Qaynar xəbər portalı

Kitab dünyası


Bu gün Azərbaycan Dövlət Kukla Teatrının qarşısında I Uşaq Kitab - Bilik Festivalının açılışı olub. Festivalı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası təşkil edib. Festivalı giriş sözü ilə Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva açıb. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bu festivalın Azərbaycanda ilk dəfə keçirildiyini bildirib: “Kitab insanın ən yaxın dostudur, onlarla ünsiyyət lap kiçik yaşlardan başlayır və illər ötdükcə müxtəlif nağıl personajlarının yerini bədii əsərlərdəki ədəbi qəhrəmanlar tutur”. Festivala Dövlət Uşaq Filarmoniyası, Gənc Tamaşaçılar Teatrı, Bülbül adına musiqi məktəbi, Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi, Bakı şəhərinin məktəbliləri, bağça uşaqları və digər kollektivlər qatılıb. Kitab sərgiləri, viktorina və müsabiqələrin təşkil edildiyi açılış mərasimindən sonra festival çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. // APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: