İlə görə arxiv: Ağustos 2008


Natiq. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 22 Ağustos, 2008

VAXTI KEÇMİŞ SİTATLAR
2006-cı ilin avqustu yaman isti keçirdi. Yayın son bürküsü o qədər nəfəs kəsən idi ki, televiziyada, radioda tez-tez açıq havada çox qalmamaq, istidən, günvurmadan qorunma məsləhət görülürdü. Qələndərli də uşaqlarına evdən bayıra çıxarmamağı tapşırsa da, sonradan məcbur olub çardağın altında oynamalarına icazə vermişdi. Ona görə məcbur olmuşdu ki, dəcəllər evdə rahat durmur, hər [...]



Şərif AĞ. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Ağustos, 2008

QORXU
bu ağacların
bu otların
bu yarpaqların
nəfəs aldığını düşünəndə
vahimələnir adam



Vyana Şəhər Kitabxanasında “Azərbaycan ədəbiyyatı” guşəsi yaradılacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Ağustos, 2008

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avstriyanın Vyana Şəhər Kitabxanasında “Azərbaycan ədəbiyyatı” guşəsi yaradılacaq. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, sözügedən guşə üçün zəngin kitab kolleksiyası artıq sözügedən kitabxanaya göndərilib.



Özbəkistanın məşhur “Yalla” qrupu Bakıya gələcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Ağustos, 2008

Özbəkistanın tanınmış “Yalla” qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək. Yaşıl Teatr Bakı Konsert Kompleksində baş tutacaq konsertin sentyabrın sonlarında keçirilməsi nəzərdə tutulur.



Kazanda sülh və barışıq naminə musiqi festivalı keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Ağustos, 2008

Avqustun 30-da Tatarıstanın paytaxtı Kazanda dünyanın müxtəlif yerlərindən gəlmiş musiqiçilərin iştirakı ilə sülh və barışıq naminə böyük musiqi festivalı keçiriləcək. Festivalın keçirilməsi təşəbbüsü tanınmış Rusiya musiqiçisi Andrey Makareviçə məxsusdur. Festivalın əsas məqsədi müxtəlif millətlərə və dinlərə aid xalqlar arasında davam edən düşmənçiliyə son qoymaqdır.



Naxçıvanda Ədəbiyyat Muzeyinin yeni binası istifadəyə verilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Ağustos, 2008

Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyinin yeni binası istifadəyə verilib. 2 mərtəbədən ibarət yeni muzey binası müasir memarlıq üslubunda inşa edilib. Burada muzey əməkdaşlarının fəaliyyəti üçün müvafiq iş şəraiti yaradılıb, muzey fondunun yaradılması və kitabxananın fəaliyyəti təmin edilib.



Yeni art-qrup yarandı

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 19 Ağustos, 2008

Orxan Eyp: “Biz bu dəfə beynimizdəki çadranı tulladıq. Sistemin bizə təklif etdiyi oyun qaydalarına, qəfəslərə və zəncirlərə etiraz edərək, Azadlığı bütün dəyərlərin üzərinə qoyuruq”
Yazar və konseptualist-rejissor Orxan Eyp və Sarija Kurban yeni art-qrupun əsasını qoyub. “Qırmızı iz” adlanan art-qrup özünün ilk performansını “Alatoran” jurnalının 13-cü sayının şəhərin mərkəzində yerləşən ünlü “Akadem” kitab mağazasında təqdimatı zamanı [...]



Vladimir Nabokov. Sərnişin (Hekayə)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 17 Ağustos, 2008

Çevirdi: Rəbiqə Nazimqızı
- Bəli, həyat bizdən istedadlıdır, – yazıçı papirosun karton ucunu potsiqarın qapağına çırparaq ah çəkdi. – Bəzən o elə mövzular uydurur ki… Biz heç ona çata bilərik? Onun əsərlərini tərcümə etmək, sözlə çatdırmaq mümkün deyil.
- Bütün hüquqlar müəllifin əlindədir,- tənqidçi – yaxındangörmədən əziyyət çəkən, nazik, çevik barmaqlara sahib ciddi adam gülümsəyərək pıçıldadı.



Xatirə Vaqif. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 16 Ağustos, 2008

Sükut damcıları
Gözlərimdən yuxu tökülürdü…
Tutmuşdum əllərimi gözlərimin altına.
Yuxu şəlaləsi idi bu,
Sükut şəlaləsi idi bu,
Səsi də var idi,
Səsi qulağımı batırırdı.



«Alatoran» – inkarçı gəncliyin tribunası!

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 15 Ağustos, 2008

Alternativ ədəbiyyat dərgisi “Alatoran”ın 5 yaşı tamam oldu
Rasim Qaraca
2003-cü ilin 17 avqustunda, tam 5 il bundan öncə “Alatoran” adlı həftəlik ədəbiyyat qəzeti yayınlanmağa başladı. “Ədalət” qəzetinin əlavəsi kimi işıq üzü görən “Alatoran”ın 31 sayı işıq üzü gördü. Daha sonra, 2004-cü ildə mətbuat orqanlarının qeydiyyatının sadələşdirilməsiylə “Alatoran” artıq müstəqil jurnal olaraq yayınlanmağa başladı, bu günə [...]



Cavidan. Yeni Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 15 Ağustos, 2008

SÖYLƏ, URƏYİNCƏMİ?
Yadındamı
ötən ilin
soyuq Valentin günü?
biz
sadəcə
Seymur Baycandan danışırdıq…



Sürgün (ardıcıl qeydlər)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 15 Ağustos, 2008

Dalğa Xatınoğlu
dalgaxatinoglu@gmail.com
Bu gün səhər, alt mərtəbəmizdəki qonşu qapını döyüb əcayib bir ləhcə ilə xalanı hədələdi. Azəri dilində hirsli-hirsli gövşədiyi kəlmələrdən savayı, ardıcıl işlətdiyi rus sözlərini başa düşmədim, amma sözlərindən belə alınırdı ki, kirayə qaldığım bu mənasız beş otaqlı mənzilə hansısa təmir lazımdır, onların canı rahat olsun. Beş dəqiqəlik dava-dalaşdan sonra, qoyub getdi. «Nə edəcəksən ki? [...]



Sxinvali haqqında xatirələr

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 14 Ağustos, 2008

Qurbağaların səsi qatarın səsinə qarışanada, adama elə gəlir ki, göy üzündə aramsız durna dəstələri uçur
S.
Seymur Baycan
Qədim Romalılar dünyanı insan orqanizminə oxşadaraq hər bölgəyə bir orqanın adını vermişdilər. Qafqazın payına kişi cinsi orqanı düşmüşdü. Kimin yaşı 18-dən yuxarıdırsa, bu cümlələri oxumaq zərərli deyil. Qafqaz elə bir yerdədir ki, nə vaxt oyanacağı, nə vaxt yatacağı, nə vaxt [...]



İlqar Rəsul. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 14 Ağustos, 2008

Bizim Anamız Vətəndir
İstintaq təcridxanasında müstəntiq qarşıma bir kağız qoyub:
- İmzala, -dedi.
Mən:
- Axı bunu mən yazmamışam.
Müstəntiq:
- Sən yazmısan!
- Mənim xəttim belə deyil?!
- Bundan sonra belə yazarsan, olar sənin xəttin…



Şəms EL. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 13 Ağustos, 2008

***
Güzgüyə baxmaqdan qorxan
Öz xatirələrindən qaçan
Biri var, bu həyatda…
Hər güzgüyə baxdığında
Özünü deyil, səni görən
Özündə belə səni axtaran
Axmaq biri var, bu həyatda…



Abbas Atilay. Əsrimizin Nadiri (Norveç)

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 13 Ağustos, 2008

Səfəvi torpaqlarının hər dörd səmtdə olan işğalına son qoyur Nadir şah. Osmanlını orduya gətirdiyi yeni üsullarla məyus edir, yerlərdəki qiyamları divanla yatırır. Yaxın-uzaq ölkələri də tutur üstəlik. Və bir gün təəccübünü gizlətmədən ölkəsinə yadelli təcavüzlərini xatırlayaraq kütlədən soruşur: “Bəs siz harda idiniz?” Kütlənin sükutundan həzin bir səs gəlir: “Şah sağ olsun, biz burda idik, amma [...]



Ankarada Cəlil Məmmədquluzadənin “Danabaş kəndi” kitabı nəşr edilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Ağustos, 2008

Avrasiya Yazarlar Birliyinin dəstəyi ilə Ankarada Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Danabaş kəndi” adlı ikicildli kitabı nəşr edilib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, kitabı Türkiyə türkcəsinə Aysun Demirez Güner çevirib.



Moskvada Anarın kitabı 46 min tirajla nəşr olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Ağustos, 2008

Moskvada Azərbaycanın xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” kitabı nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlunun verdiyi məlumata görə, kitab “Oqonyok” jurnalının kitabxanası seriyasında çap edilib.



Tofiq Abdin. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 12 Ağustos, 2008

Müəllifdən: Şair Zahir Əzəmətə çox böyük sevgim var. Amma özümə də hörmətim var, bunu danmıram. Bu baxımdan Zahir bəyin «Kultaz-a şeirlər təqdim et»- deməsi məni bir az sıxsa da (təbii ki, yaşın da çox böyük bir sıxıntısı ortada, mənim yaşımda şeir yazılmaz, bu mənim şəxsi işimdir. Bir dəfə demişəm: mən mütəfəkkir ola bilmədim və bu [...]



ERİH FRİD. Şeirlər.

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 12 Ağustos, 2008

(almancadan tərcümə etdi Ağalar Məmmədov)
Hakimiyyət azadlığı
“Burada azadlıq hakimdir” demək
həmişə ya yanlışdır
ya da yalan:
Azadlıq(dan) hakim olmaz