KultAz: Xəbər verdiyimiz kimi, “Sənət qəzeti” yenidən fəaliyyətini bərpa edib.
Sentyabrın 21-də ilk sayı nəşr olunan qəzet bu gün ikinci sayını da oxuculara təqdim edib.
24 səhifədə və rəngli formatda nəşr olunan qəzetin bu sayında ədəbiyyat, ədəbi nəzəriyyə, teatr, kino, musiqi, rok, ədəbi tərcümələr, yerli və xarici müəlliflərin əsərləri, maraqlı müsahibələr yer alıb.
Bundan əlavə, qəzetdə Azərbaycanda və dünyada baş verən ən son sənət yenilikləri də öz əksini tapıb.
Qəzeti Bakıda və respublika ərazisində olan bütün qəzet köşklərindən əldə edə bilərsiniz.
« Oktyabrın 9-da Nobel Ədəbiyyat Mükafatının yeni laueratı açıqlanacaq | Əsas səhifə | Aborigen rəssamları talayırlar »




Bölmə: 











Ryabina adlı istifadəçi, Oktyabr 4, 2008 tarixində, saat 19:41 yazıb:
MadOnNA Liza çox xoşuma gəldi…Azad Yaşara təşəkkürlər…
Raset Pirisoyu adlı istifadəçi, Oktyabr 4, 2008 tarixində, saat 23:49 yazıb:
«Sənət»in bu nömrəsində mənim X. L. Borxesdən tərcüməm və tərcüməyə ön sözüm çap olunub.
Ön sözdə mənim ciddi hesab elədiyim bir cümlə ixtisara salınıb. Mən qəzetin baş reaktoru Samir bəylə əlaqə saxlamışam və Samir bəy mənə bu ixtisardan xəbəri olmadığını deyib. Deyəsən, dostlar indi də Samir bəylə mənim aramı vurmaq istəyirlər.
Ay lotular.
Mən çıxarılımış cümləni dırnaqda göstərməklə həmin ön sözü Kultazın oxucularına təqdim edlirəm.
Tərcüməyə kiçik ön söz.
Əziz dostlar, qarşınızdakı bu yazını - Xorxe Luis Borxesin «Kitab» mühazirəsini - mən Sizə təkcə tərcümə əsəri kimi deyil, həm də Azərbaycan kitabı ilə bağlı apardığım axtarışların bir hissəsi kimi təqdim edirəm.
Keçən əsrin 90-cı illərində ədəbi düşüncələrim məni bu qənaətə gətirib çıxardı ki, Azərbaycan ədəbiyyatı dörd kitabdan ibarətdir; «Dədə Qorqud» kitabından, «Nizami» kitabından, «Füzuli» kitabından və «Mirzə Fətəli Axundzadə» kitabından.
“”””””””””””””” Mən bu konsepsiya əsasında ilk dəfə Ramiz Rövşənin «Göy üzü daş saxlamaz» şeirlər kitabını nəzərdən keçirməyə çalışdım və belə bir ideya irəli sürdüm ki, Azərbaycan ədəbiyyatında müasir yazıçının yerini təyin etmək üçün ilk növbədə bu DÖRD KİTABI qiymətləndirmə mexanizmi kimi tətbiq etmək lazımdır “””””””””””””””
Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan ədəbiyyatı ciddi böhran keçirir. Mənə elə gəlir bu, ədəbiyyatın deyil, əslində Azərbaycan xalqının keçirdiyi böhrandır, Azərbaycan xalqı bir qayda olaraq obrazlı düşüncəyə meyilli olduğundan bu böhran özünü daha çox ədəbiyyatda göstərir.
Bu da təbiidir.
Elə bilirəm, bu konsepsiya hələ də öz əhəmiyyətini itirməyib, əksinə Azərbaycan ədəbyyatının böhran içərisində olduğu indiki şəraitdə daha böyük əhəmiyyət kəsb edir.
Məsələ burasındadır ki, Azərbaycan ədəbiyyatı seçim qarşısındadır; o, ya dörd kitabı özündə birləşdirən yeni ədəbiyyatı yaratmalı (artıq bunun nümunələri var), ya da beşinci kitab üzərində işləməyə başlamalıdır.
Biz bu yoldan hansını seçəcəyik?
Elə bilirəm bu suala Azərbaycan xalqının özünü necə aparması cavab verəcək -
a) ya biz özündə şərqi və qərbi birləşdirən, başqa sözlə, bu dörd kitabı yekunlaşdıran bir xalq kimi meydana çıxacağaq,
b) ya da yalnız qərbi əsas götürüb beşinci kitabımızı yaratmaq işinə girişəcəyik.
Mənə elə gəlir, biz birinci yolla getməyliyk.
Mən Xorxe Luis Borxesin «Kitab» haqqında mühazirəsini təqdim etməklə Sizi həm də bu «Dörd kitab» konsepsiyası haqqında düşünməyə çağırıram.
P.S.
Arxivimdə olan bir informasiyanı tapa bilsəm, ön sözdən çıxarılmış bu cümlə ilə əlaqədar çox güman ki, mənim qəzetin növbəti nömrəsində açıqlamam olacaq
Ryabina adlı istifadəçi, Oktyabr 5, 2008 tarixində, saat 08:10 yazıb:
Ahhhaaa…artıq evə bəzi zənglər oldu əyaliyyatın ədəbiyyat adamlarından…problemlərim olmasa yaxşıdı…-))
Zahir, gələn dəfə yazılarımın altında e mail adresimi qeyd edin lütfən…
Admin adlı istifadəçi, Oktyabr 5, 2008 tarixində, saat 11:19 yazıb:
Rasət bəy, Mənim nə sizinlə, nə də Ramiz Rövşənlə, nə də başqa heç kimlə şəxsi qərəzliyim yoxdur. Və hətta bu cümlənin nədən və niyə çıxarıldığından da məlumatım yoxdur.
Ona görə burada şəxsən münasibət bildirdim ki, qəzet yalnız iki nəfərin - mənim və onun əlindən keçib. Materialları oxumaq və redaktə etmək işi onun üzərində olub. Mənim buna heç vaxtım da yoxdur. Siz Samirdən bir daha soruşun.
Chandirika adlı istifadəçi, Oktyabr 6, 2008 tarixində, saat 09:45 yazıb:
Raset bey, sizin saytiniz yoxdurmu?
Borxesin KITABini rusca oxumusdum, azerbaycanca da oxumaq maraqli olardi. Orda bezi meqamlar vardi.
Cox merak etdim, gorum nece cevirmisiniz.
Her halda savab ish gormusunuz. Ellerinize sagliq!