İlə görə arxiv: Eylül 2008


Aslan Quliyev. Yol söhbəti (hekayə)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Eylül, 2008

Açıq pəncərədən vağzalın özünəməxsus acı, baş gicəlləndirən qoxusu, yanan benzinin tüstüsü dolurdu içəri. Azərbaycanın vağzallarından səhərlər qoxusuyla, görünüşüylə, rəngləriylə ürək bulandıran avtobuslara minib yola çıxmaq mənim üçün başdan-başa əzabdır, neyləməli, səfərə çıxmağa məhkumuq. Özü də belə avtobuslarla, belə yollarla. Olanımız budur.



“Çalış nəfəs alma!”

Yazar: Admin | Bölmə: Kino | Tarix: 29 Eylül, 2008

Gənc rejissor Alina Abdullayeva ilə müsahibə
Bir müddət öncə istedadlı gənc rejissor Alina Abdulayevanın «Çalış nəfəs alma» («Try Not to Breathe») qısametrajlı bədii filmi İtaliyada keçirilən «Salento Finibus Terrae – 2008» beynəlxalq film festivalında «ən yaxşı qısametrajlı film» nominasiyası üzrə ən yaxşı rejissor mükafatına layiq görülüb. Filmin əsas ifaçıları Fəxrəddin Manafov və Dilarə Kazımovadır.
Alina ilə [...]



Şərifin “hərbi-siyasi məsələsi”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Eylül, 2008

Bir hekayə haqqında qısa qeydlər
Zahir Əzəmət
Şərif Ağ (Ağayar, Ağa, A nöqtə, və s) ən yaxşı hekayə yazarlarımızdan biridir. Onun hekayələri demək olar ki, istisnasız müharibə mövzusundadır və bir az da avtobioqrafik xarakter daşıyır. Amma mövzu oxşarlığı oxucunu yormur, əksinə, hər dəfə yeni detallar, forma, yanaşma yeniliyi və diri, canlı yazi dili heyrətləndirməyi bacarır.



“Oskar”ın prodüsserlərinin adları açıqlandı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Eylül, 2008

Gələn il baş tutacaq “Oskar”la bağlı artıq hazırlıq işlərinə start verilib. Bu günlərdə layihənin prodüsserləri məlum olub. Belə ki, “Dreamgirls” musiqili filmin yaradıcıları Lurens Mark və Bill Kondon “Oskar”a prodüsserlik edəcəklər.
Qeyd edək ki, 2009-cu ilin fevral ayında 81-ci “Oskar” mükafatının təqdimetmə mərasimi olacaq. Mərasimin Los-Ancelesdə keçirilməsi planlaşdırılıb. // Olaylar



Rafiq Tağı. Üç esse. Ədəbiyyatşünaslıq etüdləri

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 26 Eylül, 2008

Qaçılmaz ön söz
Ədəbiyyatşünaslıq mövzusunda yazdığım bu üç esseni müxtəlif vaxtlarda qəzetlərdə dərc etdirmişəm. İndilikdə şəxsi arxivim qarmaqarışıq olduğundan, həmin qəzet nüsxələrini tapa bilmədim. Onların kompüter çap variantını, güman, tezliklə dərc olunacaqmışlar deyə, tarixlərini qoymadığım və kompakt bir yerə yığdığım yazılar arasından tapıb çıxardım. Burdakı iki yazının altında sevdiyim üsulla tarix qoya bilməmişəmsə də, hər halda, [...]



Bakıda İsrail rejissorunun filminə baxış keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Eylül, 2008

İsrailin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Dövlət Dillər Universitetində İsrail rejissoru Eran Kolirinin “Qrupun səfəri” adlı filminə baxış keçirilib. Baxışda Dövlət Dillər Universiteti, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Diplomatiya Akademiyasının 200-ə yaxın tələbəsi, eləcə də Azərbaycandakı yəhudi icmasının nümayəndələri iştirak ediblər.



Turan Cavid haqqında sənədli film çəkilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Eylül, 2008

Azərbaycanın əməkdar mədəniyyət işçisi, Hüseyn Cavidin qızı Turan Cavidin xatirəsinə həsr olunmuş sənədli film çəkilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyinin direktoru Gülbəniz Babaxanlı məlumat verib. T. Cavidin anadan olmasının 85 illiyinə həsr edilmiş filmin ssenari müəllifi Sadıq Elcanlı, rejissoru Ramiz Həsənoğludur.



Bu gün Cavanşir Yusiflinin 50 yaşı tamam olur

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Eylül, 2008

KultAz: Müasir Azərbaycan ədəbi tənqidinin tənınmış simalarından biri Cavanşır Yusiflinin bu gün 50 yaşı tamam olur. “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”, “Azərbaycan komediyasının poetikası”, “Bədii mətnin sirləri”, “Ədəbiyyatda yaşamağın formulu”, “Bir söz söylə bu dünyadan olmasın”, “Gülüş və dünyanın sonu” kitabları onun tənqidçi qələminə məxsusdu.



Eldəniz Sadıxlı (Qamçı). TƏNQİDİN TƏNQİDİ

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 24 Eylül, 2008

qamchi@yahoo.com
Özüm də fərqinə varmadan Azərbaycanda ədəbi proseslerə qoşuldum. İlin-günün bu vaxtında Elnur Astanbəylidən təşəkkür almaq, deyilənə görə, hər oğulun işi deyil Azərbaycanda, əgər o, öz guşəsində mənə yağlı beş veribsə, deməli, virtual aləmdəki nikim –QAMCHİ Yazıçılar Birliyinin sədri Anar müəllimdən tutmuş, Azad Yazarlar Ocağının başqanı Rasim Qaracanın qulağınacan çatıb.



Sima Ənnağı. Yeni şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Eylül, 2008

Gəl, bu gün,
Məhz bu gün
Gündəlik qəzetləri cırıb ataq,
Səhifələrdən axan xəbər bombalarıyla
Maraqlanmayaq,
Çıxmayaq
Cəhənnəm kimi uğuldayan
İzdiham arasına,



Yazıçılar Birliyinin əsaslı təmiri yekunlaşır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Eylül, 2008

Binanın oktyabrın 10-a qədər açılışı nəzərdə tutulub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. XVIII əsrə aid memarlıq nümunəsi olan bina təmir nəticəsində müasir standartlara uyğunlaşdırılıb.
AYB sədrinin müşaviri Rauf Aslanov təşkilatın 1937-ci ildən bu binada yerləşdiyini bildirib: “Əsaslı təmirdən sonra ən böyük yenilik binada liftin quraşdırılmasıdır. Binanın istilik, kanalizasiya, işıq sistemi tam [...]



Cavanşir YUSİFLİ. ÜÇ MƏTN.

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 22 Eylül, 2008

Oğlumun ad gününə
Epistolyar janr insana olmazın azadlıqlar verir. Vaxtilə “Bərpaçıya məktublar”ı yazırdım. Yazdım və usandım. Necə deyərlər, heç nə bərpa olunmadı, əksinə nəzərdə tutduğum nəsnələr bir az da bərbad hala düşdü. Ancaq… məktub yazmaq hər şeydən üstün və gözəldir.



Xaqani H. Gül və Panoptikon

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Eylül, 2008

Uşaqlıq şəklimdə əllərimə baxıram, Baxmamalıyam baxıram, Balaca əllərdə yekə bir mən görürəm, O əllər yığıb bədənimi fotoşəklə- əllərin fotoşəklidir gördüyüm, Sonra yekə əllərimə baxıram- şəkli tutan yekə əllərimə, Böyüyüb fotoşəklin əlləri olmuşam,



Anar MAHMUDOĞLU. «Bir parç pivə, iki zavod çörəyi…»

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Eylül, 2008

Və yaxud Pərvizin intellektual oxucuya ünvanlanan bir cümləlik şeirlər toplusu “HƏR SABAH YAŞAM”
Pərviz poeziya deyil, proza adamıdır. Təkcə ona görə yox ki, onun reallığa assosiativ reaksiyası, dünyaduyumu «bir atımlıq poetik özünüifadə» ilə yekunlaşmır. Həm də ona görə ki, o, bir insan psixologiyasının bütün çalarlarını, rənglərini və rəngsizliyini bir əsərdə ifadə etmək üçün doğulub.



