“Qanım birinci qrupdu, ilk vəhşi insanın qanı”
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 12 Eylül, 2008
Qəşəm Nəcəfzadə: “Onların tənqidi də mənim şeirlərimə görə yaranıb, yəni onları da mən yaratmışam”
- Salam Qəşəm, necəsən?
- Sağ ol, yaxşıyam. Söz əhvalımcadı.
- Nə işlə məşğulsan?
- Düşünməklə, uzun-uzadı düşünmək, hərdən də qələmin ucunu həyata batırmaq. Şair şeir yazanda həyat onun mürəkkəbi olmalıdır.
- Səni bəzi qəzetlərdə tənqid edirlər.
- Bununla yazıqlar özlərini xoşbəxt hiss eləyirlərsə, halal eləyirəm.
- Tənqidlərdən pis olursan?
- Əsla yox, elə o da mənim şeirlərimə görə yaranıb, yəni onları da mən yaratmışam.
-“Kultaz”da sənin şeirlərin haqqında 70 tənqidi şərh yazılıb. Bu “Kultaz”ın tarixində görünməmiş bir şey…
- Bir az da məsələni mən qızışdırırdım, deyirdim qoy özlərini xoşbəxt hiss eləsinlər.
- Həyatda ən cox sevdiyin nədir?
- Allahın verdiklərinə qane olmaq.
- Ədəbiyyat nədir?
- Həyatın üzünü köçürmək.
- Dost-düşməni necə, seçə bilirsən?
- Heç kəs düşmən deyil, sadəcə insan bir müddət bir-birini başa düşməyə bilər. Hələ ki, gözləyirəm, səbrim də böyük…
- Cavanşir Yusifli səni tənqid etdi.
- Görünür dişin dəyişirmiş. Bu adam tənqidçi deyil.
- Nərgiz Cabbarlı necə?
- O da, iş tapan kimi başı qarışacaq. Arada “Lit.az” da bir məqaləsi göründü. Şeirimi misal gətirib, adımı yazmayıb. Amma yaman heyif çıxıb məndən, adımı yazmayıb. Bir dəfə demişdim ki, Nərgiz publisistdir. Əsəd Cahangir onun haqqında yaxşı yazmışdı, intiharlarla bağlı kitabı tərcümə edib müəllif kimi öz adını yazanda…
- Prezident təqaüdü alırsan, neynirsən o pulu?
- Yığıb bağ evi üçün torpaq alacağam.
- Az-az görünürsən Vahid Poeziya evində.
- Bezmişəm ordan, nə qədər qeybet olar, o buna deyir ki, sən şair deyisən, bu ona deyir ki, sən şair deyilsən. Adam internetdə dünyanın şairlərinə baxır, bunlara baxanda xəcalət çəkir. Əgər bir yerdə oturub çay içiriksə, demək mehriban olmalıyıq. Yoxsa bir tikə çörək ye, sonra dalaş, qonşu stollardakı adamlar da sənə harayçılıq eləsinlər. Heç ticarətçilər də belə deyil, onlar daha mehriban və etibarlıdırlar.
- Əsəbisən?
- Yox, mən əsəbləşə bilmirəm. Qanım birinci qrupdu, ilk vəhşi insanın qanı. Mən öz ovumu ovlamaq üçün səbrli və dözümlüyəm.
– Hansı bürcdənsən?
- Qoçam, aprelin 1-də anadan olmuşam.
- Ad günlərini qeyd eləyirsən?
- Yox, bəzən yadımdan çıxır. Sağ olsun hərdən qəzetlər yada salır. Bu ildə ad günü ilə bağlı “Alma” qəzeti bir oyun durğuzdu… Amma çox maraqlıydı, hələ də utanıram.
- Mən fikirlərimi yenə sizə olan tənqidin üzərində qurmaq istəyirəm.
- Əslində bunu hiss eləmirəm. Kifayət qədər oxucularım var, get-gedə artmaqdadır. Sonuncu kitabım olan “Qadının ölümü” çox yaxşı satıldı. Satılırsa demək, oxucu var. Qaldı ki, internetdə, nə bilim qəzətdə, bəzilərinin tənqidi, bunlar azdı, cəmi üç-döprd nəfərdi, qorxularından ilan-qurbağa nikləriylə yazıb say artırırlar. Mənim üçün bunlar mənasız şeylərdi.
- Gənclərə münasibətiniz…
- Mən həmişə gəncliyin yanında olmuşam. Tanıdığın istedadlı gəncliyin əksəriyyəti bizim “Pərvanə”dən cıxıb. Bunlar çoxu indi pərvanə etabını çoxdan keçib. Aqşin, Samir Sədaqətoğlu, Sevinc Pərvanə, Həyat Şəmi, Rəsmiyyə Sabir, Məlahət Yusifqızı, Mina Rəşid, Şəfəq Sahibli, Narıngül, Yafəs, Fərqanə Mehdiyeva, Ələmdar Cabbarlı, Sərvaz Hüseynoğlu, rəhmətlik Böyükxan Pərviz, Faiq Balabəyli, İlqar Fəhmi, Ay Nur, Xatirə, Aliyə, Sevinc Nuruqızı, Dayandur Sevgin və neçə-neçə başqa istedadlı gənclər “Pərvanə”dən parvazlandılar. Məclisə tez-tez Ədalət Əsgəroğlu, Əsəd Cahangir, Mübariz Məsimoğlu, İlham Qəhrəman, Şərif Ağayar, Aygün Həsənoğlu, Xanəmir, Tehran Əlişanoğlu, Səlim Babullaoğlu, Paşa Qəlbinur, Nəriman Həsənzadə, Aqil Abbas və başqaları gəlib yeni yazılarını oxuyardılar və oxunan yazıya, müasir ədəbi prosesə öz fikirlərini bildirərdilər. Onda hələ “Alatoran” yox idi. Bu saydığım imzalar indi çağdaş ədəbiyyatımızın istedadlı nümayəndələridi. O vaxt “Pərvanə” şeirə yeni nəfəs gətirən Bakıda yeganə gur məçlis idi. İndi bəziləri bunu dansa da qətiyyən pis olmuram. Vaxt gələcək hər şey öz yerini tutacaq. Sonralar yeni ədəbi qruplar, “Nəfəs” yarandı, mən də bu yenu nəfəsi ürəkdən alqışladım, sonra isə “Alatoran” doğuldu, mən buna da çox sevindim. Sonra pərvanəçilərin çoxu getdi “Alatoran”a. Bu təbiidir, hər şey dəyişir, inkişaf edir. Heç kəsi qınamaq olmaz. Amma heç kəsi danmaq da olmaz, yeni ədəbi nəslin formalaşmasında “Pərvanə”nin rolu böyük idi. Yenə sualına qayıdıram , mənə tənqidi münasibətə bu, bir-iki nəfərin öyrətməsi idi. Məncə, indi vəziyyət yaxşıdı, çoxları günahlarını etiraf etdi…
- Bəs onda, 90-cılar və 2000-cilər niyə sizin imzanıza birmənalı yanaşmırlar ?
- Heç də belə deyil. Mən 90-cılarla da, sizlərlə də dostam. Əsəd, mən 1978-ci ildən, birinci kursdan oxuyan vaxtdan elə indiki yazdığım üslübda yazmışam, indi ona doxsanıncı illərin şeiri deyirsiniz. Bu kimi şeirləri mən 1-ci kursda yazırdım. Forma və təfəkkür baxımından bu şeirlər o dövr üçün maraqlı idi. Amma məni görünməyə qoymadılar. Səmimi deyirəm, 80-ci illərin əvvəllərində 90-cı illərin havasını (Müstəqillik havası, yeni düşüncə tərzi) öz yaradıcılığında hiss eləyən 80-cı illər nəslinin bəlkə də birincisiyəm.“Ulduz” jurnalının poeziya şöbəsiniun redaktoru Vaqif Bayatlı məni o vaxt çap eləmədi. Həmişə şeirlərimi bəyəndi, amma nə olsun, nəticə olmadı. İndi bəziləri kimi mən də acığa düşüb Vaqifi inkar eləmədim. Adamın başının üstə Allah var, Vaqif yaxşı şairdi. Nə olsun ki, məni çap etmədi. Allah rəhmət eləsin İsa İsmayilzadəyə, ən çox sevdiyim şairdi, o da məni “Azərbaycan” jurnalinda çap eləmədi, bəyənirdi, amma şeirlərim nömrədən-nömrəyə qalırdı, axırda da itirdi. Amma o bir şair kimi mənim gözümdən heç vaxt düşmədi. Onun “Ulduzların ad günü” kitabı var, ilk kitabıdı, 1967-ci ildə çap olunub. Bugünki gənc nəslin həmin kitabdan xəbəri yoxdur, həmin kitabı bir-bir hamıya oxutdurdum, sonra həmin kitabdakı şeirlərin hamısını “Ədalət” qəzetində çap etdirdim. Cünki bizdən ayrı düşənlərə bu ehtiram borcumuzdur. Mənim əxlaqım belədir. Ədəbi mübarizənin ən yaxşı yolu başını aşağı salıb öz işinlə məşğul olmaqdı.
