Qaynar xəbər portalı

Kitab dünyası


Əməkdar incəsənət xadimi, kinorejissor Arif Babayevin 80 illik yubileyi keçiriləcək. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib ki, yubiley tədbiri oktyabrın 10-da Muzey Mərkəzində baş tutacaq. Tədbirdə Arif Babayevin rejissoru olduğu filmlərdən fraqmentlər göstəriləcək, kinoşünaslar, yaxınları onun həyat və yaradıcılığından söhbət açacaqlar.Muzeyin foyesində isə mərhum kinorejissorun fotoşəkillərindən ibarət sərgi nümayiş olunacaq.
Qeyd edək ki, Arif Babayev “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Alma almaya bənzər”, “Bizi bağışlayın”, “Birisi gün gecə yarısı” və digər tanınmış bədii filmlərin rejissoru olub. // APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: