İlə görə arxiv: Ağustos 2008


Üç bаdаmа bir qоz

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 11 Ağustos, 2008

Аzаd YАŞАR
1991-ci ilin fеvrаlındа аilə məsələlərimlə bаğlı Lеninqrаdа gеtmişdim. Qоhumumun qаldığı yаtаqхаnаdа yеrləşdim. Günümün çох hissəsi хəstəmizin dаvа-dərmаnınа, həkimlərinə həsr оlunduğundаn ахşаmdаn-ахşаmа yаtаqхаnаyа gеdirdim. Bir ахşаm оrаdа tаnımаdığım birisi hеç dəхli оlmаdаn mənə «ilişdi», türklərin və müsəlmаnlаrın ünvаnınа аğır söyüşlər yаğdırdı. Qəfil hücumun səbəbini bilmədiyimdən оndаn «Sən təsаdüfən еrməni dığаsı dеyilsən ki?» dеyə sоruşdum.



Güneyli yazar İbrahim Rəşidi (Savalan) həbs edilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Ağustos, 2008

Güney Azərbaycanda tanınmış şair və jurnalist İbrahim Rəşidi avqustun 5-də bir daha nəzarət altına alınıb. “Qaynar.info” Güney Azərbaycandakı mənbələrinə istinadən onun Urmiya həbsxanasına gondərildiyini xəbər verir. Şairin həbsi onun barəsində məhkəmənin çıxardığı 5 aylıq həbs hökmünü yerinə yetirməklə əlaqədar olub.



“Desəm öldürərlər… Bu mənə lazımdır? “

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 09 Ağustos, 2008

Samir Sədaqətoğlu: “Təzəlikcə bir siyasi roman yazmışam”
“Sənət qəzeti”nin baş redaktoru, yazıçı Samir Sədaqətoğlunun “Kultaz”a eksklüziv müsahibəsi
- Samir bəy, həbsdən çıxandan sonra sanki bir kənara çəkildin. Çoxları gözləyirdi ki, “Sənət qəzeti”nin nəşrini bərpa edəcəksən. Hətta bir ara belə bir xəbər yayıldı da. Nə baş verir, haralardasan?
- Həbsdən çıxandan bəri dədə-baba yurdunda «dincəlirəm». Artıq özüm də hiss [...]



Ruqiyyə Səfəri (Təbriz). Hekayə.

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 09 Ağustos, 2008

Sarı düş
Bu gələn səs Suçubabanın səsidir.
- Su gətirmişəm, bala. Gəlin alın.
Sankı isti təndirin içindəyəm. Bədənimin hər tərəfindən tər, sel kimi axır. Ağzımı açıb su istəyəndə dilim damağıma yapışdı, bir söz deyə bilmədim. Suçubabanın səsi yenə qulağıma dəyir. Yəqin məhəlləyə su gətirib. Suçubaba adını məhəllənin qadınları onun üstünə qoyublar.



Yazıçı Nərmin Kamal Almaniyada keçirilən yarışmanın qalibi olub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Ağustos, 2008

KultAz: Azad Yazarlar Ocağının üzvü yazıçı Nərmin Kamal Almaniyanın Berlin şəhərində gənc avropalı yazıçılar arasında keçirilən Young Euro Connect yarışmasının qalibi olub. Yarışma Young Euro Classic musiqi festivalının davamıdır.
“Avropa qardaşlıq birliyidirmi?” şüarı altında keçirilən bu yarışmaya on iki ölkənin gənc yazıçısı cəlb edilib.



Rasim Balayev: “Geri baxanda görürəm ki, 60 il hədər getməyib”

Yazar: Admin | Bölmə: Kino | Tarix: 08 Ağustos, 2008

Bu gün xalq artisti Rasim Balayevin 60 yaşı tamam olur
- Özümü elə 60 yaşındakı kimi hiss edirəm. Geri baxanda görürsən ki, 60 il əməlli-başlı yaş imiş. Burada kədərli, sevincli illər, uğurlar, uğursuzluqlar olub. Təsəlliverici şey odur ki, 60 il hədər getməyib. Hiss edirəm ki, çox işlər görülüb. Ona görə də peşmançılığa səbəb yoxdur.
- Sizə [...]



