Anar MAHMUDOĞLU. «Bir parç pivə, iki zavod çörəyi…»
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Eylül, 2008
Və yaxud Pərvizin intellektual oxucuya ünvanlanan bir cümləlik şeirlər toplusu “HƏR SABAH YAŞAM”
Pərviz poeziya deyil, proza adamıdır. Təkcə ona görə yox ki, onun reallığa assosiativ reaksiyası, dünyaduyumu «bir atımlıq poetik özünüifadə» ilə yekunlaşmır. Həm də ona görə ki, o, bir insan psixologiyasının bütün çalarlarını, rənglərini və rəngsizliyini bir əsərdə ifadə etmək üçün doğulub. Pərviz həyatın heç də əlvan, 7 rəngli olmadığını bilir, ancaq onun «ağ-qara» baxışları qarşılıqlı münasibətləri «ənliksiz-kirşansız» ifadə etmək üçün yalnız intim reallıqları yazan və psixoloji portretləri qeyri-ədəbi ifadədə axtaran yeni «ədəbi gənclikdən» kəskin surətdə fərqlənir. Onun ədəbi özünüifadələri həm də yaşadığımız tarixin ədəbi-psixoloji salnaməsidir ki, müasir yazarlarımızda da məhz bu çatmır.
Pərvizin poetik yaddaşı nə Azərbaycan, nə də türk tarixiylə uzlaşır. Heç folklorumuzla da əlaqəli deyil. Onun ədəbi yaddaşı yaşadığımız tarixin bir qədər mistik, bir qədər ruhi, bir qədər də virtual transformasiyasıdır.
Bu ədəbiyyat üçün doğulan Adam həmişə əbədiyyətin vizual informasiya axını altında olub. Ancaq onu başa düşməyiblər. Bəlkə də ilk irihəcmli əsəri olan «Öləngi» – «ölümsüz»ü «ölən gi» kimi anlayanların bir problemi bu; digər problem isə öz ölümlü həyatlarına ölümsüz – əbədi informasiya prizmasından yanaşa bilməməkləridir.
«Öləngi»dən düz səkkiz il sonra Pərviz oxucularının görüşünə gəldi – ondan gözlənilən irihəcmli, nəfəsli və ədəbi-psixoloji əsərlə yox, «Hər sabah yaşam» adlı şeir kitabıyla. Ancaq bu şeirləri təkcə oxumaq yox, həm də duymaq yetərlidir ki, Pərvizin ədəbi istedadına xəyanət etmədiyini, sovet ədəbi terminiylə desək, «yaradıcılıq istiqamətini» dəyişmədiyni görəsən.
Pərviz bu şerlərində də prozaya sadiqlik nümayiş etdirir. Müasir gəncliyimizin ən istedadlılarında əgər bir misra, ən yaxşı halda bir və ya bir neçə bənd bütöv mətnin ifadəsidirsə, Pərvizin «Hər sabah yaşam»dakı bütün şerləri sanki böyük və bütöv mətnin poetik qəlpələridir: burada içində yaşadığımız tarixin çılpaq reallıqlarından, qəsdinə durulan intellektlərin «bir parç pivə, bir az azadlıq» iddialarından, düşüncə sahiblərinin arzu, istəklərindən tutmuş vizual və virtual dünyagörüşün ifadəsinə qədər hər şey var…
«Hər sabah yaşam»ın hər bir səhifəsindəki şeir bir günümüzün müxtəlif psixoloji reallıqlarının ayrı-ayrı sözləridir, sanki. Kitabı anlamaq üçün bu şeirləri bir roman kimi başdan-ayağa oxumaq gərəkir. Ancaq Pərviz «Öləngi»də süjetləri ardıcıl və eyni xətt boyu düzmədiyi kimi, burada da sözləri (yəni şeirləri) bir cümlə boyu sıralamayıb. Bunu oxucuların ixtiyarına buraxıb – hər kəs öz psixoloji anlarının fərqli ardıcıllığına uyğun olaraq, «cümləni» özü bildiyi kimi bütövləşdirir.
Yeri gəlmişkən, «Hər sabah yaşam» – intellektual oxucuların, öz həyatlarını və təsadüfləri qanunauyğun ardıcıllıqda qura bilənlərin, başqa sözlə, Qananların kitabıdır.
Qananlar kitabı necə əldə eləməyin yolunu özləri biləcəklər.
Digər kateqoriyaya aid oxucular üçünsə yaxşı detektivlər yazılır…






Yüklənir...
Yaxşı yazılıb, “Hər sabah yaşam”a layıiqli qeydlərdir.
Ancaq izninizlə bir məqama etirazımı bildirim. Birinci cümlənizdəcə “Pərviz poeziya deyil, proza adamıdır” deyirsiniz.
“Hər sabah yaşam”ı hər gün oxuyan bir oxucu kimi sizinlə razılaşmıram.
Niyə cidd-cəhdlə müəllifi ancaq nəsr adamı qisminə aid edirsiniz? Pərviz həm də nəzm adamı olduğu üçündür ki, belə uğurlu bir kitabı ortalığa qoydu.
Gülər xanım yazını mən də bəyəndim. Bu yazının arxasında çoxlu fikirlərin gizləndiyini hiss elədim. Sizinlə və qismən Anar bəylə o məqamda razı deyiləm ki, nasir və ya şair deyə biri yox, sadəcə yazar olur. Böyük hərflərlə yazılan YAZAR…
Sayqılarımla.
Təəssüf ki müəllif yazısını səhifəyə verməklə işini başa vurmuş bilir. Buraya baş çəksəydi, özü deyərdi ki niyə YAZARı şairə və yazıçıya bölüb?
Niyə o kitabdan bircə bənd sitat gətirməyib? Niyə o şeirlərdən seçib-seçmələyib, məhz bu sətri başlığa çıxarıb?
Və səhv etmirəmsə, Anar bəy tənqidçidir. Niyə belə tərif yazıb?
Çox maraqlı olardı ki, Qan Turalı, Cavanşir Yusifli, Əsəd Cahangir və ya Eldəniz Sadıxlı bir-birini tənqiddən baş açıb yeni kitabları tənqid edəydilər.
Məsələn, “Hər sabah yaşam”ı qərəzsiz (qərəzli tənqid də az maraqlı gəlmir) tənqid edən bir yazını məmnuniyyətlə oxuyardıq.
Mehin xanim, men memniniyyetle dediyinizi ederdim, amma ish ondadir ki, menim elimin altinda yoxdur Pervizin kitabi. Amma dostlardan xahis ederem gondererler, o da xeyli vaxt ceker.
Qamçı bəy, niyə kitabı gözləyirsiniz ki? Pərvizin öz şəxsi bloqu var və “Hər sabah yaşam” kitabındakı şeirlərin demək olar ki hamısını bloqdan oxuyub təhlil edə bilərsiniz…
http://ichiche.azeriblog.com/
Di buyurun…-))
Ryabina, linke baxacam, sifarisin pulunu nece odeteceksen? )))cavabi menim linkime yaz )))
Sənin hələ bir linkin də varmış…?-))
Bir də ki, Qamçı bəy, Ryabina yazını sifariş verəcək qədər çarəsiz deyil..mən sadəcə nəyisə məsləhət görə bilərəm…
P.S.Necə bəyəm? Pərvizi təhlil etmək asan olmadı…?-))
Ryabina- bu Anar Mahmudoglunun linkidir, menim linkim menim meqalemi oxumaq ucun acdigin yerdir ))) Pervizin yaradiciligi haqqinda melumatim yoxdur, hele bilmirem asandir, ya cetin, baxacam. “meslehetli don gen olar”, deyibler, dar paltar butun qadinlari yaxsi gostermir )))
Qamchi MEZARUS !!!
Bımandoş bə meerıs !!!
Bəsdi dəə…-))
Ay Ryabina, o söz Talış dilindədir elə?
Bu yazini niye yalandan terifleyirsiniz… Bu oqlanin edebiyyat xatirine deyilmis bir cumlesini de rast gelmedim. fikir verin. bu cumleler 10-cu sinfin insa defterinde ki, oxsayir.
“Ancaq bu şeirləri təkcə oxumaq yox, həm də duymaq yetərlidir ki, Pərvizin ədəbi istedadına xəyanət etmədiyini, sovet ədəbi terminiylə desək, «yaradıcılıq istiqamətini» dəyişmədiyni görəsən.
Pərviz bu şerlərində də prozaya sadiqlik nümayiş etdirir. Müasir gəncliyimizin ən istedadlılarında əgər bir misra, ən yaxşı halda bir və ya bir neçə bənd bütöv mətnin ifadəsidirsə, Pərvizin «Hər sabah yaşam»dakı bütün şerləri sanki böyük və bütöv mətnin poetik qəlpələridir: burada içində yaşadığımız tarixin çılpaq reallıqlarından, qəsdinə durulan intellektlərin «bir parç pivə, bir az azadlıq» iddialarından, düşüncə sahiblərinin arzu, istəklərindən tutmuş vizual və virtual dünyagörüşün ifadəsinə qədər hər şey var…”
Demek olar ki yazi bu cur cumlelerle doludu
Men ryabina xanim deyilem ki, ozum haqqinda yaxsi rey yaratmaq ucun ya susam, ya da barisiqa gedem. Rebiqe de isareni denizden gozleyendi. Bunlar kultazin teze siyasetcileridir. Kimlerinse reyinden sonra dinirler. daha doqrusu xorda oxuyurlar.
Menim Pervize hormetim var, bu kitabi oxumamisam.Anarin bu yazisi tenqidci yazisi deyil, sadece, vaxti ile, yani sovet vaxti kitablara yazilan en zeif annotosiyani xatirlatdi mene. ne dexli var, perviz nasirdi, ya sair?kitabdan danis.
İstese Cavansir Yusifli mene etiraz ede biler.
Eldəniz bəy, (hərçənd ki Qamchi MEZARUS daha xoşagəlimdi), Kitab klubunun saytında, yeni litablar bölümündə “Hər sabah yaşam”ın reklamını görmüşəm.
http://www.kitabklubu.org
Yəni ki ordan ala bilərsiz.
Bəklə müəllifdən də istəmək olardı, ama mümkündü ki, Pərviz bəy təvazökarlıq etsin və yaxud da sadəcə tənqid olunmasını arzulamadığı üçün kitabını sizə verməsin…
Qamçı, məndəki kitabı sizə göndərə bilərəm, deyin ki hara?
Vidadi, dediyim sözün arxasında dururam. (əksini sübut edə bilən olsa fikrimi dıyişməyə hazıram)
http://ichiche.azeriblog.com/
http://ichiche.azeriblog.com/2008/09/24/etiraf-tovbe#comments
Bura keçib baxmaq kifayət edər ki, sözümün isbata ehtiyacı qalmasın.
Görün ki, üçcə bəndlik yığcam şeir satılmanın səbəbini daha dolğun, geniş izah edir, ya uzun-uzadı “Mən necə satıldım” köşəsi(romandan bir hissə)?
p.s. Gəşəm bəy,dağlardan və dənizdən işarə gözləyib almayan bir oxucu kimi deyirəm, buyurun kitab barədə danışın, Anara ilişib Cavanşir Yusiflini duelə çağırmaqdansa.
p.p.s. Sizin bütün şeirlərinizi, ingilis, rus və qeyri dillərə tərcümə olunmuş bütün kitablarınızın hamısını üst-üstə yıqsanız, “Hər sabah yaşam”dakı “Üzsüz adam” şeirinin yarısı nədi, heç bircə bəndinə dəyməz…
Gülər adlı istifadəçi, Sentyabr 29, 2008 tarixində, saat 12:20 yazıb: Şərhiniz yoxlandıqdan sonra sayta yerləşdiriləcək. Qamçı, məndəki kitabı sizə göndərə bilərəm, deyin ki hara?
Vidadi, dediyim sözün arxasında dururam. (əksini sübut edə bilən olsa fikrimi dıyişməyə hazıram)
http://ichiche.azeriblog.com/
http://ichiche.azeriblog.com/2008/09/24/etiraf-tovbe#comments
Bura keçib baxmaq kifayət edər ki, sözümün isbata ehtiyacı qalmasın.
Görün ki, üçcə bəndlik yığcam şeir satılmanın səbəbini daha dolğun, geniş izah edir, ya uzun-uzadı “Mən necə satıldım” köşəsi(romandan bir hissə)?
p.s. Gəşəm bəy,dağlardan və dənizdən işarə gözləyib almayan bir oxucu kimi deyirəm, buyurun kitab barədə danışın, Anara ilişib Cavanşir Yusiflini duelə çağırmaqdansa.
p.p.s. Sizin bütün şeirlərinizi, ingilis, rus və qeyri dillərə tərcümə olunmuş bütün kitablarınızın hamısını üst-üstə yıqsanız, “Hər sabah yaşam”dakı “Üzsüz adam” şeirinin yarısı nədi, heç bircə bəndinə dəyməz…
Guler xanim, kor ati minib kondelen capma. diqqetli ol.men ne deyirem, sen ne danisirsan. Men perviz haqqinda danismiram, men ve perviz, bu basqa sohbet. men anarin yazisi haqqinda serh yazmisam, xahis edirem diqqetle oxuyun.
Yenə də ənənəvi kultaz mənzərəsi…
Kitab qalıb bir tərəfdə Qəşəm Nəcəfzadənin şeirlərinin ingilis dilinə çevrilməsinə lağ olunur.
Pərvizin kitabı mənim çox xoşuma gəlib. Amma kitab çıxmamışdan əvvəl mən Pərvizə nəsr kitabından sonra şeir kitabını çıxartmasının düz olmadığını deyirdim. Amma şeirlər Öləngi romanından daha yaxşı təsir bağışladı mənə.
Bu haqda bayramdan sonra yazacağam.
P.S. Qəşəm bəy, sizə əvvəl də demişdim. Bura şərh yazmasınız yaxşıdır. Çünki sizin bura şərh yazmağınızı görənlər üstünüzə hücuma keçirlər. Nəticədə mövzu dəyişir, mövzu ucuzlaşır. Mən bunu sizi istədiyimdən deyirəm.
Demek guler sensen, qan tural.
Bir seyi anlamirsan/ ve hec zaman da anlamayacaqsan/ men Anarin yazisindan danisiram, sen meden
Axir ki, KITAB cixdi.
Axir ki, KITAB haqqinda Yazi yazildi.
Ve axir ki, bu Yazini Anar Mahmudoglu yazdi.
.. belke prozani, poeziyani, yazari, nesr adamini, nezm adamini ve s. bir kenara qoyub butov bir ADAMDAN danishaq. Ele bu bes eser ki, bu ADAMA – PERVIZ deyek.
Mehin xanimin fikri ile sherikem bu menada ki, cox boyuk ehtimal ile muellif (Anar Mahmudoglu-Shagird) bu yazini yazan zaman butun varligi ile yalniz bir sheye koklenibmish, . Cox yeqin ki, hele de hemin ehval-ruhiyyededir, ona gore de hele de bura bash ceke bilmir.
.. – Qeshem Necefzade, belke de oz sherhinizin mukemmelliyine o qeder heyran olmusunuz ki, dil qanunauygunluqlarini unutmusunuz..10 cu sinif shagirdi olaraq, menim sherhimin icerisinde oz ifadelerinize yeniden nezer salmaginizi xahish edirem. he, bir de ki, unutmadan, eziyyet cekib ozunuz haqqinda rey yaratmaq eshqine niye dushesiniz ki, bu, hamiya gun kimi aydindir, O REY artiq movcuddur!
Qamçı,
niyə sizə elə gəlir ki, məni Karqo ilə qorxutmaq olar???
p.s. Öz adım qədər əminəm ki, siz Danimarkada yaşamırsınız.
p.p.s Qonşum Solmaz xanımın adı qədər əminəm ki Bakıda yaşayırsınız.
Qəşəm bəy,
mən də sizdən məhz “Hər sabah yaşam” adlı kitab barədə danışmanızı rica etdim.
Sizsə, sözü yenə də “mən və o” müstəvisinə çəkirsiniz. Öz yazdığınıza diqqət edin: “men ve perviz, bu basqa söhbet”.
p.s. mən də sizə qad;n yazar desəm xoşunuza gələr?
Qan Turalı,
diqqət etsəniz, şeirlərin ingiliscəyə çevrilməsinə lağ olunmur. İngilis oxucusunun zövqünü etalon saymıram. Ama çox istərdim ki, bizim yazarların yazdıqları nəinki ingilis, habelə, sizin köşələrinizdə vaxtaşırı sitat gətirdiyiniz bütün filosofların dilinə tərcümə olunsun.
Ama baxır hansı şeir.
p.s. bir məqamda sizinlə razıyam ki, “Hər sabah yaşam” “Öləngidən” qat-qat yaxşı təsirə malikdi.
Şagird,
məktəbi bitirəndən sonra görəcəksən ki, bizim məmləkətdə adamlara hər cür baxırlar, təkcə ADAM kimi baxa və adamlarda ADAMı görə bilmirlər.
Qəşəm bəy, siz niyə öz ad və soyadınızı böyük, digərlərinkini kiçik hərflərlə yazırsınız?
menim sherhimde niye bolmesini ixtisar edibler?
kim ve hansi haqla?
..AZTV nin filial saytinda sherh yazdigimi bilmirdim.
Maraqlıdır..
Mən sadəcə onu demək istəyirəm ki, heç önəmli deyil, insan bu gün nəsrlə məşğul olub, sabah şer kitabı çıxarır və ya əksinə. Bu onun nəsrə və ya nəzmə xəyanətini göstərmir. Belə bir şey yəqin ki, mənasız olardı. Ədəbiyyatı sevən bir şəxs, necə deyərlər ilhamın hardan gəldiyini, insanı hansı yönə çəkdiyini müzakirə etmədən ona əməl edir. Bəli bu gün roman, sabah şer. Olsun, lap yaxşıdır məncə. Təki yaxşı, əla olsun. Həm də bunları yazmaqla mən demirəm ki, kimsə məhz bunu iddia edir. Sadəcə bu haqda mən də fikrimi bildirmək istədim. Bu bir.
İkincisi mən də şer xoşlayan, ümumiyyətlə, ədəbiyyat sevən biriyəm. Şerləri çox sevirəm, fərqi yoxdur sərbəst və ya qafiyəli. Sadəcə mənalı olsun, yetər. Əsasən də şerdə mətnaltı mənaları çox xoşlayıram. Mən şeri oxuduğum zaman beynimi yükləmək, düşünmək istəyirəm. Çox düşünmək. Yazarın orda nə yazaraq nə demək istədiyini anlayanacan düşünmək istəyirəm. Ha yalnış anladım, ha doğru bunu sadəcə yəqin ki, mən biləcəm, ta ki o vaxtacan iş ola şairdən soruşam ki, “bunumu nəzərdə tutmusunuz?”. Buna görə də gərək şer elə güclü olsun ki, o insanı dərin düşünməyə vadar etsin. Məhz həmən o mətnaltı mənalar, məhz şairin şeri yazarkən nə düşündüyü…bunlar mənimçün maraqlıdır. Və mən Pərviz bəyin şerlərini məhz buna görə xoşlayıram. Xoşlayıram ki, o məni düşündürür və nəticədə mənasız da deyil. Bəlkə də bəzən nəyisə doğru anlamıram, bəlkə də bəzən nəsə xoşuma gəlmir. Amma, məni düşündürür.
Kitabı oxumamışam, amma, oxumaq istərdim.
Pərviz bəyə uğurlar..
Mehin xanim, Siz mektebi bitirmisiniz?