Ispaniyasina.

    Amaravati, amaravati, candrika…

  10. Ruhumu oxşamadı…

  11. Chandrika, bu qədər emosional olma. Mənə artıq 1 dəfə deyiblər “sənin yemin deyil”, bunu sən demisən yuxarıda. Ancaq bununla mən özümü təhqir olunmuş hesab etmirəm, çünki mozambik dilində bir söyüş eşitmək kimi gəlir mənə. Əksinə, bu söz daha çox onu işlədən adamın əxlaqi-psixoloji səviyyəsini açıb göstərir.
    Bir daha İ.Q.-nın şeirinə qayıdıram; bu şeirlər ev heyvanlarıyla dolub daşır, yaxşı deyiblər, aşıq gördüyünü çağırar. Məncə əsl 18 əsr mənzərəsini yaradan odur və siz də onu müdafiə edirsiniz. Söhbətləriniz elmi deyil, obrazın ovxardan düşməsindən-zaddan yazırsınız,ümumi səviyyə aşağıdır.
    YEM kəlməsi heyvanlarla bağlı işlənir, təsadüfü deyil ki sən də bu sözü işlədəndə məni öküzə bənzətmisən. insanlarla bağlı işlənəndə bu söz təhqir çaları daşıyır.
    Şair də- İ.Q. “Sən yazanı yaza bilmək hər şairin YEMİ deyil” deyir, belə çıxır ki onun öz YEMİDİR?!
    Şeirdə YEM sözü şox qaba səslənir, bununla razılaşın.

  12. Matador, gardash, evvela men sairin seirlerini mudafia etmirem, bu seirler zeif seirlerdir.

    Ikincisi, sen deyesen serh yazdigin nikin menasini bilmirsen axi…

    Matador – okuz doyusunde istirak eden, bu heyvani olduren adama deyirler. Men sene okuz filan dememisem. Inanmirsan, serhi bir de oxu.

    Menim, estegfurullah bu muqeddes Ramazan Bayraminda hec bir hemvetenlimin gelbine deymek fikrim yoxdur.

    Bu geder…

  13. hee, basha dushdum, tupoyam dan,bagisla candrika. seninle raziyam I.Q. zeif shairdi.
    o ki qaldi Ramazan ayina, men basqa aylarda da hec kesin xetrine deymemeye calisiram.

  14. İlhamin sheirlerini oxudum bir balaca dodaqlarim qacdi
    ama sherhler meni xeyli guldurdu
    bu matador kimdirse cox mezeli biridir hec Chandirika da ondan geri qalmir teshekkur İlham muellim gulushun qit vaxti bu ovqata gore

  15. Ilham bey, zeif sairdir, ya guclu? Mence sual bu ola bilmez. Sual ola biler ki, Ilham Qehremanin yazdigi seir 1) tenqidci ucun bedii metn kimi hansi keyfiyyetdedir? 2)oxucu ucun ne qeder zovqludur?. Ilham Qehreman Azerbaycan edebiyyatinda codan movcud olan uslubda seir yazib. Bir saire sen niye bu uslubda yazmisan sualini vermek olmaz. Yazdigi uslubda sehve yol vermeyib, seire yeni soz birleshmeleri getirib, eger bundan daha yaxshi seirleri varsa, ne yaxshi… Omrunde bir defe colpa kesmeyen adam mence bilmez nedir qani axan xoruzun cirpintisini… Kim deyir ki, seirde ev qushlari, col heyvanlari ve s. istirak ede bilmez? Butun zooparki cevirmek olar seire. Shexsen men Tebrize gede bilmedim sherini cox beyendim.

  16. Yaxşı bəraətdir, ancaq İlhamın buna ehtiyacı yoxdu. Onun burda deyilən bütün fikirləri, xüsusən də son reseptləri darmadağın edən kifayət qədər güclü şeirləri var. Bir alim tanıyıram, Kitabi-Dədə Qorquddan yazır, dastandakı bütün quşlardan… yazıb, bütün rənglərdən… bəhs edib, ancaq nə zoologiyadı, nə botanika, nə də folklorşünaslıq… İlhamın elə misraları var ki, “mənzərəni”… ötüb keçir, onu özündən gözəl yaradır, ancaq elələri də var ki, zəifdi, həm də gözgörəti zəifdi.
    Ancaq bütün hallarda bu şeirlər haqqında yuxarıdakı kimi boşboğazlıq (“…quşbazlıq” mövzusu)etmək, yaxud molla ədası ilə danışmaq biabırçılıqdı!

  17. Bosbogazliq nece olur?

    1) “Yaxşı bəraətdir, ancaq İlhamın buna ehtiyacı yoxdu”- Ilhamin ehtiyaclar ierarxiyasini kim, harada, nece mueyyenlesdirib? Eger bele bir anketlesme yoxdursa, demek fikir BOSBOGAZLIQDIR.

    2) “Onun burda deyilən bütün fikirləri, xüsusən də son reseptləri darmadağın edən kifayət qədər güclü şeirləri var”- hansi seirler? Ilhamin istenilen seirini misal gosterib DAHA GUCLU OLDUGUNU elan etmek olar. Sohbet indiki halda konkret seirden gedir. Ne oncekinden, ne sonrakindan getmirse, demeli, rey BOSBOGAZLIQDIR.

    3) “Bir alim tanıyıram, Kitabi-Dədə Qorquddan yazır, dastandakı bütün quşlardan… yazıb, bütün rənglərdən… bəhs edib, ancaq nə zoologiyadı, nə botanika, nə də folklorşünaslıq…”- eger bir folknor numunesi olan Kitabi Dede Qorqud haqqinda yazilan eser FOLKLORSUNASLIQ deyilse, demeli CAVANSIR YUSIFLI NECE TENQIDCIDIRSE, O DA EYNI CUR ARASDIRMACIDIR… Bosbogaz yani…

    4) “İlhamın elə misraları var ki, “mənzərəni”… ötüb keçir, onu özündən gözəl yaradır…” menzereni otub kecen menzere yaratmagin menzereye hec bir dexli yoxdur… Cunki o yeni menzeredir… – mentiqi bosbogazliq…

    5) “ancaq elələri də var ki, zəifdi, həm də gözgörəti zəifdi”.- eleleri hansidir? niye konkretlik yoxdur? – bu umumilesdirme BOSBOGAZLIGin tipik metodur…

    6) Ancaq bütün hallarda bu şeirlər haqqında yuxarıdakı kimi boşboğazlıq (”…quşbazlıq” mövzusu)etmək, yaxud molla ədası ilə danışmaq biabırçılıqdı!-

    “Ulduzlu gecədə
    bıçaq altda xoruz qanıtək
    ürəyə təpən sevgiylə
    Səni düşünmək
    necə də gözəldi”

    - gorunduyu kimi, metnde qus elementi var. Tenqidcinin QUSH BURAXMAGI bosbogazliqdir…

    Bir de bele quslar buraxma, Cavansir muellim…

  18. P.S: Sirr deyilse, axirinci defe ne vaxt, hansi xarici edebiyyat (seir, povest, roman, hekaye kitabi)oxumusunuz? O kitab oz orijinal dilinde ne zaman capdan cixib? siz onu ilk neshrinden nece il sonra oxumusunuz?- mene demeseniz de ozunuz ucun hesablayin ve onu 100-e (bir esre) vurun. Hasili menim mutalie imkanlarima (azeri, turk, rus,inglilis,dan ve orta seviyyede fars)-5,5-e carpin. Sizinle menim aramda bax o qeder INTELLEKT ferqi var, hormetli Cavansir muellim ve Ilham Cerkezoglu!

  19. 1. “Qamçı müəllim, özünü nick-nə oxşatma. Uçana-qaçana macal ver. Qəşəm müəllim, hesab elə ki, bura heş nə yazmamışam”. (Bu adam Qəşəm müəllimin yazısında adımı görüb və fürsəti əldəb buraxmayıb – quşun bura dəxli yoxdu-!).
    2. Adam özünü tərifləyəndə böyük hərflərdən istifadə etməsə yaxşıdı, məsələn, İNTELLEKT! Sual: özünüz haqqında daha nə bilirsiniz? Bəyəm adam öz imkanlarını sadalayanda əsbiləşər?
    Bizdə firmada tərcüməçiyə ehtiyac var: buyur, gəl, sınaqdan keçirək, hər şey konkret olsa yaxşıdı, tel. 493-05-93, bir də nickin arxasında gizlənib yekə-yekə danışma!
    Ancaq:
    “Ulduzlu gecədə
    bıçaq altda xoruz qanıtək
    ürəyə təpən sevgiylə
    Səni düşünmək
    necə də gözəldi”
    Sağ ol, İlham!

  20. Təəssüf ki,xeyli yaşlı müəllif bir-iki uğurlu misraları ilə: “Sevgisiz olan bəndə
    Mürəkkəbsiz qələmdi.” və s.təvazökarlığı aşıb çox böyük iddialara düşür. Hətta “yem”çiliklə məşğul olmağa çalışır. Əslində təqdim olunan yazılarında ən uğurlu sayılacaq yerində də büdrəyir. Poeziya elmində olan qaydaya görə bənzətmədə qarşı qoyulanların oxşar keyfiyyətləri yaxud əlamətləri tapılmalıdır. “sevgi – mürəkkəb” qarşıqoyması uyğundur, “abid – qələm” isə uyğunsuz. Çünki “abid” ibadət edən, Allahın qulu mənasındadır, o qələmlə heç cür məcazi uyuşmur. “bəndə” əvəzinə “ürək”, “adam” və s. variantlar ola bilərdi. Yəni poeziya elminin də öz qanunları var, hər müəllifin kefindən asılı olmayaraq möncuddur. “Mən qoparıb atmışam min dağı bir dırnağilən!” – deyən Füzuli haqlı olaraq özünü “Ərbabi istedad” adlandırıdı.
    “Təbrizə gedə bilmədim” məqaləsi də yarımçıq qalıb. Niyə gedə bilmədi?! Yol pulumu yox idi, ya mollakratlar qoymayıblar?!
    Müəllifə cavab olaraq mən deyirəmki, cox vaxt cuşə gəlsə də səmimi ola bilmir.
    Sənsən.” Bunu rəhmətlik Şirəli Müslümov demiş olsaydı, səmimi olardı. Məgər indi sandıqda alma sxlayanmı var?! Bəlkə meyvə-tərəvəz məntəqələrindən söhbət gedir! və s. və i. Hər kəs öz fikrində qala bilər, amma həqiqət belədir, səmimi olmaq, poeziya elmindən də az-çox imkan daxilində xəbərdar olmaq.

  21. salamlar. mence Fizuli, Nizami. ve digerleri, hesed aparardi oxusaydi.

  22. Cu-cu deyende dene yuyuren quslar kimi :) )))))))))))))))))))))))))))))
    Allah guldursun sizi ay Ilham muellim. Hec bu qeder gulmemisdim. Serhlere ise soz ola bilmez:)))))

Şərh yazın