- 2000-cilərdən sonra gələn ədəbi nəsil barəsində nə deyə bilərsiniz.
- Çox yaxşı, hamınızın uğuruna sevinirəm. Sən özün, Əli Əlioğlu, Xatirə Vaqif, Mənsurə, Qismət, Elnarə Şəms, Nahid, Zərdüşt, Bəxtiyar Hidayət, Vüsal Nuri, Tapdıq, Günay Dağlı, Elvin Kədər, İltifat Köçəri, Aysel, Nuranə Nur həmişə yazılarını oxuduğum imzalardandır. Bu gənclərə qayğı gərəkdi.
- Eşitmişik Amerikada şeirləriniz dərc olunub, daha hansı ölkələrdə cap olunmaq planlarınız var?
- Vallah, bu planla deyil. Əlaqələr qurmuşam. Gələcəkdə hər şey yaxşı olacaq. Mütəxəssislərin dediyinə görə mənim şeirlərim ingilis dilinə tərcümədə yaxşı alınır. Biz gərək dedi-qodulardan yaxa qurtaraq. Kim necə yazıbsa yazıb, çalış sən yaxşısını yaz.
- Qəribə də olsa bir sual, sən kimsən?
- Mənə elə gəlir ki, biz özümüzü fiziki mənada tanıyırıq: Mən Nəcəfzadə Qəşəm Mirzə öğlu, ailəm, uşaqlarım, iş yerim və sairə. Hə, bu mənəm. Amma mənəvi mənada, ədəbi-bədii və məqam mənasında mən özümü tanıya bilmirəm, böyük Füzuli demişkən “Heyran olduğundandır ki, heyran olduğun bilməz” və mən deyərdim ki, şeir yazmaq elə özümü tanımaq cəhdlərimdi. Hər şeirlə, hər sözlə özümü tapmağa və tanımağa doğru irəliləyirəm. Hamı özünü yaxşı adam blir, hələ özünü pis adam bilənə rast gəlməmişəm, əgər belədirsə, demək, heç kəs özünü tanımır. Məsələn, dəniz bilirmi ki, ö dənizdir? Amma biz dənizi yaxşı tanıyırıq, onun kimyəvi və bioloyi tərkibini yaxşı bilirik, haqqinda məqalələr, kitablar yazırıq. Elə insan da belədir. Nəsimini öyrənirik, təhlil edirik. Məncə, Nəsimi özünü bu qədər tanıya bilməzdi. Yəni o mənadakı Nəsimi hansı gücün daşıyıcısıdır, bunu bilirdi, amma onu hərəkətə gətirən enerjinin mənbəyini bilmirdi. Bir şeirimdə dediyim kimi “Yarpaq bilmir ki, onu açan vaxt özü yıxdı”. Ürək bilirmi ki, onu döyündürən nədir? Əsla bilmir. Amma tibb elmi bunun səbəbini bilir. Buna rəğmən, sən məni daha yaxşı tanıyırsan, nəinki mən özümü. Qəhrəman bilmir qəhrəmanlıq elədiyini, sanki adi bir iş görür, ancaq biz bunun qəhrəmanlıq olduğunu bilirik. Gəl belə danışaq, indi biz burada söhbət edirik. Birdən yanımıza bir qumbara düşsə, onda biz nə edərik. Bax, elə sən, nə edərsən? Biz bunu bilə bilmərik. Bunu bilməyi bizə icazə verməyiblər. Nə edəcəyimiz qəflətən doğulacaq. Fizuli “Leyli və Məcnun” poemasının dibaçəsində deyir ki, “ Allah əşyalarda çox sirləri əyan eləyib, amma onların yerini bilməyi bizə nihan eləyib, kələfin ucunu gizlədibdi” yəni bizə bura qədər bilməyə icazə verilib, daha artıq bilməyə ixtiyarimiz yoxdur. Həyatin, yaşamağın, ölümün fəlsəfəsi də elə budur. Demək, qəhrəmanlıq da doğulur. Bizim mühütin ən istedadlı gənc şairi kimdi, bəlkə o bizimlə yanaşı yeriyir, çay içir, bəlkə də biz ona əhəmiyyət vermirik. Elə bəlkə mən özüm onu “Azərbaycan” jurnalında çap eləmirəm- onu da deyim ki, bu