Yusif Quliyevin ekranlaşdırdığı “Keçid” filmi Rusiyanın paytaxtı Moskvada keçirilən “Yeni kino-XXl əsr” festivalına qatılıb. Hazırda Moskvada olan yaradıcı heyət ekran işini uğurla təmsil edib. Bu barədə filmin yaradıcı heyətindən məlumat verilib. Beynəlxalq festivalda həm bədii, həm də ekran işləri təqdim olunaraq, dəyərləndirilib.
Qeyd edək ki, Yavər Rzayevin ssenarisi əsasında çəkilən film bundan əvvəl bir çox festivallarda iştirak edərək, mükafatlandırılıb. // Olaylar
« «AFİNALI TİMON» TAMAŞASI BREST TEATR FESTİVALINA QATILACAQ | Əsas səhifə | Milli Dram Teatrı Hüseyn Cavidin “Şeyda”sını hazırlayır »




Bölmə: 








