Xaqani H. Gül və Panoptikon

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Eylül, 2008

Uşaqlıq şəklimdə əllərimə baxıram, Baxmamalıyam baxıram, Balaca əllərdə yekə bir mən görürəm, O əllər yığıb bədənimi fotoşəklə- əllərin fotoşəklidir gördüyüm, Sonra yekə əllərimə baxıram- şəkli tutan yekə əllərimə, Böyüyüb fotoşəklin əlləri olmuşam,

heyva bağında qaçışardıq
heyvalar saralardı
anamın gənclik şəkillərində
heyvalar qara çıxır
göz qapaqları- yoluxan bir şeyin qapaqlarıdır
baxsa, baxışları yoluxacaq ciyərlərimizə
hıçqırsa, eynəyini çıxaracaq batdığı yerdən
gülməyəndə bütün heyvalar qaralır, dedi fotoaparat

unudulmusan, yadıma sal özünü
sonsuz dərmanlarınla sonsuz yatağınla yadıma sal
bir az dincəl,
deşik corablarınla yadıma sal gülüşünü
son sözü olmur fotoşəklin, dedi fotoaparat

Bu yerdə avtobusdan yad adam düşdü oktyabra, “Ölümə necə getmək olar?”, Qurtarır hərdən mürəkkəbi- dedilər, Qurtaranda- dedilər- yaşılı çəhrayısı, Yaxasına taxır kədəri oktyabr, Görən kimi orda dayan, Götürüb apardıqları ağacla meşə olublar, Apardıqları qadınla ailə olublar, Görən kimi orda dayan,

lakin süd qırmızıyla qarşılaşsa gücünü itirər
ilk sualımızın cavabını süd tapıb
qırmızı- südün təhtəlşüurudur
bu cavabın sualı bir daha olmayacaq

gül qırmızının harasındadır?
gəlib tərəfimdən öldürüldüyünü deyir
guya əlimdə bir silah varmış
ölü uşaq gözlərindən- axşamüstü və dərin.
mən bir son dərəcə adamam

hələlik bəs edir gözlərim yaşamağıma
bütün tənha küçələrin qovşağında
bütün ziddiyyətlərin qovşağında
öz axşamımı fərz etməliyəm.
bildiyim ümidləri yan- yana düzüb
bu uşağın üzündən başlamalıyam-
öz axşamımı fərz etməliyəm

axşam nəyin tərifidir kim uydurub?
axşam bu göyərən bədəndir?
bu stol bu xəbərlər bu zibil qabları bu şəhərdir?
ağzı cəsarətə çatmayan ata, koralan anadır?
mən nə vaxt mən olmaq istəmişəmsə
bədənim gəlib əlimin altına
bədənimi bağışlamalıyam bu qaranlığın içində
bütün rənglər daxildir qan dövranına
bircə kəpənəkdir soruşur:
gül harasındadır qan dövranının?
gözərib uşağın əli

Nəfəs alırıqsa fasiləsiz, Qayçıya bocluyuq tikiş maşınına, Stilisti naməlum dəbdir yaşamaq- köhnəlmir, Və dərzi heç nə bilmir öz bədəninə dair, Qadın bədənindən qidalanmayıb, Tanımır durğu işarələrini, Susur sağdan sola tərəf, Uşaq o anda düşündü: ilk qidası qadın bədənidir insanın, Və anasından xəmir iyi gəldi burnuna,

gözərib əli gülə tərəf
azyaşlıdır ölümün qarşısında
pıçıltıyla danışır süfrədə gələcək
son sözünü deməyə hazırlaşır ata
birdən susdu su:
ilk dəfə görəndə dənizi gözümüzə yığdınız
dəniz üfüqə sarı itdi.
gözərib əli gülə tərəf
umusu sudandır

Bir gün işdə evdə həyətdə cibimizdən uşaq gözləri axacaq, Bizə yol göstərəcəklər, Yolu axıb axıb göstərəcəklər, Umusu sudandır,

günlərdən elə bir gündür ki
tələm- tələsik axşamlatdırır bizə özünü,
səsi qısılmır:
zərfiniz çatıbmı sizə?
buradan açılır- göy üzündən,
“sky dogs are whimpering”,
açın

Ağ olmaqdan utanan bir göyərçin tərəfindən tərcümə olunub, Təsdiqi qanadlarıdır, Çünki şüuru qanadlarıdır, Uçmursa ölüb, Yüklüdür dünəndən qalma qanadlarıyla, Açın: bir uşağın üzüylə nekroloq göndərilib,

(yuyub təmizlədik
kürəyimizdə daşıyıb çuxura atdıq
bir ovucluq torpağı qalıb- ölünüz hazırdır
yol kəsməyə
yoxluğuyla qürrələnməyə )

Bakıda bir qız yaşayır,
birdən bir hündür binanın üstündən baxıb
on səkkiz yaşında,
bütün qohumlarını fikirləşib
bütün qohumlarını bircə-bircə fikirləşib
baxıb yerə:
yalqızlıq qadına gələcək tərəfdən qohumdur.
əri bilmir
on səkkiz yaşında bir hündür binadan baxıb
yerə baxıb, bəlkə də göyə

quş ölüsü gözlərində
peyin mütəxəssisi ümidlə gəldi
bir qapı açıldı evin hər yerində
sözlərinin arxasından boynu görünür
yenidir ətin bu qəddarlığı
səhv salır qırmızını yara və irinlə, bilmir:
nəyin qanadını üzsən quş olar
nəyin ləçəyini qoparsan gül…

Yüyürdüm sonra güldüm göyə baxdım yıxıldım, əlimi uzatdım qaldırsınlar, əlimdə əl gördülər, əlimin hər yerində əl gördülər, Yüyürdüm güldüm göyə baxdım sonra qaranlıqdır, İnanmadılar, Dedim qaranlıqdır inanmadılar, Harda qapı görsəm öz qapım kimi yazıram yaddaşıma, Adı Leyladır Rozadır Şəhladır, Adı soğandır pendirdir təklik və tənhalıqdır, Adı Mezopotamyadır, Adı tikilib və çöküb, Güldüm qaranlıqdır inanmadılar,
Sularını qablara doldurub daşıyırlar, Və başqa suları bədənlərində daşıyırlar, Kökdülər qadındılar, ər bilir alma armud bilirlər, Uşaq idim, Radio xəbərlərinə tərəf iki qulaqlı uşaq idim, Bütün yaşamaqlarını yığıb gətirirdilər, Köhnə günəşləri yığıb gətirirdilər, əlimi uzatmışdım qaldırsınlar, əlimlə yumruğumu səhv saldılar, Mən sevməyi söyməklə birgə öyrənmişəm, əvvəl sevməyi öyrənmişəm, Sonra yenə əvvəl söyməyi öyrənmişəm, Qadınlar və bütün qadınlar gələcəyə başlamışdılar, qorxuya üşüməyə başlamışdılar, İki qulaqlı uşaq idim radio xəbərlərinə tərəf, anam ölsə onun üçün darıxardım, Qulaqlarımdan əvvəl bilirdim, Anam ölsə xəmir iyi gələrdi burnuma, Atam öldü anam üçün darıxıram, Sonra Şəhla gəldi Roza gəldi Leyla gəldi hamısı gəldi, Neft sənayesinə kapital qoyuluşu gəldi, Qoyuluş özü də durub gəldi, Qaraşın gözəllikdə bir ada gəldi, “Şər gülləri” ilə xilas etdi məni, Xilas etdi köhnə günəşlərdən stoldan evdən divarlardan qorxudan Mezopotamyadan, “Şər gülləri”ylə əlimi qaytardı mənə, Otağın qapısını örtdü bir- bir, Qapısını bir- bir örtdü evin, Örtdü bir- bir qapısını dünyanın, Pəncərəylə örtdü gözlərimi bir-bir, Şəhər böyüməliydi böyümədi, Baxışımı tələsdirdim, Açdım gözümü bir siçovulda qaranlıqdır, İt hürər azan oxunar qaranlıqdır,
Hər evin üstündə bir göyüzü, Hər evin payına bir göyüzü, Hər evin payına o evdən görünməyən bir göyüzü, Bu qədər göyüzü yan-yana: bilməliydim başqa evlərin payından göyüzüdür gördüyüm, Üç evin üstündə üç ayrı səma- ayrılacaqdılar- bilməliydim, Yan- yana durmaqları tarixə ziddmiş, Bunun bir adı var- bilmirəm, əvvəl evlər ayrıldı bir-birindən, əvvəl birinci ev dağıldı, Sonra yenə əvvəl ikinci ev dağıldı, Radio xəbərlərində heç nə demədilər, Uşaqlığımın göy üzü haqda heç nə demədilər, İki qulaqlı bir yeniyetmə olmuşdum radioya sarı, Yeniyetməliyimin səması haqda heç nə demədilər, Mən demədilər demədilər demədilər deyə qışqırmadım, Damını sökmüşəm son evin- qaranlıqdır, İnanmasınlar, “Şər gülləri” ilə azad olunmuş bölgəyəm, Sizə bir sirr verəcəyəm, Bu qocanın sifətini silin burdan, Adı tikilib və çöküb, Hansı keçmişi versələr mənə içinə o evləri qoyacam,

və hara uzadılırsa uzadılsın
əlin hər yerində əl görür
tamaşaçı

bir itli axşamda sidikli səkidə qadın
yeriyəndə körpülər gəlir uzaqdan sınıq
ərdən bir baxışın davamıdır düz xətt üzrə
təlim- tərbiyəsi dişidir ayaqlarının
çoxca yançağını qoyub güzgüdə
çıxır evdən çəhrayıcasına.
və kəndlilər yaxınlaşır yağışaraq
adları oğurlanıb kirli şalvarlarından
fəsillərdən yorğun yaba payızıdır
karusel pulunu itirmiş yorğun yaba payızıdır-
uşağın adı.
minor gül və qolları uzun- uzun böyüyəcək

bir itli axşamda
kəndlilər və qadınlar
düz xəttlər və baxışlar
ərlər və baxışların davamı
və gül

“Mənzərə janrında ağlamaq”dan danışırlar, Eyvanda kuklasını soyundurub balaca qız, Boğazından asıb- diridir, əlindəki çomaqla döyür kuklanı, Aşağı baxır uşaq, İsaya baxır, İsanı aparırlar, İsa pişik olub evə simmetrik, İsa gülə simmetrik panoptikondur, Mən bütün müharibələrdə itirmişəm qolumu,

bir ağac son dəfə yaşılca yığışıb gedirdi
mən köhnə bir şeirin girişini yazırdım
son dəfə yaşılca uzandı yanıma

enli bir pişik yolu ölçür eninə
tanklar keçə bilərmi deyə.
keçə bilərmi?
adamlar- oturmuşuq
respublikanın şəklini sökmüşük çərçivədən
böyütmüşük asmışıq.
qırmızılı əllərimizi
evlərdən stollardan yığıb qaraya çırpmışıq
tanklar keçə bilərmi deyə.
keçdi.
mən o vaxt köhnə bir şeirin girişini yazırdım

uniformalıdır bir qaranlığın zabitidir
yaxınlaşır xəlvət
əlini soxur cibimə- diri quş axtarır
hadisə üzümdə baş verir
quş alnıma yazılıb çünki
onun gözləriylə baxıram dənizə
onun səsiylə danışıram
uşaq hallarını bilirəm:
“ulu öndər” şeirini oxuyurdu məktəbdə
uşaq hallarını bilirəm
qanadları alnımda sındırılıb

yaxınlaşır xəlvət kölgəsinə söykənir
iflic tərəfinə toxunur gülün-
qaça bilmir danışa bilmirmiş
qocaymış alt patları islaq

və qırmızının içində yerə yıxılmış adam
bir tapançanın yorğunluğudur
və tənəffüs orqanını axtarma tapançanın- lüləsidir
və silahlarımızın nəfəs çatışmazlığında qocalmışıq-
alt paltarımız yaş.
və nəfəs çatışmazlığı gülləsizlikdir
müalicəsi tapılmayıb bizdə

axşam xəbərlərində dövlət başçısı gülümsəyəcək
o məni görəcək televizordan
mən onu evimdən görməyəcəm
sevgiliyə gül verəcəm görəcək
çörəyimi aparacaqlar görəcək
döyəcəklər, döyüb döyüb güləcəklər görəcək
o məni görəcək mən onu görməyəcəm-
panoptikon!
ona gülləsizlikdən gül verəcəklər

biz meydanlarda tabut daşımışıq
sahilə enib dənizi dəniz kimi yaddaşlamışıq
“dünyanın tank hissəsi”ni xatırlayırsan?
bizə qan dərsi keçiblər
gül azadlığına qaçmışdı qırmızıydı-
panoptikonsuz, qəbir üstlərində.
qardaşımın müharibədə iki oğlu oldu
cinayət və ət.

bu şəhərləri bu günəşləri aldadır kimsə gizli-gizli
ehtimal- qozbel narıncılar sülaləsidir
əmək xainləri!
bu ehtimallar bu qozbellər bu köhnə narıncılar ki var
-bu əmək xainləri-
bu il qalxmayacaq köhnə günəşlərin təqaüdü
rənglənməyəcək bu il köhnə günəşlər
təzə narıncılarla

( oğlan doğulmuşdular
zirehli kişi heykəlləri oldular
diblərinə tökülən poxla boy atırlar )

Ölülərimizin kürəyində tüklənəcək üzümüz, Dəyənəkdə bar verəcək yenə ağaclarımız: polis, Küçələrin bir ölünün köynəyinə sığışan yerində,

hansısa uverturaya sığacaqsa polislər
səslər bir-bir tükənəcək
quma uzanacaq suya girəcək azana yatacaqlar
bir koketin saçlarına hörüləcək,
dənizə ağlayacaqlar.
rənglər qaçıb “ulu öndər”in şəkillərindən
qaranı qusurlar divar diblərində

halbuki ölüm öz fikrini qısaca deyir
və adını kiçik hərflə yazır

bütün ziddiyyətlərin qovşağında…

yazılmayanlar da var:
firon əjdahaya tərs mütənasibdir
Musa dənizə düz mütənasib
əjdaha artdıqca firon azalır
dəniz bölündükcə Musa bölünür

yazılmayanlar…
qolları çoxdur hər yerə
ayaqları gözləri çoxdur
barmaqları çoxdur bu adamların zibil qablarına
hər şeydən nə qədər də çoxdur:
Roma papası ümid papası qorxu papası zibil papası
və ən qədim janrdır yəhudi
mərhəmətdə və mərhəmətsizlikdə
hər şeydən nə qədər də çoxdur:
hər gün beş dəfə Allahu əkbər
hər evdə hər otaqda dörd ağlama divarı
bu prezident seçkiləri
bu zibil qabları
bu hamilə qadınlar…

(mən genosidlərdə
bir tərəfimlə qozbel uşaq olmuşam
bu günün düz içinə silkələmişəm əyri yerimi
dövlət kitabxanasında xırdavat bölməsindəyəm
hər şeydən nə qədər çoxdur!)

allaha bir bədən lazımdırsa o mənimkidir
yaşımı gizlədə bilərəm qollarımla yarımçıq-yarımçıq
üzümü gizlədə bilərəm zibilliklərdə-zibilliklərdə
gülüşləriylə gələcək axtarır uşaqlarınız- orda.
allaha bir sifət lazımdırsa
o mənimkidir zibilliklərdə

bu üz neçə kilo gizlidir? neçə dəfə yalandır?
ayaqları çürüyüb yaşama tərəf
otla çəmənlə qocalıb
yaddaşı betondan və taxtadandır
özünü balıqlığa vurub
gölünü xatırlaya bilmir

mən nə vaxt mən olmaq istəmişəmsə
bu üzü geyindiriblər mənə
bədən ölçülərimi bilmədən.
bütün hadisələr üzümdə baş verir
soyunmaq xalqa ziddir
at kölgəsinə sığınmışam- orta əsrlərdən
soyunmaq ziddir panoptikona
bizi görürlər

iflic tərəfinə toxunurlar gülün
danışa bilmir qaça bilmirmiş

Gül qaçar bir gün panoptikondan, Qatarda avtobusda gəmidə, Bir uşağın barmağının ucunda qaçar, G olar- Ü olar- L olar, Sonsuz proloq olar azadlığa səhifə aralarında

Sentyabr 2007- Yanvar 2008

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 4,25 ilə 5 arası)
Loading ... Loading ...

37 Şərh var
Şərh yazın »

  1. Xaqani muellimin yazilarina sherh yazmaq bele mumkun deyil. Ellerinize sagliq Xaqani muellim.

    Imzanizi daha tez-tez gormek arzusu ile.

    P.S. Ankaranin qoxusunu burnuma getirdiniz…

  2. niye şerh yazmaq olmur bilirsen? menasız şerdi ona göre.ne deyir axı bu qardaş…heç özü de bilmir ne deyir. baş qoşmayın ona:)))))

  3. “son sözü olmur fotoşəklin, dedi fotoaparat” – nece derinine ishlenmish fikirdir.
    Xaqani Has Azærbaycan edebiyyatinda surrealizmin banisidir.

  4. boş-boş şeylerdi, inanın. sadəcə misralara balaca enerji verib. anlamsızlıqla… vəssəlam! bugünkü ədəbiyyat bele sheylerin üstündən əlli ildi keçib.

  5. seir gozeldir!

    “misralara balaca enerji verib, menasizliqla” – bu ele senetdir!

    bir az artiqdan olsa da qoy deyim: seir(senet) bezen(chox zaman) anlamaq uchun deyil, teessurat almaq uchundur. biz heyati da esasen onu anlamaq uchun yox, ondan
    teessurat almaq uchun yashayiriq. seirden ne basa dusdun(dusek) deyib muellifin yaxasindan yapishmaq bezen ona benzeyir ki, omrunun son deqiqelerini yashayan bir qocadan sorushursan, heyatdan ne basha dushdun? o qoca sene ne cavab veresidir ki, susmaqdan bashqa.

  6. Xaqani Bey, size ureyim yanir.Bu olkede ve bele bir edebi muhitde cap olunmaga mehkum olmaq, yeqin ki, ezab vericidir.Sehv basha dushmeyin meni. Sizin sherlerinizi oxuyuram, yaradiciliginizin inkishaf xettini yaxindan izleyirem. Siz muasir azerbaycan poeziyasinda “yeni dil” yaratmaq isteyirsiz ve bunu bacarirsiz. Cox ferqli sherler yazirsiz, enerjili, dinamik, hereketli,anlashilmaz, yeni…Sozun heqiqi menasinda “yeni”.Bu sizde tesadufi alinmir,cox deqiq bilirsiz ne yazdiginizi, ne yazmaq istediyinizi. Dilimizde yeni ifade terzleri keshf etmeyin imkanlarini arashdirirsiz.Burdakiler dushunduklerini yazir, siz ise yazdiqlarinizi dushunursuz, yazdiqlariniz haqda dushunursuz, tedqiq edirsiz onlari.Her sherde yeni nese keshf etmek isteyirsiz. Bilmirem, mene bele gelir.Sizin deyeriniz cox gec basha dushulecek.
    Yaradiciliginiza surrealizm deyenler var, sehv etmiremse siz ozunuz de sherlerinizin megzini neo-surrealizm kimi xarakterize edirsiz.Sizin azerbaycan poeziyasinda esasini qoydugunuz cereyana, yaratdiginiz poeziya anlayishina İmagism (imagisme) desek daha dogru olmazmi? Cunki, sherleriniz Qerb poeziyasinda 50-60 il hokmranliq eden imagist sherlere cox yaxindir.Bildiyiniz kimi surrealizm de imagizmin bir novudur ve sizin bezi sherleriniz İngilis imagizmine cox benzeyir. Bu barede fikirlerinizi bilmek maraqli olardi.

    Ozunuzu qoruyun, Xaqani Bey.

  7. bunu oxuyandan 1 saat sonrada hele yuxulu kimi idim ele bil basim dumanli idi
    Aaaaa
    …………

  8. Mene icaze ver komentarimi almanca yazim: Wenn ich dieses Gedicht lese, schaltet sich mein Verstand aus.Dadurch erweitert meine Erlebnisfähigkeit sich aus.Ich verliere die Kontrolle über meine Vernunft, da bei mir die Grenzen zwischen Mensch,Tier,Pflanze und leblosem Gegenstand aufgehoben sind und nun spüre ich eine magische Wirkung auf mich…Herzlichen Dank.

  9. Türk ədəbiyyatı doludur bu qebil şeirlərlə – Edip Cansevər, Turgut Uyardan tutmuş bu günə qədər yüzlərlə belə şair var, daha doğrusu Türk çağdaş şeri artıq Nazim Hikmət realistik (konkret) şeir ənənələrindən üz çevirib bu curə yalançı demaqoqik-metafizik ənənəni davam etdirir.
    Şeir boyunca tez-tez görünən bu GÜL obrazı Türk “şeirində” o qədər çox işlənib ki, artıq Azərbaycan oxucusuna yeni bir şey kimi sunulanda xoş təsir bağışlamır. “gül qırmızının harasındadır?” – təsadüfü geyil, poetik təfəkkürü Türk metafizik şeiri ilə yoğrulmuş Xanəmirin də belə bir şeiri var: “Su gülün harasında soyuyar?”. Yeri gəlmişkən, Xanəmirlə Xaqani Has şeiri arasında böyük bənzərlik var. Ruh deyirsinizsə, Xanəmirdə də güclü ruh var.

  10. Nece yeni? İndi deyirsiz Xanemirin şeiri de yalançı, demaqogikdir?
    Edip Canseverin, Turgut Uyarın, Cemal Süreyanın, İlhan Berkin, Ece Ayhanın özleri de fransız sürrealizminden tesirlenmişdiler. Demeli Xaqani Hassın şeirleri bir başa sürrealizmle bağlıdır.
    İkincisi, Xaqani Hass türk “ikinci yeni” cereyanından behrelendiğini heç vaxt gizletmeyib. musahibelerinde ve meqalelerinde tez tez “ikinci yeni” şairlerinden sitat verir.
    O ki qaldı bu şeirin metafizik olmasına, siz metafizik edebiyatla sürrealist edebiyatı sehv salırsız.
    xaqani hass men bileni heç harda demeyib ki, men dünya içün yeni şeir yaradıram. müsahibesini oxu: deyir ki azerbaycan içün yeni poeziya yaradıram. “gül obrazı” Az. edebiyatında da çoxdur. mesele gülü nece yazmakdır. bu şeirde metafizika yoxdur, gül ele gülün özüdür.
    Xanemirin yaradıcılığı ise tamamıyle ikinci yeninin metafizik qanadının temsilcisi, dinci Cahit Zarifoğlu’nun şeirlerinin imitasiyasıdır. bu iki mısranın oxşarlığı ise labutdur, normaldır. oxşarlıq tesadüfidir. xaqaninin heç kesden misra “oğurlamağa” ehtiyacı yoxdur. dünya poeziyasında bu cür benzerliklerin çox örneği var.
    nehayet, nazim hikmet “realistik” şair deyildi, futurist şair idi.

    Xaqaniseverler

  11. butun serhleri oxudum ve hec aidiyyati olmayan insanlar aidiyyati olmayan serhler yaziblar.eslinde yuxaridan oxuya oxuya gelende gordum ki, matador adli istifadecinin yazdiqlari en haqsiz ve yersiz suclama idi buna tutarli cavab yazacaqdim lakin Guly adlı istifadəçinin yazdiqlarini oxuduqdan sonra dusundum ki, deyecek bir sey qalmadi. serin gozelliyi barede coxlari dedi. men oxuduqda cox qeribe sozle ifade oluna bilmeyecek hissler kecirdim, mehv olmaq kimi bir sey idi. deye bilmirem. o qeder hessas duygularim var idi ki, amma yazmaq istemirem, cox derin idi, sadece bu seri anlaya bilenlerin basha dusheceyi hissler…bir sozle tesekkur Xeqani bey!!!

  12. Guly xanim cox duz deyir, ancaq bezi elaveler etmek lazimdir.
    Xanemirle Xaqani Has sher texnikasi cehetden bir-birlerine benzeyirler, lakin cox boyuk ferqler de var bu iki shairin yaradiciliginda:
    Xanemir dini-metafizik motivlerde sher yazir. Onun sherleri sufizmden ilham alir. Turk poeziyasinda Sezai Karakocun ve Cahit Zarifoglunun tesirindedir, hetta demek olar ki, eyni onlar kimi yazir;motivler, tematika, uslub,sherinin cografi erazisi, hetta sher texnikasi cehetden eynidirler. Hetta demek olar ki, Karakoc ve ya Zarifoglu Azerbaycan dilinde yazir. Ancaq, mence, Xanemir azerbyacan sheri yazmir, onun tematikasi ve fantaziyasi bizim dilimizle dogmalashmir. Bizim sherimize cevrilmir Xanemirin serleri, yad qalir bize. Sufi shairdir Xanemir. Sherq sheri yazir o.

    Xaqani Has ise qerb sheri yazir. Movzulari, terzi, sher qurgusu, imaginativ yanashmasi,tematikasi, ishletdiyi elementler cehetden Qerblidir Xaqani. Eshyalari, nesneleri, konkret varliqlari yazir, mucerredden konkrete gelir, ve ya konkretden mucerrede gedir. Konkretleshir onun sheiri. Xanemir ise mucerredde qalir. Xaqani dile cox ehemiyyet verir, sherleri tamamen dil konstruksiyasidir, Xanemir ise mezmuna ve imaginasiyaya ehemiyyet verir. Benzerlikler ise, texnikalarinin eyni olmagindan ireli gelir.

    Camal Sureyyanin bele bir misrasi var, 1954-cu ilde yazib:
    “gülün tam ortasinda agliyorum”.
    Bu misrani sual kimi yazasi olsaq bele olar: shair gülün harasinda aglayar?
    Bele olan teqdirde, Xanemirin misrasi ( su gülün harasinda soyuyar?)demek olar ki, bu misranin besit metamorfozudur. Eslinde ise oxsharliq sher texnikasinin, poetik texnikanin oxsharligindan yaranir.
    Matador qardashimiz, deyesen Axundov kitabxanasinin cayxanasinda eshitdiyi “qulaqdan dolma” bilgilerle elim-yandi sherh verib: ” ‘gül qırmızının harasındadır?’ – təsadüfü deyil, poetik təfəkkürü Türk metafizik şeiri ilə yoğrulmuş Xanəmirin də belə bir şeiri var: ‘Su gülün harasında soyuyar?’. Bele bir sheiri var yox, bele bir misrasi var demeliydin. xaqani beyin bir misrasini goturub, Xanemir beyin bir misrasi ile muqayise ederek, sanki sohbet butovlukde bu iki sheirden gedirmish kimi ara qarishdirmaq xosh tesir bagishlamir. Xanemirin bir misrasini goturub “bele bir sheiri var” deyirsiniz. Bele bir misrasi var demelisiz. Bir misra bir misraya oxsayir. Vessalam. Guly xanim duzgun deyib, dunya sherinde cox rast gelmek olar bele oxshar misralara. Bu ishler ciddi ishlerdir. Ara qarishdirmaq yaxshi deyil.İntriqa yaratmayin.Nolar ki, bir az temiz niyyetli olaq, edebi eseri tehlil edek. Shair yoxdur, sher var. Muellif ölüb. Mukemmel sherdir Xaqani Has-in bu sheiri.

    Ugurlar size Xaqani muellim.

  13. Xaqani istedadlı insandır,bunu heç kəs danmır, lakin onun Azərbaycan şeirində yenilik etməsi bir az tələsik səslənir.
    Guly ve Marina-ya yanız bunu demək olar: korların qaranlığa asiq olması labbüddür.

  14. Xaqani ilə Xanəmiri bir səviyyəyə qoymaq ən azı düşüncəsizlikdir. Xanəmir Azərbaycan ədəbiyyatının ən savadlılarındandır. Onun (çox) böyük potensialı var.Hərçənd ki, onun Azərbaycan ədəbiyyatında təsəvvüf sintezi uğursuz alındı. Danışdıqlarınızın fərqindəsinizmi, cənablar?!

  15. “korların qaranlığa asiq olması labbüddür” bu cümleyi yazan kim acaba? kendisi toplamda 100 kitap okumuş mudur? :)
    biz türkiye’den yazıyoruz, ankara’dan. Bu metni yaklaşık 20 kişi kendi ekipleri adına onaylamaktadır. Bu edebiyat çevrelerinin adı en altta yazılacaktır.
    Hakani Bey burada Türk edebiyatında görüşleriyle birçok büyük gruba yön veriyor, çevrildiği diğer dillerde de Avrupa ve Amerika edebiyatında da duyuluyor. Kendisi “ikinci yeni”nin ve sürrealizmin çok çok ötesindedir artık. Ne yazık ki sizin şairinizi biz size tanıtıyoruz.
    Sözünü ettiğiniz diğer şairi (Xanemir Bey) ilk kez buradan okuyoruz. Google’dan araştırdık. Kendisi kesinlikle -hakkını yemeyelim ama- Hakani Bey ile kıyaslanamaz. Hakani Bey Siyaset Biliminde doktoraya kadar eğitim görmüş ve kendisi de eğitim veren bilgili, kültürlü biridir. Dil ve iktidar ilişkileri konulu doktora tezi yazmış adamdır :D
    Siyasetin olduğu kadar edebiyatın da teorisini bilmek ve bu ikisini birbirine karıştırmadan işlemek her yiğidin harcı değildir. Xanemir Bey’in şiiri gerçekten günümüz şiirinin ne yazık ki çok çok gerisinde kalıyor. Bu tür şiire değer verilmiyor artık. Aydın çevreler burada Xanemir Bey’in yazdığı türden şiirlere yaklaşmaz bile. Bu tür şiirler, dini, tasavvuf şiirleri çok geride kaldı artık.
    “Potansiyel” ise bir işe yaramıyor. Çünkü potansiyel henüz somut(concrete) olarak var olmayan bir şeydir :)
    Mısraların benzerliğine gelince,
    Cemal Süreya’nın şöyle bir dizesi (mısrası) var: “Gülün tam ortasında ağlıyorum” bu mısrayı soru şeklinde tasarlayacak olursak şöyle olur (Azerice): “Şair gülün harasında ağlayar?”
    İşte böyle olunca Xanemir Bey’in mısrası (Su gülün harasında soyuyar?) bu mısranın basit bir versiyonu, çeşitlemesi mi oluyor? Oysa bunlar, şiir tekniğinden kaynaklanan benzerliklerdir.
    Şiire böyle bakmak haksızlıktır. Bir dizeye çalıntı dersiniz, kalan 200 mısra ne olacak? Neden kalan mısraları takdir etmiyorsunuz? Mısrayı şiirin imge (image) bütünlüğünden koparıp öyle değerlendirmek istiyorsunuz. Böyle olmaz. Neden diğer mısralar hakkında konuşmuyorsunuz? Neden emeğe ve bilgiye saygınız yok? Bu soruları gerçekten derin üzüntüyle soruyoruz. Böyle davranış sergiledikçe edebiyatınız gelişmeyecektir. Bu size bir dost sözüdür. Xaqani Hass siz anlamıyorsanız bizim şairimiz olsun, o dünya şairidir. Zaten onun Aforozlar şiiri Çağdaş Türk şiirine derinden etkilemiştir. Anlamaya çalışmak ve daha fazla okumak sizin faydanıza:
    http://www.mevsimsiz.net/eser.php?e=8734
    http://www.mevsimsiz.net/eser.php?e=7482
    Kimseyi kırmak, incitmek istemeyiz. Ama biz “Perşembe Grubu”, “Eylülce”, “um-ag”, “Mevsimsiz”, “Sanat Cephesi” ve “Nikbinlik” edebiyat çevreleri olarak Xaqani Bey’in sadece Türkiye’de bulunmasında ve bizi aydınlatmasında bile kendimiz için büyük fayda görürken yazık ki siz kendi şairinizi anlamıyorsunuz. Biz onun sayesinde sizi tanıyoruz. Siz onun sayesinde açılıyorsunuz dışarı. Nermin Kemal’i, Akşin’i, Rasim Karaca’yı onun sayesinde tanıyıp okuduk, sevdik, değerlendirdik. Ama siz bu büyük nimeti kör bir cahillikle elinizin tersiyle itiyorsunuz. Siz bu büyük lafları düşünmeden sarf ederken, biz merak ediyoruz doğrusu siz kimsiniz? Neler okudunuz? Neler yazdınız? Bunca emeği görmemek büyük ayıptır doğrusu. Sizden umudumuzu keseceğiz böyle giderse.

    Umarız Türkçe yazmamız sorun olmaz.
    Şimdiden teşekkür ediyoruz yorumumuzu yayımlarsanız…

    Adı geçen tüm gruplar adına,

    Mevsimsiz Edebiyat Grubu

  16. Bir öncekine ek:
    Her seferinde bekliyoruz. Acaba bu sefer yurttaşları ne yorum yapacaklar Hakani Bey’in şiirine diye. Ama her seferinde de haksızlık, anlayışsızlık ve hüsran oluyor. Biz sadece şairimizi savunmak istedik.
    O hala kendi dilinde yazmakta ısrar ediyor…
    Herkese iyi bayramlar.

    Metni yazıya döken: Mahmut Ölmez

    Mevsimsiz

  17. “Xaqani istedadlı insandır”. Bu da teze debdir; kimden xoşları gelmirse,kimi olduğundan az göstermek isteyirlerse ona “istedadlıdır” deyirler. Eslinde demek isteyirler ki, “sedece istedadlıdır”. artıq dilimizde “istedadlıdır” ifadesi kimese terif kimi yox,onu kiçiltmek, deyerini azaltmaq üçün deyilir. Azerbaycanlıların teze keşflerindendi bu. :) ))))

    Cenablar,kimse iddialıdırsa ve iddiasını kimise tehqir etmek,kiminse leyaqetini alçaldmaq bahasına davam etdirmirse, iddiasını elmi-nezeri esaslarla da tesdiqleyirse, o iddianı, o yaradıcılığı desteklemeliyik. Xaqani Has iddia edir ki, “yeni edebi dil yaratmaq isteyirem”. Lap yaxşı, ela.Desteklemeliyik.Nedir axı bu paxıllıq? Hesablaşmağı, razılaşmağı bacarmırıq. Xaqani muellim meqalelerinde, müsahibelerinde ne iddia edirse şeirini de o cür yazır. Nece şeir yazırsa, şeirlerinin nezeri bazasını da eyni istiqametde qurur. “Mence şeir filan cür olmalıdır” deyir ve şeirlerini de o cür yazır. Qebul edek, yaxud etmeyek,xaqani bey öz şeirini yaradıb, onun özünemexsus şeiri var. “Kendliler yaxınlaşır yağışaraq”, “evden çıxır çehrayıcasına”, “gözerib uşağın eli”,”bir ağac yaşılca gedirdi”,çoxsaylı şeirlerinde bu qebilden yenilikler var; yenidir bunlar bizim poeziya dilimizde, yeni bedii ifade cehdleridir. Burda heç kes demir ki, Xaqani Hass dahi zaddır.(Xaqani bey,qadan alım,adın nece yazılır? Hass yoxsa Has?) Ancaq onun bu cesaretini,yenilik hevesini, axtarışlarını, keşflerini teqdirle qarşılamalıyıq.

    Son bir söz: eger Xaqani beyin bir şeiri başqa şairlerin de yaradıcılığının müzakiresine sebeb olursa, bu, o şeirin gücüne, böyüklüyüne delalet edir.

    ps. Mahmut, canım kardeşim, sen yazarken okuyamıyor musun? :) )))
    msn-de konuştuklarımızı yazmışsın, ben zaten yukarıda yazmıştım. üstelik çok celallenmişsin. yahu, sana ne azerbaycan şiirinden?:))) yalnız,azericesi de iyi kalmış aklında: şair gülün harasında ağlayar? :) ))
    herkese;pelin’e, onur’a,cengiz’e, hakani’ye, sultan hanıma selamlar ve sevgiler.

  18. Cok guzel metndir, Mahmut bey ellerinize saglik. Hakani Has’in buyuk bir sair olduguna bizi ikna ettiniz. Bundan sonra onun degerini bilecegiz. Saygilarla.

  19. Mahmud bey, cox aqressivsiniz.bu qeder olmaz!

  20. Mahmut Ölmez qardaşım! Men Xaqani Haş haqda yazmışam, onunu şeirleri haqda fikirimi dediyim üçün bir daha münasibət bildirmək istəmirdim, amma Sizin yazdıqlarınız, xüsusi ilə də – “Ama siz bu büyük nimeti kör bir cahillikle elinizin tersiyle itiyorsunuz. Siz bu büyük lafları düşünmeden sarf ederken, biz merak ediyoruz doğrusu siz kimsiniz? Neler okudunuz? Neler yazdınız? Bunca emeği görmemek büyük ayıptır doğrusu. Sizden umudumuzu keseceğiz böyle giderse”. – məni yenidən yazmağa məcbur elədi. Nə haqla belə hökm verirsiniz? Neler yazdığımız bir tərəfə, amma hər halda Sizlər bu sətirlərin müəllifindən çox oxuduğunuzu iddia edə bilməzsiniz. Elə bir ölkədə doğulduq ki, işimiz-gücümüs ancaq oxumaq idi, buna məhkumduq. Bu şeirləri bəyənməmək, tənqid eləmək nədən cahillik olmalıymış, özü də kor bir cahillik? Necə olub, biz dünyanın en önde olan yazarlarını başa düşürük, dəyərləndiririk, amma Xaqani qardaşımıza gələndə ilişirik? Siz hansı əməkdən danışırsınız,ayıb olan nəymiş? Qardaş ölkənin mədəniyyət saytına şərh yazanda Türkiyəni təmsil elədiyinizin, nələr yazdığınızın fərqində oldunuzmu? Demək Siz buyurursuz ki:
    bir itli axşamda
    kəndlilər və qadınlar
    düz xəttlər və baxışlar
    ərlər və baxışların davamı
    və gül
    və sair bu kimi nümunələri bəyənməmək ayıbmış, cahillikmiş? Bir də oxuyun, düşünün, bəlkə tərsinədir? Biz öncə rus, sonra da qərb ədəbiyyatından təsirlənmişik, sizcə əsasən qərb ədəbiyyatından, amma o qərblilərin də böyük əksəriyyəti Tolstoyu, Dostayevskini, Bulqakovu, Çexovu özlərinini müəllimləri hesab eləyirlər. Bu da şərt deyil, ədəbiyyatların müqayisəsinin, türk, ya Azərbaycan ədəbiyyatmü, iddia eləməkdən uzağam. Dediyim odur ki, yazar üçün əsas şərt nədən yazmağı, hansı cərəyanı təmsil eləməyi, kimdən təsirlənməyi yox, istedadı və necə yazmasıdır. Sənət deyilən bir nəsnə var,bu nəsnə bədiiliyi, poetikliyi, böyük sözü, mənanı, işığı, rəngi, səsi özündə əxz eləyir. lütfən deyin, yuxarıdakı nümunələrdə bunlardan hansı var ki, biz cahilliyimizə salmışıq, görmürük? Şərhini yaz, qardaşım, hədələrə, – Sizden umudumuzu keseceğiz böyle giderse, – ehtiyac yoxdur, biz belə şeylərə öyrəncəliyik, yerindən duran bizi hədələyir onsuz da…

  21. Öncelikle şunu söyleyeyim, “biz” demekle Türklerden değil, metinde adı geçen edebi gruplardan söz ediyoruz. Onlar adına konuşuyoruz. Burada Rus edebiyatıyla Türk edebiyatını yarıştırmıyoruz. Sadece uluslar üstü olan “edebiyat” adına dostça bir şeyler yapmaya çalışıyoruz. Size, sizin dışarıdan nasıl göründüğünüzü, gene sizin yararınıza söylemeye çalışıyoruz.
    “Hede” sözcüğünü İran Azerisi bir dostumuzdan şimdi öğrendik ve çok şaşırdık. Siz sanırız Türkçe bilmediğiniz için söylemek istediklerimizi yanlış anlamışsınız. Orada asla bir tehdit (hede) yok. “Sizden umudu kesmek” tehdit değildir dostum. Azericesi şöyleymiş: “Bele getse, sizden elimizi üzeceğiz”. Çok çığırtkansınız. Bizse bu tür şeylere alışık değiliz.
    Kalbinizi kırdıksa özür dileriz sizden. Ancak ortaya koyduğunuz yapıtlarınızdan, makalelerinizden ve buraya yazdığınız yorumlardan (şerhler) anladığımız budur. Söylediklerimizin ne anlama geldiğinin ve neyi temsil ettiğimizin elbette ki farkındayız. Emin olun biz edebiyatı da şiiri de ve bu konularda yazmayı da iyi biliyoruz. Aramızda bilmeyenler varsa yazmazlar, susmayı tercih ederler zaten, merak etmeyin. İçimizde onlarca Pen üyesi var, Avrupa’da yayımlanan, ödül almış değerli yazarlarımız var. Biz birbirimizi koruyup kollamak zorundayız. Değerli bir eserin arkasında durup onu korumakla yükümlüyüz. Bir eser -siz de bilirsiniz ki- hiç de kolaylıkla üretilmiyor. Belki aylarca süren sancılı bir dönemden sonra ortaya çıktığında biz koca adamlar, sevinçle karşılıyoruz onu. Beraber ciddi bir biçimde değerlendiriyoruz. Çağdaş Avrupa, Amerika, Uzak Doğu, Latin Edebiyatıyla karşılaştırıyoruz. Ama sizin bir yorumunuzda tüm bu emek yok sayılıyor. Sadece kötülemek ve olumsuzlamak için görüyorsunuz, öyle okuyorsunuz. Bu çok acı vericidir. Bu bizce terbiyesizliktir. Eğer sinirli bir şekilde yazdıysak nedeni bu. Ne demek dize (mısra) çalmak? Yazdıklarınız çok ciddi suçlamalardır, ne şekilde ve ne isimle yazmış olursanız olun.
    Siz, Azerbaycanlı yazarlar olarak birbirinizi sürekli olumsuzluyorsunuz. Edebiyat bir topluluk işidir, destek yok sizde, köstek var. En baştan reddetmek var. Bu çok üzücü. İşte ayıp olan budur. Madem tüm dünya edebiyatını biliyorsunuz, o yorumu kim yazdıysa böyle olmamalıydı, izin veriyorsunuz buna. İzin vermemeliydiniz. Kendi şairinizi, yazarınızı, aydınınızı korumuyorsunuz. Farkındayız, ne yazık ki artık ülkenizde yeterli sayıda yayınevi, basımevi, kitabevi bulunmamakta. Yalnızca Rus Edebiyatından beslenmek, oradan Avrupa’ya vs. açılmak da güç olabilir. Birçok zorlukla karşı karşıya olabilirsiniz. Öyleyse zorlukla yaratılan bir yapıtı değerlendirirken hassas olmalısınız. (Azer Ehmedov Bey’i ayrı tutmak isteriz. Yorumundan sanatı çok iyi bildiği açıktır.)
    Hakani Bey’in yazdığı şüphesiz tek doğru, güzel yazın değildir. Zaten edebiyatta, sanatta tek doğru diye bir şey olmaz, ileri ve çığır açıcı, dili zorlayan ve onu yeniden yapılandıran edebiyat, çağın edebiyatıdır. Eğer beğenmedinizse, bunu ifade etmenin bile oturaklı bir yolu vardır, bu bile edebi değeri olacak bir biçimde yapılmalıdır. Eleştiri bambaşka bir sanattır. Buraya yazı yazarken kaç kez düşünüyoruz doğruyu yazabilmek, doğru şekilde ifade edebilmek için. Ama daha okuduğu kitaplar bir elin parmaklarını aşmayan biri gelip ne hakla “heç özü de bilmir ne deyir. baş qoşmayın ona:)))))” yazabilir? Biz bu kişinin (erkek ya da kadın) kültür seviyesini anlamaz mıyız? Olumsuz bir fikir bile öyle yapıcı bir biçimde sunulmalı ki yazar size teşekkürü borç bilmeli. Asıl edebiyat eleştirisi budur, yoksa geçerken bir laf da ben söyleyeyim demek değil. Sanat, gene sanat üzerinden ve sanat yoluyla eleştirilir. Hakaret, alay ya da “olmaz!” diye kestirip atarak değil. Peki, neden “olmaz”? “Olan” nedir?
    Burada yazılanlarda gördüğümüz şu: Siz tek tip edebiyat istiyorsunuz. Biz size sormak istedik, ne okudunuz, ne yazdınız diye. Çünkü şaşırdık. Edebiyatın bu denli gerisinde durmanız şaşırtıcı. Bir yazarın, şairin ne yazdığı kadar, ne yazdığını bilmesi de önemli. Bu da kuramsal (teorik) altyapıyla olacak şeydir. Tolstoy’da kaldıysanız durum kötü. Paul Auster, J.L. Borges, Philip Roth, Jose Saramago, Cortazar, Buzzati, Ursula Le Guin, P. Kindred Dick, R. Brautigan, Dorris Lessing, Günter Grass, Carlos Fuentes, Michael Ende, İ. Calvino, Oğuz Atay, Yusuf Atılgan, Bilge Karasu, İ. Pelevin, Sorokin… gibi yazarları; R. Barthes, T. Eagleton, H. Bloom, J. Baudrillard, J. F. Lyotard, Susan Sontag… gibi sanat ve edebiyat kuramcılarını (teorisyenlerini); A. Breton, Philippe Soupault, J. R. Jimenez, J. Prevert, G. Apollinaire, L. Aragon, T. Eluard, B. Cendrars, P. Reverdy, A. Artaud, Michaux, H. Pichette, M. Derviş, K. Kavavis, A. Gingsberg, E. Pound, William C. Williams, Charles Wright, T.S. Elliot… gibi şairleri okumalısınız Aslan Bey. (Ama Salvador Dali’yi de okumaya da devam edin )))))) Bunları okuduktan sonra, Hakani Bey’in şiirlerini anlayacaksınız.
    Biz, sizin edebiyatınız için, büyük edebiyat için çırpınan, sizin okunmanız, Türkçeye, İngilizceye çevrilmeniz için uğraşan, kendi de çok değerli bir yazar, şair, eleştirmen olan bir aydından söz ediyoruz. Minnet duymanız için değil, sadece saygıyla susmak bile yeter, eğer diyecek bir sözünüz yoksa.
    Ama o kadar saygısızsınız ki. Biz böyle dedik çünkü o yorumlarda cahillik var. Sürekli bir olumsuzlama ve aşağılama var, alay var. Ama edebi bir yorum, yok denecek kadar az doğrusu.
    Kusura bakmayın, bizim dışarıdan gördüğümüz budur. Ama madem onca okudunuz yazdınız, edebiyat anlayışınızı sadece bize değil tüm dünyaya bu şekilde yansıtmalıydınız. Yorumlardan bu anlaşılmıyor. Keşke biz bunun aksini, tersini görebilsek. Söylediklerimizden utansak.
    “Dediyim odur ki, yazar üçün əsas şərt nədən yazmağı, hansı cərəyanı təmsil eləməyi, kimdən təsirlənməyi yox, istedadı və necə yazmasıdır.” Bunu söylüyorsunuz, çok güzel. Ama söylediğinize uymuyorsunuz. Biz size Hakani Bey’in eserinden alıntılarla şiir öğretecek konum ve durumda değiliz şüphesiz. Sadece Türk yazın tarihini bilen biri bile, (Avrupa’ya gerek yok) bu şiirin değerini bilir, hakkını teslim etmekten çekinmez. Seçtiğiniz dizeleri bağlamından koparmış, anlamaya çalışıyorsunuz. Öyleyse bu haliyle siz bize ne düşündüğünüzü anlatınız edebiyatın sınırlarından çıkmadan.

    Dil sürçmesi olduysa affola. Belki de bu kadarını yazmayı hak görmüyorsunuz bize. Bundan böyle yazmayacağız, ama dediğimiz gibi iyi olan ne varsa, bizi aydınlatacak ne varsa onu koruyup kollamalıyız. İyi bir eser ne şartlarda çıkıyor, biz şahidiz buna.

    Bundan sonra yazmayacağız, çekileceğiz. İşinize karışmak, en son isteyeceğimiz şey.
    Hakani Bey de eğer bunlara tanıksa, kendisinden de büyük özür diliyoruz. Bu siteyi takip eden ya da tatil dönüşü görecek olan tüm dostlara da verdiğimiz can sıkıntısından dolayı üzgünüz. Bu yorumları gerçekten Azerbaycan’da edebiyatın durumunu anlamak istediğimiz için, derin üzüntü ve hayal kırıklığıyla yazmış bulunmaktayız.

    Hepinize başarılar diliyoruz.

    Saygılar, sevgiler,
    Dostlukla…

  22. Vallah siz bu “saqqalli ushaq”i o qeder teriflediniz ki, az qala ona “Resul Rza” mukafatini verek…

  23. Mahmut Ölməz! Bizdə atalar məsəlində deyildiyi kimi, mən deyirəm damdan dama, sən deyirsən kürkümü yama. Yazıya başlamazdan öncə bunu rica ederim, o iranlı türkdən soruşun, tərbiyəsizlik nədir, bunu kimlərə deyirlər, mədəniyyət saytında bu kimi ifadələr işlədilirmi? Qaldı mənim Türkiyə türkcəni bilməyimə, düşünürəm elə bir sorum yoxdu, türkcədən tərcümələr eləmişəm, hələ bir ara türkcə yazmağa da cəhd eləmişəm, Sizin də nə yazdığınızı, nədən yazdığınızı gözəl başa düşürəm. Adını verdiyiniz yazarların bir qismini tanıyıram, yazılarını oxumuşam, hələ bir Güstav Günterin “Tənəkə təbil” – “Jestyanıy baraban” – romanını da tərcümə eləməyə başlamışam, bir qismini isə yerli-dibli tanımıram. Amma bu nəyi dəyişir? Zövqlər eynimi? Kim deyir biz ancaq tənqid eləyirik, şəxsən mən elə bu saytda yazarlarımızı, sənətçilərimizi təblig eləyən, onların əməyini qiymətləndirən nə qədər yazılar, şərhlər yazmışam? Tolstoyda qalmamışıq, qardaşım, amma Tolstoyu inkar eləyəcək qədər də irəli getməmişik, bu Sizlərə düşər. Buyurun, amma bu inkarlar keçərli olur, zaman-zaman boy verir, sonda yenə də dağ dumandan sıyrılıb çıxır, bütün əzəməti ilə görünür.
    Başa düşün, mən əsla və əsla kiminsə əməyinə kölgə salmaram, kimsənin qarşısına çəpər çəkməyi aglıma da gətirmərəm, amma qəbul eləmədiyim, qəbul eləmək üçün də bir əsas görmədiyim yazını da tərifləmərəm. Qəbahətmi? Bu adamı tanımıram, şəxsi tanışlığım yoxdu, nəyə görə adama qarşı haqsızlıq eləməliymişəm? Sizlərlə, dünyaya daha geniş çıxış imkanlarına malik olan qardaş yarazlarımızla daima yazışmaq, əlaqə saxlamaq, polemikaya, debata girməyi arzularam və düşünürəm bundan qazanan yalnız ədəbiyyat olar. Sizin verdiyiniz keçidlərə də baxmışam, vaxtım oldumu, ordakı yazılarla da tanış olacağam. Sizdən bir şeyi soruşum, Orxan Pamuk son dövrlərdə Türk ədəbiyyatını dünyada ən çox tanıdan yazardır, Türkiyədə kimsə onu tənqid edərsə cahilmi adlanacaq?
    R.S. Salvador Dalini amma nə tutubsan! İnternetde süretle yazdığımdan ” işaresi arasında yazmağı unutmuşum. Çünki orda şerhlerin birinde qadının oxunmasından söz gedirdi.
    R.S.S. Dörd dostumla birlikde İstanbulda “Ufuk ötesi yayınları” neşriyyatında “Dört dörtlük” adlı kitabımız çapdan çıxıb və kitabın tərcüməçisi də yuxarıdakı şərhlərdə haqqında söhbət gedən Xanəmirdir.
    R.S.S.S Başı bəlalı Azərbaycanımız, onun ədəbiyyatı haqda kiçik bir iş görənlərə, hətta görmək istəyində bulunanlara belə minnətdarıq!

  24. Xagani Has yazır: “Bu yerdə avtobusdan yad adam düşdü oktyabra..”Nə qədər işlənib bu misra, hətta bir mahnı da var: “bir axsam taksidən düşüb payıza”, Flora oxuyur, sözlərini kim yazıb bilmirəm, Uruqvayda yaşadığıma görə yaxından təqib edə bilmirəm.

  25. Hami sheirler haqda yazir, men sheirleri oxumadan, yalniz sherhleri oxuyub, Matadorun sitat getirdiyin mahniya toxunmaq isteyirem: Matador,
    Nazim Hikmet yazir: “Qatardan enib yaya…”
    yay – turklerde platformadir men bilen.
    Vaqif Semedoglu ise Nazimin o misrasinda yay sozunu fesil kimi anlayaraq onu “neqliyyat vasitesinden payiza enmek” kimi deyishib, dediyiniz Flora oxuyan mahninin sozleri bele yaranib, Vaqif Semedoglunundur: bir axsham taksiden enib payiza. :) ))

  26. sizin niyyetiniz hardan melum olur bilirsiz? iki dene misra tapib, guya sheiri yerle bir edeceksiz. Paxilliqdir bu. Vallah billah paxilliqdir. Xaqani Hass misra-misra oxudur size sheirlerini. Misra-misra oxuyacaqsiz hele. Cox oxuyacaqsiz. Size “tanish gelen” iki misra tapmisiz? Ele ancaq sheirin iki misrasini anlamisiz deyesen. Axtarin, belke yene basha duşduyunuz misra tapasiz… Axirda ezbere bileceksiz bu sheiri.:))))))

    “neyin qanadini üzsen quş olar”.

    Oxudacaq size XAQANİ öz eserlerini misra-misra, cumle-cumle…

    :) )))))))))

  27. Bentamın panoptikonuna Fukovari yanaşma… Bunu Aslanın anlamağını gözləmək sadəlövhlükdür… Ancaq şeire siyasət fəlsəfəsi soxuşdurmaq da elə şeirə təcavüzdür…

  28. Aslan mellim, sene bele başa salım: ay qardaş siz tenqdid elemirsiz, tenqid yoxdur yazılanlarda, tenqid analiizdir, başa düş, tenqid yoxdur yazdiqlarinizda; Xaqani beyin şeirinde bir misrani götürüb “bu ne demekdir” deye soruşmaq tenqid deyil. üslubunuz da mezelenmekdir. Buna tenqid deyilmir. başa düşdün?
    Mence, sen get Xaqani beyin sherlerinden daha cox ezberle :) )))))

    ps: salvador dali, indi de cinsiyyet deyişdirib? qadın olub? :) ))))))))))

  29. “arxadan hiss olunurdu ki, lut kishi bedenidir, Eyilmishdi, ruku veziyyetinde durmushdu. Ayaqlarinin arasinda uzaqdan bulaniq-dumanli qirmizi parildayirdi. Bu fotoeser tehlil edilmeli idi. Her kes oz fikrini dedi. Biri ise muellifin obyektivdeki insanin rektumundaki qirmiziya diqqeti celb etmek, onun babasilden eziyyet cekdiyi ucun ikiqat qaldigini demek istediyini dedi oz sherhinde…
    Eslinde ise fotografin niyyeti obyektivdeki insanin ayaqlari arasindan uzaqda bulaniq gorunen qirmizi gulu gizletmek idi”
    “Movsumsuz” dostlar, sinirlenmeyiniz, hirslenmeyiniz ebesdir, deymez buna. Xaqani Has tenqid edilse de, goylere qaldrilsa da biz tanidigimiz insandirsa ele Xaqani Has olacaq, hem anlashilacaq, hem itelenecek. Nece ki, Photography kursunda telebelerin ekseriyyeti gozlerini gizledilmish gulun qirmizisina deyil, rektumdan cole cixan babasilin shishkin qizartisina dikmishdi…

  30. Postmodernpərvərpərəst, gözel bir meqama toxunmusuz. Men bele deyerdim, şeir alınıb, siyaset felsefesi şeirde yamaq kimi görünmür. Ancaq ümumi götürende, felsefe Xaqaniye mane olur. Mence. Diger terefden, yaddan çıxarmamaq lazımdır ki, Fuko dil haqda fikirlerinde, LAUTREAMONT-un “Maldoror” eserindeki bezi mensur şeirlere bir nece defe referans verir. Xaqani de bir şeirinde Fukoya referans verir. Mence lap ela paslaşmadir. Ugurlu alınıb.
    Sizden bir xahişim olacaq, Postmodernpərvərpərəst, vaxtiniz olanda burdan Aslana bir nece kelme yazın, bir balaca başa salmağa çalişin. Nolar, allaha da xoş geder.
    :) )))))))))

  31. Ne isə… Bu şərhlərdən sonra yazmağa söz tapa bilmirəm. Zor-xoş, bu yazıları mənə sevdirmək, əzbərlətdirmək istəyirlər, hələ bir başa da salmağa çalışırlar, bu zaman etika-filanı da unudurlar azından! Siz deyən olsun, biz başa düşmədik bu inciləri! Adam dahi, yazdıqları şeir deyil, qeybdən gələn vəhy, amma indi neyləyək, başa düşmürük. Siz başa düşün, bizə də yetər! Bəzi mətləblərdən isə hər halda agah olduq, yəni sayənizdə, sən demə tənqid analizmiş nə az, nə çox, Xaqani qardaşımız bu şeirində Fukoya pas verirmiş, amma ədalət naminə deyim ki, necə pas verdiyini başa düşmədim, heç onu da başa düşmədim bizim şairlərimiz şeirlərini yazanda Fukoya pas verməsələr şeirlrinin aqibəti necə olacaq, bu paslaşma,- Allah, ALlah, – mütləqdirmi? Qardaşım, birinizin qabağını kəsdikmi, bu şeirləri oxumayın, sevməyin deyə? Elə isə anlaşılmayan nəymiş? Axı Sizlər hər halda başa düşürsüz….

  32. Uşaqlar, sizə elə gəlmirmi ki, burada şərh yazan “Azər Əhmədov”, “Guly”, “PR-Rauf”,”Mevsimsiz”, “M.Ölmez” adlı istifadəçilər eyni şəxsdir – bu elə Xaqani Bəyin özüdür?

    Qəşəm Nəcəfzadə müəllimi özünü reklam etdiyinə gözümçıxdıya salanlar Xaqani müəllimin bu hərəkətinə nə deyərlər görəsən.

    Şeirlər haqqında qısaca: Kral lütdü!Hətta o dərəcədə ki, Abbas Atilay demişkən, babasili də görünür… (kralın ha)

  33. mən də belə düşünürəm.
    boş qab gumb edər – demiş atalar..

  34. Həzarat, niyə bu adamı “istedadlıdır” deyib bu qədər reklam edirsiniz?! İstedadlının bu qədər reklama ehtiyacı olmaz (təbii, əgər istedadlıdırsa)…

  35. Ay uşaqlar, neynirsiz edin, ancaq hec kime böhtan atmayin. Qarımamış Qız, sene ne axı, bu niklerle yazan kimdir, sen ne yazıldığına bax.
    Azerbaycanlıları paxıllıq öldürecek…
    şeiri analiz edin, şeiri, şeiri… Sene ne var, kim hansı nikle yazır. bes sen kimsen? sen kimseeen? adın familiyan nedir?
    senin kimi adamlar min il qala Xaqani müellimin dünya görüşüne, seviyyesine, xarakterine çata bilmez. Onun bele şeylere, özünü reklama ehtiyacı yoxdur. senin ölken kimi zibilxanaya da ehtiyacı yoxdur. bu lenetli ölkede tebliğ olunmağa da ehtiyacı yoxdur.
    kimin hansı nikle yazdığını bilirsen? Guly İstanbul universitetinde telebedir; men ankarada yaşayıram, adım raufdur, meni yaxşı tanıyırlar, fransız dili ve edebiyyatını qurtarmışam, “proletar” nikiyle yazıram virtual alemde, Mahmut Gökhan Ölmez türkdür, eslen Adanalıdır, Ankarada yaşayır, edebiyyatla meşğuldur, bu yaxınlarda da yeni jurnal çıxaracaqlar- “eylülce”, google-dan baxarsan. Azer Ehmedov, ABŞ-da yaşayır, universitetde müellimdir, aAatoran jurnalında şeirleri çap olunub. Abbas Atilay, Norveçde yaşayır, fotografdır. bes sen kimsen? başa düşün, boş qablar, XAQANİ HASSın sizin kimi bedbextlere özünü reklam etmeyine ehtiyac yoxdur. Ara qarışdırmayın.
    yadında da saxla, xaqani müellim senin kimi savadsız adamlarla ünsiyyet qurmaz, elaqe yaratmaz, qoşulmaz senin kimi adamlara. senin kimi adamlara cavab vermez. azerbaycanlılıq elemeyin, ürek bulandırırsız. burda heç kes Xaqanini reklam elemedi, onun tebliğatını da aparmadı. ona dahi zad demirik biz, dahi sizsiniz, zibilliklerdekiler. biz onun şeirini analiz eledik, analiz lazım olanda deyersiz, yazarıq. yazılanları bir de oxuyun.

    “allaha bir beden lazımdırsa
    o menimkidir zibilliklerde”.

    yeniye yeni deyeceksiz, bunu size Xaqani dedirdecek, narahat olmayın, onun yaradıcılığında yeni olan elementleri yuxarıda yazmışam. budur reklam? reklam budur? bu reklam deyil, tehlildir; müqayise elemişem Xanemirle Xaqaninin şeirlerini, tehlildir bu, reklam deyil, başa düşdün? başa düşdün, ay bedbext azerbaycanlı. yeniye yeni deyeceksiz. gedin işinizin gücünüz dalınca…
    Xaqani kimi adama böhtan atmayın, o sizin tayınız deyil.

  36. Xagani Has yazir:
    “enli bir pişik yolu ölçür eninə
    tanklar keçə bilərmi deyə…”
    hami susur;
    fehleler 12 saat ishleyir qan-ter icinde;
    er qadinini zorlayir;
    goyden viyiltilarla yumuru demirler tokulur insanlarin bashina;
    azan sedalari altinda insanlar asilir;
    (hami ishini-gucunu atib gozlerini dikib enli pishiye)
    qaramaskalilar evden kimseni ogurlayir;
    insanlar yolun ortasinda vurulur;
    qishda havalar isti kecir;
    corek kesiyinden goz yashi buglanir;
    Xagani Has yazir: “…kecdi…”

    heyat o enli pishiyin yolu olcmesidir, enli pishiyin yolun o teref-bu terefde olmasi deyil, yolu kecmesidir heyat, prosesdir heyat. “enli bir pişik yolu ölçür eninə
    tanklar keçə bilərmi deyə…” ile “kecdi”-nin arasidir heyat, ne isteyirsinizse soxun ora, Xagani Has bu sheraiti yaradib size.
    ps: Rauf, sen fransiz dili-edebiyyatini bulbul kimi otursen, amma xebein varmi ki, adivin anagraminda (Urfa) insanlar cahil olduqlarindan xebersiz kef edirler?

  37. ay yazig camaat men ne deyim axi size ? dilim qelmir size nese deyim haminiz azerbaycani teshkil eden qara smokinin bir zerreciyisiniz ayri ayri… Xaqani Hass-a hormet edin qanmasazda sebebini siz hormet edin ferz edinki cennete dusheceksiz ! (sizde ancaq bele sozler musbet reaksiya oyada biler) mense qirishmish smokinin T-sindeyem..

Şərh yazın