sahədə çox diqqətliyəm, deyirəm birdən istedadlı bir adama qarşı ədalətsizlik etmiş olaram- və yaxud bəlkə də o bu saat zəif yazır, hələ diqqət cəlb eləmir və s. Sən gəncsən, yadına gəlməz, 80-ci illərdə elə gözəl şeir yazanlar var idi, sonra onlar yazmadılar və yaxyd əksinə. Zəif yazanlar püxtələşib ədəbiyyatda qaldılar. Müğənnilikdə bu daha qabarıqdı, uşaqlıqda bəzən çox gözəl səsi olanlar, boyüyəndə səsləri batır. Ümumiyyətlə, istedadı tanımaq çətindi. Amma 40 yaşı ki, kecdin, ikinci nəfəs deyilən bir şey açıldı, onda yüz faiz inanmaq olar ki, o əsl sənət adamıdı. Gənclik həvəsi də ötüb keçir, ailə problemləri, iqtisadi, fiziki, mənəvi cətinliklər səni qələmdən ayıra bilmir. İndi mən 40 yaşımı keçmişəm, nə yazdıqlarımı və hansı məqamda olmağımı sizlər daha yaxşı bilərsiniz. Bir şey bilirəm, mən çox ağrılı adamam, ağrıyan canım deyil, ruhumdu. Əli Kərim demiş: “Həyatım ağrıyır”, ruhum inciyir. Bu da nədəndi? Məncə, ruhum qopub gəldiyi yerə qayıtmaq istəyir. Mənim özümdən asılı olmayaraq, bütün çəhdlərim, şeir yazmağım, sevməyim və kamilləşməyim də qopub gəldiyim yerə qayıtmaq ücündü. Mən bunu Məcnundan öyrəndim. Fizuli deyir ki, Məcnun Allahdan- Haqdan qopub tələyə- dünyaya düşdü. Məhz Məcnun doğulanda ona görə ağlamışdı. İndi Məcnunun, elə Şeyx Sənanın da əsas məqsədi- əslində ruhun məqsədi sevərək, kamilləşərək qopub fəldiyi haqqa qovuşmaqdı. Mənim də ruhumin əsas çırpıntıları bundan ibarətdi.
Müsahibəni aldı: Əsəd Nəsirli





Yüklənir...
Salam, Qeshem bey! Sizin seirlerinizle tanish deyilem. Bu musahibenizden sonra mutleq oxuyacam. Musahibenizi butovlukde yaxshi musahibe hesab edirem. Hercend, muxbir sona qeder “divara direye”, sizi daha yaxshi danishdira ve ritmi saxlaya bilmeyib. Semimiyyetinizi alqishlayiram. Bununla bele, cox prinsipial bir meseleni nezerinize catdirmaq isteyirem- prezident teqaudu alan, o teqaude gore kimlerese muteshekkur olan sair, yazici hec zaman esl edebiyyat yarada bilmez. Ferqi yoxdur o prezidentin adi Ilhamdir, Isadir, Elidir yoxsa Ehmed Oruc…Musasir edebiyyat muxalifdir. Sarayda ishlemek olar, saraya da ishlemek olar,- bu, yazicinin insan kimi sosial pozitsiyasidir, ancaq saraydan enam almaq olmaz. Bu ise sairin birbasha yaradiciliga ve metne xeyanetidir.
Gulduyum meqam: “bu genclere qaygi gerekdir”. Kul o yaradici gencin bashina ki, onun qaygiya ehtiyaci var (sozun adini cekdiyiniz genclere hec bir aidiyyati yoxdur, onlari hec tanimaram da)
Qəşəm, mürəkkəbi üstünə çırtdadıbsan, ağzın-burnun da batıbdır. Bir az aşağıda deyirsən həyatı köçürməkdir işin. Mürəkkəbimi köçürürsən? Bilinmir ey, nə demək istəyirsən. Bir də adam məəttəl qalır. İçində bunca kin, hikkə, maddiyyatla bağlılq, maddiyyatla öyünmə hissi ola-ola necə yaza bilirsən?
Yəqin sadaladıqlarımdandır ki, bir şey ortaya qoya bilmirsən.
“…Kartofu da borc aldım.
Kartofsatana dərs demişdim.
Kartofsatan baxdı mənə
İstədi deyə, ay müəllim,
O “üç” nə idi, vermişdin?…”
((Q.Nəcəfzadənin rəsmi saytından)
Qəribədir sən dövlət idarəsisən, ya özünü qeydiyyatdan keçirmisən? Rəsmi sayt nədir? Celebrity-lərdə saytları belə adlandırılar, sən axı, şairsən, dediyinə görə)
Yazıq inglilisin halına acıyıram. Nə anlayacaqlar yazıqlar sənin yazdığından? Bir də, əhalisi 4000-ə çatmayan, ərazisi 3,2 kv.km olan Nahant adlı bir qəsəbənin icma qəzetində (burada dini məsələlərə də geniş şəkildə yer verilir)nəsə veriblərsə niyə və nəyə öyünürsən? “Kimi aldadırsan, ay zalım oğlu?” (müəllifi Məmməd İsmayıldır) Yazırsan, internetdə başqalarının yazdıqlarını oxuyursan (yəni başqa millətlərin şairlərini), sən inandığın, onları hansı dildə oxuyursan? Nə isə, müsahibəndə ədəbiyyatla, sözlə bağlı bir şey yoxdur, elə yazdıqların kimi. İncimə, sözlə tacir və dilənçi kimi davranmaq olmaz. Söz – namusdur.
P.S. Bu mənim öz adımdır, sözün varsa, hazıram.
qəşəmdi dəə… hər cürə adam var dünyada.
“Qəşəmin yaradıcılığı” ifadəsi düşündürür. Anar müəllimin dediyi kimi, adamın gərək yumor hissi ola ki…
Qəşəmin yerinə mən hər hansı dərgidə (elə “Azərbaycan” jurnalınd)şeir şöbəsində çalışsam, rəhmətlik İsa kimi onun yazılarını zaqonda saxlayaram. Qoy Hollandiya bizə müharibə elan etsin! Fransızlar demishkən, “apres moi la deluge”, – məndən sonra qoy dünya batsın!
Qeshem Necefzadeye salamlar.
(Qanadlarini
yuk etme ozune,
onsuz da
bir ucu qirilmaqdir.
heyat-
doqruyla yalan arasinda
cirpinmaqdir).
salamlar
qesem sizin seirinizi ozunuzden bashqa hech kim oxumur tercumeci size atir ki seirleriniz ingilis dilinde yaxshi oxunur. Sizde sohretperest olduqunza gore sizi yaxshi soyur. Yafeden muqayit ol. Bir birinizi oxuyub terifleyin. Yafesi sevin o da sizi sevir.
Qəşəm salam. Çox təəssüf ki, sən gənclərə münasibətdə Anarı, Qabili və Fikrət Qocanı yaddan çıxartmısan. Hə, bir də Fikrət Sadıxı…
Elçin Hüseynbəyli adına Qəşəm Nəcəfzadə yaradıcılığı
qeshem,senin sheirlerin de 1-ci qrup elildi.ozu de anadangelme-daha doyushde-zadda shikest olmayiblar
Qesem bey, soz verdiyim kimi, seirlerinizi oxudum, Nergiz xanim demish, resmi web sehifenizden. Sizi acilamaq, qamcilamaq menasinda yazmiram, incimeyin: Seirlerinizi oxuyandan sonra bir daha anladim ki, mehz hansi yazicilar, sairler maas ala bilerleri prezidentden. Sizin realizminizin bizim Azerbaycana hec bir dexli yoxdur. Bu, psevdo- realizmdir. Seirleriniz, sonuk, mezmunsuz ve tesirsizdir. sanki mecbur yazdiriblar onlari size. Ahengdarliq ve axiciliq yoxdur, soz kasadligi var. Pafos adami bezdirir. yazdiginiz setirlerde seirden cox sairin maraqlari qorunur. Seirlerinizi oxuyandan sonra, nedense, Nergiz xanima acidim: “Bacın ölsün, anan ölsün, ay Vətən!”… Bu vetenin olecek bacisi Nergiz xanim gorukdu mene )))
P.S: Birden cashib ele bilersiniz ki,menim tenqidimi siz yaratmisiniz, bax, ele hesab etmeyin, siz ancaq sizi tenqid etmeye ipucu demirem, uzun bir orken yaratmisiniz mende.
“Nə yaxşı heç nəyini oxumamaışam.” (H.Arif, Əli Vəliyevə deyir)
Özün üçün yaz dostum!Yaz!
Düzü, mən bu şairin üstünə niyə belə düşdüyünüzü bir az başa düşmürəm.Çünki müəllifin nə poeziyasına bələdəm, nə də şəxsiyyətinə. Xəbəriniz varmı ki, siz bu adamla az qala məzələnirsiniz? Ona görə də, zərrəcən ironiyasız, tam səmimi deyirəm, xahiş edirəm, kimsə mənə bu şəxsin pis və yaxud zəif şair olmasından başqa, hansı göstəricilərinə görə, yəni nə üçün həm də neqativ və pis adam olduğunu aydınlaşdırsın. Arqumentlər ağlıma batsa, mən də birini “yazacam” ona elə buradaca. Amma məni inandıra bilən olmasa,mən öz payıma təklənmişi müdafiə edəcəyəm, elə məhz təklənmişi müdafiə etmək naminə!
QƏŞƏM YAZIR: “istedadlı gəncliyin əksəriyyəti bizim “Pərvanə”dən cıxıb. Bunlar çoxu indi pərvanə etabını (ETAB DEYİL, YOX BİR YATAB) çoxdan keçib …Samir Sədaqətoğlu, Həyat Şəmi, Rəsmiyyə Sabir, Məlahət Yusifqızı, Mina Rəşid, Şəfəq Sahibli, Narıngül, Yafəs, Fərqanə Mehdiyeva, Ələmdar Cabbarlı, Sərvaz Hüseynoğlu, rəhmətlik Böyükxan Pərviz, Faiq Balabəyli, Ay Nur, Xatirə,Sevinc Nuruqızı, Dayandur Sevgin və neçə-neçə başqa istedadlı gənclər “Pərvanə”dən parvazlandılar… Bu saydığım imzalar indi çağdaş ədəbiyyatımızın istedadlı nümayəndələridi.”
BU SAYDIĞIN İMZALARIN HEÇ BİRİ İSTEDADLI DEYİL, HEÇ BİRİ ƏDƏBİYYATDA ÖZÜNÜ TƏSDİQ ETMƏYİB. Hİ-Hİ-Hİ
QƏŞƏM YAZIR: “istedadlı gəncliyin əksəriyyəti bizim “Pərvanə”dən cıxıb. Bunlar çoxu indi pərvanə etabını (ETAB DEYİL, YOX BİR YATAB) çoxdan keçib …Samir Sədaqətoğlu, Həyat Şəmi, Rəsmiyyə Sabir, Məlahət Yusifqızı, Mina Rəşid, Şəfəq Sahibli, Narıngül, Yafəs, Fərqanə Mehdiyeva, Ələmdar Cabbarlı, Sərvaz Hüseynoğlu, rəhmətlik Böyükxan Pərviz, Faiq Balabəyli, Ay Nur, Xatirə,Sevinc Nuruqızı, Dayandur Sevgin və neçə-neçə başqa istedadlı gənclər “Pərvanə”dən parvazlandılar… Bu saydığım imzalar indi çağdaş ədəbiyyatımızın istedadlı nümayəndələridi.”
BU SAYDIĞIN İMZALARIN HEÇ BİRİ İSTEDADLI DEYİL, HEÇ BİRİ ƏDƏBİYYATDA ÖZÜNÜ TƏSDİQ ETMƏYİB.
N.Həsənzadənin mindən ço “Mənəvi Atası”vardı. Sən demə qəşəmində mindən çox özü kimi istedadlı tələbəsi varmış.Olsun, istəmiyənlər çatlasın. N. Həsənzadədən , Nəcəfzadəyə Mənəvi salamlar olsun
bu serhlerin Qeshemin musahibesine ve seirlerine dexli yoxdu. Menim ucun cox maraqli musahibedir. Qesem, size uqurlar
Musahibede qeshem yasadiqi heyatin esas elementlerini ehate eleyib. bu musahibenin boyur -basinda niye atilib dusursunuz. Meseleye aid olmayan seyler danisirsiniz.
Müsahibədən daha çox “xatirə dəftəri”nə oxşayır bu. Suallar da, cavablar da.
“Müsahibəni alan” da elə “verənin” tayı.
“qəşəmdi dəə… hər cürə adam var dünyada.”
Amaravati ilə razı deyiləm. Adam var, adam da var…
Salam. Demək olar ki şərhlərin hamısını oxudum və mənə elə gəldi ki, şərhlərin hamısı bir-birinin təkrarıdır..
Mən nə Qəşəm Nəcəfzadə nə də şərh yazanlarla bağlı konkret fikir söyləmək fikrində deyiləm. Hər halda mən Qəşəm Nəcəfzadənin yaxşı şeirləri ilə də tanışam. Pis şeir isə hər kəsdə ola bilər… Sadəcə Qəşəm Nəcəfzadənin pis cəhəti ondadır ki, o, öz pis şeirlərini də çap elətdirir, üzə çıxarır.
Müsahibəyə isə birmənalı fikir söyləmək mümkün deyil. Əsəd isə bundan daha dolğun suallar fikirləşə bilərdi. Bir də müsahibəni başlayanda “Salam Qəşəm, necəsən?” sualı ilə başlayıb, müsahibənin ortasında isə Qəşəm N-yə “siz” deyə müraciət edir.
Bu isə onu göstərir ki, jurnalist öz müsahibi ilə sona qədər səmimi olmağı bacarmayıb… Bunu demək borcumdur, çünki biz Əsədlə dostuq.
Hörmətlə Əli
Qeshemi komponiya seklinde bu cur ciddi-cehdle inkar etmeye calismaq eslinde onu tesdiq etmek demekdir. Siz neden qorxursunuz, cenablar, neden bu qeder el-ayaqa, bu qeder tesvise dusmusunuz. neden qorxursunuz?
Hər bir şərh müəllifin təfəkkürünün, düşüncesinin, qabiliyyetinin ve savadının mehsuludur. Bu oxuduğum şerhlerden ble qenayete geldim ki, Qeşem Necefzadeye tesadüfden kiminse payın veribler ve hemin cenab bu yolla intiqam almağa calışır. Eger beledirse demeli yuxarıda yazılanlar şerh deyil, üstü örtülü hedeler, tehdidler ve yaxud “medeni” hecvlerdi.
Men hec de Qeşem Necefzadeni müdafiye etmek fikrinde deyilem. Çünki meni edebiyyata Qeşem müellm getirmiyib. Hec “Pervane”ninde şamı deyilem.
Ve menim de onun şerilerinin içinde beyenmediklerim, müellifin poetikasına yaraşdırmadığım yazıları var. Men onlara pis yox, (bu şeire günahdı) zeyif ve ruhsuz şeirler deyerdim.
Amma bu ŞAİRİN ele şeirleri de var ki, doğrudanda esil poeziya nümunesidir.
Eziz dostum Eli qeyd etdiyi kimi, Qeşem Necefzade zeyif şeirlerini de çap etdirir. bu onun zeyif ceheti deyil semimi ve açıq olduğundandı. Bu esil şairlikdi. Neyi var odu.
Yuxarıdakı şerhlerin birinde şairi tanımaq istiyen var idi:
Qeşem Neçefzade müelimdi. Onda heqiqeten müellim şerefi var. O şairdi: Onda heqiqeten poetik duyum, müşahide, düşünme ve netice çıxartma var. O,insandı: semimi, mehriban, şirin dil ve savadlı.
Əsline qalsa men Qeşem Necefzadeden bir az incimişem. Məndən aldığı yazıları jurnalda cap etmiyib. ve o nökteyi nezerden men de yuxardakılara qoşulmalıydım. Amma bu kişilik deyilıl. Axı men onu sadaladığım kimi tanıyıram.
ve cap elemedi canı sağolsun. “her gecenin bir sabahı var.”
“Könlüm mene deyir ki,
Hele bunlar nediki…”
He, bir de müsahibe haqqında.İxtisaca jurnalis olduğumdan men de acıq aydın qüsurları görürem. Amma bu müsahibede yene semimilik hakimdi: semimi suallar ve eyni terzde cavablar.
Odur ki, Əsədə qardaşıma uğurlar!
Hamiya salam. Zahir Ezemet gozel bir oqlan, gozel bir dost, gozel bir sairdir. Bes bu addlarini deyisenler haradan yiqisiblar bu sireye. Aciqi cox tessuf edirem ki, Kultazada bu cur seviyyesiz, musahibeye aid olmayan, ancaq intiqam hissi ile serh yazan oxucular var. sonuncu serhcilerden basqa. Burada qeshemin seirler cap olunmayib, seirden danisirlar. Serif Aqayar da adini deyisib. Amaravati qoyub. O boyda Medeniyyet Nazirliyin iscisi. Men qesemi mudafie etmirem.onun zeif eirleri ola biler, var, konkret olaraq bunu gosterin. Amma qesem zeif de olanda ozune mexsusdu. Onu men de tenqid edecekdim. Amma bu serhlerden sonra onun seirlerine men de mehebbet oyandi. Bir de oxudum. Qeshem qat-qat Serifden yaxsi sairdi. Sizler ki bunlari bilirsiniz. Eyy serhciler, sizin bu cur kin, hikke dolu serhleriniz oxucularda qesemin yaradiciliqina boyuk maraq oyadir.
serhlerde kin ve intiqam hissi axtarmaq mence ebesdir. Qesem kimdir ki kimse ondan intiqam alsin. Vusal Nuru da ele Qesemin ozudur, uslubundan aciq-askar gorunur. yaxsi olar ki haqli iradlara Qesem ozu aciqliq getirsin.
Anar, sənin sözündən belə çıxır ki, onda AYB-ni və Anarı inkar edənlər əslində onun təsdiqinə can atırdılar?
Qeshem gozel sairdir. Qeshem bilirem sen sebrli ve dozumlu adamsan, butun bunlari da vecine almirsan. Yaz,yarat ezizim, bele seylere fikir verme
bir adaamain ozunun biyabir elemesi ucun bundan o yanasi yox
yaz yarat soze bax ha
yzig edebiyat
ayselcim, tutaq ki, mən həqiqətən də ağayaram. bəs sən kimsən, hansı ayselsən, Əbdülhüseyn dayımın qızımı?
“- Cavanşir Yusifli səni tənqid etdi.
- Görünür dişin dəyişirmiş. Bu adam tənqidçi deyil.”
- Qesem bey, Cavanshir Yusifli size niye cavab vermedi, oz aleminde “meni yixib suruyur”???
Qamçıcığım! Gününü boş öcəşməklə keçirmə, get oxu, öyrən, adamın ürəyi bulanır sənin yazıb-cızdığına baxanda. Bir də, nə bilim axı, oxumaqla da olmur ey, sənin işin çox çətindir…
Qamci, emin ola bilersen ki, cavansir qesemden qorxur
Adamın özü-özünə təsəlli verməsindən gözəl nə ola bilər?
Bu min illərdir ki, belədir
Hətta internetin kəşf olunması belə bu zərurəti aradan qaldırmayıb.
Ay Nur da sizin yetisdirmenizdir?
Zannetmisdim zaten.
Qeshem muellim prezident teqaudu alirmish -Kamyu, qoy uzun saclarimi yolub tokum yere. Xaqani Has ise nece aydir mene 2 kitab alib gonderecek, imkan ede bilmir
Halaypozan, ocechmek pisdirse, qayit nikine bax- cox destruktiv nikdir ))) Oxumaga gelince, shexsen senin ucun bir daha deyirem: 28 yasim var, Kopenhagen Universitetinin doktoruyam, besh tam onda besh (fars dilini orta seviyyede) dilde kitab oxuyuram. Basqa sahelerde demirem, menim bu il oxudugum romanlari sen 10 il sonra oxusan, sevinersen…
Pahooo…artıq Qəşəm Nəcəfzadənin şəklini göstərib Əhməd Cəmil haqqında danışmağa başlayıblar ki…-))
Məsələn, Lider TV-nin səhər proqramında…
Mən əvvəl çaşdım, bu adamın şəkli və aşağıda “Xatirə günü” sözləri..aparıcının səsi: “Hötenin “Faust”unu dilimizə tərcümə edib”…-))
Sonra böyründə Əhməd Cəmil adını gördüm…
Ay Riyabina xala, onsuz da sen hemise casmisan
Ay mənim erzu balam, düz deyirsən, bu gün mətbəxdə çaşıb bir çömçəni yumadım deyəsən, gəlib sayta düşdü…
Ryabina xala ,her halda comce qazana dusmus olar, elini sal axtar, gor sorbanin icinden tapa bilersenmi, axi nahardi dayim gelib seni doyer
Zahir, bəlkə bu uşağı yığışdırasan burdan?!
Mən fakt yazmışam, Lidedə səhər elə bir səhv olub..Qəşəmi göstərib Əhməd Cəmil haqqında danışıblar. Bu lağlağı adamın yazısını sil, xahiş edirəm, elə mənim bu yazdığımı da.Yoxsa burda gəlin-baldız söhbəti gedəcək artıq..