Ərsan Ərel. Dilimizi söz yoxsulluğundan qurtarmalı!

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 02 Ekim, 2008

Özgə sözlərinə qul edilən ulusun şairi də, yazıçısı da, alimi də, siyasətçisi də… susub bir iş görmürsə, ulusal xayindi!

“525-ci qəzet”də ADU ədəbiyat bölməsinin başqanı, xanım Fəridə Səfiyevanın yazısını acılar içində oxudum. O yazıda Azərbaycanda dilə olan ögey ilginin nə boyuta çatdığı aydın görünürdü. Bu yazı bir ulusun ölüm ağlatısını yorumlayacaq böyk roman nitəliyindədir. Nə yazıq, onu anlayıb qavraycaq kimsələrimizin qıtlığını yaşayırıq.

    Özgələrin dilimizə olan ilgiləri, ulusumuzun öncüllərinin duyarsızlığını bizə aydın göstərir. Bu gerçəkləri anlamaq üçün yabancı oxul başçısının dilimizlə bağlı düşüncələrinə baxaq:

    “Azərbaycan dili akademik dil deyil, bu dildə terminlər yoxdur. Elmlərin tədrisi bu dildə mümkün olmur. Ümumiyyətlə, Azərbaycan dili ancaq müəyyən qrup insanlar arasında ünsiyyət vasitəsindən başqa bir şey deyil. Odur ki, məktəbdə beynəlxalq dilin – rus dilinin tədrisi məqsədəuyğun sayılır”.

    Sayın Fəridə xanım, bunlar da bir gerçəkdir. Keçmişdə özgə dillərinə xoşgörü qapılarını açan dövlət başçılarıyla düşünürlərimizin bizi ərəb, fars söz dilənçiliyinə götürmələrini yadırğamaqmı olar? Onlar özgəyə bənzəmək üçün keçmişliyimizin, uyğarlığımızın yansıdıcısı olan sözlərimizi sıradışı edib, dilimizi özgə zibillyinə çevirmədilərmi? O dönəmlərdə ərəblərlə farslar yeni sözlər düzəldərkən bizimkilər nə etdilər? Tutuquşu kimi özgə sözlərini çeynəyə-çeynəyə borclu bir dili bizə qalıt (irs) buraxmadılarmı? İndi bir Türk ulusu olaraq özgə sözlərinin sinliyində (məzarlığında) yaşamırıqmı? O yabancı oxul başçısı dil imperatorluqlarının siyasətinə uymayaraq çaşıb “Bu dildə terminlər yoxdur” deyirsə, haqlı deyilmi? Ulusumuzun seçkin özümləyiciləri (təmsilçiləri) dinçi olaraq Mirzə Məmməd Əli, şair, yazıçı, dilçi olaraq Səməd əfəndi, çağdaş aydın olaraq Rüstəm bəy, siyasətçi olaraq Şeyx Nəsrullahlar deyillərmi? Bu kəsimlər dilin qayğısına özlərinin geriçi, sömürgəçi, çıxarçı yönündən yanaşmayıblarmı? Özgələrin əllərinə verdikləri küt araclarla bu ulusun gənclərinin başını kəsməyiblərmi …?

    “Dil canlı varlıqdır”. Bu sözü Azərbaycanada uyurgəzər dilçilərin dilndən də eşitməmiz sevindiricidir. Özgələrdən öyrəndikləri bu gerçək deyimin anlamına varmasalar da, rəsmini xəyal gücüylə havada çizmələri belə böyük işdir. Çün, bu sözü çox işlətmələri bir gün dilimizin gələcəyini düşünən gənclərimizə qılavuz olacaqdır. Onda onlar deyəcəklər: “Ey Şeyx Nəsrullahın öyrənciləri olan N.Cəfərovlar, A.Axundovlar, T.Hacıyevlər, N.Xudiyevlər,…! Bilirsiniz nə var, bu dili ölülər anlasalar da, onlar diriləsi deyillər! Ancaq bilməniz gərəkir, bu özgə sinliyinə çevrilmiş dillə, gəncləri, eləcə də çağı öldürmə yetkiniz də yoxdur! Ciblərinizdə gəzdirdiyiniz o yüksək bilim adları cinayət silahlarıdırlar! Silahlarınızı yerə qoyub təslim olun! Sizin o çağdışı silahalrınız (Türkcələr arxaikləşmiş, özgə sözləri isə vətəndaşlıq qazanmış) ancaq “Sehirli Xalatın” xanının nökərlərinin işinə yarıyar! Türk ulusu isə üç qitəyə egemen olmuş, keçmişi parlaq bir ulusdur. Bu ulusun xarakterində nökərlik, dilənçilik, əzginlik olmadığı kimi, dilində də belə olumsuz sifətlərin olmaması gərəkir! “Türkün dili tək sevgili istəkli dil olmaz / Özgə dilə qatsan bu əsil dil əsil olmaz ,… Türkün Məsəli folkoloru dünyada təkdir / Xan yorqanı kən içrə məsəldir mitil olmaz.” (Şəhriyar) Buna görə də ulusumuzun yaraşıqlı gənclərinə özgələrin işlənmiş bezləriylə mitillərini geydirmədən, özgə artıqlarıyla da cocuqlarımızı bəsləməyək!

    Bura kimi soru imiylə (işarə) başlayıb, ünləm (nida) imiylə sürdürdüyüm tümcələrin düşüncə qaynağı isə, xanım Fəridə Səfiyevanın coşqulu yazısıydı.
    Bu gün dilmizlə bağlı özgələrin yerli yersiz elə düşüncə irəli sürməmələri üçün nə etməmiz gərəkir:

    Birincisi, dilçilər, şairlər, yazıçılar, eləcə də başqa bilim dallarının bilginləri, dövlətə dilin gəlişməsi yönündə sorumluluğunu anlatmalıdırlar. Çün, bu dil dövlət dilidirsə, dövlət onun sorumluluğunu üstənməlidir.

    İkincisi, dövlət dili qoruyub, gəlişməsiylə bağlı Milli Məclisdən yasa çıxarmalıdır.

    Üçüncüsü, zaman itirilmədən Dövlət Dil Qurumu yaradılmalıdır. Bu quruma yüksək səviyyədə özdəksəl (maddi) qaynaq ayrılmalı, yetkili bilim adamları işə alınmalıdırlar. Bu qurumun ən böyük işi ağırlıqlı olaraq sözlər üzrə olmalıdır. Özgə sözlərin qarşılıqları düzəldilməli, onların topluma mənimsədilməsi üçün yasa gərəyi mexanizmi uyğulanmalıdır. Bir yandan da keçmişdə məntiqdən uzaq olaraq unutqanlığa salınan öz sözlərimiz, yenidən dilimizə qaytarılmalıdır. Bununla bağlı qurum əski qaynaqları araşdırmalı, ölkənin bütün bölgələrində incələmələr aparmalıdır. Türkiyənin dəneyimindən (təcrübə) yararlanılmalıdır. Türkiyədə 76 ildə yaranan yeni sözləri dilimizə alıb, Azərbaycan ağzıyla işlədilməsinə olanaq sağlanmalıdır. Bununla uzun bir sürə yaranan yeni söz boşluğumuzu doldura bilərik. Qurum yeni söz yaradarkən, Türk Dil Kurumuyla, eləcə də başqa Türk dövlət dil qurumlarıyla iş birliyində olmalıdır. Bu iş gələcəkdə Türk dövlətlərini ortaq dil birliyinə götürər.

    Dördüncüsü isə, dövlət yasalar gərəyi zorunlu olaraq yeni sözləri bütün yayın, basın, eləcə də idarələrdə işlənməsini istəməlidir.

    Dilimizi söz yoxsulluğundan qurtarmaq üçün, bu işlər zaman itirilmədən görülməlidir. Bu işlər görülməsə, yenə bir çox yabançı dilimizə yuxarıdan baxıb, F.Səfiyevalarımızın gözlərini yaşlara boğacaqdır. Ancaq Azərbaycanda bu gün tanınmış geriçi dilçilərin çoxluqda olduğunu bildiyim üçün, bu işin baş tutacağına inanamağım gəlmir. Çün, yeni sözlər yaranarsa, eləcə də duyarsızlıq sonucu öldürülmüş, sürgünə göndərilmiş öz sözlərimiz ağlanarsa (bəraət qazanarsa), onda dilbilgisiylə bağlı yazılmış bitiklər də yenidən yazılası olacaq. Bu da onların bilgisindən uzaqdadır. Onda daha “Zərflik Budaq Cümlələr” kimi çoxlu zibil qabları axtarmalı olacağıq. Ancaq ümidimiz nə də olsa gənclərədir. Bu ümidlərlə yaşamaq umarım uzun sürməz.

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

38 Şərh var
Şərh yazın »

  1. “…O yazıda Azərbaycanda dilə olan ögey ilginin nə boyuta çatdığı aydın görünürdü. Bu yazı bir ulusun ölüm ağlatısını yorumlayacaq böyk roman nitəliyindədir…” )))) … Və bu yazı dilimizin problemlərindən bəhs eliyir…eləmi?

  2. Scorpion müəlim (müəllimə), bu yazı sənin, mənim danışdığım dilin hansı günə düşdüyünə ilgilərinizi çəkmək üçün yazılıb. Sənin “Və” ilə başlayıb “ki”-lərlə sürən düşüncə biçiminin hansı boyutda xəstə bir günə düşdüyünü göstərmək istəyir. Dilimizlə bağlı özgə sözlərin zibilliyi görüntüsünü gözünüzə soxub “qəflət yuxusu”ndan ayılmağa çağırır. Yazıda ərəb-fars, eləcə də son çağlarda Avropa sözlərinin axını qarşısında dirəniş göstərməyin gərəkliliyindən danışır. Türkiyədə işlənən öztürkcə sözlərə olan bu qıcığınızın anlamını belə bilmədən işlətdiyiniz yad sözlərlə ibarələrə qarşı necə olduğunu görmək istərdik. Ayılın!!! Ayılmaq zamanı çoxdan keçib.

  3. Niyaz bəy, sizə bir sualım var: Siz Akop Dilaçar(Martayan) adlı alim tanıyırsınızmı?
    Hörmətlə:scorpion müəllim

  4. Scorpion, Akop Dilaçarı tanıyıram. Onu Türk Dil Kurumu başqanı kimi Azərbaycanda tanıdıblar. Belə deyil. İkincisi, dilin təmizliyi uğrunda bütün özünə sayqılı bütün millətlər çalışıblar. Bu yolda ərəblərin, almanların, elə farsların, rusların özlərinin çalışmaları var, bu çalışmalar dayanmayıb, düzənli biçimdə dövlət dəstəyi ilə sürdürülür. Dilin təmizliyi üçün çalışmaq akop dilaçarın ucundan tutub qalmaq deyil. Anlayışları öz dilində oxuyan-yazan millətin düşüncəsi aydın olar, biliklərə açıq olar. Yazıda yeni dil yaratmaq istənmir, dilimzin öz imkanlarına görə gəlişməsi qonusu ortaya qoyulur. Sizə uğurlar.

  5. MƏn də dilimizin yoxsulluğunu düşünəndə, deyirəm dilin gələcəyi nə olacaq?Yazı qəzəbli yazılsa da haqlı məsələlərə toxunubdur.Arzu edirəm devlət bu işlə bağlı bir addımlar ata.

  6. Mən belə başa düşürəm ki, kimlərinsə yeri yamanca istidi axı…
    Vaxtilə kirildə oxuyub öyrəndiklərimizdən bizim uşaqlarımız məhrum oldu..Mən hələ əlifba dəyişikliyinin yaratdığı problemi deyirəm..amma əsas elmi-nəzəri ədəbiyyatın da rus dilində olmasını nəzərə alsaq, yenə uşaqlarımız bizdən geridə qaldılar demək…Nə kompüter, nə qloballaşma o əvvəlki effekti verməyəcək. Oxuyanlar, öyrənənlər olacaq, amma çox az…
    Bilirsinizmi, sizin təklif və hətta təkid etdiyiniz dili dəyişmək zərurəti elə sadəcə sizin özününzün təklifiniz olaraq da qalacaq, bu təbiidir və bunu qəbul edin…Çünki dil onillərlə, hətta əsrlərlə formalaşır, onu beş-on həvəskarın haydı-hoydusuna etibar edib də şikəst eləmək olmaz..budur hələ ki əlimizdə olan…buyurun, dözün, gələcək nəsillərə əlbəttə ki nəsə mütləq başqa cür gedib çatasıdır, amma birdən-birə beş-on nəfərin istəyinə köklənib dilin üstünə bir tabaq yeni söz əndərmək qoca bir qarını küçənin ortasında qəfil soyundurub ona mini ətək və dekolte topik geyindirmək kimi bir effekt verəcək…
    Təsəvvür edirsinizmi…?
    Yeni dil yaranacaq, amma təbii halda, tədricən, nəsil-nəsil dalınca dəyişəcək bunu…
    “topik, kompüter, qloballaşma və mini ” sözlərini yamaq hesab edək mənim mətnimdə və mümkünsə təklif etdiyiniz yeni dilə çevirin yazdığımı…buyurun, həm də tez…
    p.s. var idi hər yarağımız, çatmırdı bircə saqqal darağımız deyəsən…-))

  7. Ryabinanın açıqlamasında yalnız ilk sətir Azərbaybaycan dilindədir.
    Sonrakı sətirlərdən bir neçəsinə baxaq və orada yabançı kəlmələri saymağa başlayaq:
    1. Vaxt, kiril, mərhum
    2. Əlifba, problem
    3. Əsas, elmi-nəzəri, ədəbiyyat, nəzər
    4. Kompyüter, qloballaşma, effekt
    5. təklif, hətta, təkid, zərurət, təklif, təbii,qəbul…

    Bu saydıqlarım yalnız 5 sətirdə olanlardı. Ağlamalısı odur ki, Ryabina yazır: “Dili beş-on həvəskarın haydı-hoydusuna etibar edib də şikəst eləmək olmaz.”

    Adam farca-ərəbcə danışıb Azərbaycan dilini qoruyur!

    Adam “Kommunist”, “Sovet kəndi” qəzetlərinə bükülüb ona sırınan dildə danışıb Azərbaycan dilini qoruyur!

