KultAz: Oktyabrın 9-da Nobel Ədəbiyyat Mükafatının yeni laueratının adı Stokholmda açıqlanacaq.
İsveç Akademiyasının məlumatına görə, potensial namizədlər arasında israilli yazıçı Amos Oz, suriyalı şair Adonis, italyan yazıçı Klaudio Maqris, amerikalı Filip Rot, danimarkalı İnqer Kristinsen, isveçli Tomas Transtremer və başqaları var.
Xatırladaq ki, İsveç Akademiyası az qala hər il sürprizlər etməyi sevir. Məsələn, ötənilki mükafatın sahibi çoxları üçün tam gözlənilməz olmuşdu. Nobel Ədəbiyyat Mükafatı adı mümkün namizədlər arasında çəkilməyən britaniyalı yazıçı Doris Lessinqə verilmişdi.
Qeyd edək ki, “Nobel həftəsi” oktyabrın 6-da başlayacaq və ilkin olaraq fiziologiya və təbabət sahəsində laueratın adı bilinəcək.
« Azərbaycanda “Kitab-Bilik” festivalı keçiriləcək | Əsas səhifə | “Sənət qəzeti”inin yeni sayı işıq üzü gördü »




Bölmə: 








