Sima Ənnağı. Yeni şeirlər
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Eylül, 2008
Gəl, bu gün,
Məhz bu gün
Gündəlik qəzetləri cırıb ataq,
Səhifələrdən axan xəbər bombalarıyla
Maraqlanmayaq,
Çıxmayaq
Cəhənnəm kimi uğuldayan
İzdiham arasına,
Baxmayaq
Səs-küy içində boğulan insanlara,
Söndürək
Ölümləri evlərə dolduran TV-ləri,
Elektron sevgilimizə çevrilmiş
Kompüterləri…
Bir müddət susaq.
Qalaq göz-gözə.
Baxaq cizgilərini unutduğumuz
Doğma üzlərə.
Soraq bir-birimizdən –
Hanı sənin təbəssümün,
Hanı sevgin, duyğuların,
Divanə ürəyin hanı?..
***
Gərək
Qaranquşların uçduğu göylərə qalxaq,
Asimanın ortasında parlayan
Yaz buludlarına baxaq,
Gecələr
Zülmətin darçın ətrindən məst olaraq
Axan bir ulduz tapıb
Ürəyimizdə arzu tutaq.
Gərək sevincdən
Göy qurşağı kimi rənglənək,
Baş vuraq sarıya, yaşıla, narınca,
Günəşin bir zərrəsi olaq,
Rədd edək acı kədəri.
Gərək incik dostun səsini eşidək,
Hissləri təmizləyək şübhələr qatından,
Nuru kənarda axtarmayaq,
O nur bizim içimizdə.
Gərək ürəyimizdə gizlənən sevgini
Dilimizə gətirək,
Deyək,
Doğma gözlərə baxaraq: -
Sənsiz yaşaya bilməm…
***
Yuxuya həsrət gözlərimi
Nəhayət ki, yumanda
Asimanda darıxan ulduzlar
Bəbəklərimin içinə axır.
Duyuram
Qar dənəcikləritək
Kövrək sözlərin rəqsini,
Yağmayan qarın,
Rəngli xəyalların ətrini,
Hər şey qarmaqarışıq
Dalinin rəsmləri kimi…
Bu xaosun içində
Şeirlər yaranır,
Yuxumdan büllur sırsıratək sallanır,
Ətrafıma dolmuş sözlər
Misralara axmaq istər,
Çırpınar,
Birinci olmaq həvəsiylə…
Bütün bunlar
Yuxumu, gerçəkmi,
Bilməm ki…






Yüklənir...
“axan xəbər bombalarıyla” – xeyli naqis cümlədir. məncə sima xanımın kiçik hekayələri daha maraqlıdır.
Musfiq oten esrin evvellerinde yazirdi ki,
Sair yeni-yeni sozler bulacaq,
Kainat oldukca seir olacaq.
Bu iki misradaki en boyuk heqiqet odur ki, seiri oxuyan olmasa da, yazan tapilacaq.
Mence Sima xanimin seirlerinde yerinde olmayan soz, misra ve tesbehler var. Onlar olduqlari yerden narazi galdiklarini ilk oxunushdaca belli edirler.
Meselen,
1. Cəhənnəm kimi uğuldayan
Yarda yazilib ki, cehennem uguldayir.Izdihamin cehennem kimi uguldamasi ugursuz benzetmedir (biri canli, biri cansiz).
2. Göy qurşağı kimi rənglənək
ne demekdir. O bendde renglenmek istemeleri, sonra gunesin zerresi olmalari haqda danisilir. Bu misralarin bir-birine, mence, cennet ve cehennem qeder yaxinligi var.
3. Ətrafıma dolmuş sözlər
de sair misrasi deyil.
Her halda Sima xanim men Sizin seirinizi oxudum, Size ugurlar!
Sima, bu usaqlarin sheriyyetden xeberi yoxdur, bunlar isteyir ki, her shey melum cherchiveler icherisinde olsun, bir az kenara chixan kimi qebul etmirler. oysa -etrafina dolmush sozler- cox shairanedir, burada shair fantaziyasi var.
əzizlərim Amaravati və Qalib Toğrul, siz poeziyada məntiq axtarırsız,əslində poeziya ruha, duyğuya köklənir. Ruhsuz könüllərə nəisə anlatmaq zorunda deyiləm.
Sima salam. elustu qeyd edim ki,birinci sherin xoshuma geldi. umumilikde goturende, sherlerinin bedii hellini tapib- tapmamasi bashqa bir movzudur. bu haqda yeqin ki, danishacaqlar.tekce ele bir Qamchi kifayetdir ki, gushefeshanliq etsin…her sheye noqte qoyulsun.
amma men sadece senin sherlerini tanidim. insan xoshladiqi gulu, gormeden, etrinden tanidiqi kimi, men de senin sheirlerini semimiliyinden tanidim.
sene uqurlar. gec de olsa ramazan bayramini tebrik edirem.
Cox Hormetli Sima xanim ve Sevinc xanim!
İshi-gucu sozle ishlemek olan adam gerek ki, sozu harda demeyi, nece demeyi – Sozun chemini yaxsi bilmelidir, deyilmi?
Sima xanim, men Sizin seirleriniz haqda semimi sekilde ve menbilen, etik cherchivede fikirlerimi yazmisham.
Bir az genish de yaza bilerdim, konlunuze deymek istemedim.
Sevinc xanim meni sheriyyetden xebersiz adlandirir.
Olsun!
Sevinc xanim Siz deyen cercivesizliyin ozunde de bir cercive olmalidir.
Dolmus sozler haqda ise lutfen bir de fikrleshin, eger bu, dogrudan da sairanedirse, onda sairlik dogrudan da, sozleri bezi surrelaistler kimi nece geldi dalbadal yigmaq senetidir.
Sima xanima ise birce sozum var: Eger men ruhsuz olsaydim, her seyde mentiq axtarsaydim, Sizin seirleri oxumazdim, gedib Fazil Gezenferoglu ile Gudret Hesenquliyevin platformalarini oxuyar ve coxlu mentiqi sehv tapardim.
Her iki sair xanimimiza ugurlar arzusu ile
Sima, kitabin mubarek!
Yene de Sevinc?:( Ne qeder wair Sevinc olucey?:)) Tezesidir?)
əziz Qalib Toğrul,”konlunuze deymek istemedim” ifadesi yersizdir. Mən elə istəyirəm könlümə dəyib öz fikrinizi yazasız. Qorxmayın, mənim könlümə dəymək elə də asan deyil
digər tərəfdən, əgər hər fikirdən inciyən olsaydım, şeirlərimi sayta niyə qoyuram?
tebrikler.bu seirlerden yox,bu arzulardan darixmaq olar.
resminizle de sizi tanimak güzeldi degerli saire Sima hanim!
siirleriniz fevkalade ve zaman zaman sizlerden siir-hikaye vb..yazilar okumaktayim yorum yazamasamda.
her sey gönlünüzce olmasui dileklerimle…
selam-sevgi-saygi ile
y..icik almanya