    Yoldaş Ryabina, yazarın bir görəvi də yeni kəlmələr doğurmaqdır: Puşkin 3 min, Şekspir 10 minə yaxın kəlmə gətirmişdilər öz ana dillərinə…

    Yazarın bir görəvi də gələcəkdə danışılacaq dili yaratmaqdır…

    Yabançı kəlmələrin istiliyi yoxdur, onların üzərində qurulacaq sətirlər ölü doğular, onların üzərində qurulan ev ilk küləkdə yerə yatar…

    Bizdə Sabir Əhmədov, İsa Hüseynov, Mövlud Süleymanlı bu işi az-çox görüblər. Biz onların işini görməməzlikdən gəldik. Oysa bu yolu bir yerlərə qədər aparmaq da bizim görəvimiz…

    Nə isə… Ağır işdi )))

  8. Hormetli Admin!
    Ryabina demir ki, dili temizlemeyek, teze soz alinmasin. amma bunu 5-10 gunun icinde etmek olmaz. ya da 5-10 neferin iwi deil. Biz dogrudan da dilimizde yenilikler etmeliyik ancaq tebii wekilde. Biz bugun o ereb-fars menweli sozlerin enerjisini hiss edirikse bundan imtina etmemeliyik. artiq nece esrdir ki, biz bu dili hiss edirik.
    Turkiye bu iwden ne qeder qazandisa, o qeder de itirdi. BUnu turkler ozleri de etiraf edirler. Bugun biz -adi azerbaycanli (meselen menim anam)Fuzulini ne qeder anlayirsa, sade turk bir o qeder anlamir. Ingilisler Sekspiri anlamir – daha dogrusu, o donemin dilini. Yeni ki, mence hec kes dilimizin inkiwafinin eleyhine olmaz. Ancaq bu suni wekilde olsa, bunu hezm etmek olmaz.
    Saygilarimla…

  9. Admin, ( elə Ad Min-ad və niklərin burdakı sahibi yəni…?-))…
    Hə, yoldaş ADMin, sən yazdığım mətndəki sözlərin alınma olmasını yazdın, mən təbii ki, qəbul elədim…amma elə həmin mənim yazdığım mətni haydı yeni bir azəri türkcəsində yaz görüm..mən bunu istədim axı, halıma acımanı yox..
    İndi dil yaradıram deyib hərə öz əsərində ağlına və ağzına gələni də yaza bilməz axı?! Yaza bilər təbii, amma oxunarmı onlar? Mənim bütün demək istədiyimin məğzi -sadəcə bu işin təbii, tədricən edilməsinin mümkün olmasıdır, vəssalam…yoxsa, artıq mən yazan şeyləri də başa düşmürsünüz?

  10. Yazarın görəvi…yox bir…-))

  11. Çılğın, siz Ryabinanın yazdığı öncəki açıqlamada (səndən sonra yazdığında yox ha!) “Ryabina demir ki, dili temizlemeyek, teze soz alinmasin. amma bunu 5-10 gunun icinde etmek olmaz. ya da 5-10 neferin iwi deil.” fikrini bizə göstərə bilərsinizmi?

    Ryabina yazır: “Bilirsinizmi, sizin təklif və hətta təkid etdiyiniz dili dəyişmək zərurəti elə sadəcə sizin özününzün təklifiniz olaraq da qalacaq, bu təbiidir və bunu qəbul edin”

    Ryabina yazır: “Dil onillərlə, hətta əsrlərlə formalaşır, onu beş-on həvəskarın haydı-hoydusuna etibar edib də şikəst eləmək olmaz…”

    Bir yazarın belə düşünməsi pisdir, çox pisdir!

    Məni ən çox yerimdən tərpədən isə o açıqlamanın tonu və hikkəsidir. Bir yazar dəyişiklik diləyinə bu qədər QARŞIdırsa…

    Rya, niyə başqalarına deyil, sənə yazdım? Sən, Çılğın, Rəbiqə, Jalə böyük bir yolun asatanasındasınız. Tutalım, Aslan bəy həm yazı dili, həm düşüncə baxımdan oturuşmuş biridir, dediklərimi anlayışla dinləsə belə, istəsə belə, dəyişə bilməyəcəkdir.

    “Dil onillərlə, hətta əsrlərlə formalaşır, onu beş-on həvəskarın haydı-hoydusuna etibar edib də şikəst eləmək olmaz…”- a ayrıca baxaq. İndi yazdığımız YAZI DİLİ nə zaman, necə yarandı? Məhəmməd Hadi ilə, Hüseyn Cavidlə Müşfiq, Səməd Vurğun arasında zaman arası nə qədərdir? Əsrlər?

    Dedim axı, ağır işdi… ))) Nə isə… Yenə hər kəs daşıdığı yükü özü seçir…

    Məndən bu qədər!..

  12. Müəllifin yazı üslubu, işlətdiyi sözlər və söz birləşmələri onun türkcəmizi hansi şəkildə görmək istədiyini ifadə eliyir… bu təklif olunanın qəbul edilməsi mümkündürmü? Dil islahatı aparmaq bu cür olmur mənim əzizlərim… Ryabina tamam doğru deyir buna çox uzun bir zaman tələb olunur. Hörmətli Admin Sabir Əhmədov, İsa Hüseynov, Mövlud Süleymanlının adını çəkir… Bəli bu cəhdlər onlara qədər də olub VƏ çox gözəl nəticə də verib… Bir on il bundan əvvəl Rəsul Rzanın “Ədəbiyyat qəzeti”ndə dilimizin elə bu problemi ilə bağlı gözəl bir yazısı çap olunmuşdu. Yazı 30-cu illərdə yazılmışdı… Ancaq bu günümüz üçün də çox dəyərli yazıydı… Yeri gəlmişkən o yazını tapıb saytınızda yerləşdirsəniz gözəl olar. Həmin dövrdəki və ondan sonrakı vaxtda dil islahatıyla bağlı prosesləri öyrənmək lazımdır… Dilin inkişaf mərhələlərini dərindən bilmək lazımdır…
    Yoxsa: “Bu yazı bir ulusun ölüm ağlatısını yorumlayacaq böyük roman nitəliyindədir. “-ta bu qədər də yox da qardaşım. Adamın yadına lap “O olmasın, bu olsun”dakı Rza bəy düşür…

  13. Admin, “Yeni dil yaranacaq, amma təbii halda, tədricən, nəsil-nəsil dalınca dəyişəcək bunu…” bes bu ne demekdir? Ryanin hikkesi ile ozun bilersen. Men de fikirlewirem ki, bunun birbawa eleyhine olmaq da duz deil. Ancaq burda bawqa meseleler de var. Baxir o dili kim deyiwecek. Bizde kimdi o dil mutexessileri ki, bu boyuk mesuliyyeti boynuna gotursun? Men inanmiram kimese. O ki qaldi bizim ede bileceyimize, he, men seninle raziyam, boynumuza bele bir agir iw duwur, ancaq agzimiza gelen yox. Indi Rya demiwken, bele bir wey olsa, here bir wey yazacaq, hetta dexli olmayanlar da olacaq, anlamayanda da ad olacaq ki, yeni dil islahatidir.coooo x diqqetli olmaq lazimdir, hessas meseledir. Sadece tedricen, duwunulmuw wekilde, mentiqle olsun, men de ikielli razi olum.
    P.S. en eski sozleri dirildek – birinci addim kimi.

  14. ” Özgə sözlərinə qul edilən ulusun şairi də, yazıçısı da, alimi də, siyasətçisi də… susub bir iş görmürsə, ulusal xayindi!”
    ………………….
    Lənət sənə, kor şeytan…!!!

  15. utandım, yerə girdim lap…

  16. Ve kstate:)))
    BU yazi sanki turk dilinden (Osmanli turku) bizim dile ceviridir. Haydi, dil islahati deyen kimi bawlayacagiq turk dilinde daniwmaga)) Bizim psixologiyamizi da nezere alaq da )))

  17. Sevinc xanım bu yazıda elə adamı qıcıqlandıran da budur… Türkcə deyən kimi hamının yadına Türkiyə düşür… Qardaşlar başa düşmürlər ki, Azərbaycan türkləri Osmanlı türklərindən daha artıq türkdür… necə ki, özbəklər, qazaxlar, uyğurlar və başqaları bizdən daha artıq türkdülər… indi də bununmu davasını eliyək? Tamamilə doğrudur ki, bəlkə unudulmuş sözləri bərpa eləmək lazımdır, bəlkə də həmin sözləri müasir dövrün tələbləri çərçivəsində yeni mənada işlətmək lazımdır, ya da tamamilə yeni sözlər yaranmalıdır… Ancaq bu AZƏRBAYCAN TÜRKCƏSİNİN xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdı… Yoxsa iraq olsun millət hamısı pəltək olar gedər…

  18. O ADU’nun dekani hech, onunla BDU’nin tarix fakultesinin dekani arasinda hech bir ferq yoxdu, Ersan Erel de yazisindan melum oldu, “Anadolunun bagrindan kopup gelen arxadash”lardandi, bes bu sherh yazan bir-iki arxadasha ne olub…? Zahir bey, sizin movqeyi men basha dushmedim, niye mezelenirsiz seher-seher bu camaatla..? -))

    Dil hesensoxdu deyirmani deyil, ele her yerinden duran yeni soz yaratmaga chalishsa Gunesh’i bashqa cur oxuyacagiq yaxinda…

  19. Bəlkə elə “Dədə Qorqud”dan başlayaq yararlanmağa,hə?
    Vallah, billah, ağır işdi, Zahir, indi həmən razılaşsaq, bunların hərəsinin ağzından bir hava gələcək axı. məni yandıran budu..ümumi bir məxəz (-)) , məktəb(-)) və s. olmalıdı axı…
    Yoxsa hərə öz dilini yaradacaq, vallah, indi yazıb-oxuduğumuzu da itirib qalacağıq şölün düzündə…
    Təsəvvür elə, filan yazarın dilindən filan yazarın dilinə tərcümə-filan…dəhşət…

  20. Azərbacanda Dil mütəxəssislərinə nə gəlib, sizlər baş yarırsınız? Hər sahənin özünə gərə mütəxəssisi var.Dili də dilçilərə buraxaq.Yazı məsuliyətsiz yazılıbdır.

  21. Ryabina xanim, Chilgin xanim (Chilgin xanim kstate deyil ey, soz), hec kim demir yeni dil duzeldek, deyirler dil basqa dillerin zibilliyine cevrilib, dilin oz qaynaqlari var ondan qidalanmaq gerekdir. Sen fars, ereb sozlerinden enerjini nece alirsan anlamaq cetindir. Ezberlemek yolu ile oyrendiyin soz sene nece istilik verir, bir aciqla. Bir de elifbanin-zadin bura ne ilishkisi. Ryabina, sen Tanrin, neche dil bilirsen? Deyilen bir de budur: ushaqlarin bashqa dillerin sozleri ile dushunmesin, oz sozlerinle dunyani qavrasin.

  22. Men bir weyi de xatirlatmaq isteyirem: Turkiyede Yeni Lisan Davasi zamani en qedim, eski turk dilinden yararlanmaga bawladilar. Ilk iw eski metnlerdeki sozleri tedqiq etmek oldu. hansi soz ki unudulmuwdu, onu yeniden lugete daxil etdiler. Sonra semantikasini deyiwmiwler uzerinde iwlediler. Uygun olani istifade edilmeye yararli sayildi. Sonra suni wekilde sozcukler yaratmaga bawladilar. Meselen, mekteb sozunu (ereb – yazi yazilan yer, yaxud herfi menada kitabxana, yazilarin oldugu yer)Oxumaq yeri, kitab oxunan yerle ust-uste getirib, oxu kokunu ele aldilar, sonra -L (feilden isim duzelden wekilci) elave olundu ve mekteb evezine okul iwlendi. Lakin bezilerinin fikrince, bu soz, fransiz sozu olan “ekol” (terz, oxuma-yazma yolu kimi tercume edilir) sozunden hazirlandi.
    Sozum ondadir ki, eger bele bir weye ehtiyac varsa (ehtiyac yoxdu da deye bilmerik), onda Turkiyenin tecrubesinden istifade ede bilerik. Ancaq xususi vurgulamaq ucun caps lock duymesini basiram: YALNIZ VE YALNIZ TECRUBESINDEN ISTIFADE EDEREK!
    P.S. Melumat ucun Turkiyede (1911-1923) Yeni Milli Edebiyyat Doneminin Omer Seyfeddinin “Yeni Lisan” meqalesinden sonra muzakire obyekti olan Dil meselesinde esas onemli prinsipleri oldugu kimi buraya copy edirem. Mence, maraqli olar.
    MİLLİ EDEBİYAT DÖNEMİNİN DİL ANLAYIŞI
    1) Yabancı dilbilgisi kuralları, Arapça, Farsça ad ve sıfat tamlamaları bırakılmalıdır.
    2) Yabancı sözcükler, kendi dillerinde dilbilgisi bakımından hangi türden olursa olsun, Türkçede ne olarak lullanılıyorsa, dilbilgisi yönünden o türden sayılmalıdır.
    3) Arapça ve Farsça’dan gelen sözcüklerden, konuşma diline kadar girip yaygınlaşmış olanlar Türkçeleşmiş sayılmalı ve kullanılmalıdır.
    4) İstanbul hanımlarının günlük konuşma dili esas alınmalıdır.
    5) Terimler bilimle ilgili oldukları için aynen kullanılmalıdır.
    6) Türkiye Türkçesine diğer Türk lehçelerinden sözcük alınmamalıdır.

    P.S.S. Arzu edenler ucun daha cox informasiyani paylawmaq imkanimiz var.

