Cavanşir YUSİFLİ. ÜÇ MƏTN.
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 22 Eylül, 2008Epistolyar janr insana olmazın azadlıqlar verir. Vaxtilə “Bərpaçıya məktublar”ı yazırdım. Yazdım və usandım. Necə deyərlər, heç nə bərpa olunmadı, əksinə nəzərdə tutduğum nəsnələr bir az da bərbad hala düşdü. Ancaq… məktub yazmaq hər şeydən üstün və gözəldir. Zaman keçdikcə, biz öz içimizdə süzülür, durulur, gilə-gilə azalır, hər şeyin dibinə çatırıq. Bu dünyada nə varsa sükunət içindədir, tərpənməzdir, bizə elə gəlir ki, hər şey axır, üzü qayıtmazlığa gedir və sair. Saat çöldə yox, içimizdə işləyir. Saatın olması, qola taxılması, divara vurulması, stolun üstünə qoyulması bəlkə elə onun olmamasının əlamətidir.
Bu saatın hər an dayanmasına hazır olmaq lazımdır. Söhbət sadəcə ölümdən yox, yuxarıda dediyim kimi, bir gün hər şeyin dayanmasından gedir. Və bizə elə gəlir ki, yazılarımızla guya nəyisə öyrənir, yaxud tədqiq edirik. Heç nəyə əlimiz çatmır. Nə illah eləsək də təfəkkür deyilən dərininə yox, elə eninə işləyir. Bir şeyi müxtəlif variantlarda təkrar etmək insanı usandırır. Ölüm elə bu üzdən gəlir. Bir şeyi dəqiq, sonuna kimi öyrənməmiş gözlərimiz tutulur, ancaq necə deyərlər, içəridə işıq yanmır ki, yanmır…
Daha burada “niyə” sualını vermək yersizdi. Həmişə yaxşı şeylər yazdığını iddia edənlərin qışqırığı (qara qışqırığı) üstümüzə gəlir, insanları narahat edir, bir şeyi yazmaq istəyən adamların onu hamıya məruzə etmək arzusu, dili quruyana qədər danışması… hər şeyi qiymətdən salır. Yəni, çoxumuz üst səthə sürüşə-sürüşə gedirik, öyrənmə, yazma susqunluq gətirmir, qara-qışqırığı artırır və bu da xeyli başqa problemləri doğurur.
Mən istənilən bu tipli yazıların içində bir “səs bataqlığını” görürəm. Artıq buna vərdiş etmişəm. Həm də gözəlliyin, gözəl olan şeyin klassik parametrləri qarışıb, bir-birinin içinə elə geydirilib ki, yaxşı ilə zəif yazını, həyəcanla qışqırığı ayırmaq qəti mümkün deyildir. Nədənsə, bu adamlar ilahi qüdrətə malik olduqlarını hər yazısında bəyan edir, çoxmərtəbəli obrazların içində … nə pis ki, yol yoxdur. Yol artıq yoxdur. Yol anlayışı necə deyərlər “doymuş məhlul” halına keçib. Yəni, həm də o qədər yol var ki, bunların içiylə hara gedirsən get, yenə başladığın nöqtədəsən.
Zaman bir dəfə doğulur, böyük insanlar, böyük hadisələr, qlobal əhəmiyyətli əsərlər yetirir. Zamanın bətnindən doğulan bu nəsnələr sonradan kopyalanır, milyon ildən sonra təzə adla meydana çıxır. Bir dönəm zamanın sonrakı gedişatı üçün sadəcə güzgü rolunu oynayır. Güzgü elə tutulur ki, yalançı “səfər” effekti yaranır. Yalançı səfər effektinin içində hara getsən də, qurtula bilməyəcəksən….
İndi bu effekt ifrat şəkildə güclənib, geridönməz xarakter alıb və hər gün onun bəhrəsi kimi yalançı əsərlər – şeirlər, yalançı hekayələr, elmi tədqiqatlar boy verir, dünyanı sarır. Nə qədər “gözəl sifətli” olsalar da gün işığına düşən kimi “yanırlar” – aparatdan ehtiyatsız çıxarılan fotolent kimi. Bu, bir tərəfdən də yaxşıdı. Çünki bu yanma effekti bir belə ağır kütlənin birbaşa üstümüzə yeriməsinin qarşısını alır. Əvəzində (ən pisi – !) informasiya ilə çirklənməkdir. İstəsək də, istəməsək də, hər şeyə bulaşırıq.
Amma ….
Bir yaxşı şey bunların hamısını unutdura bilər. Məsələnin ən qəliz tərəfi də elə bundadır. Dünən bir əsər oxudum. “Nəsimi və klassik dini üslubun təşəkkülü”. Bütün məziyyətlərinə baxmayaraq (bu məziyyətləri heç görən də yoxdu-!), əsər, bir növ, həm də şikəst fantaziyalarla doludur.
Mətn
Mənə belə gəlir ki, istənilən dövrdə qələmə alınmış bədii mətndə əsas cəhət ideoloji yön deyildir. Başqa sözlə desək, bədii mətnin öyrənilməsi kompleks yanaşma tələb edir, tədqiqatçının bir sıra başqa “dillərə” vaqif olmasını şərtləndirir, əks təqdirdə – ən yaxşı halda heç nə ilə izah edilə bilməyən qəribə bir kollaj alınır. Bu kollajın ayrı-ayrı elementləri – hissəcikləri arasında əlaqə olmur – onlara birbaşa keçid – o baş-bu başa tapdanmış yol mövcud olur. Deyək ki, Nəsimi dövründə yazılmış şeiri o dövrün ideoloji-siyasi…. təfəkkür axınlarını bəlirləməklə təhlil etməklə mətnin bətninə hopan ovqatı, bədii enerjini tapmaq, bu yazının içinə hörülən mətləbləri aşkarlamaq mümkün deyildir.
Bizim ədəbiyyatşünaslıqda fikrimizcə, əsas yanlışlıq bədii mətnə münasibətdədir, yəni nə qədər qiymətli (təhlil baxımından) fakt önə çəkilib yazılsa da, bu qədər işin nəyə görə icra edilməsi, hansı məramla qələmə alınması son nəticədə böyük bir sual altında qalır. Niyə? Hər şeydən öncə ona görə ki, yazan adamda nəyin pis, nəyin yaxşı olmasına aid heç bir təsəvvür yoxdur və bütün bunlar sadəcə yaza-yaza formalaşır. Yaza-yaza formalaşan fikirlər əksər halda yanlış olur. Füzuli, yaxud Nəsimi haqqında yazılan ən son əsərlərə diqqət yetirdikdə də bunun çox kədərli nəticələrini görürsən. Dərhal M.F.Axundovun “…Müsyö Jordan və Dərviş Məstəli şah” pyesi yada düşür. Onlarda rüşvəti aşkarda alarlar, bizdə xəlvəti…. Onlara fakt geniş ümumiləşdirmələr aparmaq üçün lazımdır, bizə – fikri bəsitləşdirmək üçün. Məsələn, yuxarıda adları çəkilən sənətkarların əsərlərini təhlil edən araşdırmaçıların ağlına heç zaman gəlmir ki, şeirdə onun özünü axtarsınlar, görsünlər, indiylə müqayisədə keçmiş əyyamların möcüzələrini gəzməsinlər, mətnə baxsınlar, mətndən kənara qaçıb “hava dəyişməsinlər”. Bəsitlik budur – əsrlər boyu axan, hərəkətdə olan, necə deyərlər, dünyanın bu başından vurub o başından çıxan şeirlərdə hansı sirr dağarcığı ola bilər?!
Adicə bir fakt: sufi mətnlərinin və ya mənbələrinin təsiri altında (lap deyək ki, çox güclü təsiri altında) yazıb-yaradan şairin əsərlərində başqa mətləblər, o mənbələrə dəxli olmayan, mahiyyəti etibarı ilə onları təftiş edən güclü bir istiqamət ola bilməzmi? Yaxud bu meyllərin hamısı, necə deyərlər, bir canda “birləşə” bilməzmi? Nümunə üçün “Azərbaycan ədəbiyyatının tarixi poetikası” (Bakı, “Elm”, 2006) kitabına müraciət edək. Məcmuənin ikinci kitabında (“Poetik Fikrin Təkamülü”) f.e.d. Kamil Hüseynoğlunun “XVII–XVIII əsrlərdə Azərbaycan şeir sənətinin inkişaf xüsusiyyətlərinə dair” məqaləsi yuxarıda izah etdiyimiz “kollaj stixiyasına” tam uyğun gəlir. Həcmcə kifayət qədər böyük olan bu məqalədə xatırlanan dövrə aid nə qədər rəngarəng faktlar sadalansa da, onların bir-birlərinə keçid mexanizmi, ən müxtəlif ədəbi hadisələrin analitik-müqayisəli izahı, ədəbi dövrü səciyyələndirən müxtəlif cəhətlərin dərindən araşdırılması büsbütün yoxdur. Müəllif bu faktları elə təsvir edir ki, elə bil hər bir hadisə baş verərkən yanında olub, indi nəfəsini dərərək onlara şahidlik edir, yadından çıxarır ki, kifayət qədər ciddi mövzunu filoloji mətnləri tutuşdurmaqla incələməli və Azərbaycan şeir sənətinin özəlliklərini, onları doğuran səbəbləri göstərməlidir. Janrından asılı olmayaraq hər bir elmi məqalədə hər halda araşdırma deyilən fakt iştirak etməlidir, yəni, kobud şəkildə deyilərsə, müəllif müəyyən bir mövzunu araşdırmalıdır! Əks halda, üzr istəyirik bütün bu faktlardan kollaj yaradıb onsuz da məlum olan fikirləri bəsit formada nəql etmək cəfəngiyyatdan başqa bir şeyə yaramaz. Biz nəyə görə bu məqaləni seçdik? Əvvəla, məqalənin adı kifayət qədər iddialıdır, burada çox mürəkkəb və maraqlı hadisələrin analizinin çözülməsi ilə rastlanmaq perspektivi ola bilrədi. Ancaq, yuxarıda xatırlatdığımız kimi, K.Hüseynoğlu, əksər yazılarında olduğu kimi, şeir sənətinin inkişafı haqqında (əgər belə demək olarsa) ədəbiyyat tarixindən və ən azı N.Cəfərovun müəyyən məqalələrindən məlum olan mülahizələri çox bəsit formada təkrarlayır və milli filoloji fikirdə bəsit təfəkkürün, iddialı, ancaq primitiv araşdırmanın “çox parlaq” nümunələrini ortaya qoyur. Elə anlaşılmasın ki, biz hər hansı məqalədə faktların sadalanmasına, ümumən faktlardan istifadənin (hansı dərəcədə olursa-olsun) əleyhinəyik, məsələ ondadır ki, fakt və məxəzlərdən necə istifadə olunmasından asılı olmayaraq tədqiqat predmetinin dərki, onun dərinliklərinə enmə bacarığı, ən müxtəlif səviyyələr, mətn yarusları arasında təbii və digər əlaqələrin aşkarlanması vacib məsələdir və bunlarsız hər hansı mövzuda araşdırma aparmaq iddiasına düşmək gülüncdür. Beləliklə, Kamil müəllim yazır: “…Qeyd etmək lazımdır ki, XVII əsr Yaxın və Orta Şərq şeiri üçün çox səciyyəvi olan və forma gözəlliyi xatirinə poetik əsərin mənasını dolaşıq, anlaşılmaz bir hala salan “hind üslubu” (“səbki-hindi”) anadilli poeziyamıza o qədər də sirayət edə bilməmişdir. Bu cərəyanın təsirinin azaldılmasında sadəliyi ilə seçilən folklor üslubunun rolu xüsusi qeyd edilməlidir”. Gülməli məntiqdir. Müəllif bir tərəfdən, özü dediyi kimi qeyd edir ki (amma, bizcə nə qədər çalışsa da, heç nəyi qeyd edə bilmir), hind üslubu anadilli poeziyamıza o qədər də sirayət edə bilməmişdir, o biri yandan isə, guya “bu cərəyanın təsirinin azaldılmasında sadəliyi ilə seçilən folklor üslubu xüsusi rol oynamışdır”. Sonra. Hind üslubuna qaçaraq verilən “tərif” məqalənin ən gülməli məqamıdır. Burada “sadəliyi ilə seçilən” ifadəsi adamı lap mütəəssir edir! Kamil müəllim, folklor üslubu hansı baxımdan sadədir, məgər üslubları bir-birindən sadəlik, yaxud mürəkkəblik fərqləndirir? Müəllif eyni ardıcılııq və səliqə ilə fikrinə davam edərək qeyd edir ki (-!), “bəzən xalq romanı kimi qiymətləndirilən dastan janrı nağıl və xalq əfsanələri əsasında formalaşmışdır. Dastan janrının başlıca xüsusiyyəti bundan ibarətdir ki, burada nəsrlə söylənən əhvalatlardan əlavə şeirdən də geniş istifadə edilir. Qəhrəmanların deyişməsi, onların keçirdiyi müxtəlif hisslər, ən mühüm hadisələrə olan münasibətləri, bir qayda olaraq, qoşma və yaxud gəraylı formasında yazılan şeirlərlə ifadə edilir. Dastanın nəsr hissəsini aşıqlar məclislərdə təhkiyə üsulu ilə söyləyir, şeirlərini isə saz havaları tərzində oxuyurlar”. Bir daha fikir, ifadə bəsitliyi ilə rastlaşırıq. Ədəbi prosesin gedişatı elə təsvir edilir ki, yuxarıda yazdığımız kimi, müəllif elə bil başına gələnləri nəql edir və onun hekayəti ifadə primitivliyi ilə seçilir. Hər bir hekayət beləcə, məhz artıb-azalmayan bəsit ardıcıllıqla davam edir və məqalədən heç nə yadda qalmır. Daha doğrusu, müəllifin bu məlum faktları niyə xatırlatması anlaşılmır.
Başqa bir misal. f.e.d. Rəhim Əliyevin “Nəsimi və klassik dini üslubun təşəkkülü” kitabında yuxarıda qeyd edilən mənalarda qüsurlar və ziddiyyətlər mövcuddur. Ciddi tədqiqatçı imicinə malik olan Rəhim Əliyev bütün əsər boyu klassik bədii mətn haqqında bir növ şikəst təsəvvürlərini sübut etməyə çalışır. Bəzən adama elə gəlir ki, müəllif hər hansı bir hadisəni öyrənərkən onun konkret hissəsini seçib-ayırır, yerdə qalan hissələrini isə sadəcə sərf etmədiyi üçün kökündən budayır! Və elə mülahizələr irəli sürür ki, düşünürsən ki, “nə üçün” soruşmaq “küfr” olardı. “…Bu baxımdan biz əminik ki, dünyəvi hissləri yekməna şəkildə tərənnüm edən şeirlər şübhəsiz ki, Nəsimiyə aid deyildir. Şairin şeirlərinin tam əksəriyyəti Allaha həsr edilmişdir. Hürufilik baxımından isə Nəsimi üçün Allah – Fəzlullahın siması idi. Fəzl Nəsimi üçün bütün varlığı və səmimiyyəti ilə inandığı bir olan Allahın məzhəri idi. Ona görə də Nəsimi Fəzlullah barədə ancaq monteizmin müqəddəs kitablarında işlənmiş epitetləri işlədirdi, adi, dünyəvi poetizmləri isə Allaha aid etməyi yolverilməz sayırdı. Ona görə biz Fəzli dünyəvi epitetlərlə tərənnüm edən şeirləri Nəsiminin əsərləri hesab edə bilmərik. Şairin kitablarında yüzlərlə belə şeirlər toplanmışdır. Məsələn:
Firqət içində yürəgim gör ki, nə parə-parədir,
Bağrımı gör bu qüssədən kim, necə yarə-yarədir.
Bu sətirlər tam mənada hürufi leksikasını və üslubunu əks etdirmir….”.
Bizə belə gəlir ki, məhz bu məqam – bədii mətnə filoloji yanaşmanın ifrat naqisliyi bu gün əksər elmi araşdırmlara xasdır. Rəhim müəllim öz anlamında “hürufizmə” enə-enə Nəsimidən və ümumən şeir, poeziya, ədəbiyyat anlayışından uzaqlaşır. Və yavaş-yavaş NƏSİMİ ONU TƏDQİQ EDİR!
Bir daha yuxarıda dediyimizə qayıdırıq ki, nəyə görə, qərb alimləri həmişə faktların altında nələrin olması ilə maraqlanır, bizdə isə əsas diqqət faktların üstünə daş qoymağa yönəldilir?! Jak Derridanın “Poeziya nədir” məqaləsində belə bir fikir var: şeir yaralayır və yaranın üstünə məlhəm kimi səpilir. İki iş – yaralama, şırım açma və yaraya məlhəm kimi sarılma eyni zamanda baş verir. Xalis hürufi şeiri və xalis dünyəvi şeir (Rəhim müəllimin sözüylə) mövcud deyildir. Əgər bunu yazırıqsa, adı cəfəngiyyatdan başqa bir şey olmayacaq! Nəsimi və istənilən klassik haqqında bu şəkildə düşünmək filoloji absurdla nəticələnir və heç bir perspektivi olmayan mülahizələrə meydan açır.
Bir almanın iki üzü…
Son zamanlar bir daha ədəbi prosesin canlanması haqqında mülahizələr söyləndi və bütün bunlar həm də konkret layihələr çevrəsində cərəyan edəndə məlum oldu ki, canlanma, normal və sağlam düşüncələr biz istədiyimiz zaman deyil, öz zamanında yaranır və bunu deməyə sadəcə lüzum qalmır. “Kultaz.com” və “lit.az” ədəbiyyat portallarında bir-birinin dalınca baş verən hadisələr fikrimizə yaxşı misal ola bilər. Nəyə görə müxtəlif intervallarda “deyəsən, ədəbi proses canlanır”, deməyə məcbur oluruq? Səbirsizlik? Naşılıq?
Yoxsa…. sadəcə nigarançılıq.
Bu fikrin zaman-zaman gündəmə gəlməsi həmişə ayrı-ayrı adamların arzusu kimi ifadə olunur. Bizdə nə qədər səhv proqnoz verənlər var… Bir ayrıntı: bu kimi bəyanatlar ədəbi prosesin canındakı qırıqlıqdan xəbər verir. Bir yer var ki, yapışmır, dərindən nəfəs alan kimi, nəfəsi kəsilir.
Durğunluq qana, sümüyə işləyib.
Amma yaxşı ki, kultaz.com portalı canlı “tamaşalar” verir, baxırıq, məlum olur ki, zövqlər, mübahisə mədəniyyəti və digər xüsusiyyətlərimiz bərbaddır. Bir divar uçduqca, hesab edirik ki, məsələ bitdi, ancaq uçan divardan o yana dəhşətli dərəcədə möhkəm divarlar ucalır və bu, açığı nəfəsimizi də, əhədimizi də kəsir… Divar dedim, yaxşı yadıma düşdü:
Sakitliyin amansızlığı didilən əsəblərimdi
Hər gün evimin bir divarı ölür.
Vətəndaşımın vicdanının təmiz yeri
Dilənçimin üzünün kiridi.
Sabaha ümidli şair kirə evində
Donmuş əllərini dişləyib isidirsə
Son dayanacağıdı günlərinin,
Pəncərələrinin qopmuş boyaları,
Açılmayan sabahının günəşinə
Böyüyən bənövşəsi,
Həmin Bənövşə güllərin ən fahişəsi,
Gözlərini utandığından yerə dikmiş qadın
İnsanlığın ən saxtası…
Günayın şeiridir və mücərrəd fikir yığınıdır. Rəylərin birində elə belə yazılmışdı. Amma əksər rəylər ağına-bozuna baxmadan ədəbiyyata aid olmayan hansı elementə görəsə bu tipli şeirlər haqqında əndazəyə sığmayan fikirlərlə doludur. Deyə bilərsiniz ki, portalda belə şeylərin yazılması normaldır. Bəli, çox normaldır, ancaq həmin portalda bu rəyləri elə qələm adamlarının dilindən eşidirik. Bu dərəcədə zövqsüzlük adamı çaşdırır. Bu qədər adam özünü naşılığa vura bilməz. Olsun ki, əvvəl yalan danışırdıq, ancaq indi o yalan bizi udub, həzm edib və yalan kimi dünyaya gətirib. Rasət Pirisoy elə hey danışır və hamını yorur. Qəşəm Nəcəfzadənin fikirləri və yazıları qeyri-səmimi və uydurmadır, saxtadır, ancaq cəmiyyətdə bu adamlar etalon qoyulacaq yerdədəir. Deyəsən, çatmışıq.
Açığı, bu canlanma deyil, haçansa donmuş xəstəliyin işartısıdır. Sonra. Hansı canhövüllü arqumentləsə bəzi adamlar çox adi hadisələri əlahiddə, görünməmiş hadisə kimi qələmə verməyə can atırlar. Səbəb odur ki, qələm adamının ideolojiləşməsi onun zövqünün sönməsinə gətirib çıxarır. Ə.Əylislinin fikrincə, Günel Mövludun şeirləri milli poeziyamızda yeni nəfəsdir.
Baxaq:
Sən mənə
Dörd divar arasında hövllənib
Pəncərəni açaraq
Damda çırpınan
Çöl quşlarına
Həyətdə gəzişən
Küçə pişiklərinə
Pəncərəni örtub
Ev əşyalarına
Sığındığımda
Gərək idin
Bu tipli şeirlərə yazılan rəylər daha qəliz hadisələrin varlığından xəbər verir. Rasət yazır: “…. Mən deyəndə ki, Azərbaycanda ədəbi mühit yoxdur və vaxtı ilə iki ədəbi mühit olub – Rəsul Rza ədəbi mühiti və Əkrəm Əylisli ədəbi mühiti, qəribə etirazların şahidi oluram. Mən elə bilirəm Qəşəmin də, Rəbiqənin də imzaları ciddi imzalardır. Hər halda onların rəyi ilə hesablaşmaq lazım gəlir. Bəs iki ciddi imzanın eyni bədii fakta yanaşmasında belə əsaslı fərq hardan meydana çıxır? Səbəb mürəkkəb olduğu qədər də, sadədir. Bu gün Azərbaycanda ədəbiyyata konseptual baxış mövcud deyil. Ədəbi prosesdə yazıçının yerini təyin etmək müşkülə çevirilib. Günel Mövlud heç şübhəsiz vakuumda yaşamır, şeirlərini də vakuumda yazmır.
Onun şeirlərində ümumi mənzərənin olması təbiidir. Amma Güneli başqalarından fərqləndirən çox ciddi cəhətlər də var axı. Bəs bu cəhətlər niyə diqqəti çəkmir? Buna səbəb, təkrar edirəm, Azərbaycanda əbəbiyyata müasir dünyanın axtarışlarını nəzərə alan (məhz nəzərə alan, onun əlavəsinə çevrilməyən) vahid konseptual baxış formalaşmaması və ədəbi mühitin yaranması üçün zəruri olan bu prosesin gecikməsidir. Əkrəm Əylisli ədəbi mühitində yazıçıları qiymətləndirmə mexanizmləri çox dəqiq idi (o cümlədən Rəsul Rza ədəbi mühitində), bu mexanizmlər istedadı birləşdirən və fərqləndirən cəhətləri çox böyük sürətlə aydınlaşdırırdı. Bir anlıq Əkrəm Əylisli ədəbi mühitinin meydana çıxardığı imzaları xatırlayın… Amma gəlin görək indi bu varmı? Ədəbiyyata çox maraqlı gənclik gəlib, bu gün yaranan hər hansı təcrübə bir saatdan sonra başqasının yaradıcılığında özünü göstərir, bilmək olmur kim hansı təcrübənin müəllifidir. Amma Əkrəm Əylisli ədəbi mühitində heç kəs heç kəsin yaratdığına girişə bilmirdi. Bu o dəqiqə diqqəti cəlb edirdi. Elə məhz buna görədir ki, artıq ədəbiyyat yerində sayır və yeni mərhələyə adlaya bilmir. Günel Movlud kimi maraqlı istedadlar izahını tapmır.
Vaxt isə gedir”.
Vaxt getmir, dayanıb, biz gedirik və Allah axırını xeyir eləsin…
İlk baxışdan doğrudan da “ağrılı” rəydir, ancaq bir dəhşətli mənasızlıq var. Hərə bir yandan dartır, qırılmır ki, qırılmır…
Nə gəlməz oldun?
Zaman ötür, vaxt dəyişir, hər şeyin sifəti, üzü dönür, hər şey “özünə qayıdır”. Ancaq…
Biz gedirik və qayıtmırıq!
Bir məmləkətdə, balaca bir məkanda bu qədər əsəbin, nifrətin, kin-küdurətin yığılması insanı düşünməyə məcbur edir. Həm də ona görə ki, dünyanın başqa yerlərində bu “yığılma” balansı heç də bu kimi şikayətlərin dilə gətirilməsinə əsas vermir. Kin-küdurət, nifrin də yəqin ki, getdiyi yeri tanıyır, o da necə deyərlər, özbaşına deyil, hər şey ümumi cazibə qüvvəsinin içindədir.
Oxuduğum romanların birində belə bir hadisə var idi: fəlakət qopur və bu fəlakət çox böyük istedad sahibi olan bir yazıçının əsərinin süjet xəttinə uyğun şəkildə, oradakı xronoloji ardıcıllıqla baş verir. Yazıçının özünü də oyuna cəlb edirlər, deyirlər ki, sən indi qurulan oyunda iştirak etməklə ən şah əsərini yaradacaqsan. Ancaq…
Ancaq bu, doğrudan da dünyada misli-bərabəri olmayan bir oyundur, o yazıçının deyil, əslində dövlətin, diktatorun, caninin… şah əsəridir. İnsanları elə yerlərindən “cinləndirir”, əsəblərinin elə nöqtələrinə toxunurlar ki, bu “palpasiya” yerlərində müəyyən bir məqama yetişəndə matəm marşı səslənir və insan … durmadan, dayanmadan intihara gedir! Belədə, dövlətin, manyakın, caninin heç bir xüsusi qətl təşkilinə, dünyanın (özü də tərəqqipərvər dünyanın-!) diqqətini çəkəcək kütləvi qırğınlara ehtiyac qalmır! Sən proqramı yükləyir və çıxıb gedirsən! Yerdə qalan özbaşına cərəyan edir. Nədənsə, bu gün Azərbaycan cəmiyyətində baş verən hadisələri izləyəndə yadıma həmin romandakı hadisələr düşür.
Və mənə belə gəlir ki, indi dünyada insanları, ələlxüsus dövləti idarə eləməyin əsasında məhz belə “proqramlar” durur – bundan yaxa qurtarıb qaçmaq, xilas olmaq sadəcə mümkün deyildir. Və belə olanda həmişə məsələnin mahiyyəti bir qıraqda qalır, insanlar, ən böyük şərhçilər sadəcə “diğdığla” məşğul olurlar. Hər bir sahədə yalançı pafos baş alıb gedir. Əsl ədəbiyyatın, gözəl poetik mətnlərin yerini saxta, ancaq orijinalın oxşarı olan nümunələr tutur və onlara “postmodernizm” və sair bu qəbildən adlar verilir. Mən, şübhəsiz ki, Azərbaycan gerçəkliyini nəzərdə tuturam. Bu, Azərbaycanda az qala bütün saxta şeylərə, bütün yalançı hadisələrə, hətta zavod, yaxud fabriklərdə çıxdaş edilmiş, texniki göstəricilərə uyğun gəlməyən mallara vurulan etiketdir. Təki yalanın, yalançı pafosun üstü ört-basdır edilsin! Və beləcə bütün “tullantılar” bir yerə konsentrasiya edilir.
Klassik absurd məntiqi köhnə məkanda, yeni şəraitdə bütün gücü ilə işə düşür….
P.S. Son zamanlar dünya çapında baş verən hadisələr yuxarıda təsvir edilən hadisələrin – dünyanı idarə etməyin üsulunda bir balaca korrektivlərin aparılmasıyla yadda qaldı. Hadisələr elə sürəklilik və ya lad üstündə cərəyan edir ki, istər-istəməz ədəbiyyat, humanitar təfəkkür “gizlinə” çəkilməli olur. Üzdə olan isə ədəbiyyat təəssüratı oyadan siyasət və ideolojinin tullantılarıdır, bu hissə heç zaman qeydə alınmayan, yaddaşa yazılmayan nəsnələrin dünyanı doldurması, əslində batində gedən prosesləri, çox qorxunc və dəhşətli prosesləri ört-basdır etmək üçündür. Siyasət və ideologiya humanitar təfəkkürün içinə soxulub onu “tərk-silah” edir, guya özünü onun kimi aparır, ancaq fon kimi verilən musiqinin ritmi qanlı çağların qabaqda olduğunu hər ladda təsdiqləyir.





(3 səs, hardasa: 3,67 ilə 5 arası)

Yüklənir...
Evvela, deyerli ziyali, gozel insan Cavanshir beyi hem ozunun, hem de oglunun ad gunu munasibetile tebrik edir, her ikisine uzun omur, cansagligi arzulayiram.
Allah hemishe yardimciniz olsun!
Sozun nanecibler elinde muxennet silahina cevrildiyi, deyerlerin itdiyi, kelef kimi garisdigi bir dovrde Sozun muqeddesliyinin kesiyinde duran halal soz adamina – Cavansir beye bele gozel yaziya gore urekden tesekkur edirem.
Elleriniz var, qeleminiz iti olsun, Cavanshir bey!!!
Cavansir bey bu yazisinda qisqirmir, icin-icin aglayir, yalvarir… Yalvarir ki, siz Qesem Necefzadeye fikir vermeyin, o, ozune gulur, men tenqidciyem…
… basa dusmurem, bir muellif- ne yazmasindan asili olmayaraq- oglunun ad gununu publikaya niye teqdim etmelidir? Onun oglunun ad gunu olmasinin kime ne dexli var? Atasan, get oglunun uzunden op, hediyye al, lap ele bir meqaleni onun ucun saxla, cap etme… Daha duygularini metne niye qarisdirirsan? Ozu de o mustevide ki, “informasiya kirlendirir”… Ona metni ictimai miras qoyursansa, bax, burada men Keremi aglamaq tutur. Eline saz alib deyir ki,
Azerbaycan sherq olkesidir, atalar ve ogullar problemi burada oz hellini tapmayib.
… Kompleks metnde (P.S-i P.S olduguna gore nezere almayanda)4 hissevi metn var. Demeli, muellif ya basligi duz secmeyib, ya metnin birini saymayib, ya da metnin konstruksiyasini duz mueyyenlisdire bilmeyib…
Redakte xetalari:
- “Bizim ədəbiyyatşünaslıqda fikrimizcə, əsas yanlışlıq bədii mətnə münasibətdədir…” Bilmek olmur “bizim” edebiyyatsunasliga aiddir, ya “fikrimizceye”… Daha pisi budur ki, muellif hemin abzasa bele baslayib: “Mənə belə gəlir ki…”
Yanasma terzi: muellif yazari teklemeyi, dovrunden ayri goturmeyi tekilf edir (Nesiminin timsalinda). Qazaxlilar demish, aya, Nesiminin derisini icindeki saatin eqreblerimi soydu? Onun seirleri BIR TEDQIQATCI UCUN dovrun felsefi fikirlerini oyrenmek ucun QAYNAQ ola bilmezmi? (nece arasdirilmasindan asili olmayaraq). Poeziya numunelerinin tarixciler, o cumleden felsefe tarixcileri ve filoloqlar ucun qaynaq olmasi ne zamandan pucdur?
Qisa deyecem, bu metnin icinde tenqidcinin ozunu axtardim- axi seirde Nesimini axtarmagi ozu teklif edib; tapdigim muellif: Nesimi kimi derisini soyulmagina esla razi olmaz, heqiqete hec barmagini da qiymaz. o, yaxhi qeybetler edir, kine, nifrete paxilliga qarsi cixir. Raset Pirsoyla Qesem Necefzadenin “belini qirir”… Yazarin idelojilesmesinin eleyhine danisir… Men kifayet qeder spekulyativ olan bu iddiada daha cox yazarin etrafinda bas veren hadiseler susmaga cagiris gorurem.
Predmetden qiraga cixma:
metn qalir qiraqda “ciddi tədqiqatçı imicinə malik olan” deye tenqidci muellife “ilishir”. Oysa muellifin kimliyi, ciddiliyi, sadeleyi, bir sozle, her cur reputasiyasi ve s. tenqidci ucun hec onemli olmamalidir.
“Tenqidleri”: Gunayin seirine Yusiflinin iradi nedir bilinmir. Seirden sonraki “Gunayin” sozunden Rasetin adina qeder butun hissede sherhler yamanlanir. Bes bizim tenqidcinin fikri nedir o seir haqqinda? Dogrudanmi Gunayin seiri mucerred soz yiginidir? “Vətəndaşımın vicdanının təmiz yeri
Dilənçimin üzünün kiridi.”- budurmu “mucerred soz yigini”? Yox, seir gozeldirse, onun gozel tereflerini acib da neden tenqidci oxucu sherhcilerin zovqune tesir elemir, onu guclendirmir?
Yaxud, Gunelin seiri… Eshi, Raset Pirsoy lap pis yazib, ozunun de edebiyyatdan anlayisi yoxdur, Yusifli ki, pesekardir, neden Gunelin seirine oz reyini esasli sekilde bildirmir? Rasetin sherhindeki menasizliqlar, o menasizliqlarin Gunelin teqdim olunan seiri arasindaki bag neden ibaretdir? Biz bu suala cavab tapiriq “3 metn”de… Cunki:
“Hər bir sahədə yalançı pafos baş alıb gedir.”
“Bu dünyada nə varsa sükunət içindədir, tərpənməzdir, bizə elə gəlir ki, hər şey axır, üzü qayıtmazlığa gedir və sair. Saat çöldə yox, içimizdə işləyir. Saatın olması, qola taxılması, divara vurulması, stolun üstünə qoyulması bəlkə elə onun olmamasının əlamətidir.
Bu saatın hər an dayanmasına hazır olmaq lazımdır”. – dilimizde bir deyim var: “Sozunun cani”. Mene qalarsa, muellifin sozunun cani bax bu cumlelerdir. Ve basdan ayaga ziddiyetdir. gah saat umumiyyetle olmur, gah adamin icinde isleyir, gah adam ele fikirlesir ki, her sey uzu qayitmaza gedir, metnin sonunda ise belli olur ki, postmodernizm uzumuze gedenleri qaytarir… ve bu pisdir!!!
Men bele basa dusdum ki, Cavansir bey detektiv eseri oxuyar, onu surrealizmin kriteriyalari ile tenqid eder))) (bas menimdirse istenilen metni istenilen kimi basa dusmeye ixtiyarim var, yaxsi muellif odur ki, ele yazsin ki, oxucu mehz onun ifade elemek istediyi fikri qebul etsin)
P.S: 525-ci qezetden imzasina hormet etdiyim Qalib Togrula: bey, bir zamanlar bele bir ifade yer alardi kitablarda- “Dovrun qabaqcil ziyalilari”. Men o soze qarsiydim, “ziyali ele qabaqcil olmalidir”… gorunen budur ki, dovrden geri qalan ziyalilar da var ve onlar coxdur, hedden artiq coxdur.
bele oxunmali: Biz bu suala cavab tapMiriq “3 metn”de… Cunki:
Siz mənim bazar günkü vəziyyətimi təsəvvvür edin.
Dərnəgül yolunda tıxaca düşmüşəm, əlimdəki üç qəzeti (Azadlıq, Sənət və Alma) oxuyubu bitirmişəm, hava istidir və üç qəzetdən yalnız yuxarıdakı yazı qalıb.
Hətta iş elə gətirib ki, Alma qəzetinin həvəskar köşə yazarlarını da oxuyub qurtarmışam.
Amma yenə də mən bu yazını oxuyub qurtara bilmədim.
Çünki bir cümlədə üç dəfə VƏ bağlayıcısının işlənməsi həqiqətən çox pisdir.
Doğrudanmı, Cavanşir Yusiflinin klavyaturasında Shift tuşu yaxşı işləmir?
Ya da
Ciddi tədqiqatçı imicinə malik olan Rəhim Əliyev bütün əsər boyu klassik bədii mətn haqqında bir növ şikəst təsəvvürlərini sübut etməyə çalışır
cümləsinə baxın.
“Bəy dediyin nədir, bəyənmədiyin nədir?” Ciddi nədir, şikəst təssvvür nədir? Məncə bu söz Rəhim Əliyevdən çox Cavanşir Yusiflinin özünə aiddir.
Allah bir də elə gün göstərməsin.
P.S. Cavanşir bəy, oğlunuzun ad günün təbrik edirəm.
P.P.S. Lütfən cavabı öz adınızla yazın. Çünki bura yazdığınız şərhlər iki gün sonra müsahibənizdə peyda olur. Ancaq buna görə deyirəm.
Qamci salam, saq ol. Cavansir son yazilarinda ya oz ad gununu, ya da oqlunun ad gununu yada salir ki ona toxunmasinlar. Elbette ad gunlerini tebrik etmek olar, amma mence bu toxunumazliq satatusunu dasiyir. Gerek hec olmasa bu ad gunlerini serhlerde onun oz destesinden olanlar mes Qurban, ya Qulu serh -zad yazib yada salaydi, onda tebii olardi.
Cavansir Raset ve qeshem necefzade haqqinda hemise yalan danisib, bohtan deyib. Hetta bu adam Qeshemin aciqina en zeif metnleri bele teriflemeye hazirdi, neceki terifleyir, Qeshem neye zeif deyirse, o Ela deyir. Bele gorurem o olcunu itirib, axirda casib lap ozunu de itirecek, nece ki itirib.
Hormetli Qamchi!
Men Cavanshir beyi bir insan ve bir ziyali kimi cox yuksek qiymetlendirirem. Cavanshir beyin edebi tenqidle bagli derc olunmush butun kitablari ile tanisham, Xezer dergisinde yayumlanmish tercumelerini seve-seve oxumusham, vaxtashiri metbuatda geden yazilarini diqqetle izleyirem.
Men Cavanshir beyin imzasini edebi tenqidimizin azsayli sayilan-sechilen imzalarindan hesab edirem.
Xususile, onun cesaretini, obyektivliyini qeyd etmeye bilmerem.
Qaldi, “deyerli ziyali“ ifadesine, raziyam ki, eslinde ziyali ozunde deyer ehtiva edendir. Onun evveline deyerli teyinini yazmaga ehtiyac yoxdur.
Amma…
Evvela, bizde ali tehsili olanlarin hamisina ziyali deyirler, Ziyalini qiymetlendirmek uchun gereken bir cox parametrleri nezere almirlar. Men de mehz bu sebebden esl ziyalini saxtalardan ayirmak ucun deyerli sifetinden istifade edirem.
Bir de ki, ona galsa, gerek yaxin qonshu ifadesini de isletmeyek…
Sonda: Butun serhleri oxumaga calisiram, son ginler aktiv serhcilik eden Gamchinin coxprofilli fealiyyetini Kultaz-in uguru kimi deyerlendirirem, haminiza apardiginiz polemikada ugurlar dileyirem!
Hormetli Qalib bey, arayishiniza gore cox sag olun. Her seyden once medeniyyyetinize gore size tesekkur edirem. Menim hec kimin, o cumleden C.Yusiflinin shexiyyetine hec bir sozum yoxdur. Istenilen fikir ise sherhe aciq olmalidir- o cumleden menim reylerim. Sizin “deyerli ziyali” ifadesini isletmeye tam ixtiyariniz var. Eger Cavanshir bey sizin fikrinizce bele bir ziyalidirsa, ne yaxshi! Men ise “qabaqcil ziyali” terminine ustunluk verirem (bir zamanlar o deyime qarsi olsam da) Cunki, Azerbaycanda ziyalinin en boyuk problemi dovru basha dushmemesi, dovrle ayaqlasha bilmemesidir. Dovru basha dusmeyen, konkret desek, 21 ci yuzilin bilgi cagi olmasini yalniz suar seviyyesinde esiden, qavrayan adam ise hec vaxt cemiyyete FAYDALI ZIYALI ola bilmez. Men acigini deyirem, son iller qeyri-standart tefekkuru ile bele bir ziyali kimi yetisdiyine inandigim adam Seymur Baycan idi. Heyf ki, ozunu sherhe qapamaqla meni xeyal qiriqligina ugratdi…
Mahnı
(Cavanşir
Yusiflinin
ad günü
üçün
mənalı
təbrik)
«Yusifli» adında
bir mahnı ola,
Və Cavanşir Yusifli
bütün günü
zümzümə eləyə
«Yusifli» mahnısını,
bala-bala.
Və Cavanşir Yusifli
yaşaya
düz yüz il,
«Yusifli» mahnısını
fışqırıqda
çala-çala.
Dostlar,
Mənim soyadımı düzgün yazımağı Sizin hər birinizdən xahiş edirəm.
Azərbaycan dilində danışmaq azdır,
bu dilin səslə, sözlə, səslənmə ilə ünisiyyətini də hiss etmək lazımdır,
Hiss edə bilmirsinizsə, heç olmasa öyrənin!!!!!!!!
Mənim soyadım PiriSOY deyil, PiriSOYU – duuuur.
cavanşir yusiflinin mətnindəki ən düzgün dəyərləndirmə budur ki, doğrudan da biz yalan, saxtalıq içində boğuluruq. insan zəmanəsinin övladıdır. bu övladsa bic doğulub. bizim insani xüsusiyyətlərimiz tarixin arxivinə verilir. doğrudan da keyfiyyətsiz mala çevrilmişik. neçə vaxtdır hər iki cəbhəni müşahidə edirəm. Qan turalın, Elnurun publisistik yazılarında bəzi məsələləri çıxmaq şərtilə həqiqət var. ancaq Elnurun şerləri və buna bənzər şerlərin səviyyəsi sıfırdır. tullantı, qalıqdır. uzaqdan ədəbiyyat gözəl idi. bir addım yaxınlaşdın və onu viran qoyan insanların kif atmış ruhları üzünə vurdu. bizim insanlar onu cənnət edə bilmədilər.
Cavanşir bəy, salam! Ad gününüzü təbrik edirəm, bu münasibətlə Sizə can sağlığı, yeni-yeni uğurlar, xoşbəxtlik, səadət arzulayiram! Ad gününüzdə bunları Sizə yazmağı heç istəməzdim, amma yazmamaq da olmur. Sizin Rəhim Əliyevin “Nəsimi və klassik dini üslubun təşəkkülü” kitabı haqda yazdıqlarınız məndə yalnız təəssüf hissi doğurdu. Xəstə təxəyyülün diqtəsi ilə qaça-qaça yazılmış, əsla həqiqətə söykənməyən, sübuta yetirilməsi üçün ciddi mənbə, fakt istəyən, amma ortalıqda sabun köpüyünün şişirdilməsindən başqa heç nə olmayan və bu illüziyanı oxuculara həqiqət, həm də az qala “bu hökmdən şikayət vermək qadağandır” görüntüsü yaratmaqla sırımaq Sizə əsla baş ucalığı gətirməz. Haqqında söhbət açdığınız kitabı mən də oxumuşam, stolüstü kitabımdır və yəqin Siz də təsdiq edərsiniz ki, “Ciddi tədiqatçı bimicinə malik olan” f.e.d Rəhim Əliyevin bu kitabı Nəsimi haqqında yazılmış ən sanballı və ciddi tədiqat əsəridir. Bu mövzuya orta məktəb şagirdi qədər bələd olan, bu sahədə mütəxəssis olmayan birisinin durub on illərlə bu mövzuda işləyən, çalışan, sonda öz hesabına heç bir təmənna güdmədən belə bir gözəl əsər ortalığa qayan gözəl alimi “şikəst fantaziyalarla” “şikəst təsəvvürlərlə” daşqalaq eləməsi mənən şikəstliyinə dəlalət elər. Ədalət naminə deyim ki, bu yazıda tənqidiniz büsbütün büdrəyib, Qəşəm Nəcəfzadəyə, Rasət Prisoyuya, Günel Mövluda, Günaya qarşı da haqsızlıq eləmisiz. Bu qaçdı-qovduyla, tənqidçi imicinizə bunca xələl gətirməklə neyləmək istədiyiniz mənə çatmadı. Başa düşmədim, bu adamlar hara gedirlər? Ən başlıcası da niyə gedirlər…
Qamçıcıq, Qanturalı, Rasət Pirisoyu ve dəridən-qabıqdan çıxan başqaları! Özünüzə məşğuliyyət tapın. Ürək bulandırmaqdan başqa bir iş görmürsünüz. Vallah, axırda dəli olacaqsınız. Həyatda özünü gerçəkləşdirə bilməyənlərin psixoloji gərginlik sonucu nə günə düşdükləırini görmək üçün sizlərə hərdən bir baxmaq yetər.
Qamçı (nə bilim kimsən, nəçisən, oxuduğun, cümlə toxuşdurduğun var, necə qandığın, qavradığın isə göz önündədir), yazırsan, söz yaz, təhqirə keçmə, Cavanşirin dediyi sözün sənə niyə belə ağrılı yerdən neştər kimi batmasını da anlamaq olmur. Ucundan tutub ucuzluğa getmə!
Allah Zahirin ölənlərinə rəhmət eləsin, yaxşı sizə iş tapıb. Ancaq adam yazanda da adamlığını itirməsin gərək. Adam böyüyünün üzünə ağ olmaz, böyürə-böyürə qalar.
Qan Turalı! Sən “və” bağlayıcısından-zaddan yazma, Kamal Abdulla yaradıcılığından yaz, Anarı, Elçini söy, sənin çörəyin ordan çıxır axı. Sən nə vaxtdan dil ölçən cihaz olubsan, xəbərimiz yoxdur. Bir də üzdə olmaq üçün yeri gəldi-gəlmədi hamıya diş atmaq özünə kişi deyənə yaraşmaz. Unutmayasan: Üzdə adətən çəkidən yüngül şeylər olur, pisliklər suyun üzündə olan kimi. Bir də, dini planda nə yeniliklər? Deyəsən kamilləşməkdə davam edirsən.
Rasət Pirisoyu! Sənin də şeir payını verək, ruhun dincəlsin:
“… Birisi özünə bir yol cızmış,
Yoldakılar evindən çıxmış,
O, yoldan çıxmış.
Azmış…
Qapılar döymüş, boynunu bükmüş,
Cilddən-cildə düşmüş,
Həyat başından basmış,
Şeytan içindən didmiş.
Çürümüş…
Üz tutacaq kimsə qalmamış.
Tək, yalqız qarımış,
Bir dəlixana küncündə
Tanrının yazığı gəlmiş,
Yazığı şeytanın əlindən almış…
Başdaşına yazılmış:
“Bəlkə də adam ola bilərdin,
Çaşdırdı səni Mayakovski, Lorka,
Hayıf səndən, çox hayıf, yazıq Petka”
(Bu obraz R.P.-nin öz yazdığındandır)
Niyaz, senin ismaricin meni cox dusundurdu. Duz deyirsen, gerek boyuyun uzune ag olmayaydim, bir qeletdir elemisem, uzum ayaginin altina, kec gunahimdan. Qurban olum atalarimiza, gor nece gozel sozler deyibler? “Adam böyüyünün üzünə ağ olmaz, böyürə-böyürə qalar”.
Qardash be bini niye coxdan demirdin? Bundan sonra, seni destekleyecem, biz mentalitetimizi Qan Tural ve Raset Pirisoydan qorumaliyiq!!!
Dostum,
sən əbəs yerə «Petka» haqqında belə pis fikirdəsən,
«Petka» müasir Azərbaycan ədəbəiyyatının ən parlaq əsərlərindən biridir. Və bu poemada müəllif məmləkətin yarasının Petka olduğunu bədii detalarla sübuta yetirib.
İnanmırsan qapını aç bayıra çıx… İçi sən qarışıq gör Azərbaycanda nə qədər Petka, Vitka, Mitka var.
Mən bu poema ilə fəxr edirəm.
Mizə Fətəli Axundov bütün komediyaları ilə, Mirzə Cəlil «Danabaş kəndinin əhvalatları» ilə, Sabir dahiyanə satiraları ilə nəyi demək istəyibsə, mən də «Petka» poeması ilə onu demək istəmişəm.
Şübhəsiz, mənim qəbrimin üsütündə «Petka» poeması anılacaq. Özü də dəfələrlə… Və mənim qəbrimin üstünə gələnlər hər dəfə petkaların sifətinə tüpürəcək.
Mən təssüf edirəm, sənin kimi petkalar, mitkalar və vitkalar bədii əsərin nə demək olduğundan xəbərsiz, sadəlöhv, ürəklərində kənd təmizliyi, ədəbi mühitin alçaqlığından bixəbərlik gəzdirən sadə, səmimi adamları inandırmaq istədilər ki, guya mən bu əsərlə kimisə, kimlərisə təhqir etmək niyyətində olmuşam.
Bədii əsər bədii həqiqəti ifadə edir.
«Petka» poeması heç kəsi təhqir etmir.
Əgər sən petka deyilsənsə, o cümlədən səni də.
Və mən bunu uzun, ağır məhkəmə çəkişməsiylə sübuta yetirmişəm.
Amma yenə də mənim ürəyim ağrayır.
Ədəbi irticanın təsiri altında «Retka» poemasından incik düşənlər olduğuna görə mən dərin təəssüf hissi keçirirəm.
Sən kimsən bilmirəm, bircə onu bilirəm ki, sən sadəcə heç nəsən.
Mən sənin və sənin kimlər haqqında çox əsər yazmışam, təəssüf ki, onları hələ mətubata çıxarmaq vaxtı yetişməyib,
Və əmin ola bilərsən, pektkalara, mitkalara, vitkalara dair mənim hələ də yazılmaqda olduğum və yazacağım yüzlərlə əsər var.
Eldeniz qamchi salam!
Bax: qayidish.azeriblog.com
Eldeniz bax: kechmish.azeriblog.com
“Nağd” sözü ilə bağlı bax: dostun Eyvaz Tahanın seçilməmiş əsərləri.
Hörmetli Qamçı!
İzahlar və şərhlər müəyyən məqsədə tabe tutulub – elə bil ki, hər şey bir məqsəd üzrə hərəkət edir, son nöqtədə yayınma, şaxələnmə görünür – əvvəlcədən yürüdülən plan dağılır, o mənada ki, opponentim öz dediklərinin əksinə “gəlib çıxır”. Məsələn, “nağd” deyilən anlam prinsipcə doğrudur, həqiqətdə boş şeydir – onun portaldakı şeiri təhlil etməsini yada salın – hər şey şeirin məntiqini dağıtmağa yönəlib, tapmağa yox (bu prinsiplə istənilən əsəri yıxıb-sürümək olar, pisə yaxşı, yaxşıya pis yarlığı yapışdırmaq olar, yəni, hər şeyi bu şəkildə “nağdlaşdırıb” insanlarda həyəcan, ədəbi prosesdə “canlanma”, intriqa oyatmaqla uzağa getmək olmaz. Əslində sizin “nağd” Cəfərlinin “obnaliçkasına bənzəyir”), unudulur ki, bəzən sənin inanmadığın məntiq hər şeyi həll edir, Qaston Başlyar yazır ki, “… belə çıxır ki, istənilən həqiqi şeirdə hərəkətsiz, dünyəvi olmayan, adi, çay kimi üfüqi axan zamandan fərqləndirmək üçün şaquli adlandırdığımız zaman var, Paradoks da burdan doğur: parasodiyanın zamanı üfüqidir, poeziyanın zamanı şaquli”. Sizin dediyiniz “nağd” məsələsi (göstərdiyiniz anlamda) bəsitdir, Qan Turalının “Dolu” romanını təhlilinə bənzəyir. O, əsəri yox, Anarı, Aqili, Elçini… bədii mətnə (sizin “nağd” konsepsiyasına) dəxli olmayan nəsnələri təhlil edir. Siz deyən hədəf “vurulandan” sonra əsər yenə toxunulmaz qalır. Ortada intriqa və cəfəngiyyat qalır.
Siz özünüzə sərf eləyən (yəni “nağdınızı” əsaslandıran), ya da uydurduğunuz bir passajı götürüb mülahizə yürüdürsünüz. Mən heç yerdə yalnız dil faktorunu əsas götürməmişəm, bunu özünüz yaxşı bilirsiniz. Bu, nəzərə alınmalı faktorlardan yalnız biridir, burada siz deyən anlamda “dil” nəzərdə tutulmur. Mən daha çox təbii dili kəsən, onunla çarpazlaşan dili nəzərdə tuturam, tənqid elədiyim, qəbul etmədiyim şeirlərdə, məsələn Rasətin şeirlərində bu hadisə baş vermir və mətn müəllifin görmədiyi, yaxud görmək istəmədiyi “plagiat” elementləri ilə dolur (səni də həyəcanlandıran budur – yəni, necə ola bilər zövqüm saxta çıxsın), Rasətin rəylərindəki qeyri-səmimilik, bəsitlik, normal düşüncəni parodiyalaşdırma buradan doğur, yeri gəlmişkən, sizin yazılarınızda da bu var – parodiyalaşdırma, ironiyanı anlamama, yumor hissinin bəsitliyi və primitivliyi.
Siz hər şeyə material kimi abxırsınız – yəni, bu, əşyadır, bunu incələmək lazımdır, onun xassəsi, dəfələrlə oxunması, yazıdan qabaq incələnməsinə ehtiyac yoxdu. Esulunuz ona görə mexanikidir. Qəşəmə pis, deyək ki, Şərifə yaxşı deyə bilərsiniz, ancaq təhlildə yaxşı ilə pisi9n prinsipial fərqi olmayacaq. Bu, təfəkkürün kirəcləşməsindən daha çox birtipli olmasından irəli gəlir. Sizin “nağdınızla” yanaşdıqda heç zaman belə bir sual meydana çıxmır ki, burada nəyə görə söz ifrat dərəcədə çoxdu, söz nəyisə ifadə etməkçün yox, başqa bir sözü, həm də mənanı “boğazlamaq” üçündü, eləcə də tənqid elədiyim digər şeirlərdə.
Qəşəm sadəcə illüstrasiyadır. Buna en yaxshi numune Elnurdur.
Salamat qalın!
Hörmətli Eldəniz bəy (Qamchi-!)!
Özünüz də yaxşı bilirsiniz ki, bizi bura tək gerçək uğrunda döyüşlər gətirməyib. Nə isə.
“…biz heyatimizi genislendirmek ucun bedii metn oxumaq isteyir, o metne pul veririk, pulumuzun heder getmemesi ucun bedii tenqidcilerle “meslehetlesirik”, ancaq Cavansir Yusifli bize DOLGUN rey vermir. Ona gore ki, “Dil” kritikasi enenesinden cixa, METNIN TEBIETINI VE METNIN ICINDEKI YAZARI BIZE GOSTERE BILMIR”. Pul məsələsini çıxmaqla burada yazılanların əksəriyyətini mən də demişəm. Ancaq “dil kritikası” kimi anlaşılmasın, “həyatı genişləndirmək” nə deməkdir. Bədii mətn təsəvvürlərin sınırlarını genişləndirir (ancaq bu hökm deyil – təcərübə göstərir ki, daralda da bilər – maraq dairəsində – yazılan rəylərə baxın). Rasətin şeirlərinə, digər yazılara baxın, konkret danışaq. Nəyi siz uydurursunuz, nəyi mən düz demirəm, – aydın olar. Əvvəlcə “hamıya” yazdım, sonra pozdum – məni hamı lazım deyil.
Hörmətlə,
Cavanşir.
Anara. Deyirsən: “Qamci salam, saq ol. Cavansir son yazilarinda ya oz ad gununu, ya da oqlunun ad gununu yada salir ki ona toxunmasinlar. Elbette ad gunlerini tebrik etmek olar, amma mence bu toxunumazliq satatusunu dasiyir.”
Adam bu dərəcədə düşük olmaz.
Aslana salamlar!
Sizin bütün fikirləriniz dəstəkləyirəm. Xüsussən aşağıdakı sitatı.
“… Sizin Rəhim Əliyevin “Nəsimi və klassik dini üslubun təşəkkülü” kitabı haqda yazdıqlarınız məndə yalnız təəssüf hissi doğurdu. Xəstə təxəyyülün diqtəsi ilə qaça-qaça yazılmış, əsla həqiqətə söykənməyən, sübuta yetirilməsi üçün ciddi mənbə, fakt istəyən, amma ortalıqda sabun köpüyünün şişirdilməsindən başqa heç nə olmayan və bu illüziyanı oxuculara həqiqət, həm də az qala “bu hökmdən şikayət vermək qadağandır” görüntüsü yaratmaqla sırımaq Sizə əsla baş ucalığı gətirməz. Haqqında söhbət açdığınız kitabı mən də oxumuşam, stolüstü kitabımdır və yəqin Siz də təsdiq edərsiniz ki, “Ciddi tədiqatçı bimicinə malik olan” f.e.d Rəhim Əliyevin bu kitabı Nəsimi haqqında yazılmış ən sanballı və ciddi tədiqat əsəridir. Bu mövzuya orta məktəb şagirdi qədər bələd olan, bu sahədə mütəxəssis olmayan birisinin durub on illərlə bu mövzuda işləyən, çalışan, sonda öz hesabına heç bir təmənna güdmədən belə bir gözəl əsər ortalığa qayan gözəl alimi “şikəst fantaziyalarla” “şikəst təsəvvürlərlə” daşqalaq eləməsi mənən şikəstliyinə dəlalət elər. Ədalət naminə deyim ki, bu yazıda tənqidiniz büsbütün büdrəyib, Qəşəm Nəcəfzadəyə, Rasət Prisoyuya, Günel Mövluda, Günaya qarşı da haqsızlıq eləmisiz.”
Deyəsən, Yuri Mixayloviçin belə bir şeiri varki, onun qabağında heç zaman ağ kağız olmayıb. Ya qaralayıb, sıradan çıxarıb, ya da ag-appaq qalıb.
Ey böyük nasir, Siz deyən mənada mənim heç kəslə işim yoxdu, nə sənin stolütü kitabınla, nə də Qəşəmin dəstəsi ilə, bizim oxuduğumuz kitablar fərqlidi.
Uğurlar!
Aye, Cavansir, senin isin- gucun yoxdur, kah qaca-qaca gedib orda Eldenize cavab yazirsan, kah qaca-qaca gelib burda oz meqalene serh yazanlara cavab verirsen, kah ordakin burda tekrar verirsen, kah da burdakin orda tekrar verirsen. ozunu uzme qadan alim.Kim ne deyir desin sen movcudsan.
Anar, yenə də öz ampluanda düşükləyirsən. Ağır ol.
Ayə Zahir! sən bu köhnə figurdan niyə əl çəkmirsən?
aye, ay cavansirin ikinci adi niyaz, men ne deyirem ki, deyirem movcudsan da, ozunu elden salma, dincel, bize lazimsan…
Cavanşir bəy, salam! Məni təəssüfləndirən, Sizin fakt, sitat gətirmədən öz həmkarınızın on illərlə çəkdiyi əzabı, əziyyəti yerə vurmanız, ədalət prinsipin gözləmədən üstündən xətt çəkməniz oldu. Əyər Siz Rəhim bəylə razılaşmadığınız konkret məqamları yazıb, “şikəst” fantaziyalarından, təsəvvürlərindən nümunələr göstərsəydiniz, Sizə cavab yazmaq mənə düşməzdi, bu artıq Rəhim Əliyevin işiydi.
Qaldı atmacanıza, nə danışdığındı, biz nəkarəyik?! Bizim nasirləri Avropalılar gözlərinə təpirlər, Türkiyədə su kimi içirlər, hətta Corc Buş səhər qəhvəsini sifariş verməzdən əvvəl azərbaycanlı nasirin kitabının gətirilməsini tələb eləyir, Nobel mükafatı komissiyası neçə illərdir dahi yazıçılarımızdan hansına mükafat verməyi qərarlaşdıra bilmir, nəticədə də mükafatsız qalırıq. Bizlər, bu ədəbiyyatın uzaq və ögey qohumları sükut və yağış içində boğulan dağlarımızda oturub ara-sıra yazır, Zahir bəyə göndəririk, özgə iddiamız yoxdu. Ey böyük tənqidçi, Sizin prozanız hardadı ki, böyük nasiri ola, ya balaca nasiri? Elə bilirsən Sizin yazmağınızladı? Eh… Qaranlıqdan sıyrılıb gələn payız yağışının inadla pəncərəyə çırpıldığı bir vaxtda bu sətirləri yazmaqdan daha cansıxıcı nəsə ola bilməz…
Eldənizin və ya Qamşının kimliyini mübahisə predmetinə çevirməyin. Tutaq ki, yaxud qəbul edək ki, mən onu tanıyıram (-!), dostumdu-düşmənimdi, nə dəxli var, sadəcə insan harda düz, harda səhv olduğunu etiraf etməyə hazır olmalıdır. Burda belə bir rəy var: tənqidçilər uğursuz şairlərdir, mən tənqidçi olmasam da deyim ki, yazanda əsas şey mətndir. Aslan müəllimə yazdığım kimi, hər şey ağ kağıza münasibətdən başlayır. Siz qaraladığınız halda o, ağ da qala bilər, yaxud o sizi qaralaya bilər!
Qamchi mübahisə, yaxud söhbət eləmək istəyir. İrəli sürdüyü fikirlərin bir qismi əsassızdır, ancaq bunu kim sübut elədi? Sübut olunmadığı üçün də özünə dünyanın bir nömrəli tənqidçisi deyir. Mənsə deyirəm: nömrə məsələsi arxada qaldı, insanı nömrəsi ilə yox, mərifəti ilə tanıyırlar (mərifət deyəndə utancaqlığı, tərbiyəli olmağı…nəzərdə tutmuram və bundan kimsə inciməsin). Bulum məncə səhv eləmir. Tərcümədə ifadə naqisliyi ola bilər. Düşüncənin, təsəvvürün genişlənməsi son nöqtəni qoyur, çünki hər şey onunla bağlıdır. Eldənizin mənbəyi ilə xüsusi olaraq tanış olmasam da, bu fikri, ideyanı dəfələrlə işlətmişəm (bax: Azərbaycan poeziyasında Əli Kərim Mərhələsi), mən burda düşüncənin sınırlarının genişlənməsindən söz açmışam. Ona görə də tənqiddə hər şeyi nağdlaşdırmaq yox, nədən yazmaq başlıca problemdir. Aqil Abbası amansızcasına tənqid etmək olar, yaxud sizin prinsipə oxşar şəkildə nəyisə nəql etmək olar. Predmet özü dar olduğu üçün, təsəvvür genişlənməyəcək, əslində genişlənmə imkanı mətndən əvvəl həyatın özündə var. Sonra bu və digər əsərlərdə (deyək ki, Mirələmovun və K.Abdullanın nəsrində) “sözün arxa planı” yoxdu. Arxa plan deyilən saxlanca sonrakı reaksiyalar – düşüncənin (həyatın yox-!) sınırlarının genişlənməsi üçün heç nə yığılmır. Bax, bu bir ideya. Söhbət eləmək olar. Ancaq mənim üçün maraqlıdı: Bulum məlum, axı sən nə deyirsən, oxuduğun mətnlərlə bağlı bir ideyan varmı? Rolan BArtı oxuyun, Başlyarı…. oxuyun, yaxud onlara başqa gözlə baxın.
Yoxsa ideya mətnlərdən kənarda meydana gəlir?
Sağ ol,
Cavanşir.
Aslan müəllim,
Mən sadəcə bunu dedim: bir kitabı hərə özü kimi, fərqli şəkildə oxuyur, bunun özü şərtdi, məziyyətdi, axtardığınız səbəbi mətndə yazmışam. Diqqətlə oxuyun. Gün o gün olsun Nobel alasan, Oskar alasan. Bir də, belə çıxır ki, mən sabah məsələn dostum Nərimanı tənqid eləsəm, yenə mənim üstümə cumacaqsan? Rəhimi mən çoxdan tanıyıram, qələminə hörmətim var, ancaq nə yazmaq mənim öz işimdi, bu mənada sözün varsa, buyur, yoxsa yağış, külək, pəncərə şüşəsi… o şeyləri əsərinə saxla. İsrafçı olma!
Öpürəm.
Cavanşir.
Burada bir gülməli və yaramaz qeydə rast gəldim, bu barədə artıq danışdığıma baxmayaraq deyirəm (sitat: “Cavansir bey bu yazisinda qisqirmir, icin-icin aglayir, yalvarir… Yalvarir ki, siz Qesem Necefzadeye fikir vermeyin, o, ozune gulur, men tenqidciyem…
… basa dusmurem, bir muellif- ne yazmasindan asili olmayaraq- oglunun ad gununu publikaya niye teqdim etmelidir? Onun oglunun ad gunu olmasinin kime ne dexli var? Atasan, get oglunun uzunden op, hediyye al, lap ele bir meqaleni onun ucun saxla, cap etme… Daha duygularini metne niye qarisdirirsan?
“)heç olmasa ildə bir dəfə tibbi yoxlamadan keçin, bu kimi cəfəng şeylərlə məşğul olmayın. Yazını kimin adına bağlayaram, necə yazaram, bunu mənim ixtiyarıma buraxın, gic- şeylər danişmayın, sizə kim deyir ki, duyğularımı mətnə hopdururam? Siz dar düşüncənizi bura hopdurmayın.
Anar, mən Niyazam, bu mənim öz adımdır. Bəziləri kimi normal həyatda da öz adımın yerinə nik daşıyanlardan deyiləm. Şitənmə…
Hörmətli Rasət!
Mahnınız məni mütəəssir etdi.
Necəd eyərlər, istedad əlaməti görürəm.
Ancaq ordakı hədyanı sizə qaytarmıram, – istəyinizə rəğmən. Kimnənsə söyüşür, sonra o adamı məhkəməyə verir. Qardaş, sənin işin-gücün yoxdu?
Adam özünə söyür ki, gedib qayıtmayacam, sonra qayıdır, mahnı yazıb sataşır ki, bunu ona qaytrarsınlar, qaytarmırlar, nə istəyirsən, de, təşkil eləyək.
Ay səni…
Məndən də sifariş qəbul etmək istəyirsən?
Mən sənə sifariş verə bilmərəm.
Sən mütəxəssis kimi heç nəyə yaramırsan.
Mən sənə məsləhət verə bilərəm.
Sifariş yerinə yetirəndə arada pampers geyinməyi unutma.
Elə sənin sifarişçilərin də son vaxtlar pampers geyinirlər.
Özünə yaxışı bax.
Hörmətli Rasət bəy! Kultaz.Com-da indiyə kimi yazdığınız bütün şərhləri toplayıb “Petka 2″ poemasını tərtib edə bilərsiniz. Nə deyirsiniz, hə?
Nağıl süjetindən:
“Tutasan bunu ayağından
firladasan,
ağzı hara bənd ala-ala…”
Rasət müəllim qan eləyir: “Sən mütəxəssis kimi heç nəyə yaramırsan.
Mən sənə məsləhət verə bilərəm.
Sifariş yerinə yetirəndə arada pampers geyinməyi unutma.”
Ancaq bəzi adamarda bu pampers beyində olur. Ona görə “petkalayır”, koldakına da elə gəlir ki, “Petka” özgəsidir.
Rafiq Tagi da deyir ki, satirik edebiyyat lazim deyil. Duz demir, chunki eks halda sarsagin chomagi oz bashina deymezdi.
Raset bey!
Sedd heyif!
Size olan hormetim son gunler yazdiginiz qeyri-etik serhler sayesinde yox oldu.
Niye ozunuzu her cilde salirsiniz?
Size yarashmaz axi!
Hörmətli Kultazsevərlər!
Fikrimcə, həftənin ən maraqlı yazısı Adminin müsahibəsi idi. O ki, qaldı Qamchi niki altında Elnurla tənqidçi Əsədin qaraçılığına, bu razborkanın kişiyana aparılmamasına dəlalət edir. Nəticədə Rüstəm Kamal öldü, Yusifli ağir yaralandı, Qəşəmlə Rasət filmin sonuna kimi xoşbəxt yaşadılar.
Əsəd, filmdə deyilir ki, kişi bir dəfə ölür, namərd hər gün. Sənə hər günü özünçün yaşamağı arzulayıram. Ancaq getdiyin yolda ag qoç səni qara qoçun üstünə və əksinə atsa və ayağın sürüşsə, incimə, bil ki, gəlib çatdın.
Gah Gamchi, gah Mezarus, gah da Tezarus olanin sonda Chezarus olmasinda teeccublu hech ne yoxdu