“Sənət qəzeti” əməkdaşlığa dəvət edir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Eylül, 2008

KultAz: Uzun müddətdir, dərcini dayandırmış “Sənət qəzeti” bu gündən nəşrini bərpa edir. Əvvəllər daha çox ədəbiyyat yüklü olan qəzet, bundan sonra mədəniyyətin digər sahələrini – kinonu, teatrı, musiqini, təsviri sənəti də əhatə etməyə çalışacaq.



Ya xalqın yanında olmalısan, ya ədəbiyyatın!

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Eylül, 2008

Zahir Əzəmət: “Avropa postsənaye, postmodern çağı yaşayır, biz hələ feodalizmdən qurtulaq-qurtulmayaq deyə saçyolduya çıxmışıq”
- Zahir, sizin ədəbi nəsil hay-küylə, reklamla gəlsə də, bu gün xeyli susqundur.
- Yox, bizi kim reklam etdi ki. Biz gələndə nə müstəqil ədəbi qurumlar, nə ədəbiyyat səhifə və qəzetləri, nə də internet saytları var idi. Bir ovuc kənd uşağıydıq, yad, bütün [...]



Azərbaycanlı rəssam Böyük Britaniyada həbs olundu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Eylül, 2008

Miqrasiya xidmətinin əməkdaşları Babi Bədəlovu Azərbaycana qaytarmaq istəyir
KultAz: Böyük Britaniyaya mühacirət etmiş azərbaycanlı avanqard rəssam Babi Bədəlov (Babaxan Bədəlov) bir neçə gün əvvəl Uelsin Kardiff şəhərində həbs olunub. B.Bədəlov miqrasiya xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Avropa Birliyinin immiqrasiya siyasəti ilə bağlı qəbul etdiyi yeni sərt qaydalara əsasən, Babi Bədəlov geriyə- Azərbaycana qaytarılmalıdır.



Əsəd Nəsirli. Rahatlıq məğlubiyyətdir (esse)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 19 Eylül, 2008

Səssiz-səmirsiz, hamının  yuxuya  getdiyi, hətta  ağaclardakı yarpaqların  öz  pıçıltılarına ara verdiyi gecələrdə belə, içimdə bir narahatlığın olduğunu  hiss  edirdim.
Bəzən öz-özümə düşünürdüm  ki,  gecənin  bu  səssizliyində, hamının  yuxuya  getdiyi, ağaclardakı yarpaqların belə öz pıçıltılarına ara verdiyi anlar içimdəki  narahatlığın səbəbi nədir?



Bu gün Azərbaycanda Müsiqi Günüdür

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Eylül, 2008

Bakı Musiqi Akademiyasının binasının əsaslı təmir-bərpa işlərindən sonra açılışı oldu
KultAz: Bu gün, Azərbaycanda qeyd edilən Musiqi günündə Bakı Musiqi Akademiyasının binasının əsaslı təmir-bərpa işlərindən sonra açılış mərasimi olub.
Mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
“Kultaz.com”-un məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəyovun akademiyanın binası qarşısındakı abidəsi önünə gül [...]



Gənc teatr rejissorları üçün müsabiqə

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Eylül, 2008

KultAz: Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rəhbərliyi gənc rejissorlar arasında Novosibirsk Operetta Teatrında 3 aylıq rejissorluq təcrübəsi keçmək üçün müsabiqə elan edir. Müsabiqədə 28 yaşadək ali rejissor təhsilli gənclər iştirak edə bilərlər.