İlə görə arxiv: Eylül 2008
Səhifələr: 2 -dən 3 qədər«123»
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Eylül, 2008
KultAz: Bakı teatrsevərləri oktyabrın ilk günlərində Şekspirin aztanınan “Afinalı Timon” pyesinin tamaşasına baxa biləcəklər. Əsəri Azərbaycan dilinə filologiya elmləri doktoru İsrafil İsrafilov tərcümə edib.
Teatr Xadimləri İttifaqının, “Procent” Prodüser Mərkəzinin və “Zəfər” Teatr Studiyasının irimiqyaslı birgə layihəsi çərçivəsində hazırlanmış tamaşa müxtəlif teatrların aktyorlarının iştirakı ilə antrepriz səhnə əsəri yaratmaq cəhdidir.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 389 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 18 Eylül, 2008
Rusiya qoşunları Gürcüstana girər-girməz, qoşunlardan azca uzun, bir az da enli torpaqlarda şəhərlər yanmağa başladı. Sanki qoşunlar kibritdilər, şəhərlər də – neft və neft məhsulları. Artıq rəngli televizorlarda dan yeri və qürubun qatı-qırmızı günəşlərini yanğınlardan seçmək çətindi. Günəşi yalnız üfüqə qərq olmağından tanıyardın. Yanğınsöndürənlər bir dəfə çaşıb Günəşi söndürmək istəmişdilər.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 934 oxunma | 17 Şərh var
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Eylül, 2008
KultAz: Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bis ıra çəxslərə fəxri adların verilməsiylə bağləı dövlət başçısl sərəmsam imzalayıb:
Yazını dostuna göndər
|
Yazını Çap et
| 369 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Eylül, 2008
Son yazısına və əvvəlki yazılarına qısa şərh
Ölkəmizin polisi gör necə də biabırcasına kobudmuş. Deyirəm bəlkə Mahmud Əhmədinejadın polisindən bizimkilərə əxlaq-etik öyrətmək üçün yardım istəyək?
Axı, Güney Azərbaycan yazıçılarına orada ”Türke Xər”(Eşşək Türk) deyilə bilər, ancaq “Ə” kəsinliklə deyilməz. Özü də görünən bu “Ə” elə-belə “Ə” deyil ha!! Uzanıb harayadək gedə bilən, alçaldıcı bir “Ə Ə Ə [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 532 oxunma | 1 Şərh var »
Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 16 Eylül, 2008
Seymur Baycan
90-cı illərin əvvəllərində belə bir söhbət vardı: “Biz meydana bakılı, şəkili, qazaxlı, zərdablı kimi girib, meydandan azərbaycanlı kimi çıxdıq”. Adını çəkmədiyim rayonların sakinləri inciməsinlər. Yadıma indi bu rayonlar düşdü. Hərçənd, sözün doğrusu, Azərbaycanda Zərdab adında bir rayonun mövcud olmasını mən, hərbi məktəbin ikinci kursunda oxuyanda öyrənmişəm. O vaxta qədər Zərdabın adını bir dəfə də [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 762 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Eylül, 2008
Rusiya vətəndaşının şəxsi arxivindən türk yazıçısı Nazim Hikmətin fotoşəkillərinin neqativləri Dövlət Film Fonduna təqdim olunub. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib ki, Nazim Hikmətin bu fotoşəkilləri 50-ci illərdə Azərbaycanda səfərdə olarkən çəkilib.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 490 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 15 Eylül, 2008
ÇÜRÜYƏN BARAMA QURDLARI
Güzgünün qarşısında dayanıb xeyli fikirləşməli oldu. Necə olub ki, bir gecədə bu qədər həngamə olub, amma özünün xəbəri olmayıb. Bu dəmir lövhələri onun bədəninə kim bağlamışdı, necə bağlamışdı- anlamırdı, bütün bədəni tank zirehinə bənzər zirehlə örtülmüşdü.
Zirehin birini dartdı, bərkidildiyi yer möhkəm ağrıdı. Hansı lövhəni dartdısa, beyninə mismar kimi batan ağrıdan diksinib dayandı. Bir [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.304 oxunma | 41 Şərh var
Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 13 Eylül, 2008
Rüstəm Məmmədov
… biz səhnə arxasında dayanarkən, işıqların yanması və kütlənin sonsuz uğultusu məni vaxtıyla Fredi Merkuridə olduğu kimi təsirləndirmir. Görünür, o, kütlənin sevgisindən və dəlisovluğundan həzz alırmış…
Kurt Donald Kobeyn (ölümqabağı qeyd)
Paradoksdur. Amma rok musiqi dəbə mindi. Əslində ideyasına görə underground olmalı şey kütləvi mədəniyyət, dəbə minmiş axın oldu. Rok atributlarını gəzdirmək dəbə mindi. Evanescence-yə [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 712 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 12 Eylül, 2008
Qəşəm Nəcəfzadə: “Onların tənqidi də mənim şeirlərimə görə yaranıb, yəni onları da mən yaratmışam”
- Salam Qəşəm, necəsən?
- Sağ ol, yaxşıyam. Söz əhvalımcadı.
- Nə işlə məşğulsan?
- Düşünməklə, uzun-uzadı düşünmək, hərdən də qələmin ucunu həyata batırmaq.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 2.021 oxunma | 41 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 10 Eylül, 2008
Rüstəm Kamal, Yaradıcılıq Fakültəsinin dekanı
Artıq iki ilə yaxındır ki, Bakı Slavyan Universitetinin nəzdində yaradıcılıq fakültəsi fəaliyyət göstərir. Yaradıcılıq fakültəsi Azərbaycanın görkəmli alimi və yazıçısı, BSU-nun rektoru, prof. Kamal Abdullanın təşəbbüsü ilə yaradılmışdır. Bu virtual fakültənin məqsədi istedadlı gənclərin və tələbələrin bədii-estetik, intellektual səviyyəsini artırmaq, yaradıcılıq potensialını aşkarlamaq, onların püxtələşməsinə, ədəbi mühitin formalaşmasına təkan verməkdir. Biz [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 2.037 oxunma | 83 Şərh var
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Eylül, 2008
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə milli cizgi filmlərinin DVD diskləri buraxılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif illərdə çəkilən filmlər Rusiya və Azərbaycan mütəxəssislərinin səyləri ilə azərbaycan dilində bərpa olunub.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 503 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Eylül, 2008
Dövlət sifarişi ilə çəkiləcək filmlərə 6 milyon manat xərclənəcək
Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, bu il dövlət büdcəsindən dövlət sifarişilə çəkiləcək filmlərin istehsalı üçün 6 milyon manat ayrılıb. Bu məbləğ ötənilkidən iki dəfə çoxdur.
Nazirliyin Kinematoqrafiya Şöbəsinin sektor müdiri Yusif Şeyxovun sözlərinə görə, bu il dövlət sifarişi ilə istehsalata “İstanbul reysi”, “Ehram TV-telekanal üçbucaq”, “İlahi [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 438 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Kino | Tarix: 09 Eylül, 2008
Kiçik Aleksey Germanın “Kağız əsgər”i isə Venetsiya festivalında “Gümüş şir”i “ram etdi”
Daha bir mötəbər kino bayramı – Venetsiya Kinofestivalı başa çatdı. 65-ci “Qızıl şir”ə amerikalı Darren Aronofskinin “Restler”i (“Mübariz”i) sahibləndi. Rejissorluğa və operator işinə görə “Gümüş şir”i isə Kiçik Aleksey Germanın “Kağız əsgər”i “ram etdi”. Bəri başdan deyək ki, rusiyalı rejissorun bu qələbəsi, şübhəsiz ki, [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 344 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Eylül, 2008
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyası payız sessiyasında bir sıra qanun layihəsini müzakirəyə təqdim edəcək. Bu barədə məlumat verən millət vəkili, MM-in mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərovun sözlərinə görə, bunlar “Mədəniyyət haqqında” və “Yaradıcı şəxslər və təşkilatlar haqqında” qanun layihələridir: “Mədəniyyət haqqında” qanun 10 il bundan əvvəl qəbul edilib. Ötən müddət ərzində Azərbaycanın [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 340 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Eylül, 2008
Artur Konan Doylun dünya şöhrətli “Şerlok Holms” əsəri yenidən ekranlaşdırılacaq. Müxtəlif rejissorlar tərəfindən müxtəlif formada ekranlaşdırılan bu əsər 2009-cu ildə daha çox seviləcək.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 242 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Eylül, 2008
“Son dövr Azərbaycan ədəbiyyatında beləsi olmayıb”
Yazıçı-publisist Orxan Fikrətoğlunun yeni kitabı işıq üzü görüb. “Vaxt” adlı kitabda müəllifin 3 kinossenarisi (“Köçərgi”, “Papaq Yusif”, “Yalan”), 3 povesti və 70-ə yaxın hekayəsi yer alıb. Bu barədə məlumatı O.Fikrətoğlu özü verib.
Müəllifin sözlərinə görə, “Elm” nəşriyyatında nəşr olunan kitaba bu günlərdə təqdimat keçiriləcək.
O.Fikrətoğlu onu da bildirib ki, son dövr Azərbaycan [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 436 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 08 Eylül, 2008
KultAz: Tanınmış jurnalist Taleh Şahsuvarlı romançılığa da iddialıdır. Yeni yazdığı və bir neçə günə kitab halında işıq üzü görəcək “BABƏKIN CANLANMASI” romanını “Azərbaycanın ilk postmodern romanı” adlandırır. Kitabdan bir parçanı isə “Kultaz”ın oxucularının müzakirəsinə buraxır. Oxuyun, baxın, fikirlərinizi yazarla paylaşın. Alınıbmı, alınmayıbmı…
Bir məqamı da qeyd edək ki, əsərin bizə təqdim olunan parçasında yazar adının baş [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.345 oxunma | 22 Şərh var
Yazar: Admin | Bölmə: Persona | Tarix: 07 Eylül, 2008
Zəlimxan Yaqub: “1984-cü ildən bəri ancaq Aşıqlar Birliyi adına intriqa «yuva»sı olub”
“Mən bu birliyə intibah, inqilab və şüurları silkələmək üçün gəlmişəm”
Xalq şairi, bu günlərdə Aşıqlar Birliyinin sədri seçilən Zəlimxan Yaqubla görüşüb müsahibə götürmək istədiymizi bildirdik, tərəddüsüz razılaşdı. Bir şərti oldu ki, mənim danışığımın üslubuna toxunmayın, qoyun necə var elə də qalsın.
Zəlimxan Yaquba cəmiyyətin sualları çox [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 913 oxunma | 10 Şərh var
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 06 Eylül, 2008
KultAz: Portalımızın daimi müəlliflərindən olan istedadlı şair Rəbiqə Nazimqızının ilk şeirlər kitabı işıq üzü görüb.
“Sənə qədər” adlanan şeirlər kitabı “Rəsul Rza adına Ədəbiyyat Fondu” tərəfindən dərc edilib.
Qeyd edək ki, Fond qaydalara görə, bu il təsis etdiyi “Ümid işığı” mükafatının qaliblərinin kitablarını dərc edir.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 542 oxunma | 3 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 06 Eylül, 2008
“Tərcümə Həftəsi”
Az qala qaçıram, əlim ayağıma dolaşır.
Bax, hər gün belədir – vağzaldan işə, işdən vağzala.
Çünki, şəhərin düz mərkəzində işləyirəm.
Kendzejində, pivəxanada bir nəfər məndən harda yaşadığımı soruşdu.
Hamburqda.
Bəs, harda işləyirsən?
Yazını dostuna göndər
|
Yazını Çap et
| 651 oxunma | Şərh yoxdur »
Səhifələr: 2 -dən 3 qədər«123»