Qaynar xəbər portalı

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycanda ilk dəfə “Kitab-Bilik” festivalı keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, festival oktyabrın 6-da Azərbaycan Dövlət Kukla Teatrının qarşısında təşkil olunacaq. Festivalda Dövlət Uşaq Filarmoniyası, Gənc Tamaşaçılar Teatrı, Bülbül adına musiqi məktəbi, “Aysel” qrupu, Səməd Vurğun adına Rus Dram Teatrı, Musiqili Komediya Teatrı və Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzinin kollektivləri səhnəciklər, musiqi və rəqs nömrələri ilə çıxış edəcəklər. Məktəblilərin qatılacağı festivalda ədəbiyyat xadimləri uşaqlar üçün yazılan yeni nümunələr söyləyəcək, nağıl qəhrəmanlarının geyimində yürüş təşkil olunacaq. Tədbirdə həmçinin müxtəlif kitab sərgilərinin, viktorinaların təşkili də nəzərdə tutulub. // APA


X. L. Borxesin xatirəsinə

Yenə uzun zamandan bəri gördüyü eyni yuxunu doyunca seyr edib həmişəki kimi axşam saat 6-da ayıldı. Elə bil yuxu ilə sözləşmişdilər. Hər gün saat 2-də – gündüz saat ikidə – gecəymiş kimi soyunub yerinə girər, gözlərini yumar, saat 6-da isə gözlərini açıb yuxudan oyanardı. Eyni yuxu, eyni əhval və bir də yuxudan sonrakı eyni ovqat, ağzındakı eyni dad… Nə üçün belə bir ahəngə tabe olmuşdu – bilmirdi. Günorta yatanlara həmişə qəribə baxmışdı. İndi isə özü hər gün öhdəlik götürmüş adam kimi eyni vaxtda yuxu ilə görüşə tələsirdi. Davamı…


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamenti abonentlər arasında rəy sorğusu keçirib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, sorğu zamanı Bakı Telefon Rabitəsi İstehsalat Şəbəkəsinə daxil olan 492 indeksli ATS-in xüsusi ardıcıllıqla 320 abonentinə “Ən çox bəyəndiyiniz yazar kimdir” sualı ilə müraciət edilib. Sorğuda iştirak edən 283 nəfərin 179 -u qadın, 94 -ü kişi, 10-u isə yeniyetmə olub. Sorğu iştirakçılarının 13,78% Anarı, 10,60% Çingiz Abdullayevi, 4,95% Səməd Vurğunu və İlyas Əfəndiyevi, 4,59%-i isə Lev Tolstoyu sevimli yazıçısı adlandırıb. // APA