TƏSVİRİN MUSİQİSİ , YOXSA MUSİQİNİN TƏSVİRİ?

Yazar: Admin | Bölmə: Kino | Tarix: 08 Ağustos, 2008

Əlisəftər Hüseynov, kinoşünas
“Kino Həftəsi”
Tədqiqatlar göstərir ki, müasir ekran əsərinin ümumi metrajının təxminən üçdə bir hissəsi musiqi ilə «doydurulmuş» epizodlardan ibarətdir. Əlbəttə, səssiz kino ilə müqayisədə bu, elə  böyük göstərici deyil. Çünki səssiz filmlərin nümayişi bütün seasns boyu musiqi müşayiəti tələb edirdi. Lakin kinonun bu iki növünün hər biri musiqini eyni məqsəd naminə «istehlak» etmədiyindən müqayisə [...]



Xarici cizgi filmləri uşaq psixologiyasını aqressivləşdirir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Ağustos, 2008

Xaricdə istehsal olunmuş cizgi filmləri uşaqlarda aqressivlik, güc işlətməyə meyl aşılayır. Azərbaycan Uşaqlar Birliyi telekanallara cizgi filmi seçərkən bunun nəzərə alınması ilə bağlı müraciət edib. Birlikdən verilən məlumata görə, terror hadisələri, kriminal görüntülərin əks etdirildiyi cizgi filmlərinin istehsalı artıb. Məlumatda deyilir: “Hətta uşaqların tərbiyəsinə təsir edə biləcək əxlaqsız görüntülər, ailə münasibətləri, xəyanət səhnələri çəkilir. Bunlar [...]



Şekspirin gənclik illərinin “Teatr”ı tapıldı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Ağustos, 2008

Londonda arxeoloqlar Uliyam Şekspirin gənclik illərində rol oynadığı və pyeslər yazdığı teatrın qalıqlarını tapdıqlarını deyiblər.
Həmin bina sadəcə “Teatr” adı ilə tanınırdı və 1576-cı ildə açılmış, 22 il sonra dağıdılmışdı. Tapılmış qalıqlar iki metrlik kərpic hörgüsündən ibarətdir.



İngilis şahzadələri Ceyms Bond filminin təqdimatında

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Ağustos, 2008

Britaniya şahzadələri Uilyam və Harri növbəti Ceyms Bond filminin dünya premyerasını izləyəcəklər.
007-nin aktyoru Daniel Kreyq və digər rolların ifaçıları Deym Cudi Denç və Cemma Arterton Londonda keçiriləcək təntənəli təqdimat mərasiminin əsas iştirakçıları olacaqlar.



Mahmud Kaşğarlının 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin qalibləri açıqlanıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Ağustos, 2008

Bu gün Azərbaycanda Atatürk Mərkəzində Mahmud Kaşğarlının 1000 illiyi münasibətilə Azərbaycan üzrə keçirilən beynəlxalq hekayə müsabiqəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.
“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli müsabiqənin münsiflərini və şərtlərini açıqlayıb: “Müsabiqədə iştirak üçün 36 yazar müraciət edib. Onların 3-ü müsabiqənin şərtlərini pozduğuna görə kənarda qalıb.



Zahir Əzəmət. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 07 Ağustos, 2008

Xilasedici (Çingiz Sultansoya ithaf olunur)
- Bunu niyə yazdın?
- Nəyi?
- İkimizə aid olanları.
- Hekayəni deyirsən?
- …



Nazim Hikmətin yarım tonluq heykəli oğurlanıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 06 Ağustos, 2008

İstanbul şəhərinin Esenyurt rayonunda tanınmış şair Nazim Hikmətin xatirəsinə ucaldılmış heykəl oğurlanıb. 1 metr 85 sm hündürlüyü və 400 kiloqram çəkisi olan bürünc heykəli oğurlayanlar özlərindən sonra heç bir iz qoymayıblar. Bələdiyyə işçiləri heykəlin oğurlanldığını görən kimi polisə məlumat veriblər. Araşdırmalar başlansa da, hələlik heykəlin kimlər tərəfindən və nə məqsədlə oğurlandığı məlum deyil.



Azadlığın adlıq halı

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 06 Ağustos, 2008

Salam Sarvan
KÜL keçəlin başına…

Küçələrdə addımbaşı tərəzi qoyub adamları çəkənlərdən ehtiyyatlı olun. Azərbaycan elə yerdi ki, burda insanları öz çəkisində də aldada bilərlər.



MDB-nin gənc şairləri arasında keçirilən beynəlxalq şeir müsabiqəsinin nəticələri açıqlanıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 06 Ağustos, 2008

MDB-nin gənc şairləri arasında keçirilən “Gənclərin həmrəyliyi” beynəlxalq şeir müsabiqəsinin nəticələri açıqlanıb.
Finala 10 ölkənin 33 şairi vəsiqə qazanıb. Mükafat uğrunda Azərbaycan, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan təmsilçiləri mübarizə aparacaq.



Azərbaycan filmlərinin «Oskar» ala bilməməsinin sirri…

Yazar: Admin | Bölmə: Kino | Tarix: 05 Ağustos, 2008

Rasim Balayev kinomuzu yaş yuyub quru sərdi
“Kino həftəsi”
Bayramda-seyranda həvəslə baxdığımız yerli filmlərimizin ölkədən kənara çıxanda üstümüzə utana-utana qayıtmasına artıq öyrəşmişik. Bizim qocaman rejissorlarımızın efirə çıxanda ayaqlarını ayaqlarının üstünə aşırıb, kino korifeylərindən, «möhtəşəm Azərbaycan kinosu»ndan danışmağı ilə deyil ki? Hətta «Sovet senzurası» deyilən şey çox-çox geridə qalandan, kinomuz, əvvəllər şikayətləndikləri kimi, «rusların, gürcülərin və yəhudilərin əlindən», [...]



Kinonun yox, “kino” sözünün qadağan olunduğu ölkə

Yazar: Admin | Bölmə: Kino | Tarix: 05 Ağustos, 2008

Ya da sadəcə belə: kinoya müsəlman münasibəti haqqında qeydlər
“Kino həftəsi”
Bilmirəm, kimin sözüdür, amma yaxşı deyilib – hər şey müqayisədə üzə çıxır. Adam yerli kinomuzun yarıtmazlığından ah-vay eləyəndə, ağlımıza da gəlmir ki, bizdən qat-qat qüdrətli olan başqa bir neft ölkəsində kino deyilən sənət növü demək olar ki, yoxdur. Söhbət hərəmxana və neft bolluğundan həzz almaqla yanaşı, [...]



Ramiz Əzizbəyli maddi çətinlik içindədir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Ağustos, 2008

Rejissorun “Bəxt üzüyü” filmi isə yeni kino tariximizdə ən gəlirli film olub
Bu yaxınlarda tanınmış aktyor və kinorejissor Ramiz Əzizbəylinin 60 yaşı tamam olub. Bu münasibətlə dövlət başçısı ona Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə xalq artisti fəxri adını verib. İlk dəfə bu xəbəri lent.az-dan eşitdiyini deyən R.Əzizbəyli xəbər bortuna müsahibəsində fəxri adlara önəm vermədiyini vurğulayıb, lakin [...]



Yazıçılar Birliyi yeni təqaüd siyahısı hazırladı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Ağustos, 2008

“Yaşlı və gənc nəslə bir illik təqaüdlərin verilməsi ilə bağlı prezidentin sərəncamına əsasən 20 gənc və 50 yaşlı yazıçıdan ibarət siyahını Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişdik. Yaş senzi əsas götürülərək bizim siyahımızdakı 8 gənc yazıçı bu təqaüdə layiq görülmüşdü. Hazırda boş qalan 12 yer üçün əlavə siyahı hazırlanıb”.



Dalğa Xatınoğlu: “AYO və müstəqil yazarlardan üzr istəyirəm”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Ağustos, 2008

Avqustun 2-də yayımlanan “Yazar” qəzetində dərc olunan köşə yazısında yer alan bəzi fikirlərə görə Dalğa Xatınoğlu Azad Yazarlar Ocağının (AYO) üzvlərindən və  müstəqil yazarlardan üzr istəyib. Bu barədə D.Xatınoğlunun “Kultaz”-a ünvanladığı məktubda deyilir.