Qaynar xəbər portalı

Kitab dünyası


Gənc azərbaycanlı rejissor Asif Rüstəmov Almaniyanın Kotbus şəhərində keçirilən beynəlxalq kino festivalına dəvət olunub. “Festivalın əsas məqsədi təkcə filmlərə baxışın keçirilməsi deyil, həm də Şərqi Avropa kinematoqrafçılarının yeni adları ilə tanışlıqdır. Mən oradakı avropalı prodüserlərə “Axınla aşağı” yeni layihəmi təqdim etmək üçün gedirəm”, - deyə Rüstəmov bildirib.

O, Kotbus festivalında bir neçə beynəlxalq festival və müsabiqələrin mükafatçısı olmuş yeni “Ev” filmini də təqdim edəcək. Festival öz məhsulunu satmağa şərait yaradan kino bazarı rolunu da oynayacaq. Rüstəmov festivalda rejissor Əli İsa Cabbarovun “Ev” və “Düyün” filmlərini nümayiş etdirəcək. Hər iki film “Dərviş” prodüser mərkəzinin bazasında çəkilib.

Rüstəmov Azərbaycanın istedadlı rejissorudur. Onun “Ev” layihəsi “Bu meydan, bu ekran” müsabiqəsinin qalibi olub. O, həmçinin Roma və Kuba festivallarının laureatıdır. // Trend






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, Oktyabr 6th, 2008 tarixində 12:45 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. scorpion adlı istifadəçi, Oktyabr 18, 2008 tarixində, saat 10:16 yazıb:

    Daha bir sevindirici xəbər!!! “DÜYÜN” filmi oktyabrın 12-dən 16-dək Düşənbədə keçirilən “Didor-2008″ III Film festivalında ənyaxşı qısametrajlı sənədli film hesab edilib!!! Asifi də, Əli İsanı da təbrik eliyirəm!!


  2. J. adlı istifadəçi, Oktyabr 18, 2008 tarixində, saat 13:05 yazıb:

    Mən də, mən də təbrik eləyirəm!-)
    Bizim gənc rejissorlar deyəsən doğrudan da nəsə edəcəklər axı…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: