Qaynar xəbər portalı

Kitab dünyası


KultAz: Müasir Azərbaycan ədəbi tənqidinin tənınmış simalarından biri Cavanşır Yusiflinin bu gün 50 yaşı tamam olur. “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”, “Azərbaycan komediyasının poetikası”, “Bədii mətnin sirləri”, “Ədəbiyyatda yaşamağın formulu”, “Bir söz söylə bu dünyadan olmasın”, “Gülüş və dünyanın sonu” kitabları onun tənqidçi qələminə məxsusdu. O, həm də bir tərcüməçi kimi dünya ədəbiyyatından bir çox maraqlı əsərləri orijinaldan dilimizə tərcümə etmişdir: Patrik Züskindin “Ətriyyatçı” romanı, “Kontrabas” mono-pyesi, Alber Kamyunun “Taun”, Jan Eşnozun  “Royal Arxasında”,  Marqeret Dürasın “Məşuqə” romanları və s.
Bununla bərabər dünya ədəbiyyatşünaslığının və nəzəri fikrinin məşhur simalarından olan Rolan Bart, Jak Derrida, Nikonenko, Kassirer, Borxes, Kortasar, Liotar, Lui Bazan, Alen Rob- Qriye, Qumilyov, Qasset və başqalarının filoloji əsərlərini də ana dilimizə tərcümə edib. Bundan əlavə, müasir Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrinin kitablarına yazılmış çoxsaylı resenziyalar, tənqidi məqalələrin müəllifidir.
Hazırda Akademiyanın Ədəbiyyat İnstitunda elmi fəaliyyətlə məşğul olan qələm dostumuzu 50 yaşının tamam olması münasibətilə “Kultaz”ın və oxucularının adından təbrik edir, yaracılığında yeni uğurlar arzulayırıq.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, Sentyabr 24th, 2008 tarixində 15:06 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

5 şərh var


  1. scorpion adlı istifadəçi, Sentyabr 24, 2008 tarixində, saat 17:25 yazıb:

    Cavanşiri tebrik eliyirem!!!


  2. Ryabina adlı istifadəçi, Sentyabr 24, 2008 tarixində, saat 19:56 yazıb:

    Hərdən düşünürəm,
    mənmi düşdüm pyızın bəxtinə, payızmı mənim…?
    Tərəzilər düşdükləri hər mühitdə tarazlıq yaratmağa, ümumi balansı tənzimləməyə can atarlar, mübahisələrə, hay-küyə getmələrinə baxmayın, ürəklərinin dərinliklərində balaca, sakit, tənha, bəlkə də bu dünyanın ən kimsəsiz bir uşağı gizlənər həmişə…
    Təbii ki, xeyir gözü şər gözündən ağır gələn Tərəzilərdən danışdım, əksindən Tanrı qorusun…
    Nə isə..
    Oğlunuzun da, Sizin də ad günlərinizi təbrik edirəm, Cavanşir müəllim…Bir sağlıq da deyək, tam olsun…
    Şair ol, jurnalist ol, tənqidçi ol, Azərbaycanda olma…-))


  3. Naringul adlı istifadəçi, Sentyabr 24, 2008 tarixində, saat 21:17 yazıb:

    tebriklere qoshuluram.


  4. Qan Turalı adlı istifadəçi, Sentyabr 24, 2008 tarixində, saat 23:49 yazıb:

    Cavanşir müəllim!

    Doğum gününüzü təbrik edirəm.

    Çox yaşayasınız.

    Bizdə adətən xoş sözləri yubiley vaxtı deyirlər.

    Sizin tərcümənizdə Royal arxasında və Ətriyyatçı romanlarını oxumuşam və çox bəyənmişəm.

    Amma bunu deməyə heç vaxt fürsət olmayıb.

    Tənqid üçün isə hər zaman fürsət olur.

    Özünüzə yaxşı baxın.

    Sizə işlərinizdə uğurlar arzulayıram.

    Hörmətlə Q.T.


  5. cavanshir adlı istifadəçi, Sentyabr 25, 2008 tarixində, saat 12:28 yazıb:

    Meni tebrik edenlere “sağ olun” deyirem.Cavidan xanim size ugurlar!
    Scorpionu opurem.
    Qn Turali sag ol. Edebi mubahiselerimiz davam edecek. Anlayiram, bir şeyi tənqid edənin dostlari az olur, yəni optimal miqdarda. Sənə uğurlar
    diləyirəm.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: