Güney Azərbaycanda həbs edilənlərlə bağlı dünya miqyasında imzatoplama kampaniyası başlanıb. “Həbs olunmuş azərbaycanlı yazıçı və şairlərin azad edilməsi üçün” adlanan kampaniyada əsas məqsəd İran rejimi tərəfindən həbs edilmiş Əlirza Sərrafi, Həsən Rəşidi, Əkbər Azad, Səid Muğanlı, Mehdi Naimi, Həmid Arqış və başqalarının həbsdən çıxmasıdır. Davamı…

Okt
6
Okt
6
Cavidanın ad gününə tənqid hədiyyəsi
Demək olar ki, hər gün bu yazını beynimdə yazıb, hər gün də onu kompüterə köçürməyə cəsarət eləmirəm. Niyəsini də bilirəm, daha doğrusu, bu barədə də çox fikirləşmişəm.
Əlbəttə, Cavidan barədə mənim yazmağım çətindi, təkcə ona görə ki, biz təxminən eyni vaxtda çap olunmağa başlamışıq, adlarmız da bəzən paralel çəkilib. Heç məsələnin bu tərəfini də kənara qoyuram ki, filoloji fakültəni bitirsəm də, özümü tənqidçi rolunda o qədər də yaxşı hiss eləmirəm. Sonuncu elə də qorxulu deyil, ən pis halda, indi yazdıqlarımı həvəskar müəllifin, ya elə adi bir oxucunun fikirləri kimi qəbul etmək olar. Davamı…
Okt
6
Gənc azərbaycanlı rejissor Asif Rüstəmov Almaniyanın Kotbus şəhərində keçirilən beynəlxalq kino festivalına dəvət olunub. “Festivalın əsas məqsədi təkcə filmlərə baxışın keçirilməsi deyil, həm də Şərqi Avropa kinematoqrafçılarının yeni adları ilə tanışlıqdır. Mən oradakı avropalı prodüserlərə “Axınla aşağı” yeni layihəmi təqdim etmək üçün gedirəm”, - deyə Rüstəmov bildirib. Davamı…
Okt
6
Bu gün Azərbaycan Dövlət Kukla Teatrının qarşısında I Uşaq Kitab - Bilik Festivalının açılışı olub. Festivalı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası təşkil edib. Festivalı giriş sözü ilə Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva açıb. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bu festivalın Azərbaycanda ilk dəfə keçirildiyini bildirib: “Kitab insanın ən yaxın dostudur, onlarla ünsiyyət lap kiçik yaşlardan başlayır və illər ötdükcə müxtəlif nağıl personajlarının yerini bədii əsərlərdəki ədəbi qəhrəmanlar tutur”. Davamı…


Bölmə: 





