İsrailin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Dövlət Dillər Universitetində İsrail rejissoru Eran Kolirinin “Qrupun səfəri” adlı filminə baxış keçirilib. Baxışda Dövlət Dillər Universiteti, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Diplomatiya Akademiyasının 200-ə yaxın tələbəsi, eləcə də Azərbaycandakı yəhudi icmasının nümayəndələri iştirak ediblər.Qeyd edək ki, “Qrupun səfəri” İsraildə 2007-ci ilin ən yaxşı filmi seçilib və Kann festivalında mükafata layiq görülüb. // APA
« Turan Cavid haqqında sənədli film çəkilib | Əsas səhifə | Rafiq Tağı. Üç esse. Ədəbiyyatşünaslıq etüdləri »




Bölmə: 








