Şərifin “hərbi-siyasi məsələsi”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Eylül, 2008

Bir hekayə haqqında qısa qeydlər

Zahir Əzəmət

Şərif Ağ (Ağayar, Ağa, A nöqtə, və s) ən yaxşı hekayə yazarlarımızdan biridir. Onun hekayələri demək olar ki, istisnasız müharibə mövzusundadır və bir az da avtobioqrafik xarakter daşıyır. Amma mövzu oxşarlığı oxucunu yormur, əksinə, hər dəfə yeni detallar, forma, yanaşma yeniliyi və diri, canlı yazi dili heyrətləndirməyi bacarır.

    Diqətimizi Şərifin “Hərbi-siyasi məsələ” adlı hekayəsinə cəmləyək. Hekayədə qaçqın ailəsindən danışılır. Ata, balaca oğul, ana və qaçqın yataqxanasının darısqal otağı. Ata Qarabağ müharibəsi dövründə baş verən bir çox hadisələrin şahididir. Onun Qarabağ xatirələri yaddaşında özündən daha diridir. Adi bir söz, cıqqana bir təkan belə, bu xatirələri dirildə, bu acıları yenidən ona yaşada bilər. Hərçənd özü əsgərlikdə olmayıb, döyüşməyib, amma “Füzuli bazarından aldığı karalyoku pencəyinin qoluna silib bir dişlək” alan kimi top atəşinə düşdüyü az olmayıb.
    “Füzulidə hamı topu, qradı, minemyotu səsindən tanıyırdı. Hətta qırıcının səsini o biri uçaqlardan ayıra bilirdilər. Bu mənada şəhər əhalisinin sluxuna yağlı bir beş! İntəhası, qırıcı elə bir zibildi ki, raketi səsindən əvvəl gəlir. Daha doğrusu, əvvəl raket gəlir, sonra özü, ən axırda səsi. Atdığı raketlər Qarabağ insanının həyatından qiymətli olduğu üçün qırıcıdan qorxanı avam hesab edirdilər.
    Sağlığınızı görüm, mən də burada yaşadığım aylar ərzində bütün silah səslərinə öyrəşdim. Part eləməmiş ürəyimdə deyirdim: “peka… avtamat… qrad…” və s.”.
    Həm yuxarıda gətirdiyim sitat, həm də bütünlükdə hekayə məhz atanın dilindən nəql edilir. Bu da müharibədən çıxan nəslin psixologiyasını, indiki ağrıları və psixoloji zədələrini anlamağa kömək edir. O boyda “zıppıltıdan” sağ çıxanlara indiki “lazım gəlsə…” oyunları əlbət ki, gülməli gələr. Canında diri qalan sarsıntılarına rəğmən hekayənin qəhrəmanı da məhz belə yanaşır, hər şeyə münasibətində Qarabağın itirilməsindən sonrakı “sülh danışıqları”nın izi görünür. Divar qonşusu olduğu qaynana-qaynatası onunçun Rusiya və İran, uzaqda yaşayan valideynləri beynəlxalq təşkilatlar, arvadı isə “ölkə KİV”-idir.
    O, torpağının 20 faizini itirmiş, amma əlindən heç nə gəlməyən “Ali Baş Komadan” kimi yarıyuxuludur, şəhərdə doğulan oğlu oyuncaq mağazasından aldığı bir bölük əsgəri və hərbi oyuncaqları “yorğan-doşəyin ən əhəmiyyətli yüksəkliklərinə düzüb” tez-tez əməlli-başlı döyüşlər aparır.
    Uşaq apardığı “döyüşü” öz dilinə çevirir:
    - Tr… trrr… tererere… dam!
    Ata ürəyində: “Bilirəm, tankdı”. Sonra bərkdən:
    - Ay uşaq, qoy yataq…
    Amma hara yatır. Dərhal, hətta uşaq ifasında olsa belə tanıdığı bu səs onu yenidən Qarabağa- Füzulinin Veysəlli kəndinə qaytarır. İlk dəfə bədheybət səsi olan tankı orada görüb. Öz tankımızdı. Bu tank o bölgədə yeganə Azərbaycan tankı olduğundan “camaatın gözündən basıb lotuluq” edirmiş.
    “Füzulinin Veysəlli kəndinin yanında bir ferma var idi. Payız vaxtı Harami düzünün şimalındakı Qara su deyilən dərə yoxuşa bu fermaya tərəf köç edirdik. Birdən bir tank göründü, tırhatır gəlib yanımızda dayandı … içindən bir əsgər hobb eləyib yerə düşdü, salamsız-kalamsız yaxınlaşıb say-seçmə qoyunlardan birini qoltuğuna vurdu… Müdirimiz qışqırdı:
    - Ə, neyləyirsən?
    Cavab gəlmədi. Əsgər qoyunu taxtın içinə salladı, sonra özü də yox oldu…
    … Aşağı Veysəlliyə erməni hücum edəndə nə qədər əlləşdilər həmin tank xoda düşmədi. Kənddə qoyub qaçdılar…”

    Uşaq: “Da-da-da!!!”
    Ata: “Nə olur-olsun avtamat qüdrətli silahdı. Ağcabədidə məşhur bir adam vardı: Cəbhəşi Mamed…”
    Uşaq: “Uuuuuuu… Uuuuuuu…”
    Ata: “Təyyarədi yəqin… Qırıcı… Bizimkilər Füzulinin ermənilər tərəfindən zəbt edilmiş Hoğa kəndinə hücum planlaşdırmışdılar…”
    Uşaq: “Vığğğğğğ… ıııııın…”
    Ata: “Bu da hərbi maşın… rus uralı… Xocavənd…”
    Uşaq: “Dam-daram-dam-duuum…”
    Ata bu dəfə özünü saxlaya bilmir, oğlunun hərbçilərinə hücum edir. Ayağını “yüksəkliklərdən enib döşəmədə sıraya düzülən əsgərlərin üstünə qoyub” yerində bir dəfə burulur: “Dur əynini geyin, kaşanı ye! Baş beynimi aparma!”…

    Ata-oğul arasında müvəqqəti atəşkəs başlayır. Amma bu da çox sürmür. Tezliklə, “Rusiya”, “İran”, “beynəlxalq təşkilatlar” və “ölkə KİV”-i işə qarışır…
    Qaynı oğluna yeni hərbi oyuncaqlar alır…

    Hər şey yenidən başlayır və Qarabağ düyünü ətrafında nəsillərarası “hərbi-siyasi məsələ” həll olunmamış qalır…

    Hekayənin strukturu uğurludur. Ata- yuxu, oğul- gerçəkliyin imitasiyasıdır. Qarabağın özü də yuxuya çevrilib, yalnız yuxularda bizə qayıdır… fraqmentlər şəklində…
    Ən maraqlısı isə əsgərlikdə olmayan “ali baş komandan”ın Qarabağ xatirələrinin qoyunla başlayıb, qoyunla bitməsidir…

    Hekayə qəhrəmanının yaddaşında torpaq itkisindən daha çox, qoyun itkisi diridir. O əsl feodal Azərbaycan kişisidir… İnandırıcıdır… Yuxuda da, reallıqda da Azərbaycan budur.

    Şərifin Qarabağ hekayələri əslində bütöv bir silsilə- bir ailənin, bir tayfanın, bir kəndin başına gələnlərin fraqmental təsvirləridir… Yəqin ki, bu hekayələr nə vaxtsa böyük bir romana çevriləcək… Hətta çevrilməsə də, hələ ki, Qarabağ hadisələri haqqında yazılanlar içində yeganə ədəbiyyat nümunələridir… Bəzəksiz-düzəksiz… Diri və nifrətsiz…

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

4 Şərh var
Şərh yazın »

  1. Serif bir defe dahiyene sekilde demisdi ki, men de nesr potensiali cox gucludur. Serifdi deeee deyir, yuz soz deyir, biri de buç olsun-hami bele reaksiya verdi, qimisanlar da oldu.Bu, oz yerinde…
    Seher-seher bu yazini oxuyanda teccublendim ki, serifin bu hekayesini tehlil eden kimdi, cunki en evvel bu yazida muellif kimi zahirin adi yoxuydu, ya adini yazmaq zahirin yadindan cixmisdi, ya da qoymaq istememisdi, ya da konulsuz yazmisdi ve ya da serig yazini oxuyan kimi zahire zeng elemisdi ki, ay oyun tikilsin imzani qoymaq yadindan cixib. ne bilim her yey ola biler, cunku men zahirin duyumuna,obyektibliyine, siyasetine yaxsi beledem, inana bilmirem ki, zahir bu hekayeni niye tehlil etsin… Her halda Zahirin komeyi ile men de bu hekayenin tehlili ile mesqul oldum. Ve baxib gordum ki, burada qeyri- adi hec ne yoxdu, hec adi olan bir seyden de hec ne alinmayib.
    Serif lacin bolgesindendi, Lacin derdi hamimizin urek aqrisidi. Serif muharibenin ezeblarini yasamis adamdi. amma edebiyyat mesulu olan bu hekayede yeni hec ne yoxdu. usaqin surduyu herbi masinlarin sesini her bir qacqin yaxsi xatirlayir. serif bunu heyayede bedii metn elementine cevire bilmeyib.
    ceviribse de zeifdir. bununla meni heyretlendirmek mumkun deyilse fizulide yox eee, lap beyleqandan olan, o vaxtlar herdenbir qrad sesi esiden bir kisini hec heyretlendirmek olmaz.

    Usaqin herbi masinlarin sesini teqlid etmesi de yeni deyil. her gun qonsumuzun usaqlari bu cur “atisusrlar”

    edebiyyatda ise beyenmediyimiz suleyman rustem “qafurun ureyi” seirinder deyir:
    Avtomatlar seslendikce ta, ta
    yaralilar qacirlar havadan tuta-tuta.
    ve yaxud turk sairi ismayil uyaroqlu deyir:

    “Hər silah ayrı bir səslə partlar:
    Tapança: dann,
    Tüfəng: bumm,
    Top: gumm,
    Bomba: bomm…
    Amma öldürdükləri körpələr
    Harasında olursa dünyanın
    Eyni ağrıyla bağırar:
    – Ah…”

    Amma hekaye de mene maraqli gorunen asaqidaki meqam oldu:
    “Divar qonşusu olduğu qaynana-qaynatası onunçun Rusiya və İran, uzaqda yaşayan valideynləri beynəlxalq təşkilatlar, arvadı isə “ölkə KİV”-idir”.

    Bu da alinmayib.

    P.S. cavansir yusifli ve qan tural istese serifi mudafie ede bilerler

  2. Salam
    Son vaxtlar muharibe movzusunda bir cox eserler yazilib. Mene ele gelir ki, edebiyyat adina yazilan bu eserlerin coxu publisistika ile bediyyat arasinda var-gel edir. Haminin qazetden oxuduqu, televizordan ve radiodan eshitdiyi sheyleri bayaqi sujet tapib yazmaq tebii ki, lokal xarakterlidir ve maraqsizdir.

    Amma eturaf elemek lazimdir ki, Sherifin Proloqda derc olunan son hekayeleri muharibeden behs eden eserler arasinda istisna teshkil edir. Sherifde real heyat canli bir dilde ifadesini tapir, duzzuz nifret hissi yoxdur. Hekayade tesvir olunan yerleri, muharibe menzerelerini oxuyanda bir daha 92-93-cu illerin hadiseleri gozumun onunde canlanir. Ve haqli sual ortaya cixir – butun bunlara deyerdimi? Mence bu suala Sherifin sonraki hekayelerinde cavab tapacaqiq. Uqurlar.

  3. Mən Şərifin sözügedən hekayəsini oxumasam da, Natiq bəy kimi, “Proloq”da 3 hekayəsini oxumuşam. Düşünürəm ki, bu ölkədə müharibə nəsrinin zirvəsini fəth eləmək ən azı ilk dəfə Şərifə nəsib olacaq. Qardaşıma uğurlar diləyirəm.

  4. cox gec oxudum ama yazmaqi ozume borc bilirem bu movzuda serifle kimse mubahise ede bilmez

Şərh yazın