Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycanda ilk dəfə “Kitab-Bilik” festivalı keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, festival oktyabrın 6-da Azərbaycan Dövlət Kukla Teatrının qarşısında təşkil olunacaq. Festivalda Dövlət Uşaq Filarmoniyası, Gənc Tamaşaçılar Teatrı, Bülbül adına musiqi məktəbi, “Aysel” qrupu, Səməd Vurğun adına Rus Dram Teatrı, Musiqili Komediya Teatrı və Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzinin kollektivləri səhnəciklər, musiqi və rəqs nömrələri ilə çıxış edəcəklər. Məktəblilərin qatılacağı festivalda ədəbiyyat xadimləri uşaqlar üçün yazılan yeni nümunələr söyləyəcək, nağıl qəhrəmanlarının geyimində yürüş təşkil olunacaq. Tədbirdə həmçinin müxtəlif kitab sərgilərinin, viktorinaların təşkili də nəzərdə tutulub. // APA
« Kamal Abdulla. Adaşlar (hekayə) | Əsas səhifə | Oktyabrın 9-da Nobel Ədəbiyyat Mükafatının yeni laueratı açıqlanacaq »




Bölmə: 








