KultAz: Uzun müddətdir, dərcini dayandırmış “Sənət qəzeti” bu gündən nəşrini bərpa edir. Əvvəllər daha çox ədəbiyyat yüklü olan qəzet, bundan sonra mədəniyyətin digər sahələrini - kinonu, teatrı, musiqini, təsviri sənəti də əhatə etməyə çalışacaq.“Sənət qəzeti”nin bugünkü sayında Nikonenkonun “Metaforanın analitik şərhi”, Robert Kandyus və Laria Finkin “İyirminci əsrin ədəbi tənqidi. Modernizm dövrü” məqalələri, Babi Bədəloffun, Cavidanın, Tərlanın, İlqar Rəsulun, Anar Mahmudoğlunun, Cavanşir Yusiflinin, Aliyənin şeir, hekayə, resenziya və tənqidi yazıları, Azad Yaşarın təqdimatında “İrfan hekayətləri” yer alır.
Siz həmçinin “Sənət qəzeti”nin bu dəfəki sayında yerli və dünya mədəniyyətində, ədəbiyyatında baş verən ən son yeniliklərlə, maraqlı tərcümələrlə tanış ola bilərsiniz.
Həmçinin qəzet rəhbərliyi bildirir ki, “Sənət qəzeti” ilə əməkdaşlıq etmək istəyən müəlliflər yazılarını senetgezeti@gmail.com elektron ünvanına göndərə bilərlər. Bu halda yazıların həcmi nəzərə alınmalıdır. Dərc olunmayacaq yazılara görə, müəlliflərə izahat verilməyəcək.
Qəzetin növbəti sayı oktyabrın 3-də satışda olacaq.
« Ya xalqın yanında olmalısan, ya ədəbiyyatın! | Əsas səhifə | Anar MAHMUDOĞLU. «Bir parç pivə, iki zavod çörəyi…» »




Bölmə: 









Ryabina adlı istifadəçi, Sentyabr 20, 2008 tarixində, saat 18:20 yazıb:
Təbrik edirəm və bu gün “Proloq” almağı belə unutmuşam “Sənət” sabah çıxacaq deyə…-))
Sabah hər ikisini alacam…
Uğurlar…
Məsiağa Məhəmmədi adlı istifadəçi, Sentyabr 20, 2008 tarixində, saat 19:00 yazıb:
Uğur olsun, Samir!
Ryabina adlı istifadəçi, Sentyabr 22, 2008 tarixində, saat 17:41 yazıb:
“Kölənin himni” yarımçıq getmişdi…heyfsləndim…-))
Qalan hər şey qaydasındaydı..Daha fərqli, daha sevimli və daha uğurlu olsun deyək…