İlə görə arxiv: Oktyabr 2008


Salam Sarvan: “Artıq öz həyatım özüm üçün müzakirə predmeti deyil”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 Oktyabr, 2008

“Kəskin ədəbi kriteriyadan yanaşsaq, Azərbaycan ədəbiyyatında istedadlı yazarların sayı beş-altıdan o yana keçməz”
- Görüşə niyə gecikirsiniz?
- Bizdə bu suala ənənəvi bir bəhanə ilə cavab verilir - tıxaca düşmüşdüm. Bir də ki, görüş üçün təyin edilən yeri tapa bilmirdim. Biz tələbə olanda uşaqlarla görüşmək üçün konkret yerlər var idi. İndi şəhər çox dəyişib, inkişaf edib. Açığını [...]



Qəşəm Nəcəfzadə. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Oktyabr, 2008

MÜASİRLİK
Köhnə “Sovet küçəsi”ndə
Bakı ölür.
Əvvəl Böyük Vətən müharibəsi
qırmışdı buranı.
Şəkil asılmış mismar
Mismar vurulmuş divar
Divar vurulmuş keçmiş
yıxılır.



Ceyms Bondun yeni filmi 220 milyon dollara başa gəlib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Oktyabr, 2008

KultAz: Londonda Ceyms Bond haqqında növbəti 22-ci filmin təqdimat mərasimi keçirilib. «Mərhəmət kvantı» adlı film öz büdcəsinə görə bu günə kimi Bond haqda çəkilən filmləri dəfələrlə üstələyir. Filmin prodüserlərinin verdiyi məlumata görə, saat yarım davam edən filmin ərsəyə gəlməsi üçün 220 milyon dollar xərclənib.



«Fokus» analitik kinojurnalının ikinci sayı satışda

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Oktyabr, 2008

KultAz: Azərbaycan kino tarixində ilk və hələlik yeganə olan «Fokus» analitik kino jurnalı kino peşəkarlarını sevindirməkdə davam edir. Bir müddət öncə jurnalın ikinci sayı işıq üzü görüb. «Fokus»un növbəti sayında kinorejissorlar Oqtay Mirqasımov və Şamil Nəcəfzadənin müsahibələri, həmçinin Şamil Əliyevin «Arxaik motivlər» kinosenarisi çap olunub.



Arzularımın şəhəri - Bakı

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 29 Oktyabr, 2008

Bəzi şəhərlər var ki, onlara ilk baxışda və ömürlük aşiq olursan. Gözəlliyini asta-asta içinə çəkir, bu şəhəri tanıma prosesinin özündən belə, böyük həzz alırsan. Bəzi şəhərlər var ki, beyninə həmişəlik həkk olunur. Və, bəzi şəhərlər var ki, sənin üçün əziz və yaxın olur – həyatını və özünü bir an olsun belə, onlarsız təsəvvür etmirsən. [...]



Taleh ŞAHSUVARLI. CƏRGƏ

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Oktyabr, 2008

“Babəkin canlanması” romanının ikinci fəsli
Quşbaşı qar yağırdı. Quş kimi yüngülləşmişdim. Qurtulurdum artıq. “Qumbara” kafesində oturmuşduq. Baş leytenant Qubalı, baş leytenant Quliyev, gizir Qubadov, gizir Qurbanov və gizir Qunduzovla birgə ordudan tərxis olunmağım haqqında müdafiə nazirinin verdiyi əmri yuyurduq. Gizir Qulamov gecə bölük üzrə cavabdeh qaldığına görə, günortadan evə getmişdi. Bölük komandiri, kapitan Quluncovun hərbi [...]



«Günaydın, mələyim» (Azərbaycansayağı kinopritça)

Yazar: Admin | Bölmə: Kino | Tarix: 29 Oktyabr, 2008

Aliyə
«Günaydın, mələyim» Oqtay Mirqasımovun yenicə təqdim olunan filmidir ki, ssenarisini də rejissor özü yazıb.
Adı uğurla seçilib: «Günaydın, mələyim». Əvvəla, müraciət-ifadə kimi xüsusi cazibəsi var, sonrasına qalanda isə bu ad psixoloji drama janrında olan filmin poetikasını, stixiyasını əvvəlcədən nişan verir.
İdeya mövzu sadə və hər kəsə yaxındır - «taleyin amansız zərbələrinə» yıxılmamaq, mühitin sərt laqeydliyinə qarşı dözümlü [...]



İlham Əliyev Yazıçılar Birliyində oldu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Oktyabr, 2008

KultAz: Prezident İlham Əliyev oktyabrın 28-də Yazıçılar Birliyinin əsaslı təmir və yenidənqurma işləri aparılmış binası ilə tanış olub.
1915-ci ildə tikilmiş və paytaxtın memarlıq abidələrindən olan bu bina indiyədək heç vaxt əsaslı təmir edilməmişdi. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, 2007-ci ilin martında burada əsaslı təmir işlərinə başlanılmışdı. Təmir və yenidənqurma işləri zamanı binanın klassik memarlıq [...]



Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Oktyabr, 2008

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub.
Səhnə əsərinin quruluşçu rejissoru Adil Zeynalov, quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatı Təranə Fərəcovanındır.



Şərif AĞ. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 28 Oktyabr, 2008

Kərpickəsən kişinin dastanı
Dədəm qaşlarını oynadıb-oynadıb alnının ortasında baş-başa gətirdisə, deməli nəsə bir iş var: «İlyaz kişi dedi, evi gələn ayın başınacan boşaldın». Hamımız biri-birimizə baxdıq, nə deyəcəyimizi bilmədik. «Gələn ayın başınacan?!» – anam həyəcanla soruşdu. Dədəm uzun fasilədən sonra «hə» dedi.
İlyaz qonşumuz idi. Daha doğrusu, biz onun qonşuluğundakı iki otaqlı, kürsülü evin müvəqqəti sakinləri [...]



Azərbaycan filmi Qazaxıstanda mükafatlandırıldı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Oktyabr, 2008

Qırğızıstanın paytaxtı Bişkekdə 2-ci İssıq-Göl beynəlxalq kinofestivalı başa çatıb. Çingiz Aytmatovun xatirəsinə həsr olunmuş festivalın müsabiqəsinə on dörd ölkənin istehsalı olan qırxa qədər film iştirak edib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.



Müasir Fransız Yazıçıları. Patrik Dövil.

Yazar: Admin | Bölmə: Tərcümə, Ədəbiyyat | Tarix: 27 Oktyabr, 2008

Bioqrafiyası:
1957-ci ildə Sənt-Brevəndə doğulan Patrik Dövil Nantda fransız ədəbiyyatı ixtisası üzrə təhsil almış, iki magistr dərəcəsi qazanmışdır. 23 yaşında Fars Körfəzi ölkələrinin birində mədəniyyət attaşesi təyin edilir. İki ildən sonra fəlsəfə doktoru olur və xaricdə tədrislə məşğul olur. Uzun müddət Əlcəzair, Havana və Nigeriyada yaşayıb….



Sevinc MÜRVƏTQIZI. «Ölümqabağı düşüncələr» silsiləsindən

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 27 Oktyabr, 2008

Sürünür
Mənim yaşamağa gücüm çatmır,
Ölümün mənə,
Arxamca ölüm sürünür…
Yalan söyləməyə dilim yatmır,
Amma doğrunu deyəndə elə dağlanmışam
Gerçəyin dəmi gələndə
Ağzımda dilim sürünür…



ARXA KÜÇƏLƏRIN YAZARLARI

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Oktyabr, 2008

Eldəniz Sadıxlı (Qamçı MEZARUS)
“Bir dəli sevda tək düşəndə ələ,
Bir qurtum şərbət bil, iç getsin elə.
Dünya xali deyil görərsən hələ, -
Dünyanın dərdindən ölməyə nə var?!”
Füzuli Sabiroğlunun bloqundan götürülmüş bu bənd tənqidin başlaya bilmədiyi yerdir. Təkrar emal texnologiyalarının mövcud olduğu müasir dünyada bu cür yazan müəllif ixtiyari tənqidçinin əl-qolunu qandallayır, onu hər hansısa sifətdən və feldən cümlədə [...]



Azərbaycan filmi “Oskar”a təqdim olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Oktyabr, 2008

Azərbaycanlı rejissor Şamil Nəcəfzadənin çəkdiyi “Qala” filmi ABŞ Kino Akademiyasının “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim olunub.
ABŞ Kino Akademiyasının saytında bu barədə məlumat yerləşdirilib.



Sevinc Çılğın. Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 23 Oktyabr, 2008

Zamanın unutmaq fəsli
Aramızdakı zaman
qocaldıqca
sevinirəm
yoxluğuna uduzmadığıma
ölmədiyimə



Bakıda rus dili və ədəbiyyatı həftəsi başlayıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Oktyabr, 2008

Bakı Slavyan Universitetinə Rusiyanın 7 nəşriyyatında çap olunmuş 100-dən artıq adda kitab hədiyyə ediləcək. Bunu “Bakıda rus dili və ədəbiyyatı həftəsi”nin başlanmasına həsr olunmuş mətbuat konfransında Rusiya nümayəndə heyətinin rəhbəri Antonina Kuteynikova deyib.



Əkrəm Əylisli: “İlk məhəbbətimi görəndə indi də dizlərim tutulur”

Yazar: Admin | Bölmə: Persona | Tarix: 22 Oktyabr, 2008

“Ətirşah Masan” doğulub-böyüdüyüm yerə, o yerin insanlarına etirazım idi…
Bu dəfə xalq yazıçısı Əkrəm Əylislinin qonağıyam. Açığı, klaviaturada ilişib qalmışam. Sözün yeddi rəngində yazan Əkrəm Əylisli haqda qələm çalanda gərək, ayıqdan ayıq olasan, hər sözün üstündə əsib, hər ifadəni götür-qoy eləyəsən, hər cümlənin boyunu sevəsən…və bu yazı-müəllif “vuruşması”nda gərək hıqqınıb, qalmayasan, bu “vuruşma”dan, izahı qəliz olan [...]



Rafiq Tağı AYO-nun başqanı oldu

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Oktyabr, 2008

KultAz: Bazar günü Azad Yazarlar Ocağının (AYO) növbəti toplantısı keçirilib. AYO-nun 10 üzvünün iştirak etdiyi tədbirdə yeni başqan seçimləri gerçəkləşib. Başqanlığa iki iddialı olub; yazıçı Rafiq Tağı və şair-tərcüməçi Azad Yaşar. Rafiq Tağı səs çoxluğu qazanaraq AYO başqanı seçilib.



Aygün Aslanlı. Hər şey tanışdı… amma gözlədiyimiz deyil

Yazar: Admin | Bölmə: Kino | Tarix: 19 Oktyabr, 2008

Oqtay Mirqasımın “Günaydın, mələyim” filmi haqqında
XX əsrin əvvəllərində dramaturq Jorje Polti gəlmiş-getmiş bütün pyesləri araşdıraraq mümkün süjetlərin hamısını «36 süjet» əsərində toplamışdı. Sonralar bu siyahıya əlavələr etmək cəhdləri heç bir nəticə verməmiş, Poltinin klassifikasiyasının qüsursuz olduğunu göstərmişdi. Hazırda ədəbiyyatda, kinoda istifadə olunan süjetlər də «36 süjetin» müxtəlif versiyalarıdı.