  23. Werhe elave:
    Dede Qorquddan da evvel Orxon-Yenisey abidelerine muraciet etmeli. Cunki (hemin metnleri herf-herf oxumuw, sozlerin menalarini oyrenen biri kimi deye bilerem) o metnlerde cox maraqli sozler var. Hetta ele sozler var ki, adam o dovrun insanlarinin bele guclu mentiqe sahib oldugunu meettel qalir. Ve adama ele gelir ki, o dovr kecmiw ve unudulmuw sivilizasiya dovrudur. bezen tek herfden ibaret sozlerle rastlawirsan. Umumiyyetle, cox maraqli ifadeler, cox mentiqli kelmeler var. Onlardan bawlayib Dede Qorquddan, Oguznameden ve s. yazili abidelerimizden yararlanmaq ela olardi. Hetta men size deyim ki, Turkiye turkcesinde bugun bildiyimiz, iwletdiyimiz sozler var ki, eskiden alinmasina baxmayaraq,hem fonetikasina, hem de semantikasina gore yalniz sirf turk sozu olduguna gore deil, hem de duwunulmuw wekilde qurulmasina gore maraqlidir.
    Istenilen halda pewekarlar daniwmalidir. Mene qalsa, ecnebi turkoloqlara tapwirilmalidi bu mesele. Cunki bizimkiler(((

  24. Ugur bey, men ereb-fars dillerinden enerji ala bilirem, cunki adi cekilen dillerden xeberim var. Ustelik eski azerbaycan ve turk edebiyyatlarini uzun iller oxumuwam, izah etmeye caliwmiwam ve sozun esl menasinda oyrenmiwem. ve mehz eski klassik edebiyyata sevgim ve munasibetimdendir ki, ereb-fars sozlerinden o enerjini ala bilirem. Bu bir!
    Ikincisi, men de o zibilliklerden temizlenmenin terefdariyam, o koklerden yararlanmagi da diqqet etsez, ilk olaraq burda ortaya atan da men oldum.
    bir az diqqetle oxuyun werhleri lutfen.
    O ki qaldi dilcilerin dil uzerinde iwlemesine, onlar Semed Vurgundan bawlayib Anarda bitirecekler dili. Ve istenilen netice elde olunmayacaq. Halbuki bugun biz pis de yazsaq, yaxwi da yazsaq, ferqi yoxdur yaziriq. BUnu hec kes ortaya cixarmir, bizim yazi dilimizden daniwan yoxdur. Amma axtarilsa, ele yeni Azerbaycan edebiyyatinin numayendeleri – muasirler nisbeten deyiwik dilde yazirlar.

  25. Bir az da sabahi gozlemek lazimdir…

  26. Chilgin xanim, yazdiglariniza bir de baxdim, maraqli fikirleriniz var. Chox gozel. Ancaq mence sabahi gozlemekdense, sabaha dogru getmek yaxsidir. Siz gencler bu sabahi getirmelisiniz, dilimzin arinmasi-temizlenmesi qaynaqlari ile bagli dushuncelerinizle de yuzde-yuz raziyam. Bu qaynaqlar elece de bizim Quzey-Guney Azerbaycanda danisilan canli dilimizde de el deymemish shekilde qalir. Bashqa Turk dillerindeki sozlerden de yararlanmaq olar. Size ugurlar dileyirem.

    P.S. Klassiklerimizi atmiriq. Onlar da bizim dilimzin kecdiyi tarixin gostericileridir. Ancaq, inanin mene, men de o dilleri bilen adam kimi deyirem, istenilen dilden guc almaq olar, ancaq o dilin sozleri oz ortaminda enerjili ola biler. Bizim dilin enerjisi o sozlerde deyil, ozundedir. Bunu da quru teessub uchun demirem.

  27. ancaq kliwelenmiwleri inkar etmek sefehlik olar mence. meselen, men, dil, gul bu kimi yuzlerle soz var. onlari ne edeceyik?

  28. Çılğın xanım, siz “mən”in başqa dildən gəldiyini hardan götürmüsünüz. Mən bütün türk dillərində çeşidli deyişlərlə var, fars dilində olan “mən”in Türk dilindən keçdiyini söyləyənlər çoxdur. Bu fikir əksər fars dilinə yaxın xalqlarda mən yerinə “az” əvəzliyinin işlənməsi ilə sübut olunur. “Dil” ürək anlamında fars sözüdür, başqa anlamlarda yox. Bunu da ancaq qəzəldə-zadda fars-ərəb qəliblərində düşünənlər işlədib. Gül sözünün isə fars sözü olduğu yenə mübahisəlidir. Ona görə də onları heç nə etməyəcəyik.

  29. Bir də unutmamış deyim: şəxs əvəzlikləri heş bir dilə başqa dildən keçmir. Bunu dilçilik nəzəriyyəsi deyir. Farslardakı mən, olsun, izafətdə işlənərkən aldığı şəklə görə bu formaya, Türk dilindəki mən-ə oxşar şəklə düşüb. Nəsə… Sözün canı bu deyil…

  30. Duzdu, sozun cani bu deil, onda eleyse gelin tekce leksikologiya ile deil hem de fonetika ile deyiwiklik edek. Yeni gelin assimilyasiya, deformasiya ve s. ve s. olmuw sozlere de nezer yetirek. Onda men yerine ben iwledek. Sizce, nece olar?
    Ustelik, uwaqlarimiza da bawqa adlar secmeliyik. meselen, dilber, dilare, munevver, ehmed, mehemmed ve s. kimi adlardan da imtina edek. Etmeyine edek, bes onda men Cavidan yerine ne qoymali oluceyam?)))

  31. Eslinde pis de olmaz e. Meselen Mamedden imtina etsek, belke Mamed duwuncesinden de el cekmiw olariq.)) Yox?))

  32. Burada cox fikirler seslenib… men ise dushunurem ki, dili zaman-zaman zenginleshdirmek ve dilde temizlik aparmaq vacib shertlerden biridir. Yeni yaranmish sozlerin umumishlek olmasi ucun dovri metbuat ve elektron KIVin xususi rolu olmalidir. Dilimizin ereb fars kelmelerinden azad olmasi ise dogrudan cox cetin olacaq.Cunki esrler boyunca umumishlek ve edebi dilimize oturmush kelmelerden azad olmaq bir gunun-besh gunun ishi olmayacaq. Amma her halda ilk addimi atmaq ve ne ise etmek…bunun ozu artiq gorulmush ish olacaq.

  33. Mətnin 3-4 cümləsinə baxdım, aşağıdakı ərəb-fars sözləri çıxdı:xəyal, silah, təslim, cib, cinayət və s. Müəllif ha hıqqınıb, yenə də təmiz “öztürkçe” ilə yaza bilməyib…-)Deyirsiz bəlkə ərəbcə “ilim” sözünün qabağına “b” hərfi əlavə eləyəndə dilimiz əcnəbi ünsürlərdən təmizlənəcək..? Bu əcaib-qəraib mətni redaktor hansı düşüncə ilə qoyub bura anlamadım… Adam Türkiyədə respublika dövründə suni şəkildə uydurulan(ideoloji məqsədlərlə- bax,bunu bilmirsiz) girdirmə söz yığınından ibarət mətni redaktoru olduğu saytda çap elətdirərək Azərbaycan dilini qoruyur…-))Vallah lotusan…

  34. postmodernperverperest, adına quzu kəsim, bu adı daşımağın özü elə günəşi başqa biçimdə oxuyan düşüncənin aydın göstəricisidır. Burada Türk dilinin təmizliyindən danışırlar, ay lotu, tat başının vurduğu ləkəni dilimizdən silməkdən söz açırlar. Bunu qanmağa gün boyu aydın olan düşüncə gərəkdir.

    P.S. Tat sözü törədən qıraqda olanlar üçün işlədilən əski bir Türk sözüdür.

  35. Oğuz qrubunda biz “qanacaq” deyirik, Arquda deyəsən “qabqacaq” oxunur bu söz… Mənim kəlamım zəfərandır… O da sənlik deyil…

  36. Özün haqda çox yüksək fikirdəsən, səndən Oğuz olmaz! Söz zəfərandan düşmüşkən, “Bitsiz börk olmaz, tatsız Türk olmaz” da deyiblər. Alın yazımızdır, neyləməli. Ancaq o bit də elə zəfəranlıqda çox olur, ey hafizi-xoşkəlam!

  37. “Dil,Dil, Dil, Çox qəliz məsələdir.Yuxarda bəzisi düzdəyir, bəzisi əyri,mən də düzü əyriyə qatıb, dilimi sevim dedim.

  38. Dahi Dilimiz

    Millətin, insanın həyatında
    Ulu ünsürləri,
    Ana-atayla yanaşı da
    Bu dildir və Vətəndir.

    Onun dili ölsə belə,
    Özgə olur Vətən;
    Yad baxır o öz elə,
    Yağı olur məskən…

    Doğmalığın da əzizliyin
    O ən gözəl hisslərin öndə,
    Millətin qüdrətliyini,
    Axtar onun dilində.

    Dil bir hasar kimi,
    Xalqı əsrlərdən qoruyur.
    Dil zərif bir mələk kimi,
    Milli paklığı ovudur.

    Yadelli onu məhv etmək
    Həmişə çalışıb,
    Yerli satqınlarla birgə,
    Onu öldürmək istəyib…

    Əzabına boy əymədi,
    Dilimiz zəfər çaldı,
    Yurdumuzu tərk etmədi,
    Ellə bir başa qaldı.

    Iyirmi yanvarda da belə,
    O dildə lənətlər deyildi,
    Qaçqınlar evlərində,
    Bu dildə laylay oxundu.

    Bu dildə tariximiz,
    Əks olunur belə
    Yazdı dahilərimiz,
    Qoydu sərvərləri elə…

    Azərbaycanda doğulub yaşaya-yaşaya,
    Onun dilini bilməmək,
    Bu elin kimliyini gündən-günə,
    Dağıtmaq demək…

    Zakir Tofiqoğlu

Şərh yazın